Ermənilərin azərbaycanlılara və Anadolu türklərinə qarşı törətdikləri soyqırımı cinayətləri faktların dili iləSoyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Əslində tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Ermənilər "soyqırımı" ilə bağlı hələ tutarlı fakt tapa bilməyiblər

1915-ci ilin fevralında Şərqi Anadolunun bütün erməni əhalisi Osmanlı dövlətinə qarşı qiyam qaldırmışdı. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də Baş qərargah "ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə" bütün hissələrə təlimat göndərdi. Aprelin 24-də isə Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi və komitə başçılarının həbs olunması barədə əmr verdi.
Sonralar erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı cinayətlərini ört-basdır etmək üçün yalançı "soyqırımı" mifini uyduraraq erməniləri dünyanın "əzabkeş xalqı" kimi qələmə verməyə başladılar. "Erməni soyqırımı" iddiaları 1950-ci illərdən - yəni "soyqırımı" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan bir müddət sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, indiyə qədər Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə alim göndərməkdə maraqlı olmayıblar. Əslində isə tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Anadolu və Azərbaycan türklərinə qarşı XX əsrdə ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Ermənilərin köçürülməsi ilə xalqımıza qarşı
soyqırımları dövrü
başlandı
Rusiya-İran müharibələri (1804-1813; 1826-1828) nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Şimali Azərbaycan xanlıqları Rusiyaya ilhaq edildikdən sonra və Rusiya-Türkiyə müharibəsini (1828-29) başa çatdıran Ədirnə sülhünə (1829) görə, Türkiyə digər dövlətlərlə yanaşı, həm də Cənubi Qafqazın çox hissəsinin Rusiyaya ilhaq olunmasını tanıdı. Bununla da Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölüşdürülməsinin əsası qoyuldu, soydaşlarımıza qarşı soyqırımları dövrü başlandı. Çar Rusiyası Cənubi Qafqazın həmsərhəd ərazidə xristian əhalini yerləşdirməklə yeni inzibati ərazi vahidi yaratmaq və gələcəkdə İran və Türkiyə tərəfindən gözlənilə bilən təhlükəni aradan qaldırmaq barədə hələ XVIII əsrin əvvəlindən hazırlanmış planını gerçəkləşdirməyə başladı. Bu məqsədlə çarizmin müttəfiqi olan ermənilər kütləvi şəkildə İrəvan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürüldü. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən isə 84 mindən çox erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ən münbit torpaqlarında yerləşdirildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində xüsusilə intensiv surətdə məskunlaşdırılan ermənilər yerli azərbaycanlılarla müqayisədə xeyli azlıq təşkil etmələrinə baxmayaraq, çar Rusiyasının himayəsi altında 1828-ci il martın 21-də "Erməni vilayəti" adlandırılan süni inzibati bölgü yaradılmasına nail oldular. Bununla da azərbaycanlıların əzəli torpaqlarından qovulmasının və soydaşlarımıza qarşı soyqırımı siyasətinin bünövrəsi qoyuldu, mifik "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. XIX əsrin 2-ci yarısından sonra təşkilatlanmağa başlayan ermənilər Birinci rus inqilabı (1905-1907) dövründə yaranmış şəraitdən istifadə edərək azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar törətdilər. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indi Ermənistan adlanan ərazilərdəki yaşayış məntəqələrini əhatə etdi. Yüzlərlə Azərbaycan kəndi dağıdıldı, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, "azərbaycanlılarsız Ermənistan" kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətindən xəbər verirdi.
1905-1907-ci illərdə öz mənfur məqsədlərinə nail ola bilməyən ermənilər Birinci dünya müharibəsindən (1914-1918-ci illər), Rusiyada baş vermiş fevral inqilabından (1917) və oktyabr çevrilişindən (1917) istifadə edərək sərsəm "böyük Ermənistan" ideyalarını bolşevik bayrağı altında gerçəkləşdirməyə ciddi səy göstərdilər. 1918-ci ilin martında erməni-daşnak S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası "əksinqilabi ünsürlərlə mübarizə" şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirməyə başladı. Nəticədə 1918-ci il martın 31-dən aprelin 2-dək təkcə Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən soyqırımına məruz qaldı. 1917-1918-ci illərdə ermənilər Zəngəzurda 115, Qarabağda 157, Qubada 122, İrəvan quberniyasında 211, Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisini vəhşicəsinə qırmış, kəndləri talan edərək yandırmışdılar. Təkcə 1918-ci ildə Şamaxı şəhərində 7 min, Quba şəhərində 2 min, Zəngəzurda 3 mindən çox, İrəvan quberniyasında 135 min, Cənubi Azərbaycanın Xoy və Səlmas şəhərlərində 130 min azərbaycanlı, Urmiya şəhərində bir gecədə 500 azərbaycanlı ailəsi qətlə yetirilmişdi. 1919-1921-ci illərdə Naxçıvanın 100 mindən bir qədər artıq əhalisinin 73720 nəfəri ermənilər tərəfindən öldürülmüş, İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı azalaraq 1922-ci ildə 70 min nəfərə enmişdi. Beləliklə, 1918-1920 illərdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, xalqımıza məxsus çoxlu milli mədəniyyət abidəsini məhv və talan etmişdilər.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı nəticəsində milyonlarla insan məhv edilsə və qaçqına çevrilsə də, əslində bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət bütün təfərrüatı ilə heç vaxt dünya ictimaiyyətinin mühakiməsinə çıxarılmamış, yüksək səviyyəli beynəlxalq məclislərdə ciddi müzakirə obyekti olmamışdır. 1918-ci il mart qırğınlarına Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra xüsusi diqqət yetirilmişdir. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il iyunun 15-də bu faciənin tətbiq olunması məqsədilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyası mart soyqırımını, ilkin mərhələdə ermənilərin Şamaxıda, İrəvan quberniyası ərazisində törətdikləri vəhşilikləri, ağır cinayətləri araşdırmış, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis etmişdi. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunmuşdu. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinə və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət cəhdi idi və cümhuriyyətin süqutu bu işi başa çatdırmağa imkan verməmişdi.
(Ardı var)
Hazırladı:
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
10.03.2010