Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Ərazi və əhalicə eyni səviyyədə olan, öz tarixi keçmişində bir çox oxşarlıqlara malik Azərbaycan ilə Avstriya arasında son illərdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafına daim səy göstərən şəxslərdən biri də Avstriya Milli Şurasının (parlament) deputatı, Cənubi Qafqaz üzrə parlament işçi qrupunun sədri Karl Öllinqerdir. Rəhbərlik etdiyi işçi qrupunun fəaliyyəti ilə əlaqədar Cənubi Qafqaz regionuna yaxından bələd olan K.Öllinqer AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində Avstiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərindən söhbət açmışdır. Yaxın vaxtlarda - Avstriyanın Azərbaycanda səfirliyi açılandan sonra ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edən Karl Öllinqer regionun aparıcı ölkəsi olan Azərbaycan ilə Mərkəzi Avropanın qabaqcıl dövləti Avstriya arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd etmişdir. Azərbaycan ilə Avstriya arasında əlaqələr qədim tarixə malikdir. Dünya müharibələri, soyuq müharibə dövrü, Avropanı iki cəbhəyə ayıran "dəmir pərdə", sovet rejimi regionlararası əlaqələrdə fasilə yaratsa da, hazırda ərazi və əhalicə eyni böyüklüyə malik ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. İqtisadi sahədə geniş potensialın olduğunu diqqətə çatdıran K.Öllinqer, eyni zamanda, mədəniyyət, elm və humanitar sahələrdə də əməkdaşlıq və mübadilənin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq demişdir: "Yaşıllar Partiyasının təmsilçisi kimi alternativ enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha sürətlə inkişafını arzu edirəm. Çünki Azərbaycan günəşli ölkədir və Bakı şəhərinə də "küləklər şəhəri" deyildiyini bilirəm. Bu sahədə Avstriya müasir texnoloji imkanları Azərbaycana təqdim edə bilər". Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı üçün gələcəkdə daha böyük əhəmiyyət kəsb edəcəyini bildirən K.Öllinqer demişdir ki, Qərb ölkələri müxtəlif kəmər layihələri barədə uzun-uzadı danışıqlar aparmaq və tərəddüd göstərməkdənsə, konkret fəaliyyətə keçməlidirlər. Avropa üçün Nabukko qaz kəməri layihəsinin reallaşması çox əhəmiyyətlidir. Lakin çox tərəddüd göstərməyimiz Azərbaycan kimi ölkələri haqlı olaraq digər enerji marşrutlarını nəzərdən keçirməyə sövq edir. Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubiley tədbirlərində iştirakını məmnuniyyətlə xatırlayan K.Öllinqer ölkədə gedən quruculuq işləri və inkişaf prosesindən təkcə onun deyil, bütün xarici qonaqların heyran qaldıqlarını bildirmişdir: "Nəhəng tikinti meydançasını xatırladan Bakıda gedən inşaat və quruculuq işləri bütün qonaqlar kimi, məndə də heyranlıq doğurmuşdur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə edilən iqtisadi artımın göstəriciləri bizim üçün təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksək idi və bu, ölkədə güclü iqtisadi inkişafın getdiyinə bariz nümunədir". Təəssüf ki, Ermənistanın hərbi təcavüzü və ölkədə yüz minlərlə qaçqın və məcburi köçkünün olması iqtisadi inkişafın tam sürətlə irəliləməsinə əngəl törədir, gənc respublikanın qarşısına həllini gözləyən əlavə məsələlər çıxarır. Cənubi Qafqaz üzrə parlament işçi qrupu mürəkkəb geosiyasi məkanda yerləşən regionda mövcud münaqişələrlə bağlı vəziyyəti Avstriya parlamentinə düzgün şəkildə çatdırmağa çalışır. Avstriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə riayət etməklə beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT çərçivəsində dinc yolla nizamlanmasına çalışır. Müsahibim demişdir: "İndiyədək münaqişənin bir çox həll variantı müzakirə edilmişdir. Şəxsən hesab edirəm ki, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması təmin edilmədən istənilən həll variantı yolverilməzdir". Cənubi Qafqaz üzrə parlament işçi qrupunun rəhbəri kimi regiondakı ölkələrə müxtəlif illərdə səfər etdiyini qeyd edən K.Öllinqer Ermənistan qədər səfalət və yoxsulluq içində olan ölkəyə rast gəlmədiyini söyləyərək demişdir: "ATƏT-in missiyası çərçivəsində Ermənistanda seçkiləri izləyərkən, Yerevandan şimalda yerləşən rayonlarda əhalinin yaşayış səviyyəsini, bərbad infrastrukturu müşahidə edəndə insanda depressiv hisslər yaranırdı". Deputat bildirmişdir ki, zəngin mədəniyyət və qədim adət-ənənələrə malik Azərbaycandan öyrəniləsi çox şeylər vardır. Çoxsaylı xalqların və müxtəlif dinlərə tapınan insanların Azərbaycanda dinc birgəyaşayışı Avstriya üçün örnək ola bilər.