Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.
Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə Səyavuş Məmmədağa oğlu Aslanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. iki ay müddətində "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram: 1. Minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram: 1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin. 2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov "Şərəf" ordeni ilə təltif edilsin.
Hörmətli xanım Prezident! Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qırğızıstan münasibətləri öz tarixi ənənələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini mükafatlandırmaq məqsədi ilə qərara alıram: 1. Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin: - birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat;
Hörmətli cənab Gimpu! Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram.
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Ağadadaş Əbdülqasım oğlu Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Müfəttiş-təşkilat idarəsinin rəisi Vüsal Sabir oğlu Rzayevə general-mayor ali hərbi rütbəsi verilsin.
Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi rabitə sisteminin inkişafı və təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlərinə görə general-mayor Mürsəl Əli oğlu Vəliyevə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilsin.
Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə Bəkir Əhməd oğlu Nəbiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Bəkir Əhməd oğlu Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim Veys oğlu Veysov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Qax şəhəri ilə həmsərhəd olan Əmircan kənd inzibati ərazi dairəsi tərkibindəki Əmircan kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 172,71 ha, Qum kənd inzibati ərazi dairəsi tərkibindəki Qum kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 39,7 ha, Qax İngiloy kənd inzibati ərazi dairəsi tərkibindəki Qax İngiloy kəndinin ərazisindən 253,4 ha (bunlardan - dövlət mülkiyyətində olan 21,1 ha və xüsusi mülkiyyətdə olan 232,3 ha) və Qaxbaş kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 31,07 ha torpaq sahələri bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qax şəhərinin inzibati ərazisinə verilsin.
"Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I fəsil Ümumi müddəalar
Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 924-IIIQD nömrəli qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 6, maddə 345, ¹ 9, maddə 542; 2001-ci il, ¹ 7, maddə 456, ¹ 9, maddə 593; 2002-ci il, ¹ 7, maddə 412, ¹ 8, maddə 480; 2003-cü il, ¹ 6, maddə 290, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 1, maddə 19, ¹ 7, maddə 537; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 7, maddə 597; 2006-cı il, ¹ 2, maddə 84, ¹ 9, maddələr 734, 743, ¹ 11, maddə 940, ¹ 12, maddə 1049; 2007-ci il, ¹ 2, maddə 97, ¹ 8, maddə 769, ¹ 11, maddə 1105; 2008-ci il, ¹ 5, maddə 373, ¹ 6, maddə 498, ¹ 8, maddələr 715 və 719; 2009-cu il, ¹ 2, maddə 64) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti başçısı aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nın "Bakı şəhəri Əzizbəyov, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonları İcra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı" bölməsinin adında "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilsin.
"Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: 1. "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 672) aşağıdakı dəyişikliklər edilsin: 1.1. "Rayon (şəhər) məhkəmələri üzrə" bölməsinin 1.3.28-ci bəndində "Dəvəçi" sözü "Şabran" sözü ilə əvəz edilsin;
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində: