Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Şahbuzda "durğunluq buzu" çoxdan qırılıb

çap versiyası

Dağlıq relyefə malik Şahbuz rayonunun özünəməxsusluqları çoxdur. Salvartı, Keçəldağ və Küküdağ Zəngəzur-Dərələyəz dağ silsilələrinin rayon ərazisində ən uca zirvələri hesab olunur. Onların hər biri dəniz səviyyəsindən 3 min metrdən artıq hündürlükdədir. Biçənək dağ aşırımı da Şahbuzda yerləşir. Bu yerlər həmçinin təbii və mineral su bulaqları ilə məşhurdur. Badamlı, Çınqıllı, Biçənək, Batabat, Karvansara kimi bulaqlar min illərdir çağlayır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən "Badamlı" istirahət zonası isə bölgənin turizm mərkəzidir.

Amma sərhəd və dağ rayonu olan Şahbuzun özəllikləri təkcə bunlar deyil. Rayon eyni zamanda, öz ormanları, su mənbələri ilə seçilir. Naxçıvançay və onun qolları olan Salvartı, Kükü, Şahbuz çaylarının keçdiyi rayon ərazisinə Batabat və Qanlıgöl özgə bir gözəllik bəxş edir. Üstəlik, Şahbuz təbii dərman bitkiləri ilə zəngindir.
Şahbuz həm də arxeoloji və tarixi abidələri ilə öyünür. Arxeoloqların üzə çıxardıqları maddi-mədəniyyət nümünələri tariximizin dərin qatlarından soraq verir. Belə abidələrdən biri "Fərhad evi"dir. Onunla bağlı xalq arasında müxtəlif rəvayətlər var. Bir rəvayətə görə, bu ad dahi Nizami Gəncəvinin poema qəhrəmanı Fərhadın adı ilə bağlıdır. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış bu abidə dörd otaq və bir eyvandan ibarətdir. Tədqiqatçılar onun eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləyirlər. Alimlərin fikrincə, orta əsrlərdə Yaxın Şərqi Cənubi Qafqazla birləşdirən Naxçıvan-Laçın-Yevlax yolu bu ərazidən keçdiyindən abidənin yaxınlığında karvansara inşa olunub. Yerli əhali onu Şah Abbas karvansarası adlandırıb. "Şahpur qalası" da bu yerlərin qədim tarixini özündə yaşadır. Qala qüdrətli hökmdarlardan birinin şərəfinə tikilib. Deyilənə görə, Şahbuz sözü də mənasını buradan götürüb.
Bütün bunlar rayonun keçmişidir. Bəs, bu günü necədir?
RİH başçısı Nurəddin Quliyev deyir ki, bölgələrin həyatına yeniləşmə, tərəqqi gətirmiş regional inkişaf proqramlarının həyata keçirilməsi digər rayonlar kimi, Şahbuzu da dinamik inkişaf yoluna çıxarıb. Bunun nəticəsidir ki, qazanılan uğurlar ildən-ilə artır, quruculuq işləri genişlənir, rayonun siması sürətlə dəyişir. Bir vaxtlar qəsəbə statusunu daşıyan rayon mərkəzi indi əsl şəhər görkəmindədir. Ötən ilin avqustunda istifadəyə verilmiş mərkəzi xəstəxana kompleksi isə şəhərə həm də xüsusi yaraşıq gətirib. Müasir standartlar əsasında inşa olunmuş 40 çarpayılıq xəstəxanada Almaniya, Yaponiya, Koreya, Türkiyə, Rusiya mənşəli avadanlıqlar quraşdırılıb. İndi burada mürəkkəb cərrahiyyə əməliyyatları aparılır. Mərkəzin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxana ilə ətraflı tanışlıqdan sonra görülən işlərdən məmnun qaldıqlarını bildirmişlər.
Qeyd edək ki, bu, Prezidentin Şahbuza üçüncü səfəri idi. Hər səfər rayonda yeni sosial obyektlərin açılışı ilə yadda qalmışdır. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Azərbaycanın bütün sosial məsələləri öz həllini tapacaqdır. Biz bunu Şahbuz rayonunun timsalında görürük. Mən keçən dəfə də burada olmuşam. Bundan əvvəlki dəfə Naxçıvanda olarkən kənd məktəbinin açılışında iştirak etmişəm. Görürəm ki, Şahbuz rayonu da gözəlləşir, abadlaşır. Yeni gözəl binalar, evlər tikilir".
Həqiqətən, belədir. Götürək ötən il istifadəyə verilmiş avtovağzal kompleksini. Sovet hakimiyyətinin mövcud olduğu illərdə belə, nəinki rayonda, hətta Naxçıvan MR-də bu cür obyekt tikilməyib. Yeni obyektlərdən biri də FHN Dövlət Yanğın Təhlükəsizliyi İdrarəsi rayon şöbəsinin inzibati binası və texniki parkıdır. Heydər Əliyev prospektinin qurtaracağında tikilən bu obyekt şəhərin ümümi görkəminə yeni çalarlar gətirib. Bunlardan əlavə, keçən il meyvə-tərəvəz məhsullarının saxlanılması üçün tutumu 300 ton olan soyuducu anbar istifadəyə verilib, çoxsaylı yaşayış evləri tikilib, bir çox binalar əsaslı təmir edilib, Şahbuzun özündə müasir işıqlandırma sistemi qurulub, kommunikasiya xətlərində yenidənqurma işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Şahbuz şəhərində 20-dən artıq sosial obyekt inşa olunub.
Şahbuzda 1 qəsəbə, 23 kənd var. Son illər Arınc, Kolanı, Biçənək, Mahmudoba, Şada, Şahbuzkənd, Gömür kəndlərində kompleks tikinti-quruculuq işləri görülüb. 1200 nəfərdən artıq əhalinin yaşadığı Badamlı kəndində 216 yerlik məktəb binası, "Kənd mərkəzi", məişət evi, mağaza istifadəyə verilib, həkim ambulatoriyası müasir avadanlıq və cihazlarla təmin olunub. Cəmi 120 nəfərin məskunlaşdığı Şada kəndində həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Burada "Kənd mərkəzi" ilə yanaşı, əsgər və zabitlər üçün yaşayış kompleksi tikilib, yeni məktəb binası istifadəyə verilib, kəndin su problemi həll olunub. Badamlı qəsəbəsində isə ikimərtəbəli "Qəsəbə mərkəzi" inşa olunub, daxili avtomobil yollarında təmir işləri aparılıb.
Yeri gəlmişkən, ötən il rayondaxili avtomobil yollarının təmiri və abadlığına xüsusi diqqət verilmişdir. Belə ki, Güney Qışlaq, Külüs, Kükü, Şada kənd yollarında istinad divarları çəkilmiş, su keçidlərinə suötürücü dəmir-beton qurğular qoyulmaqla Şahbuzkənd-Külüs və Sələsüz-Şada istiqamətlərində 20,3 kilometr məsafəyə asfalt-beton örtük salınmışdır. Türkeş və Şada kəndlərində isə yeni körpülər tikilib istifadəyə verilmişdir.
Şahbuzda rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatı üzrə görülən işlər əsasən ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəldilir. Bu məqsədlə hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına xeyli məhsul çıxarılır. Aqrar sektordan söz düşmüşkən bildirək ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq, rayon üzrə 430 nəfər istehsalçıya 39 min 760 manat maliyyə yardımı olunmuş və 385 nəfərə 113,6 ton mineral gübrə verilmişdir. Taxılçılığa marağın artması da ilk növbədə, dövlət dəstəyi ilə bağlıdır. Təkcə keçən il zəmilərdən 3,1 min ton taxıl toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Rayonda kartofçuluğa və meyvəçiliyə maraq getdikcə artır. Yalnız ötən ilin yaz və payız mövsümlərində keçirilən iməciliklər yolu ilə 51 hektar sahədə yeni meyvə bağları salınıb. İl ərzində meyvə bağlarından 5400 ton məhsul dərilib. Kartofçuluqla məşğul olanlara isə 192 min manat güzəştli kredit verilib.

Məmməd MƏMMƏDOV,
"Azərbaycan"

10.03.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.