Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Yeni dərs ilinə töhfə
Kəndimiz çox böyükdür. Daha doğrusu, Qazax-Qırmızı körpü yolu boyunca evlər elə düzülüb ki, azı doqquz kilometrə səpələnib. Ona görə də bu yerlərdə iki məktəb fəaliyyət göstərir. 240 yerlik əsas məktəbin binası keçən il bərpa olunub. İkinci məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir, qəza vəziyyətinə düşmüşdü.
Prezident İlham Əliyev sağ olsun, keçən il qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verdi. Bu məqsədlə üç milyon manat vəsait ayrıldı. Dövlətin bu qayğısından bizim məktəbimizə də pay düşdü. Yaşıllıqlar qoynunda üçmərtəbəli bina ucaldılır. Hörgü işləri başa çatıb, üstü örtülüb, qapı-pəncərələr salınıb.

Havalar sərt keçsə də...
Mən Zaqataladakı "Muxax" istehsal kooperativinin rəhbəriyəm. 12 ildir ki, taxıl məhsullarının emalı ilə məşğulam. 5 il əvvəl isə taxıl toxumu istehsalına başlamışam. Müəyyən mövsümi çətinliklər olsa da, işimiz normal gedir. Özəl toxumçu kimi Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq şurasının üzvüyəm.
2010-cu ilin məhsulu üçün 440 hektar əkinimiz olub. Biçin zamanı 138 hektar sahənin məhsulunu biçə bilmədik. Əkin sahəmiz Alazan çayı vadisində yerləşdiyinə görə, yağmurlu hava şəraitində problemlərlə üzləşdik - normadan artıq yağan yağışlar nəticəsində Alazan və Katex çayları daşaraq əkin sahələrimizi sel suları basdı. Həmin ərazidə Aşağı Çardaxlar kənd sakinlərinin 500 hektar taxıl sahəsi də su altında qaldı.

Məktəbsiz kənd
Hörmətli redaksiya! Ölkəmizdə aparılan böyük quruculuq işləri məni çox sevindirir. Bizim Bərdə rayonu da son illər sürətlə dəyişərək gözəlləşir. Bütün bunlar yaxşıdır. Sağ olsunlar ki, tikib qurur, abadlıq yaradırlar.
Ancaq mən sizə kəndimizdə hamını narahat edən bir məsələdən söhbət açmaq istəyirəm. Bu, məktəb dərdidir. Beş yüzə yaxın evi olan Alaçadırlı kəndində heç vaxt məktəb olmayıb. Kəndimiz rayon mərkəzinə yaxındır. Aradan dəmiryol keçir. Kəndin uşaqları oxumaq üçün rayon mərkəzindəki məktəblərə gedirlər. Maşını olan valideynlər uşaqlarını məktəbə maşınla aparırlar. Maşını olmayan valideynlərin isə günü qaradır. Uşaqların məktəbə gəlib-gedərkən dəmiryolundan keçmələri çox təhlükəlidir. Burada dəfələrlə hadisə olub.

Yeraltı keçid yenidən quruldu
Bu, Tovuzun "sehirli" qapısıdır. Şəhərin girəcəyində, magistral dəmir yolu xəttinin altında qurulub. Rayonun mərkəzinə gedən yolu dəfələrlə qısaldır. Əsasən nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub.
Keçid çoxdan tikilmişdi. Aylar, illər keçdikcə müəyyən qüsurlar yaranmış, uçuqlar, çatlar əmələ gəlmişdi. Sarı, solğun görkəmi də bu günün abadlığı, quruculuğu ilə əsla uyuşmurdu. Buna görə də yerli sənətkarların əli ilə yeraltı keçid milli üslubda yenidən quruldu. Əsaslı təmir edildi, yerə mərmər piltələr döşəndi, divarlar müasir tikinti materialları ilə bəzədildi. İşıqlandırma sistemi təzələndi. Hər iki tərəfdə ala qapı düzəldildi. Ayrı-ayrı markalı maşınların hərəkəti sistemi müəyyən edildi.

Kassa var, bilet satılmır
Uzun illərdir ki, Şabran sakinləri avtovağzalın xidmətindən narazılıq edirlər. Hər şeydən əvvəl, burada qiymətlər sürücülərin və avtovağzal müdiriyyətinin istəyinə uyğun dəyişir.
Məsələn, Bakı-Şabran marşrutunda bilet 3 manata satılır. Amma tarif şurasının qiymətinə uyğun biletin əsl dəyəri 1 manat 98 qəpiyədir. Yaxın məsafələrə isə qiymət başqa cür dəyişir. Şabrandan Qubaya qədər sürücü mütləq 50 qəpik əlavə pul istəyir. Elə Şabrandan Xaçmaza qədər də həmin məbləğ nəzərdə tutulur. Neçə illərdir ki, eyni marşrutda eyni üsullarla aldadılırıq. Bu barədə təkcə rayon rəhbərliyinə yox, respublika Nəqliyyat Nazirliyinə də müraciət etmişik.

Ana Kürün sahilində
Kür bu yerlərin yaraşığıdır. Son illər sürətlə inkişaf edib dəyişən, daha da gözəlləşən şəhərimizi - Mingəçeviri ana Kürdən ayrı təsəvvür etmək qeyri-mümkündür.
Şəhər boyunca Kürün hər iki sahili yayda da, qışda da əhalinin sevimli istirahət yeridir. Sahil bağları yayın qızmar günlərində belə, öz qeyri-adi sərinliyi ilə şəhər sakinlərinə gəl-gəl deyir. Burada uşaqlar üçün maraqlı əyləncə yerləri yaradılmışdır. Yaşlı sakinlər isə günün müxtəlif vaxtlarında sahildəki kafelərdə, çayxanalarda oturub çay içə-içə Kürün lal-dinməz sularına tamaşa etməkdən zövq alırlar. Qayıqla çay boyunca gəzintiyə çıxmağın isə ləzzəti başqadır.

Keyfiyyətə güzəşt yoxdur
Ölkəmizdə Avropa standartlarına uyğun yeni istehsal müəssisələrinin sayı artmaqdadır.
Bu istiqamətdə aparılan işlər ildən-ilə daha çox səmərə verir. Amma nəzərə almalıyıq ki, belə müəssisələrdə sanitar-gigiyena tələblərinin qorunması da əsas amilə çevrilməlidir. Rayonumuzun ərazisində apardığımız müşahidələr sübut edir ki, hələ də sanitar tələblər nəzərdə tutulan səviyyə ilə uzlaşdırılmır. Bəzən müəssisələrdə gizli istehsala meyil və maraq artır, məhsulun istehsal tarixi və istifadə müddəti açıq-aşkar göstərilmir. Bəzən məhsullar dolayı yollarla mağazalara ötürülür, istifadə vaxtı ötsə də, əhaliyə satılmasına cəhd göstərilir.

İstəyimiz nəzərə alınır
İndi ölkəmizin hər bir guşəsində böyük quruculuq tədbirləri həyata keçirilir. Hər bir tikinti-inşaat işi də insan amilinə xidmət edir. Amma mən bu yazımda ictimai yaşayış binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərindən söz salmaq istəyirəm.
Təkcə bu ilin altı ayı ərzində Naxçıvan şəhərində 37 yaşayış binasında təmir və bərpa işləri aparılıb. Özü də necə.
Yaşadığım beşmərtəbəli binada aparılan quruculuq tədbirlərini buna misal göstərmək istəyirəm. Binanın çardaq, fasad hissəsi sökülərək tam yenidən qurulub. Bu dəfə qiymətli tikinti materiallarından istifadə olunub. Çardaq hissədə bir metr də olsun ağac, taxta materiallardan istifadə olunmayıb. Onların hamısı dəmir materialları ilə əvəzlənib. Alüminium təbəqəli metal kompozisiyalar, rəngli şüşələr, yenidən qurulan məhəccərli aynabəndlər binaya xüsusi gözəllik gətirir.

Təsəlli yox, kəsərli cavab gözləyirik
Və ya tənqidi yazıların dəyərini azaltmayın
Tənqidi yazılarımızda hədəflər müxtəlif olduğu kimi, aldığımız cavab məktubları da məzmunca bir-birindən fərqlənir. Bəzən tənqidi materialları araşdırmalı olan təşkilatların rəhbərləri sönük və ötəri cavablarla kifayətlənir, problemin kökündən həllinə o qədər də təşəbbüskarlıq göstərmirlər.
Belə hallarda oxucu eyni çətinliklə təkrar-təkrar üzləşməli olur, yaxud döydüyü qapılara bir də üz tutur. Elə süründürməçilik, giley-güzar da belə məqamlarda yaranır. Oxucunun haqlı tənqidinə kəsərli cavab isə problemin əlacı qədər dəyərli olur. Qəzetimizin 27 aprel 2010-cu il tarixli nömrəsində "Müstəqil mətbuatı içindən yeyən qurd" sərlövhəli yazıya respublika Vəkillər Kollegiyasının Rəyasət Heyətindən aldığımız cavabı olduğu kimi dərc edirik: "Yazı ilə bağlı vəkil Zaur İbadova ciddi xəbərdarlıq edilmiş, tapşırılmışdır ki, peşə fəaliyyətini həyata keçirərkən vəkillik etikasından kənar hərəkətlərə yol verməsin..."

İtaliyalı və britaniyalı kişilər kosmetikaya qadınlardan artıq vəsait xərcləyir
"Corriere della Sera" qəzetinin yazdığına görə, sosial araşdırma zamanı İtaliya və Britaniyada 18-35 yaşlı kişilərin kosmetika məmulatlarına - müxtəlif kremlərə, saç üçün vasitələrə həftədə orta hesabla 14 avro xərclədiyi məlum olub. Bu, qadınların özlərinə rəva bildiklərindən 1 avro çoxdur. Bundan başqa, İtaliya və Britaniyada hər beş kişidən biri mütəmadi olaraq nəmləşdirici kremdən, iyirmisindən biri isə saç üçün ütüdən istifadə edir.

Pəhriz qidalar
Bizi öldürən qocalıq deyil, pis vərdişlərdir
Pol Breqq (ABŞ)


İnsan orqanizminə Günəş enerjisini, vitaminləri, duzları və digər faydalı elementləri daşıyan, bununla da sağlamlığın qorunmasına xidmət edən birinci əsas qida meyvələrdirsə, ikincisi tərəvəzdir. Bitki səltənətinə daxil olan bu iki qida növü orqanizmin bütün tələbatını 100 faiz, özü də gözəl tənasübdə ödəyir. Meyvə və tərəvəz orqanizmə vitaminlər və duzlarla bərabər, həm də oksigen, su və Günəş enerjisi də daşıyır. Bunu nə ət-yağ edə bilir, nə un məmulatları, nə də şirniyyat. Onlar orqanizmə yalnız zülal, şəkər və nişasta daşıyır. Halbuki meyvələrin və tərəvəzin tərkibində həm də təbii yağlar, təbii nişasta, şəkər (fruktoza) bəs qədərdi. Elə buna görə də ət-yağ, un məmulatları, şirniyyat yeyən adamlar daha çox xəstələnirlər. Meyvə-tərəvəz yeyən insanlar uzun ömür sürürlər.

Amerikalı fiziklər nüvənin quruluşu haqqında nəzəriyyəni təkzib ediblər
Tennessi ştatının Okric şəhərində (ABŞ) "ORELA" adlı xətt sürətləndiricisi mövcuddur. Sürətləndirici maliyyə çatışmazlığı ucbatından dayandırılsa da, 8 il qabaq orada aparılan fizika təcrübələrinin nəticələri hələ də təhlil edilməkdədir. Okric Milli Laboratoriyasının alim qrupu belə bir təcrübələrdən birinin müəllifidir. Pol Kelerin rəhbərliyi altında fəaliyyət göstərən qrupun apardığı təhlil və hesablamalar sonucu verilən yekun rəy unikaldır: elmin nəzəri qəbul etdiyi nüvədəki proton və neytronların hərəkət modeli yanlışdır. Modelə görə proton və neytronların hərəkəti xaotikdir. Bu xaotik hərəkət riyazi təməlli təsadüfi matris nəzəriyyəsi ilə izah olunur. "ORELA" sürətləndiricisində 2002-ci ildə keçirilən eksperimentin nəhayət hasil olan nəticəsi mövcud nəzəriyyəni kökündən inkar edir.

Yayda insanı kökəldən doqquz qida
Yay fəslində hansı qidalar insanlarda artıq çəki yaradır? Məlumdur ki, yay mövsümü insanların ən çox istirahət etdiyi, əyləndiyi, tətilə getdiyi vaxtdır. İnsanlar bu dövrdə gəzintiyə çıxırlar, təbiət qoynunda manqal qalayırlar, dondurma yeyirlər, sərin su içirlər. Amma yayda üstünlük verdiyimiz bu cür qidalar artıq çəki olaraq bədənimizdə yığılır.
Mütəxəssislər yayda ən çox çəki artıran doqquz qidanı müəyyən ediblər:

"Əlvida, bağça, salam, məktəb!"
Lənkəran şəhər 9 saylı uşaq bağçasında keçirilən tədbir belə adlanırdı. Həmin gün bağça bayramsayağı bəzədilmişdi. Hamının üzündə xoş təbəssüm, sevinc vardı. Bağçaya "əlvida" deyib məktəbə "qanadlanan" balacaların ziyafətinə valideynlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də dəvət olunmuşdular.
Balaca qızlar və oğlanlar tərbiyəçi müəllimləri Məlahət Qasımova və Zinət Məmmədova ilə dövrə vurub mahnı oxudular, rəqs etdilər, şeirlər söylədilər. Səhnəciklər göstərildi. Pianoda və tarda uşaqları musiqi müəllimləri Elmira Hüseynova və Şükufə Abdullayeva müşayiət edirdilər. Xalq rəqsləri və mahnılar uşaqların ifasında gözəl səslənirdi.
Uşaq bağçasının müdiri Ülkər Nuriyeva, Lənkəran şəhər Təhsil Şöbəsinin uşaq müəssisələri üzrə metodisti Cəmalə Sadıqova, Lənkəran Dövlət Universitetinin əməkdaşı, yazıçı-jurnalist Etibar Əhədov məktəbə qədəm qoyacaq uşaqları təbrik edərək onlara uğurlar arzuladılar.

"Təbiətimiz gözəl, insanlarımız mehriban"
Rayonumuzun təbiəti nə qədər gözəldirsə, insanları da bir o qədər mehriban və qonaqpərvərdir. Elə bu amil də rayonumuzda turizmin inkişafına ciddi təsir edir. Ötən illərlə müqayisədə Qaxda kənd yaşıl, müalicə və istirahət turizmi geniş yayılıb. Bu, əsasən ölkədaxili turistlərin istifadə etdiyi turizm növüdür. Rayonda mövsümi ovçuluq, atçılıq, qış, dağ və digər turizm növlərinin inkişafı üçün yaxşı şərait var.

Çiyni müasir kəndə çevrilir
Ötən əsrdə Azərbaycanın dağ kəndlərinin boşaldılması, aran yerlərinə köçürülməsi hətta ən gözəl dağ kəndlərinin də viran qalması ilə nəticələndi.
Yuxarılardan gələn sərəncamlara aşağılar müqavimət göstərmədilər. Yüzlərlə kənd unikal mədəniyyəti, adət və ənənələri ilə xəritələrdən silindi. Uzun illər kəndlərimiz simasını itirdi, inkişafdan qaldı. Ölkəmiz də Heydər Əliyev hakimiyyətə gələnə kimi geridə qalmış aqrar respublikaların sırasında idi. Ulu öndərin gərgin və titanik əməyi sayəsində 1970-ci ildən üzü bəri Azərbaycan kəndi böyük bir inkişaf yolu keçdi. İnsanlar torpağa qayıdır, kəndlərimiz isə müasirləşirlər.

Əxlaqın nuru
Bir dəfə qapımıza ucaboylu, enlikürəkli yaşlı bir ağsaqqal gəldi, məni çağırdı, dedi ki, adı Feyzulladı, Qubada dəmirçi işləyir.
- Sən Cəfər müəllimin nəvəsisənmi? - Soruşdu, biləndə ki, nəticəsiyəm, adım da Cəfərdir, sevindi, söhbətinə davam etdi:
- 50-ci illərdə atanın babası MTS-in müdiri idi. Yanına getdim, məni işə götürdü. Sərt adam idi, amma düzlüyü də sevərdi. Bir dəfə bura - evinizə qonaq çağırdı. İçəri girib oturanda gördüm ki, onun corabları pinəlidi, mən isə maaşımı özümə xərcləyirdim. Təzə corab da alıb geyinmişdim. Nə qədər əlləşsəm də, ayaqlarımı altımda gizlədə bilmədim. Cəfər müəllim gördü. Məzəmmət elədi ki, evin yox, eşiyin yox, paltar sənin abrını örtməz. Sonra o mənə torpaq sahəsi verdi. İşdən də kömək ayırdı. Tapşırdı ki, ev tikim, ailə qurum. Onun sayəsində, oğul, evim-eşiyim oldu. Amma nədənsə özünə çox sağ ol deməyə cəsarətim çatmadı. Oğluna, qızına da yetişmədim sözümü deməyə. Fikirləşdim ki, bəlkə nəvələrindən kimisə tapam. Həcc ziyarətinə gedirəm. Dedim, gəlim sizin də halallığınızı alım.

Üzümə yiyə duran yoxdur
Samux rayonunda üzüm bağlarının sahəsi min hektardan çoxdur. Onun demək olar, yarısı torpaq sahibkarlarının, fermerlərin payına düşür.
Üzümün nə dərəcədə gəlirli sahə olduğunu bildiyimə görə mən də təxminən on beş hektar sahədə plantasiya yaratdım. Üzümün xeyli hissəsi texniki sortdur. İki-üç il bundan əvvəl işimiz yaxşı idi. Məhsulu Gəncədəki "Şərab-2" və Göygöl rayonundakı "Xanlar" şərab zavoduna verirdik. İndi onların öz bağları yetişib. Fərdi təsərrüfatlardakı üzümə yiyə duran yoxdur. Elə buna görə də bu yaxınlarda dörd hektar sahədəki üzümü ləğv etməli oldum. İndi on iki hektar sahəmiz qalıb. Məhsul boldur. Təqribən yüz əlli ton üzüm gözlənilir. Bəs onu hansı emal müəssisəsinə verəcəyik?

Güzəştli yardım
Kənddə-kəsəkdə böyüsək də, uzun illər torpağın əsl sahibinə çevrilə bilmirdik. Daha doğrusu, kolxoz təsərrüfatı bizi fərdi istəklərimizdən ayırırdı.
İstədiyimiz məhsulu əkib-becərməyə imkanımız olmurdu. Elə ki, əkinçi öz pay torpağına sahib oldu, işlərin planı və ahəngi də dəyişdi. Yerli iqlimə uyğun kənd təsərrüfatı məhsullarının əkininə daha çox üstünlük verdik. Məhsuldarlığı artırmaq üçün dövlət dəstəyinə güvəndik. Rayonumuzda hər hektar əkin sahəsinə 40 manat hesabı ilə güzəştli yardım ayrıldı. Hər bir istehsalçıya mineral gübrələr 70 faiz güzəştlə satılır. Əlbəttə, bütün bunlar kənd təsərrüfatı istehsalında məhsuldarlığın xeyli yüksəlməsi ilə nəticələnib. Bu il havalar nisbətən sərt keçsə də, qabaqlayıcı tədbirlər bizi çətin vəziyyətdən xilas etdi.

Xan bağı yeni don geyinir
Bu cənnətməkan guşə qədim Gəncənin mərkəzində yerləşir. Yaşı yüz ildən çoxdur. Dünyanın ən nadir ağacları və gül kolları ilə bəzənib. Bir neçə il bundan əvvəl qismən təmir olunmuşdu. İndi isə Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə nadir bağ yenidən qurulur, bu məqsədlə iki milyon manat vəsait ayrılıb.
Layihəsi Bakıda hazırlanıb. Ara yolları, səki daşları və asfalt örtüyü dəyişdirilərək müasir formada ən yeni materiallarla əvəzlənəcək, işıqlandırma sistemi, istirahət guşələri və oturacaqlar təzələnəcək, fəvvarələrdə səkkizguşəli ulduzlar quraşdırılacaq, yaşıl teatrın binası bərpa olunacaqdır. Bağın girişində müasir memarlığı tamamlayan klassik üslub gözlənilməklə dörd ədəd işıq kompleksi yaradılacaqdır.

Qayğı və diqqətlə əhatələndik
Biz xoşbəxtik ki, öz vətəndaşına hər cür qayğı və diqqət göstərən bir dövlətdə yaşayırıq. Ölkəmizin aydan-aya, ildən-ilə artan iqtisadi gücü bizim hər birimizin həyat səviyyəsinə, dolanışıq tərzinə əhəmiyyətli təsir göstərir. Yeni salınan geniş və rahat yollara, abadlaşan şəhər və qəsəbələrə, dağlardan çəkilən su kəmərlərinə, yaraşıqlı parklara, xiyabanlara baxanda adamın ürəyi açılır. Ölkəmizdə vüsət alan inkişafın, yüksəlişin mərkəzində insan amili dayanır. Biz bunu gündəlik həyatımızda görür, əhatə olunduğumuz hərtərəfli qayğıda hiss edirik. Xeyli vaxtdır ki, əmək qabiliyyətimi itirmişəm. Əlil olmuşam. Səhhətimdəki problemlər mənə çox əziyyət verirdi. Bəzən müalicə almaq üçün Bakıya getmək məcburiyyətində qalırdıq, əziyyət çəkirdik, yol xərcimiz də çox çıxırdı.

Qeytula yol çəkilir
Bu, rayonumuzun ucqar kəndlərindən biridir. Quşçu-Zəylik yolunun üstündə yerləşir. Azacıq yağış yağıb, qar düşən kimi gediş-gəliş kəsilirdi.
Son vaxtlarda rayonumuzda aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin əks-sədası bu yerlərə də gəlib çatdı. Yol idarəsinin kollektivi neçə vaxtdır ki, dolayları, keçidləri sahmanlayır, dərələri, təpələri nizamlayır. Cəmi on altı kilometrlik yoldur. Onun demək olar, yarısı artıq hazırdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə-Daşkəsən-Xoşbulaq yolu çəkiləndən sonra bu yerlərdə kəndarası yolların sahmanlanması üçün geniş proqram həyata keçirilir. Zağalı-Qaraqovlar-Alaxançallı-Zinzahal-Çıraqlı istiqamətində yeni yol çəkildi. Qabaqtəpə-Təzəkənd-Xoşbulaq yolu əsaslı təmir edildi. Qəsəbə və kəndlərdə mövcud yollar sahmana salındı, su arxları düzəldildi, istinad divarları tikildi.

Siçan taxılı yedi
Goranboy rayonu üzrə ən çox stajı olan fermerlərdən biriyəm. Maldarlıqla və taxılçılıqla məşğul oluram. Bazarın tələbinə uyğun məhsul istehsal etməyə çalışıram.
Dövlətin aqrar sektora böyük dəstəyi bizi əlbəttə ki, sevindirir. Lakin bəzən elə olur ki, müvafiq təşkilatlar tərəfindən lazımi qayğı və kömək göstərilməyəndə bir sıra məsələlərin həllində aciz qalırıq.
Əvvəllər yüz iyirmi baş qaramalım vardı. Südü sata bilmədiyimə görə təsərrüfatın bu sahəsini ləğv etdim. Pambığın da taleyi heç xoş olmadı. Təqribən qırx hektar sahədə məhsul istehsal edirdim. Qiyməti o qədər ucuz oldu ki, astarı üzündən baha başa gəldi. Ona görə pambıqçılıqdan da əlimi üzdüm.

Dağların da öz bayramı olur
Dərələyəz dağ silsiləsinin yamacında yerləşən Havuş Şərur rayonunun ucqar və sərhəd kəndlərindən biridir. Rayon mərkəzindən 35 km aralıda yerləşən bu kəndin füsunkar gözəlliyi var. Bura təbiətin bakirə və toxunulmaz guşəsidir. Məkrli qonşularımız olan ermənilər bu torpağa da dəfələrlə diş qıcayıblar. Ötən əsrin 90-cı illərində erməni yaraqlıları Havuşu dəfələrlə işğal etməyə çalışsalar da, geri otuzdurulublar.

Kağız pullar düşünüldüyü qədər təhlükəli deyil
Beynəlxalq alimlər qrupunun fikri qətidir: Dövriyyədə olan kağız pullarla infeksion xəstəliklərə yoluxmaq mümkün deyil. Tədqiqat qrupu dünyanın müxtəlif ölkələrinə aid 10 universitet və elmi tədqiqat institutunun mütəxəssislərindən qurulub.
Araşdırma zamanı fərqli ölkələrin pul dövriyyəsindən götürülmüş kağız banknotların mikrobioloji analizi aparılıb. Bir dənə də olsun "canına" sağlamlıq üçün təhlükəli dərəcədə mikrob "hopmuş" banknot aşkarlanmayıb.
Tədqiqat üçün pullar Avstraliya, Böyük Britaniya, ABŞ, Yeni Zelandiya, Hollandiya, İrlandiya, Meksika və Çinin ictimai iaşə obyektlərindən götürülüb. Ümumilikdə bu ölkələrdən müxtəlif nominasiyalı 1 280 ədəd banknot yığılıb.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.