Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi

çap versiyası

Qarşıdan güllü yaz - mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbətlə, səbirsizliklə qarşılayır, yüksək ovqatla qeyd edir. Novruzun insanların ürəyində sevgisi o qədər dərindir ki, onun adət-ənənəsinə, mərasimlərinə hamı, sözsüz əməl etməyi müqəddəs borc bilir. Novruzun gəlişini ta bineyi-qədimdən xüsusi hazırlıqla gözləmişik. Bu bayrama qədər hər həftə bir çərşənbəni xüsusi təmtəraqla qarşılayıb yola salmışıq. Hər bir çərşənbələrin də öz adı, öz mənası, öz yozumu var.

Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 9-da yurdumuza qədəm qoydu. Xalq arasında ona "Yel çərşənbəsi" deyirlər. Bəzi bölgələrdə isə onu "Küləkli çərşənbə", "Hava çərşənbəsi", "Yelli çərşənbə", "Külək oyadan çərşənbə" adlandırırlar. Qədim etiqadlara görə, bu çərşənbə axşamında oyanan külək ərzi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülür.
Folklor nümunələrində, xüsusilə də, dastanlarımızda, eləcə də əski etiqadlarda Yer üzündə küləyin iki rəngi göstərilir: qara və ağ. Hətta deyimlərdə belə bir ifadə var ki, hansı qarğışdan, xoşa gəlməyən sözdən narazılıq yaransa, nənələr tez deyərdi: "Ağzından qara yellər aparsın". Yaxud da elə, obaya, ailəyə, nəslə xeyir-dua verəndə söyləyərdilər: "Üstünüzə ağ yellər əssin". Xəzərətrafı, xüsusilə də, Abşeron bölgəsində küləyi belə də adlandırırlar: xəzri və gilavar. Əski inamlara görə, qara külək siyah, ağ külək bəyaz, xəzri göy, gilavar isə qırmızı libasda təsəvvür edilir. Bu rənglərin də mifik mənaları var. Deyilənə görə, çərşənbə bayramında yurdumuzda dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay alır və qısa müddətdə ərzi dolaşır. Ona görə də hava təbdən-təbə, rəngdən-rəngə düşür.
Xalq inamına görə, Tanrı tərəfindən idarə edilən külək özü də insanların himayədarına çevrilib. Hətta bu barədə müxtəlif dini ədəbiyyatlarda da müəyyən məlumatlar var. Qurani-Kərimdə küləyin Allah tərəfindən göndərildiyi və onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu qeyd edilir.
İlaxır çərşənbələrinin məhz üçüncüsünün küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı müxtəlif nəğmə, mif, əfsanə, inanc, atalar sözü, bayatılar, tapmacalar vardır.
Məlumdur ki, insanın oda, suya, küləyə, torpağa ehtiyacı yalnız Novruz günləri ilə bağlı deyil. Lakin Novruz şənliklərində bu ünsürlərin adı ilə bağlı ilaxır çərşənbələrinin qeyd edilməsi etiqadla əlaqədardır. Məsələn: "Yel qayadan nə aparar?" "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yelin işin bilmək olmaz", "Külək kimi hərdən bir yana əsmə" ifadələri tarixin sınağından çıxmışdır. Bayatı və ağılarda da küləklə bağlı yaddaqalan, dillər əzbəri olan, hətta mahnıya, nəğməyə çevrilən folklor nümunələri çoxdur.

Yel əsər, toz qoparar,
Ağacdan qoz qoparar.
Yellə gələn bəlanı
Yel özü də aparar.
* * *
Yel əssin, yelə dəysin,
Meh əssin, telə dəysin.
Tək əldən nə səs çıxar,
Əl gərək ələ dəysin.
* * *
Qara yel əsdi keçdi,
Səbrimi kəsdi keçdi.
Vətəndən gələn durna
Yaman tələsdi keçdi.

Bilməcələrdə də xalqın təfəkkürü, idrak, düşüncə tərzi özünü büruzə verir. Ümumiyyətlə, tapmacalara adi uydurma, oyun kimi baxmaq düz deyil. Hər bir tapmacada dövrün ovqatı, həm də öyrətmək, öyrənmək meyli güclüdür: "Dağdan gəlir hozu kimi, dəyirmanın tozu kimi" (külək).

Üç qardaşım var,
Biri sulayır,
Biri üfürür,
Biri bitirir
(yağış, külək, Günəş).

Yellə bağlı inanclarda müqəddəslik duyulur. Hiss olunur ki, xalq hələ qədim dövrlərdən küləyə Allahın qüdrəti kimi baxmış, ona mehr və məhəbbət göstərmişdir: "Yeli əsdirəni söyməzlər", "Yelin adına nəzir deyərlər". Yel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər və Yel babanı köməyə çağırarlar. Əgər həmin anda meh hiss etsən və ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetib, Tanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı yaranmış ən çox inanclar taxılla, çörəklə, xırmanla bağlı olardı.
Küləklə əlaqədar müxtəlif miflər və mərasimlər də mövcuddur. Deyilənə görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyurmuş. Birdən necə olursa, axırıncı bağlama qarının dizinin altından çıxıb kənara düşür. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: "Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı axı". Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından çıxaraq diyirlənməyə başlayır. Fatı qarı buna dözməyərək qarğışı qarğışa calayır və onun gileyləri, söyüşləri öz başına bəla olur. Yel baba qarının iplərini qanadına alaraq üfüqlərə qədər aparır. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa dönərək göydə parıldayır. Qarı da nə qədər edirsə, nə Yel babanı vura bilir, nə də iplərini tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən yeddi rəngli qurşağa "Fatı qarının hanası" da deyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq nə qədər nəğmə oxusa da, Yel baba eşitmədi. Həmin nəğmələrdən:

Yelli babam,
Yel babam,
Telli babam,
Tel babam,
Gül babam.
Dərdimi gəl bil, babam,
Gəl babam, ay gəl, babam.

Bu çərşənbədə buğdanı islağa qoyub səməni göyərdirlər.
Beləcə, boz ayın müqəddəs çərşənbələrindən sayılan və təbiətin ünsürləri ilə bağlı olan sudan içdik, oddan keçdik, küləyinin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi gəlir. İllərlə əl-ələ verərək bu əziz günlərin şərəfinə oxumuşuq:
Zəmzəm gəldi, Atəş gəldi,
Yel gəldi,
Təzə ömür, təzə məhsul,
il gəldi.

"Azərbaycan"

10.03.2010

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.