Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə
Hörmətli cənab Prezident!
Ölkənizdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Minh Çietə
Hörmətli cənab Prezident!
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıram.

Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Özbəkistan münasibətləri əsrlər boyu bir-birinə qırılmaz tellərlə bağlı olmuş xalqlarımızın istək və iradəsindən qaynaqlanır. Əminəm ki, qarşılıqlı etibar və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, çoxşaxəli dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Liviya inqilabının lideri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Başçısı zati-aliləri cənab Müəmmər Əl-Qəzzafiyə
Zati-aliləri!
Milli bayramınız - Böyük inqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Malayziyanın Ali Başçısı əlahəzrət Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şaha
Əlahəzrət!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına sülh və rifah diləyirəm.

Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya
Hörmətli cənab Sədr!
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Ukrayna Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç!
Milli bayram - Müstəqillik Günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına firavanlıq və tərəqqi diləyirəm.

Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Pal Şmittə
Hörmətli cənab Prezident!
Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün öz ənənələrini davam etdirməkdədir. Əminəm ki, ölkənizdə sülhün qorunub saxlanmasına, sabitliyin təmin olunmasına yönəlmiş ümumi səylərin müsbət nəticələri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına sülh, sabitlik və əmin-amanlıq diləyirəm.

İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-İndoneziya münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya
Hörmətli cənab Sədr!
Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab Sellapan Ramanatana
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün imkanlar açacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri xanım Doris Loytharda
Hörmətli xanım Prezident!
Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf yolundadır. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Gyorge İvanova
Hörmətli cənab Prezident!
Milli bayramınız - Respublika günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və tərəqqi arzulayıram.

Mərakeşin Kralı əlahəzrət VI Məhəmmədə
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlərdən, dostluq və qardaşlıq hisslərindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

Peru Respublikasının Prezidenti zati-aliləri cənab Alan Qarsiyaya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Peru arasında yaranmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa
Hörmətli cənab Prezident!
Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Naşidə
Hörmətli cənab Prezident!
Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına sülh və firavanlıq diləyirəm.

Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə
Hörmətli cənab Prezident!
Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və arzularımızı yetirirəm.
Azərbaycan-Misir münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda addımlarımız daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belçikanın Kralı əlahəzrət II Albertə
Əlahəzrət!
Milli bayramınız - Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident!
Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurova
Hörmətli Fərid Mansurov!
Sizi - Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsini böyük idmandan yola salarkən yarış meydanlarında göstərdiyiniz yüksək nailiyyətlər gözlərimiz önündə canlanır.
Siz beynəlxalq miqyasda tanınan və ölkəmizin idman tarixinə adı parlaq hərflərlə yazılan məşhur idman ustalarındansınız. Zəngin ənənələrə malik Azərbaycan güləş məktəbinin yetirməsi olaraq idman aləmində keçdiyiniz şərəfli yolu hər birimiz qürur və fərəh hissi ilə xatırlayırıq.

Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə
Hörmətli cənab Prezident!
Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində addımlarımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.
Çoxşaxəli əlaqələrimizin geniş spektrində humanitar sahə mühüm yer tutur. Bu mənada, heç şübhəsiz ki, ölkənizdə keçirmək niyyətində olduğumuz "Azərbaycanın mədəniyyət fəsli" çərçivəsində tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına töhfə olacaq, onların milli-mədəni irsinin ümumbəşəri əhəmiyyət daşıdığını bir daha təsdiq edəcəkdir.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.