Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Məşhur "transfermarkt.de" saytı transfer pəncərəsi bağlandıqdan sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyərini müəyyənləşdirmişdir. Ölkə çempionatında çıxış edən cəmi 114 oyunçunun dəyəri hesablanmışdır. Bir ay bundan əvvəlki siyahı ilə müqayisədə Premyer Liqanın qiyməti təxminən 5 milyon avro artmışdır. Belə ki, bundan əvvəlki siyahıda dəyər 32 milyon 650 min avro olduğu halda bu dəfə 37 milyon 700 min avro hesablanmışdır.
Cüdo üzrə yığma komanda sentyabrın 9-13-də Yaponiyada keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir. Bunun üçün millimiz Yaponiyanın Sukubo şəhərində təlim-məşq prosesi keçirir. Yığma həmçinin Rusiya, Yaponiya və Türkiyə cüdoçuları ilə "sparing" görüşlərdə qüvvəsini sınayır. Qeyd edək ki, dünya çempionatında tatami üzərinə 8 idmançımız çıxacaq. Onlar arasında Pekin Olimpiya oyunlarının qalibi Elnur Məmmədli və İrəvanda təşkil olunmuş Avropa birinciliyinin qızıl medalçısı Elmar Qasımov da var.
Sentyabrın 6-12-də Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. Turnirdə ölkəmizi qadın güləşçilərin mübarizəsində Patimat Baqomedova (48 kq), Marziget Baqomedova (48 kq, ehtiyat), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) təmsil edəcəklər.
Yaponiya kinematoqrafçıları əfsanəvi braziliyalı idmançı Ayrton Senna haqqında film çəkmişlər. Yaxın günlərdə nümayiş olunacağı gözlənilən sənədli filmdə Formula-1 üzrə üçqat dünya çempionunun həyatı və ailəsi haqqında söhbət açılacaq. Xatırladaq ki, sağlığında xeyriyyəçiliklə məşğul olaraq öz çıxışları ilə əfsanəyə çevrilmiş Ayrton Senna San Marino Qran-prisində qəzaya uğrayaraq faciəvi şəkildə həlak olmuşdu.
Braziliyanın "Korintians" klubunun futbolçularını aparan avtobus 21 yaşlı qızı vurmuşdur. Qız hadisə yerindəcə keçinmişdir. "Korintians"ın futbolçuları klubun yaranmasının 100 illiyini qeyd etmək üçün San-Paulu şəhərinə gedirmişlər. Gənc qızın isə "Korintians"lı futbolçulara baxmaq üçün avtobusa həddindən çox yaxınlaşdığı bildirilir.
Sentyabrın 16-da UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Həmin gün İstanbulda "Beşiktaş" (Türkiyə) - MOİK (Bolqarıstan) futbol klublarının qarşılaşması keçiriləcək. Artıq oyuna təyinat almış hakimlərin adları məlumdur. Matçın hakim-inspektoru həmyerlimiz Murad Məmmədov olacaq.
Sentyabrın 10-12-də paytaxtımızda karatenin WKF növü üzrə "Baku Open" beynəlxalq turniri start götürəcək. Sərhədçi Olimpiya İdman Mərkəzində təşkil olunacaq turnirdə karateçilərimiz ilə yanaşı, Kolumbiya, Küveyt, Türkiyə, Gürcüstan, Almaniya, İsrail, Rusiya, Qazaxıstan və İrandan olan idmançılar da mübarizə aparacaqlar. Turnir ərəfəsində üçqat dünya və yeddiqat Avropa çempionu Rəfael Ağayevin iştirakı ilə beynəlxalq seminar təşkil ediləcək.
Bu gün ABŞ-ın Aydaho-Fols şəhərində pauerliftinq üzrə dünya çempionatı start götürəcək. Pauerliftinq Federasiyasından verilən məlumata görə, yığmamız bu mötəbər yarışda 2 idmançı ilə təmsil olunacaq. Ölkəmizin idman şərəfini 90 kq çəki dərəcəsində Ceyhun Vəliyev, 100 kq çəki dərəcəsində isə Qismət Sadıqov qoruyacaqlar. Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. yararlanır.
Türkiyədə keçirilən basketbol üzrə dünya çempionatında iştirak edən komandalar təkcə oyunları ilə deyil, həm də həyat tərzləri ilə mətbuatın gündəmindən düşmürlər. Türkiyənin "CNN Türk" kanalı idmançıların qaldıqları otellerdən reportaj hazırlayarkən maraqlı faktlar ortaya çıxarmışdır. Bunlardan biri də basketbolçuların hər gün təqribən bir oturuma üç boşqab makaron yeməsidir. Otellərin birində isə basketbolçular 20 gün ərzində 1 ton makaron yemişlər. Sentyabrın 13-dək isə 2 ton makaronun "həzmi-rabe"dən keçirilməsi nəzərdə tutulmuşdur.
"Qəbələ" futbol klubu daha bir futbolçunu heyətinə qatmışdır. Bu, hollandiyalı Stiv Olfersdir. Klubdan verilən məlumata görə, Hollandiyanın PSV komandasının keçmiş müdafiəçisi artıq "Qəbələ"də forma geyinəcək. Futbolçu ilə birillik müqavilə imzalanmışdır. Xatırladaq ki, Stiv karyerası ərzində "Feyenoord", "Valviyk", "Sparta" və "Ekselsior" klublarının da şərəfini qorumuşdur.
Çinin paytaxtı Pekin şəhərində karate üzrə "World Combat Games" beynəlxalq turniri başa çatmışdır. Turnirdə ölkəmizi təmsil edən Avropa çempionu Niyazi Əliyev nüfuzlu yarışın qalibi olmuşdur. Karate Federasiyasından verilən məlumata görə, dünyanın ən güclü 8 karate ustasının mübarizə apardığı yarışda Niyazi 5 döyüş keçirmişdir. O, dairəvi sistemlə yarışda ardıcıl olaraq Amerika, Benin, Yaponiya və Yunanıstan təmsilçilərini məğlub etdikdən sonra turnirin növbəti günü finalda yenidən yunan idmançı ilə döyüşmüşdür.
Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkə idmanının bütün növlərinin güclü inkişafı başlamışdı. Bu sahədə uğurlu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qısa müddət ərzində çoxsaylı idman qurğularının - Olimpiya komplekslərinin, stadion və məşq zallarının tikilib istifadəyə verilməsi idmana və idmançılara qayğının bariz nümunəsidir. Bütün bunlar beynəlxalq yarışlarda öz bəhrəsini verir. Bu baxımdan Olimpiya oyunlarında qazanılan uğurlar diqqəti xüsusilə cəlb edir. Ölkəmizdə də Olimpiya hərəkatının inkişafı bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Olimpiaçılarımızın nailiyyətləri isə hər cür tərifə və təqdirə layiqdir.
Almaniya Futbol İttifaqı "Osnabryuk" klubunun sabiq üzvü Marsel Şeni cəzalandırmışdır. Buna səbəb futbolçunun ölkə çempionatında danışılmış oyunlara təşkilatçılıq etməsidir. Bukmeker kontorları ilə əlbir olan 25 yaşlı müdafiəçiyə 33 aylıq cəza verilmişdir. Şen 2 il 9 ay müddətində futbol oynaya bilməyəcək. Qeyd edək ki, oyunların birindən sonra futbolçunun həmin matça 25 min avro qoyduğu aşkarlanmışdı.
Futbol üzrə Argentina yığma komandasının əfsanəvi futbolçusu Fransisko Varallo 100 yaşında vəfat etmişdir. Varallo 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının sağ qalmış yeganə iştirakçısı idi. Xatırladaq ki, Varallo 1931-1940-cı illərdə "Boka Xuniors" klubunun formasını geyinmişdir.
UEFA-nın prezidenti Mişel Platini klubların transfer siyasəti ilə bağlı yeni qaydaların qüvvəyə minəcəyi vaxtı səbirsizliklə gözləyir. Çünki yeni qaydalar tətbiq edildikdən sonra İngiltərədə klub sahibləri futbolçulara fantastik məbləğlərdə pul xərcləyə bilməyəcəklər. Xatırladaq ki, UEFA-nın yeni qaydalarına əsasən, yeni mövsümdən 2015-ci ilədək klublar transferə ildə maksimum15 milyon avro pul sərf edə biləcəklər. 2015-ci ildən 2018-ci ilədək isə bu məbləğ 10 milyon avro olmalıdır.
Türkiyənin "Qalatasaray" klubu transfer pəncərəsinin son günündə iki transferi birdən gerçəkləşdirmişdir. "Sarı-qırmızılar" "Volfsburq"un bosniyalı futbolçusu Zvjezdan Misimoviçi və "Liverpul"un argentinalı oyunçusu Emiliano İnsuanı heyətinə qatmışdır. Türkiyə mətbuatının verdiyi xəbərə görə bosniyalı Misimoviçin "Qalatasaray"la 4 illik müqavilə imzaladığı, argentinalı Emiliano İnsuanun isə birillik icarəyə götürüldüyü bildirilir.
"Baku Open-2010" beynəlxalq şahmat turunda növbəti turun görüşləri keçirilmişdir. Turnirdə uğurlu çıxışını davam etdirən Rauf Məmmədov səkkiz turdan sonra liderlər siyahısında mövqeyini qoruyub saxlamışdır. Bu turda Rauf Boris Savçenko, Aleksey Aleksandrov Emil Sutovski, Eltac Səfərli İlya Smirinlə xalı yarı bölmüş, Rəsul İbrahimov Qata Kamskiyə, Yevgeni Miroşniçenko Asqar Qolizadeyə, Loğman Quliyev isə Fərid Abbasova məğlub olmuşdur. Turnirin başa çatmasına bir tur qalmış Rauf Məmmədov, Qata Kamski, Boris Savçenko, Aleksey Aleksandrov, Asqar Qolizade 6,5 xalla yarış cədvəlinə başçılıq edirlər.
Futbol üzrə Unibank Premyer Liqasında 4-cü tura yekun vurulmuşdur. Turun mərkəzi matçında son ölkə çempionu "İnter" bu mövsüm çempionluğa iddialı "Neftçi"ni qəbul etmişdir. Gərgin mübarizə şəraitində keçmiş oyun "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır. "Neftçi"nin heyətində qolları 34-cü dəqiqədə Bahadir Nasimov və 50-ci dəqiqədə penaltidən Flavio Aleks Valensio vurmuşlar. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınmışdır:
"Qəbələ" futbol klubu milliləşdirilmiş serb futbolçu Branimir Subaşiçi heyətinə qatmışdır. Klubun mətbuat xidmətindən verilən məlumata görə, milli oyunçu ilə birillik müqavilə imzalanmışdır. Xatırladaq ki, Subaşiç 2005-2008-ci illərdə "Neftçi"nin heyətində çıxış etmişdir. Futbolçu yığma komandanın tərkibində 26 matçda 7 qola imza atmışdır.
İtaliyanın Pezaro şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları başa çatmışdır. Ölkəmizi kubokda təmsil edən Aliyə Qarayeva yarışların sonuncu günü 3 final görüşündə iştirak etmişdir. Aliyə ən yaxşı nəticəni iplə hərəkətlərlə göstərərək 6-cı yeri tutmuşdur. Lentlə kompozisiyaya görə isə o, 8-ci yerlə kifayətlənmişdir.
Futbol üzrə milli komandanın və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov bundan sonra karyerasını Türkiyə superliqasında davam etdirəcək. Bu barədə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl məlumat vermişdir. Onun dediyinə görə, Rəşad artıq Türkiyənin "Əskişəhirspor" klubu ilə ikiillik müqavilə imzalamışdır. Xatırladaq ki, Rəşad Sadıqov müxtəlif vaxtlarda Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarında da çıxış etmişdir.
Futbol üzrə UEFA Superkuboku uğrunda matçda İspaniyanın "Atletiko" klubu ilə İtaliyanın "İnter " komandası üz-üzə gəlmişdir. Hər iki komandanın tarixində ilk dəfə qüvvəsini sınadığı matçı madridlilər qazanmışlar. "Atletiko" Xose Anitonio Reyes və Serxio Aqueronun vurduğu qollar sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edərək bu il də superkubokun İspaniyada qalmasına nail olmuşdur. Qeyd edək ki, keçən il superkuboku "Barselona" qazanmışdı.
Bakının "Nəqliyyatçı" qadın voleybol komandası heyətini dörd oyunçu ilə gücləndirmişdir. Ötən mövsümü "Lokomotiv"də keçirmiş Tanya Sabkova və Bolqarıstanın "Levski" (Sikonko) klubunun üzvləri Vesela Bonçeva, Aneliya Paşina və Viktoriya Qriqoryeva paytaxt klubu ilə müqavilə imzalamışlar.
"Baku Open" beynəlxalq şahmat turnirində 5-ci turun oyunlarına yekun vurulmuşdur. Bu turda həmyerlimiz Eltac Səfərli turnirin lideri olan Qata Kamski ilə görüşmüşdür. Tərəflər xalı yarı bölmüşlər. Bu turdan sonra aktivində 4 xal yarımı olan 4 şahmatçı ilk pilləyə iddialıdır. Onlar arasında təmsiçilərimiz Eltac Səfərli və Rauf Məmmədov da var.
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında çıxış edən milli komandamız vətənə qayıtmışdır. Yarışdan 5 qızıl və 3 gümüş medal gətirən olimpiyaçılarımıza təntənəli qarşılanma mərasimi keçirilmişdir. Azarkeşlər hava limanına toplaşaraq təmsilçilərimizi qarşılamışlar. Onların qarşısına ilk olaraq mükafatçılarımız çıxmışlar. Təntənəli qarşılanma mərasiminin ardından idmançılar və onları müşayiət edənlər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.