Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər dövlət başçısı səviyyəsində jurnalistlərə yüksək diqqət və qayğını nümayiş etdirməklə yanaşı, mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanması ilə bağlı müzakirələrə rəvac verdi. Söhbət dövlət qayğısının gücləndiyi, sistemli və ardıcıl xarakter daşıdığı hazırkı şəraitdə jurnalistikanın sağlamlaşdırılması, habelə peşəkarlığın artırılması tədbirlərinin daha da gücləndirilməsindən gedir. Mətbuatın özünütənzimləyici qurumu olan Mətbuat Şurası da bu istiqamətdə müəyyən tədbirləri həyata keçirməyə hazırlaşır. Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetimizə müsahibəsində bu və digər məsələlərlə bağlı mülahizələrini bölüşmüşdür.
Xalq Heydər Əliyev kursuna və Prezident İlham Əliyevin uğurlu siyasətinə etimadını Yeni Azərbaycan Partiyasına səs verməklə bir daha nümayiş etdirəcək
Parlament seçkiləri kampaniyasının başlanmasına çox az günlər qalır. Seçki qanuvericiliyinə edilən son dəyişikliklərə əsasən seçki kampaniyasına start seçkilərə 60 gün qalmış veriləcək. Amma Azərbaycan cəmiyyətində seçki əhval-ruhiyyəsi çoxdan hiss olunmağa başlayıb. Seçkiyə qatılmaq istəyən siyasi partiyalar, ayrı-ayrı namizədlər artıq seçki hazırlığına başlayıblar. Ölkənin ən iri və aparıcı siyasi təşkilatı olan hakim Yeni Azərbaycan Partiyası da parlament seçkiləri ilə bağlı özünün bütün resurslarını hərəkətə gətirib. Təsadüfi deyil ki, hazırda seçki ilə bağlı ölkə ictimaiyyətini düşündürən ən əsas məsələ məhz YAP-ın seçki hazırlığı, o cümlədən namizədlərin siyahısıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də seçki mövzusundadır.
Bu günlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi siyasəti və vergi administrasiyası üzrə direktoru Cefri Ouensin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlar ölkəmizin vergi sistemi ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışlar. C.Ouens səfərinin yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir. - Əvvəlcə, ölkəmizə səfərinizin məqsədi və ilk təəssüratlarınız barədə məlumat verməyinizi xahiş edirik. - Həmkarımla birgə Azərbaycana səfərimizin əsas məqsədi ölkənizlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında vergi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir. Əməkdaşlığımız artıq yüksək səviyyədədir, lakin onu daha da təkmilləşdirə bilərik. Düzünü desəm, ölkəniz mənim üçün maraq kəsb edirdi. Azərbaycan və onun paytaxtı haqqında çox eşitsəm də, burada olmamışdım.
Bu ilin iyulunda Avstriyanın Vyana şəhərində "Vərəm İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda I Avropa regional müşavirəsi və Beynəlxalq Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) Cəmiyyətinin təşkilatçılığı ilə XVIII beynəlxalq konfrans keçirilmişdir. Tədbirlərdə ölkəmiz geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunmuşdur. Tədbirlərdə iştirak etmiş Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenant Rəfail Mehdiyev bununla bağlı suallarımızı cavablandırmışdır.
Son illər ölkədə sosial-iqtisadi inkişafın sürətlənməsi idmanın ayrı-ayrı növlərinin inkişafına və kütləviləşməsinə, habelə olimpiya hərəkatının genişlənməsinə ciddi təkan vermişdir. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanın inkişafına misilsiz xidmətlər göstərən cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra xalqın mənəvi və fiziki sağlamlığı baxımından strateji əhəmiyyət daşıyan bu sahəyə dövlət qayğısının gücləndirilməsini təmin etmiş, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsinə, idman ölkəsi kimi məşhurlaşmasına nail olmuşdur. Dövlət başçısı ölkədə tarixi ənənələri olan idman klub və cəmiyyətlərinin hərtərəfli dəstəklənməsi və inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Təxminən 70 il ərzində adlı-sanlı idmançıların yetişdirilməsində əvəzsiz xidmətləri olan "Neftçi" İdman-Sağlamlıq Mərkəzi də ölkə rəhbərliyinin idmana davamlı diqqət və qayğısını fəaliyyətində daim hiss edir.
Əli ƏHMƏDOV: "Bu seçkilərdə də YAP-ın istinad edəcəyi ən böyük resurs seçicilərin Prezident İlham Əliyevə dərin inamıdır"
Ötən dövrlərdə olduğu kimi, 2010-cu ilin birinci yarısı da respublikamızın siyasi-ictimai və sosial-iqtisadi həyatı üçün mühüm irəliləyişlərlə xarakterik olmuşdur. Beynəlxalq maliyyə və iqtisadi böhranın başa çatması fonunda həm sosial-iqtisadi inkişafda yeni dinamizm müşahidə olunmuş, digər tərəfdən, davamlı inkişaf bütün sferaların yüksəlişinə təkan verdiyi kimi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə də təsirsiz ötüşməmişdir. İşğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda da bu ilin birinci yarısından intensivlik və nikbin əhvali-ruhiyyə müşahidə olunmağa başlamışdır. Danışıqların ictimaiyyətə bəlli olan detalları torpaqlarımızın sülh yolu ilə azad edilməsinə olan inamı daha da artırmışdır.
Respublikamız üçün tibbi kadrların hazırlanmasında zəngin ənənələri olan, milli səhiyyə sisteminin inkişafına sanballı töhfələr verən Azərbaycan Tibb Universiteti 80 illik yubileyi ərəfəsindədir. Bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda vurğulanır ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Bütün bunlar nəzərə alınaraq, sərəncamla Səhiyyə və Təhsil nazirliklərinə Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlamaq və həyata keçirmək tapşırığı verilmişdir.
Müsahibimiz daxili işlər naziri, general-polkovnik Ramil USUBOVdur
- 92 il öncə təsis edilən daxili işlər orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol tariximizin əlamətdar səhifələrini təşkil edir. Fərqli siyasi quruluşlarda müxtəlif rəsmi adlar daşısa da, daxili işlər orqanlarının qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin məsuliyyətli icrasına yönələn fəaliyyəti daim gərəkli olmuşdur. Cənab nazir, keçilən tarixi yola nəzər salsaq, yeni ildönümünə Azərbaycan polisi hansı əhval-ruhiyyə ilə qədəm qoyur? - Hər bir xalqın həyatında bayram səviyyəsinə yüksəlmək haqqı qazanmış günlər vardır. Bu haqq yalnız uzun illərin zəhməti, gərgin əməyi, xalqa və dövlətə sədaqət nəticəsində əldə edilir. Böyük önəm verib qiymətləndirdiyimiz Polis günü də ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzi, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının bayramıdır. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də sovetlər birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirmiş, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamış, böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun "yap.org.az" internet saytına müsahibəsi
- Əli müəllim, Yeni Azərbaycan Partiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı irəli sürdüyü təkliflər hazırda gündəmin əsas mövzularından biridir və bu istiqamətdə aparılan müzakirələr ictimaiyyət tərəfindən olduqca maraqla izlənilir. Ümumiyyətlə, seçki qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi hansı zərurətdən yaranıb? - İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanda bir neçə ildir ki, seçki praktikası və qanunvericiliyi təkmilləşdirilir. Burada məqsəd seçki praktikasını inkişaf etdirmək və dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların bir qrupu bu yaxınlarda parlamentin rəhbərliyinə Seçki Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması məqsədilə bəzi təkliflərini irəli sürüb və müvafiq qanun layihəsi təqdim edilib. Qaldırılan təşəbbüsdə Seçki Məcəlləsinin tənzimlədiyi iki məsələ ilə əlaqədar təkliflər irəli sürülüb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının baş redaktoru, Heydər Əliyevin nəvəsi Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məqsədləri və iş metodları, Heydər Əliyev Fondunun fəaliyyəti, habelə hazırda Azərbaycanın Avropada və ABŞ-da yaranmaqda olan yeni obrazı barədə söhbət açmışdır. AzərTAc həmin müsahibəni təqdim edir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Türkiyə və Rusiyanın nüfuzlu ali məktəblərindən dəvət olunuş qonaqlar iştirak ediblər. Onlardan biri Türkiyənin Mərmərə Universitetinin rektor vəkili, Bankçılıq və Sığortaçılıq İnstitutunun direktoru professor Camal İbiş bizimlə müsahibədə ölkəmizə səfəriylə və konfransla bağlı təəssüratlarını bildirdi.
"Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının artırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir"
Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin mayın 14-də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər görülməsinə yönələn fərmanı xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, sözügedən fərman idxal-ixrac prosedurlarının iqtisadi inkişafın bugünkü tələblərinə uyğunlaşdırılması və sadələşdirilməsi baxımından zəruri xarakter daşıyır. Həmçinin, sözügedən fərmanla "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilmiş əlavə və dəyişikliklər ixrac potensialından daha səmərəli istifadəyə xidmət edir.
Azərbaycan nümayəndə heyəti onun qarşısını vaxtında aldı
Müsahibimiz Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, ölkəmizin AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur
- Səməd müəllim, AŞ PA-nın yaz sessiyasında Azərbaycan üçün əhəmiyyətli olan məsələlər müzakirə olundumu? - Bəli, keçən sessiya bizim üçün əhəmiyyətli olmuşdur. Bilirsiniz ki, Azərbaycanla bağlı məruzənin hazırlanması və Monitorinq komitəsində onun müzakirəsi keçirildi. Monitorinq komitəsində müəyyən tənqidi məqamlar səslənməsinə baxmayaraq, Azərbaycan üzrə məruzəçilər Andres Herkel və D.Qrekx öz çıxışlarında ölkəmizdə gedən prosesləri kifayət qədər obyektiv işıqlandırdılar. Bu yalnız onların mövqelərinin dəyişməsi deyil. Biz Andres Herkelin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Belə bir dəyişikliyi - obyektivliyə meylliliyi təsadüf kimi qiymətləndirmək olmaz. Bunun səbəbi var. Əvvəllər Azərbaycan AŞ PA-da, ümumiyyətlə, dünyada nə qədər qərəzli təqdim olunsa da, reallığı gizlətmək mümkün deyil. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan regionun ən sürətli inkişaf edən dövlətidir və onun xarici siyasəti regionda xüsusi reytinqə malikdir.
Vüqar Rəhimzadə: "Mətbuat Şurası hazırkı missiya etibarilə tənbehedici, məzəmmətedici və nəhayət tərbiyəedici rolda çıxış edir"
Azərbaycan Mətbuat Şurasının 18 fevral 2010-cu il tarixli iclasının qərarı ilə Şuranın tərkibində xüsusi "apellyasiya qrupu" yaradılıb. Qrupun yaradılması MŞ-nin "reket jurnalistika"ya qarşı mübarizə tədbirlərinin məntiqi davamı olduğundan onun ötən müddətdəki fəaliyyəti maraq doğurur. Müsahibimiz Mətbuat Şurasının "apellyasiya qrupu"nun rəhbəri, Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söhbət zamanı ilk növbədə qrupun yaradılması zərurətinə toxundu:
Əli ƏHMƏDOV: "Xalqın iqtidara bəslədiyi böyük etimad YAP-ın qarşıdakı parlament seçkilərində də növbəti zəfərini təmin edəcək" Azərbaycanın davamlı inkişafı və mövqelərinin güclənməsi bizə dost münasibət bəsləyənlərlə yanaşı, uğurlarımızı gözü götürməyən siyasi dairələrdə də etiraf edilməkdədir. Amma əgər dostlar nailiyyətlərimizi ən xoş arzu və niyyətlərlə qeyd edirlərsə, bundan narahat olan qüvvələr dövlətimiz barədə bədnam və qərəzli informasiyalar səsləndirirlər. Bu mənada ikili standartların girovuna çevrilmiş bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlər metodlarını intensiv işə salmaları Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət yeritməsinin onlarda yaratdığı qıcıq və narahatlığın təcəssümüdür.
Elxan Bəşirov: Dövlətimiz tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün hər cür şərait yaradılıb, bu şəraitdən faydalanmaqla biznes qurmaq isə sahibkarlıq qabiliyyətindən asılıdır
Şirkət 2000-ci ildə fəaliyyətə başlayıb. 10 illik fəaliyyət göstərdiyi dövr ərzində keyfiyyət faktoruna xüsusi diqqət yetirməsi ona çoxsaylı sadiq alıcı auditoriyası qazandırmışdır. İndi məhsulları ölkəmizdə keyfiyyət və inam göstəricisinə çevrilib. Dövlətimizin sahibkarlara yaratdığı əlverişli şəraitdən bəhrələnərək ən qabaqcıl texnologiyanı ilk olaraq tətbiq etmək, yeni inşaat metodlarını respublikamıza gətirmək əsas amalına çevrildi. Əsas hədəflərindən biri qloballaşmaq olduğundan məhsulları həmçinin region ölkələrinə də ixrac olunur. Fəaliyyəti dövründə korporativ sosial məsuliyyəti dərk edərək xeyriyyəçilik missiyasına da önəm verib, ölkəmizin sosial-iqtisadi proseslərində aktiv iştirak edib. Qeyd edilən bütün bunlar "Mətanət A" şirkəti haqqındadır. Bu on il ərzində müştəri məmnuniyyəti ən böyük qazancı, milli-mənəvi dəyərləri işgüzar aləmdə qoruyub saxlamağı isə ən vacib uğurudur.
Müsahibimiz Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitrieviç Doroxindir
Azərbaycanda son illər milli mənafelərə əsaslanmaqla həyata keçirilən xarici siyasət kursunun prioritet istiqaməti güclü və müstəqil dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi mühitini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. İqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində əlahiddə yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir.
Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovdur
- Cənab nazir, artıq geridə qalan 2009-cu il Sizcə, bütövlükdə ölkəmizin və təbii ki, daxili işlər orqanlarının fəaliyyətində nələrlə əlamətdardır? - 2009-cu il Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatının inkişafı, mühüm dövlət proqramlarının uğurlu icrası, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, bütövlükdə ictimai həyatın bütün sahələrində müsbət nəticələrin əldə edilməsi ilə əlamətdardır. Azərbaycanın qlobal maliyyə böhranının təsirinə ən az məruz qalan ölkələrdən olması və hətta belə mürəkkəb şəraitdə iqtisadi və sənaye istehsalı artımına nail olunması - məhz ulu öndər Heydər Əliyevin uzun illərə hesablanmış dəqiq strateji siyasət kursunun möhtərəm Prezidentimiz tərəfindən xalqın və dövlətin maraqlarına uyğun həyata keçirilməsinin məntiqi nəticəsidir.
Əli Əhmədov: "Son 17 ildə bütün seçkilərin şəriksiz qalibi olmuş YAP-ın indi başlıca hədəfi qarşıdakı parlament seçkilərində daha böyük siyasi zəfər qazanmaqdır"
2009-cu il Azərbaycanın müasir tarixinə növbəti inkişaf mərhələsi kimi daxil oldu. Ötən il demokratikləşmə istiqamətində görülən işlər, həmçinin Konstitusiya islahatları ilə əlaqədar keçirilən referendum və növbəti bələdiyyə seçkiləri siyasi sahədəki böyük uğurlardır. Beynəlxalq maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, 2009-cu ildə Azərbaycan iqtisadiyyatı da 9,3 faizlik artıma nail oldu. Nəzərdə tutulan bütün iqtisadi və sosial layihələrin icrası davam etdirildi. Bütövlükdə, ötən ilin siyasi, sosial-iqtisadi və digər sahələr üzrə xoş mənzərəsi Azərbaycan xalqının 2010-cu ilə nikbin notlar üzərində qədəm qoymağını şərtləndirdi.
Bu yaxınlarda Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində mərkəzlə elmi əməkdaşlıq əlaqələri yaradılmış, həmin qurum tərəfindən maliyyələşdirilən qrant sazişləri imzalanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının iştirak edəcəyi layihələrdə nanotexnologiyalar, neft və polimer kimyası və kataliz sahəsində perspektiv işlərin aparılması planlaşdırılır.
Bu gün Azərbaycan təkcə iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət və turizm sahəsindəki nailiyyətləri ilə diqqət çəkməkdədir. İllər öncə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb oldu. Dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılmasında ölkə başçısı İlham Əliyevin göstərdiyi qayğı və diqqəti, bununla bahəm Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş və hərtərəfli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Ötən il Bakı İslam mədəniyyətinin paytaxtı oldu. Bu mədəniyyət ili ilə bağlı keçirilən tədbirlərin möhtəşəmliyi barədə dünya mətbuatında maraqlı yazılar dərc edildi. Ümumilikdə, 2009-cu il Azərbaycan mədəniyyət tarixinə yaddaqalan il kimi daxil oldu. Bu sahədə qazanılan uğurlar və nailiyyətlər barədə suallarımızı respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cavablandırır.