Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Goranboyun potensialı böyükdür

çap versiyası

Goran torpağının adı çəkiləndə ilk öncə, Tapqaraqoyunlu kəndi yada düşür. Bu kənd sərhəd bölgəsində erməni nankorları ilə üzbəüz dayanıb. O müdhiş illərin od-alovu başının üstündən keçib. İndi də ara-sıra qəfil atəşlər açılır. Ölən də olur, yaralanan da. Neçə-neçə binaya güllə izləri "xal" salıb. Kəndin mərd camaatı isə hünərlə, qeyrətlə yaşayır. Doğma el-obanı mərdliklə qoruyur. Bir nəfər belə, ata-baba yurdunu tərk etmir. Əhali əkin-biçinlə məşğul olur. Yeni evlər tikir, ictimai binalar ucaldılır, körpülər, keçidlər salır, düşmənə meydan oxuyurlar. Kəndin ən baxımlı guşəsində dövlət bayrağı meydanı yaradılır.

Bu yerlərin mərd insanları hər ehtirama layiqdirlər, tarixin hər sınağından zəfərlə çıxıblar. Doxsanıncı illərin müdhiş günlərində belə, Goranboy sərhəd zonasında alınmaz qala kimi dayanıb. Erməni işğalçıları bir qarış belə, torpaq qopara bilmədilər. Əksinə, Aşağı Ağcakənd, Gülüstan bölgələri nankorlardan biryolluq təmizləndi. Qanlı döyüşlərdə yüzlərlə şəhid verildi, neçə-neçə adam əlil oldu, doqquz nəfər Milli Qəhrəman adına layiq görüldü, dörd nəfər "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi. Goranboy tarixin hər dönəmində bax, bu cür mərd, mübariz olub. İndi də rayonun əhalisi ürəklə, can-başla çalışır, müstəqil dövlətimizin tərəqqisi naminə qurub-yaradır.
Keçən ilin noyabr ayında ölkə başçısı İlham Əliyevin bu yerlərə səfəri ilə Goranboyda yüksəlişin yeni mərhələsi başlandı. Dövlət başçısı "Gilan ənd Knauf Gipso-karton" məhdud məsuliyyətli cəmiyyətinin və "Lalə-tekstil" fabrikinin fəaliyyəti ilə tanış oldu. "Goranboy hotel" istirahət mərkəzinin və Veyisli kəndində məcburi köçkünlər üçün salınmış hər şəraiti olan 590 evlik qəsəbənin açılışında iştirak etdi. Cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı dedi: "Mən dörd il bundan əvvəl Goranboyda olmuşam. Bu gün bir daha gəlmişəm ki, sizi görüm, vəziyyətlə tanış olum və biz əlavə tədbirlər haqqında növbəti addımlarımızı müəyyən edək".
Dövlət başçısı mövcud vəziyyəti təhlil edərək rayonun gələcək tərəqqisi üçün konkret tövsiyə və tapşırıqlar verdi.
Bu günlərdə ötən ilin yekunlarına və cari ilin vəzifələrinə həsr olunmuş toplantıda respublika Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası barədə geniş söhbət açıldı. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətraflı məruzəsi dinlənildi. Sonra ayrı-ayrı natiqlərin çıxışları oldu. Yekdilliklə qeyd edildi ki, son vaxtlar Goranboy rayonu əsl yüksəliş yoluna qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının uğurla yerinə yetirilməsi üçün sistemli surətdə işlər görülür.
Hesabat dövründə ümumi məhsul buraxılışının həcmi əvvəlki illərə nisbətən 13,6 milyon manat artaraq 177,7 milyon manata çatıb. O cümlədən, sənaye məhsulunun həcmi xeyli çoxalıb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 83,4 faiz təşkil edir. Orta aylıq əməkhaqqı otuz manat artaraq 185,3 manata çatıb.
Rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. İl ərzində taxıl istehsalı 87,1 min ton olmuşdur ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur. Heyvandarlıq məhsullarının istehsalında da müəyyən irəliləyiş hiss olunur.
Gəlir, qazanc artdıqca abadlıq-quruculuq işləri genişlənir. Naftalan səmtindən gələndə Goranboy şəhərinin ətrafından dairəvi yol keçir. Bir zaman dərəli-təpəli bu yolu indi tanımaq olmur. Hər yana asfalt döşənib, ətrafında müasir tipli işıqlandırma sistemi qurulub, ağaclar əkilib, səkilər düzəldilib. Şəhərin Rövşən Mustafayev küçəsi genişləndirilib, küçəyə asfalt döşənib, ətrafında yaşıllıq zolağı salınıb. Ümumən şəhərin on yeddi küçəsində səkkiz kilometrə yaxın sahəyə asfalt salınıb. V.Bayramov, Vidadi, C.Cabbarlı, Dədə Qorqud küçələrində və digər yerlərdə də sistemli surətdə abadlıq işləri görülür. Civəzadə küçəsində səliqə-sahman yaradılıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bəzək və gül kolları əkilib. Tarix-diyarşünaslıq muzeyinin görkəmi tamamilə dəyişib.
Dəliməmmədli şəhərində, Qızılhacılı qəsəbəsində, Xanqərvənd, Rəhimli və Veyisli kəndlərindən keçən avtomobil yollarının ətrafında müasir görkəmli işıqlandırma sistemi qurulub. Yolların ətrafı sahmana salınıb, Qızılhacılı qəsəbəsinə və Balakürd kəndinə rahat, yaraşıqlı dayanacaqlar qoyulub.
Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin texniki bazasının möhkəmləndirilməsi, əhalinin təbii qaz, su və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb.
Tənqid və özünütənqid şəraitində keçən toplantıda qazanılan uğurlar göstərilməklə yanaşı, ümumi vəziyyət ətraflı təhlil edildi, əsas diqqət mövcud nöqsanların aradan qaldırılmasına yönəldildi. İşlərində dönüş yarada bilməyən bir sıra təşkilatların ünvanına kəskin iradlar söylənildi. Bəlli olduğu kimi, 2010-cu il "Ekologiya ili" elan olunub. Bununla bağlı rayonda müəyyən tədbirlər görülür. Bağlar və parklar salınır, yaşıl zolaqlar düzəldilir, ağac və gül kolları əkilir. Lakin bu mühüm işlərdə meşə mühafizəsi və bərpası müəssisəsinin fəaliyyəti lazımınca hiss olunmur. Toplantıda deyildi ki, kollektiv mövcud meşə fondunun mühafizəsi və bərpasının təmin edilməsi, yeni meşə sahələrinin və yaşıllıq zolaqlarının salınması üçün ciddi tədbirlər görməlidir.
Goranboy rayonunda torpaq məsələləri ilə bağlı şikayətlər çoxdur. Təhlil göstərir ki, şəhərin mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində perspektiv inkişaf üçün ayrılmış torpaqlar bir qrup işbazların əli ilə dağıdılıb. Vəziyyət o yerə çatıb ki, şəhərdə və əksər kəndlərdə hər hansı bir sosial obyektin yerləşdirilməsi, həyətyanı sahə verilməsi üçün yer tapmaq mümkün deyil. Şəhərin 58-ci kvartalında həyətyanı torpaq sahələrinin verilməsi məsələsini araşdırarkən bəlli oldu ki, orada 384 nəfərə həyətyanı torpaq sahəsi verilib. Lakin onlardan vur-tut 129-nun sənədləşdirilməsi başa çatıb. Müvafiq hüquqi sənəd olmadığı halda bir sıra yerlərdə fərdi evlər tikilib.
Toplantıda qeyd olundu ki, bütün bunların məsuliyyəti torpaq şöbəsinin müdiri Ziyad Əhmədovun və baş memar Qabil Həsənovun üzərinə düşür. Onlar nöqsanların aradan qaldırılması üçün təcili tədbirlər görməlidirlər.
Rayonda işlərin uğurları xeyli dərəcədə ərazi icra nümayəndələrinin və bələdiyyələrin fəaliyyətindən asılıdır. Müəyyən faydalı işlərə baxmayaraq, yerlərdə bir sıra nümayəndələrin və bələdiyyələrin fəaliyyəti günün tələblərinə cavab vermir. Onlar vəzifə borclarını layiqincə yerinə yetirə bilmir, əksinə, qanunsuz əməllərə göz yumur, dəstək olurlar. Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrində, Qarabağlı, Faxralı, Xanqərvənd, Ağamalıoğlu, Qarqucaq kəndlərində torpaqlar dağıdılır, qanunsuz tikinti işləri aparılır. İcra nümayəndələri və bələdiyyələr isə bu cür halları aradan qaldırmaq əvəzinə, onlara rəvac verirlər.
Qaraçinar, Səmədabad və Qırıqlı kənd, Aşağı Ağcakənd və Qızılhacılı qəsəbə icra nümayəndələri dövlət sosial müdafiə fondu rayon şöbəsinin rəhbərləri ilə əlaqəyə girərək saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsinə şərait yaradıblar. Təhsil sahəsində aşkara çıxarılan cinayət faktları isə hamının narahatlığına səbəb olub.
Yığıncaqda qeyd edildi ki, Goranboy şəhər icra nümayəndəsi Etiqad Kərimovda təşəbbüskarlıq, təşkilatçılıq yoxdur. Cinli Boluslu kənd icra nümayəndəsi neçə ildir özünün işlədiyi binaya elektrik xətti çəkə bilmir. Şadılı kənd icra nümayəndəsinin heç oturmağa yeri yoxdur. Bunların hansı fəaliyyətindən, uğurlarından danışmaq olar?!
Son vaxtlarda işin öhdəsindən gələ bilmədiyinə görə Aşağı Ağcakənd icra nümayəndəsi Vaqif Əhmədov vəzifəsindən azad edildi. Əlirzalı, Nərimanlı, Ağamalıoğlu, Borsunlu, Qaradağlı, Faxralı, Xoylu kənd icra nümayəndələrinə töhmət verildi. Yığıncaqda haqlı olaraq qeyd edildi ki, idarə və müəssisələrdə, yerli icra və bələdiyyə orqanlarında yol verilən nöqsanlar rayon icra hakimiyyəti başçısı aparatının zəif işinin, lazımi tələbkarlıq göstərə bilməməsinin nəticəsidir. Toplantıda bu sahədə işlərin günün tələbləri səviyyəsinə qaldırılmasının vacibliyi xüsusi vurğulandı.
Çıxışlarda yeri gəldikcə cari ilin ilk iki ayının göstəriciləri haqqında da söhbət açıldı. Bəlli oldu ki, goranboylular ilin ilk günlərindən işə həvəslə girişiblər. Ötən ilin yekunlarına həsr edilmiş respublika müşavirəsində dövlət başçısı cənab İlham Əliyevin nitqlərində irəli sürülmüş tövsiyə və tapşırıqların uğurlu icrası üçün Goranboyda əməli fəaliyyət proqramı tərtib olunub.
Həm Goranboyun potensialı böyükdür, həm də qurub-yaratmaq əzmi göstərir ki, tarixən zəngin ənənəsi olan Goran torpağında iqtisadi tərəqqinin yeni mərhələsi başlanıb.

Əhməd İSAYEV,
"Azərbaycan"

10.03.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.