Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyir və bunu qardaş Türkiyəyə qarşı yönəldilmiş obyektivlikdən uzaq və qərəzli qərar hesab edir. Bununla əlaqədar BAK-ın idarə heyəti bəyanat yaymışdır. Sənəddə deyilir: "ABŞ Konqresi bu qərarla Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan və bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün həyatına məhkum etməklə beynəlxalq hüquq norma və prinsiplərini pozmaqda davam edən, 18 il əvvəl- 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı əsil soyqırımı törədən, əlləri minlərlə insanın qanına batmış ermənilərə havadarlıq etməsini bir daha əyani sübut edir. Bütün dünyaya demokratiya dərsi verən ABŞ ədaləti budurmu? Bu gün türk millətini heç vaxt törətmədiyi, məkrli ermənilərin uydurması olan bir "soyqırımı"nda ittiham etməyə cəhd göstərənlər əvvəlcə öz keçmişlərinə nəzər salmalıdırlar. Türk millətini belə yalan və iftiralarla sındırmaq mümkün deyildir. Biz yenə ümid etmək istəyirik ki, Prezident Barak Obama ABŞ-ın bölgədəki maraqlarına zidd olan, Amerika-Türkiyə və Amerika-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu qərarın konqresdə qəbul edilməsinə yol verməyəcəkdir".