Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Ötən il Naxçıvan Muxtar Respublikasında yeni yaradılan təsərrüfat subyektləri sırasında balıqçılıq təsərrüfatlarının sayı da az olmayıb. Bu sahədə başlıca diqqət yerli bazarın balıq məhsullarına olan ehtiyacın ödənilməsinə yönəldilir. Kəngərli rayonunun Qarabağlar kəndindəki "Asnı" balıqçılıq təsərrüfatı İnşallah Abbasova məxsusdur. Təsərrüfatın illik istehsal gücü 300 tondur. Ötən il burada 23,4 ton məhsul istehsal olunub. İstehsal gücü saatda 600 ədəd şərti qab olan konserv sexi isə cari ilin ilk aylarında fəaliyyətə başlayıb. Burada 15 nəfər işlə təmin edilib. Yeni yaradılan müəssisələrdən 3-ü Şərur rayonunun payına düşür. Hər 3 təsərrüfat Arpaçay üzərindəki su mənbələrində yaradılıb. Yuxarı Aralıq kəndi ərazisindəki təsərrüfatın illik istehsal gücü 50 tondur. Ötən ilin 6 ayı ərzində bazara 23 ton məhsul çıxarılıb. Sahibkar Səfər Talıbov tərəfindən Yuxarı Daşarx kəndi yaxınlığındakı yaradılan müəssisədə il ərzində 31 ton, Dizə kəndindəki fərdi təsərrüfatda isə 12,5 ton balıq yetişdirilib. Şahbuz şəhəri yaxınlığında - Naxçıvançayın hövzəsində yaradılan balıqçılıq təsərrüfatında da işlər yaxşı qurulub. Müəssisə cari ilin əvvəllərindən fəaliyyətə başlayıb. Sahibkar Nuran Xəlilov bildirir ki, dağlıq ərazidə, təbii çay hövzəsində yetişdirilən balıqlar dadı və tamı ilə seçilir. Onun sözlərinə görə, cari mövsüm üçün satışa 20 tondan artıq məhsul çıxarılacaq. Babək rayonunun Lizbirt və Ordubadda Gilənçay hövzələrində yaradılan təsərrüfatlarda isə artıq balıq yetişdirilir. Yaxın vaxtlarda həmin təsərrüfatların hər birində yetişdirilən 10 ton balıq alıcılara təklif olunacaq. Yeni təsərrüfatların yaradılmasında dövlət dəstəyi əhəmiyyətli rol oynayır. Muxtar respublikanın İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, ötən il bu təsərrüfat subyektlərinə Sahibkarlığa Kömək Fondu tərəfindən 460 min manat güzəştli kreditlər verilib. Üstəlik, 50-yə yaxın adam işlə təmin olunub. Ümumiyyətlə, Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, ötən il muxtar respublikada 159,8 ton balıq istehsal olunub ki, onun da 98,9 tonu yeni yaradılan müəssisələrin payına düşür. Bundan əlavə, hazırda muxtar respublikada balıqçılıqla məşğul olan 6 subyekt var. Onlardan biri də Naxçıvan "Balıqçılıq Təsərrüfatı" ASC-dir. Araz çayı hövzəsində fəaliyyət göstərən bu təsərrüfatda il ərzində 60,6 ton balıq ovlanıb. "Azərbaycan"