Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Milli Məclisin komitə sədri Avstriyada Antikorrupsiya Akademiyasının açılışı ilə əlaqədar tədbirlərdə iştirak edəcəkdir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov avqustun 31-də Avstriyaya səfərə getmişdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, parlamentin komitə sədri Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının açılışı ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcəkdir.
Səfər sentyabrın 5-də başa çatacaqdır.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN APARATINDA 2010-cu İLİN SENTYABR AYINDA VƏTƏNDAŞLARIN QƏBULU
CƏDVƏLİ

Qəbul günləri
Ziyafət Abbas oğlu ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini - Təhlükəsizlik
və müdafiə komitəsinin sədri 28

Milli Məclisin bir qrup deputatı Pakistanın Azərbaycandakı səfiri ilə görüşmüşdür
Avqustun 18-də Milli Məclisin bir qrup deputatı Pakistanda baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində olmuşdur.
Nümayəndə heyətinin tərkibində Milli Məclisin komitə sədrləri - YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Hadi Rəcəbli, YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, parlamentin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev və Cavanşir Paşazadə olmuşlar.
Milli Məclisin deputatları Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmidlə görüşmüşlər. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistanda güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı vermişdir. E.İbrahimov bildirmişdir ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Pakistanda çoxsaylı insan tələfatı və güclü dağıntılarla nəticələnmiş təbii fəlakətin baş verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanmışdır.

Litva Azərbaycanla əlaqələrini genişləndirmək istəyir
Avqustun 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqlər komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov dedi ki, Azərbaycanla Litva arasında qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edir. Bu işdə dövlətlərimizin başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayır. Bu səfər parlamentlərimiz arasında münasibətlərin genişlənməsinə də yeni töhfə verəcək.

Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməyəcəkdir
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 16-da Milli Məclisə gəlmişdir.
Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşıladılar.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov və Türkiyə Prezidenti Abdullah Gül arasında görüş olmuşdur.
Parlamentin Sədri Oqtay Əsədov dost və qardaş ölkənin dövlət başçısı Abdullah Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirmişdir. Milli Məclisin Sədri demişdir ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər ən yüksək səviyyədədir. Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanmışdır. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzaladınız.

Azərbaycanla Niderland arasında əlaqələr inkişaf edir
Avqustun 10-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları səmimiyyətlə salamlayan Oqtay Əsədov bu cür səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini dedi.
Niderland Krallığı ilə münasibətlərin inkişafına Azərbaycanın böyük önəm verdiyini deyən parlamentin sədri Oqtay Əsədov bildirdi ki, biz hər iki ölkənin ədliyyə nazirlikləri arasındakı əlaqələri yüksək qiymətləndiririk. İnanırıq ki, bu əlaqələr digər sahələrdə də əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayacaqdır.
Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən Oqtay Əsədov dedi ki, hökumət və parlament rəhbərlərinin, eləcə də ayrı-ayrı nazirlərin, deputatların qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizi daha da möhkəmləndirir.

Milli Məclisdə görüşlər
Avqustun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrat Akçuranla görüşmüşdür.
Parlamentin sədri F.Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib ölkəmizin BMT və onun bir sıra ixtisaslaşmış orqanları və qurumları ilə sıx, səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, BMT-nin müxtəlif layihələri çərçivəsində Azərbaycanda bir sıra proqramlar indi də davam etməkdədir. BMT Azərbaycanda səhiyyə, qadın problemləri, yoxsulluğun azaldılması və digər sahələrdə onlarca proqramlar və tədbirlər həyata keçirmişdir.
Son illərdə BMT çərçivəsində görülən işlər sırasında qlobal səviyyədə terrorçuluğa qarşı aparılan mübarizədə təşkilatın fəal iştirakı xüsusi qeyd edilməlidir. Bu baxımdan respublikamızın BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı komitəsi ilə əməkdaşlığı təqdirəlayiq hal kimi qiymətləndirilir.

Milli Məclisdə görüş
Avqustun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov İraq Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya əl-Barrakı ilə görüşmüşdür.
Milli Məclisin Sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş, bu şərəfli işdə ona dost İraq Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində fəaliyyətində uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanla İraq arasında mövcud olan tarixi, dini və mədəni köklər xalqlarımızı bir-birinə daha sıx bağlayır, bu köklər əlaqələrin bundan sonrakı inkişafı üçün çox böyük zəmin yaradır. Azərbaycan İraq Respublikası ilə əlaqələrin bundan sonrakı inkişafına da xüsusi önəm verir.

Milli Məclisə seçkilərlə bağlı normativ aktlardan ibarət toplu nəşr olunmuşdur
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədi ilə normativ xarakterli aktların - təlimatların, izah və qaydaların təsdiq olunması barədə qərar qəbul etmiş və həmin sənədlər 10 topluda cəmləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sözügedən toplulardan biri artıq nəşr olunmuşdur və aşağı seçki komissiyalarına çatdırılıb. Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaqdır.

Milli Məclisdə görüş
Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatı iyulun 29-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov TBMM-nin deputatlarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib dedi ki, bu cür səfərlər və görüşlər iki ölkə arasındakı qarşılıqlı əlaqələrə böyük töhfələr verir.

Azərbaycan və Türkiyə əlaqələri sürətlə inkişaf edir
İyulun 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Oqtay Əsədov Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə əsaslanan yüksək səviyyəli münasibətlərin formalaşdığını və bunun daim inkişafda olduğunu bildirdi.
Milli Məclisin Sədri Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluq ifadə etdi. Bildirdi ki, həmin qrupun fəaliyyəti Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun ən böyük qrup olduğuna diqqət çəkən Oqtay Əsədov qanunverici orqanın hər bir deputatının böyük məmnunluqla bura qoşulmağa hazır olduğunu qeyd etdi.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünya miqyasında Azərbaycanın nüfuzunu daha da artırıb
Bahar MURADOVA: "ATƏT məkanında Azərbaycan sıçrayışlı inkişafa malik ölkə kimi qəbul edilir"

Sürətli sosial-iqtisadi inkişafa malik Azərbaycan diplomatiya sahəsində də böyük uğurlara imza atmaqdadır. Məhz bu nailiyyətlərin nəticəsidir ki, ölkəmizin bir nömrəli problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərdən dünya indi kifayət qədər xəbərdardır. Artıq beynəlxalq ictimaiyyət birmənalı şəkildə Ermənistanı işğalçı dövlət olaraq qəbul edir, sözügedən münaqişənin mümkün qədər tez həllinin vacibliyini bildirir. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin daim dünyanın diqqət mərkəzində qalması və problemin həlli prosesinin sürətlənməsinə beynəlxalq ictimaiyyətin daha sanballı töhfə verə bilməsinə nail olmaq üçün ən müxtəlif tribunalardan məharətlə istifadə etməkdədir. Belə tribunalardan biri də ATƏT Parlament Assambleyasıdır (PA). Parlament Assambleyasının Osloda keçirilən XIX yay sessiyası da bu mənada Azərbaycan üçün uğurlarla yadda qalıb.

Milli Məclisin Sədri Oqtay Əsədov Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış etmişdir
İyulun 21-də Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransı öz işini davam etdirmişdir.
Konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış etmişdi. Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan O.Əsədov qeyd etmişdir ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır. Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər çox ciddi qlobal problemlərlə üzləşmişdir. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Dünya dövlətləri arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır.
Sadalanan problemləri dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq. Demokratiyanın təmin edilməsi problemlərin həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil.

Milli Məclisdə görüş
İyulun 21-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Bahar Muradova Azərbaycanla ABŞ arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, bu əlaqələri daha da genişləndirmək üçün böyük imkan və potensial, ən əsası hər iki dövlətin siyasi iradəsi mövcuddur.

Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olmuşdur
İyulun 19-da Cenevrədə parlament sədrlərinin üçüncü Ümumdünya Konfransı çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşmüşdür.
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində parlamentlərin rolu məsələsi müzakirə olunmuşdur. Görüş Ermənistan tərəfinin təşəbbüsü ilə keçirilmişdir.

Azərbaycan parlament nümayəndə heyəti Cenevrədə səfərdədir
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşmüşdür. Konfransın açılışı iyulun 19-da BMT-nin Cenevrədəki qərargahında bu təşkilatın Baş katibi Pan Ki Munun iştirakı ilə oldu. Tədbiri giriş sözü ilə Parlamentlərarası İttifaqın prezidenti Teo Den Qurirab açdı. O, konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışdı. Həmin məsələlərin həllində parlamentlərin rolunu xüsusi qeyd etdi.

Milli Məclisdə görüş
İyulun 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüşdür.
Görüşdən əvvəl Mavritaniya İslam Respublikasının Prezidenti Milli Məclisin əsas iclas zalına baxmış, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşdur.
Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Mavritaniya dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazmışdır.

Milli Məclisdə görüş
İyulun 15-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Ziyafət Əsgərov demişdir ki, Azərbaycanla Moldovanın tarixi dostluq əlaqələri var. Hazırda bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Parlamentarilərimizin beynəlxalq qurumlardakı əməkdaşlığı yüksək səviyyədədir. Həmin təşkilatlar çərçivəsində ölkələrimizin mövqeləri bütün məsələlərdə üst-üstə düşür.
Daha sonra Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında iyulun 14-də imzalanan qarşılıqlı əməkdaşlıq haqqında Memoranduma münasibət bildirən Ziyafət Əsgərov bu sənədin iki ölkənin hüquqi sahədə əməkdaşlığının genişlənməsində böyük rol oynayacağını qeyd etdi.

Milli Məclisdə görüş
İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ müdafiə nazirinin müavininin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə köməkçisi Seleste Uallenderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ziyafət Əsgərov söhbətin əvvəlində xatırlatdı ki, ötən ay ABŞ-ın müdafiə naziri Robert Qeyts, dövlət katibi Hillari Klinton ölkəmizdə olublar. Belə səfərlər münasibətlərimizin yeni mərhələsinin başlanğıcından xəbər verir.
Milli Məclis Sədrinin birinci müavini daha sonra xatırlatdı ki, 2001-ci il sentyabrın 11-də ABŞ terror hücumuna məruz qalanda Heydər Əliyev bu qanlı olayı pisləyən ilk prezidentlərdən olub. Həmin vaxt Prezident Heydər Əliyev bəyanatla çıxış edərək terrorizmi pislədi və terrora qarşı mübarizədə ABŞ-ın yanında olduğunu bildirdi.

Azərbaycan-ABŞ əlaqələri bütün sahələrdə uğurla inkişaf edir
İyulun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açan O.Əsədov bildirmişdir ki, iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və xalqlarımızın maraqlarına uyğundur. Beynəlxalq terrorçuluqla mübarizə sahəsində, enerji təhlükəsizliyinin təmin olunması məsələsində ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlıq edir. Amerika Yəhudi Komitəsi ilə əlaqələrimiz qənaətbəxşdir, ABŞ-dakı Azərbaycan diasporu adıçəkilən qurumla səmərəli əlaqələr qurub.

Milli Məclisdə görüş
İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Niderland Krallığı Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. İnsan hüquqları, qanunun aliliyi, demokratiya bizim üçün əsas meyarlardır.
Ötən il Azərbaycanda keçirilən referendum da insan hüquqularının etibarlı müdafiəsinin möhkəmlənməsinə, qanunun aliliyinə xidmət edib. Ölkəmizdə iqtisadi, siyasi, hüquqi, demokratik islahatlar paralel gedir. Konstitusiyamızda belə bir müddəa yer alıb ki, ölkəmizdə hər bir insanın, vətəndaşın hüquqlarının qorunması, layiqli həyat tərzinin təmin edilməsi dövlətin ali məqsədidir. Ancaq bu gün Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyondan çox insanın məcburi köçkün və qaçqın vəziyyətində yaşaması ölkəmizin qarşıya qoyduğu məqsədlərə daha sürətlə yaxınlaşmasına imkan vermir. İşğala son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Cari ilin may ayında da Avropa Parlamenti Ermənistan işğalını pisləyən qətnamə qəbul etdi.

Xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün parlament diplomatiyasından səmərəli istifadə olunmalıdır
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti iyulun 2-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov bildirmişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmiz Avropa İttifaqı, onun strukturları, eləcə də Avropa Parlamenti ilə sıx əməkdaşlıq edir. Azərbaycan ilə Avropa İttifaqı arasındakı 11 illik əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizlə bu mötəbər qurum arasında imzalanacaq assosiativ saziş münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsi üçün yeni imkanlar açacaqdır. Bu saziş təkcə siyasi münasibətlərin deyil, eləcə də bütün sahələrdə əlaqələrimizin inkişafına təkan verəcəkdir.

Milli Məclisin deputatları ATƏT PA-nın XIX illik sessiyasında iştirak edəcəklər
İyulun 6-da Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının XIX illik sessiyası keçiriləcəkdir.
Tədbirdə Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlardan Azay Quliyev və Fazil Mustafa daxildirlər.
Sessiyada "Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə" mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın sədri Joao Soareşin, baş katib Spenser Oliverin məruzələri dinləniləcək, quruma üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Milli Məclis yaz və növbədənkənar sessiyalar dövründə məhsuldar işləmişdir
İyulun 2-də Milli Məclisdə 2010-cu ilin yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu tədbiri açaraq hər iki sessiya müddətində parlamentlə sıx əlaqə saxladıqlarına, keçirilən tədbirləri əhatəli və obyektiv işıqlandırdıqlarına görə mətbuat nümayəndələrinə təşəkkürünü bildirmişdir.

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir
İyulun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür. Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daim inkişafda olduğunu qeyd edən Milli Məclisin Sədri birgə həyata keçirilən proqram və layihələrdən söz açdı. Bildirdi ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Sizin bu səfəriniz də Avropa İttifaqının ölkəmizlə əməkdaşlığın genişlənməsinə xidmət edən addımlardan biridir.
Azərbaycan Avropa İttifaqı ilə Yeni Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarına müvafiq olaraq münasibətlərini inkişaf etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında ilk münasibətlər təşkilatın ölkəmizə müxtəlif yardımları əsasında formalaşmışdır. Artıq bu münasibətlər yeni mərhələyə keçib və qarşılıqlı fəaliyyətə əsaslanır. İyunun 16-dan etibarən tərəflər arasında yeni assosiativ sazişin imzalanması üçün lazımi hazırlıq işlərinə başlanıb.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.