Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Ömrümdə heç zaman belə qısa müddətdə - cəmi 28 gündə bu qədər insanla görüşməmişdim. Ömrümdə heç zaman bu qədər insanla göz-gözə, hətta bəzən nəfəs-nəfəsə dayanıb söhbət etməmişdim. Ömrümdə heç zaman bu qədər gülər üz, təbəssümlü, mehriban və səmimi üz görməmişdim. Bütün bunların hamısı 2008-ci ilin prezident seçkilərinin təşviqat kampaniyası dövründə baş verdi. Taleyimə (həm də təkcə taleyimə yox) minnətdaram ki, bu kampaniyada prezidentliyə namizədlərdən birinin - cənab İlham Əliyevin vəkili kimi iştirak edirdim. Bir jurnalist, millət vəkili kimi həmişə insanlardan mehribanlıq və hörmət görmüşəm. Bu dəfə insanlar mənə İlham Əliyevin vəkili kimi xüsusi ehtiramla yanaşırdılar. Cənab İlham Əliyevə bəslənən ümumxalq sevgisindən mənə də pay düşmüşdü. Çox xoş idi. Çox məsuliyyətli idi. Həm də qürur və fərəh doğururdu. Görüşlərimiz Azərbaycanın bir çox yerlərində - yaraşıqlı şəhər və qəsəbələrində, inkişaf və müasirləşmənin nəfəsi duyulan kəndlərində, Ağdamın yeni tipli məcburi köçkün qəsəbələrində, Füzulinin sərhəd kəndlərində, Xocavəndin istifadəyə hazır 500 ailəlik qaçqın şəhərciyində, laçınlıların məskunlaşdıqları qış yataqlarında - bir sözlə, ən müxtəlif yerlərdə keçirilirdi. Zaman və məkan müxtəlif olsa da, bu görüşləri bir-birinə bənzədən cəhətlər də çox idi. Elə bu barədə söhbət açmaq istəyirəm.
Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin seçki kampaniyası ilə bağlı ilk görüşlərimizdən biri Ağcabədinin kəndlərindən birində keçirilirdi. Adəti üzrə görüşdə müxtəlif zümrələr təmsil olunurdu. Mikrofonun əhatəsindəki insanlar - gənclər, qadınlar, nisbətən yaşlı nəslin nümayəndələri "qruplar" üzrə komalaşmışdılar. Kənd ağsaqqalları isə ön sırada qoyulan stullarda əyləşmişdilər. Yalnız kənd ağsaqqalları, bir də fiziki cəhətdən özlərini zəif hiss edənlər, adətən, belə mitinqlərdə oturaq vəziyyətdə iştirak edirdilər. Yaşlarına və nüfuzlarına, bir də səhhətlərinə görə onlara güzəştə gedilirdi. Söhbət kiminsə qadağasından və inzibatçılıqdan getmir. Kənd camaatının rəy və münasibəti belə idi.
Tənqid şirin şey deyil. Qırx illik jurnalistlik təcrübəmdə tənqidi yazıma görə kimsədən təşəkkür kəlməsi eşitməmişəm. Heç bunu gözləməmişəm də! Amma tənqid etdiyim insanlardan sonralar dostlaşdığım, səmimi münasibət saxladıqlarım olub. Bu, məni çox sevindirib. Yalnız ağıllı və uzaqgörən insanlar tənqiddən düzgün nəticə çıxararaq öz hərəkətlərinə təshihlər verirlər. Özündənmüştəbehlər isə hər sözü süngü ilə qarşılayır, tutduqları səhv yolla sona qədər gedərək iflasa uğrayırlar. Ataların dediyi kimi: hər şey naziklikdən sınsa da, insan qalınlıqdan sınır!
Hər bir telekanal maraqlı verilişlər hazırlamağa, tamaşaçılarının sayını artırmağa çalışır. Ölkədə çoxlu özəl telekanalın fəaliyyət göstərdiyi, peyk antenası vasitəsilə dünyanın müxtəlif ölkələrinə məxsus yüzlərlə kanala baxmağın mümkün olduğu zamanda başqalarından fərqli, yaxşı proqram hazırlamaq böyük zəhmət və istedad tələb edir. Əks təqdirdə, tamaşaçı auditoriyasını itirmək çox asandır. Mavi ekran qarşısında əyləşən hər bir şəxs yerindən qalxmadan belə, pultun düyməsini basmaqla üzünü "başqa səmtə" çevirir.
Nə mədəniyyət işçisiyəm, nə musiqişünas. Teatr və kinodan da bir o qədər başım çıxmaz. Televiziyaşünaslıqdan da uzağam. Amma mədəniyyəti də sevirəm, musiqini də! Teatr və kinomuzun hazırkı vəziyyəti ürəyimi ağrıdır. Xalqımı, milli-mənəvi dəyərlərimizi, ölkəmizin gələcəyi sayılan gəncləri çox istəyirəm. Millətimin imzasını daim imzalar içində görmək, mentalitetimizə sadiq qalmaq, gənclərimizi Qərb təfəkkürlü, amma Şərq əxlaqlı görmək arzusundayam. Bu qeydləri də adi Azərbaycan vətəndaşı, görüb susa bilməyən jurnalist kimi qələmə alıram!
Onu hamı sevirdi, yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs! Bu məhəbbət təmənnasız olurdu, bəlkə də görülən işlərin müqabilində minnətdarlıq hissinin ifadəsinə çevrilirdi. Və bu məhəbbət respublikaya rəhbər seçildiyi ilk gündən yaranmağa başlamışdı. Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayaraq ciddi cəzalandıran böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Qısa zamanda geniş və çoxcəhətli, qızğın fəaliyyəti sayəsində özündən əvvəlki respublika rəhbərlərini kölgədə qoydu. Bənzərsiz, cəsarətli, tükənməz enerjili və xarizmatik dövlət rəhbəri Heydər Əliyev təkrarsız keyfiyyətlərinə görə tarixə öz adını əbədi yazdı.
Məşhur bir rəvayəti yenidən hörmətli oxucularımıza xatırlatmaq istəyirik: Xəstə nəvəsini ətrafdakı həkimlərə göstərən qarı onu sağalda bilmir. Deyirlər ki, çarəsi yalnız loğmanın əlindədir. Loğman isə dağlara çəkilərək mağarada yaşayırmış. Qarı nəvəsini yanına salaraq onu tapmaq qərarına gəlir. Xeyli əziyyətdən sonra loğmanla görüşür. Loğman isə "Get sabah gəl!" - deyə qarını kor-peşman dala qaytarır. Əlacsız qalan qarı səhərisi gün yenidən dağa qalxır. Loğman uşağa baxan kimi: "Xurma yemə, bala" - deyir. Onun bu hərəkəti qarıya təəccüblü gəlir:
Heç kəs öz ayranına turş demir. Hərə özünü, öz hərəkətini və danışığını bəyənir. Biz özgələri özümüzünkündən üstün tutmağa adət etmişik. Bu söylədiklərimiz köhnəlmiş fəlsəfi fikirlər deyil, həyat həqiqətləridir. Dəfələrlə zamanın sınağından çıxmış və özünü təsdiqləmiş həqiqətlər. Başqa bir həqiqət də var. Biz özümüz haqqında nə düşündüyümüzdən, özümüzü necə təqdim etməyimizdən asılı olmayaraq hamının hər kəs haqqında şəxsi rəyi var. Bu rəy insanların öz müşahidə və qənaətləri sayəsində formalaşır. Bəzən bu rəy ucadan söylənmir, açıqlanmır. Amma kiməsə, nəyəsə qiymət verəndə əsas götürülür. Heç kəsin əlimizdən ala bilməyəcəyi hüququmuz sayılır: "Mən belə düşünürəm, mən belə bilirəm, yaxud belə hesab edirəm". Bu həm də mənim haqqım, demokratik cəmiyyətdə sərbəst düşüncə, fikir azadlığı (bunu fikir plüralizmi də adlandırmaq olar), bir-birinin mövqeyinə hörmətlə yanaşma prinsipi deməkdir.
Cəbhə bölgəsində gördüklərimiz, eşitdiklərimiz və bildiklərimiz
Oğlanlarımızın nə vaxt böyüdüklərini hiss etmirik. Bircə onu bilirik ki, orduda xidmətə çağırılırlarsa, deməli, həddi-büluğa çatıblar. Ordudan geriyə isə kişiləşərək dönürlər: həm mənəvi, həm də fiziki cəhətdən! Əsgər paltarı geyinərək Vətənin keşiyində durmaq hər bir gənc üçün şərəfli və məsuliyyətlidir. Övladını ordu sıralarında xidmətə yola salan hər bir valideyn bundan qürur və iftixar duyur. Bəzən dilə gətirməsə də, ürəyində təbii nigarançılıq hissi də yaranır.
Baş sərkərdə əsgərin döyüş hazırlığından, zabitin hərbi məharətindən, ordunun durumundan razıdır
Biz Prezidentimizin tez-tez hərbi forma geyindiyinin, cəbhə bölgəsinə, ordu hissələrinə getdiyinin şahidiyik. Həmişə də bu səfərləri, əsgər və zabitlərlə görüşləri mavi ekrandan seyr edəndə sonsuz qürur və iftixar hissi keçirmişik: Azərbaycanın əsl sərkərdəni xatırladan qədd-qamətli, güclü və iradəli dövlət başçısı - Ali Baş Komandanı var! Bu komandan vətənini də, xalqını da, ordusunu da qəlbən sevir, daim onun qayğısına qalır! Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi hissələrə hər səfəri hamımız üçün maraqlı, hərbçilər üçünsə unudulmaz və əlamətdardır. Bu səfərlər zamanı:
Yalnız söz qədri bilənlərin və dövlətin dəstəyi sayəsində bu mübarizə uğurla nəticələndi
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi 1875-ci ildə çox çətin və şərəfli bir işə başladı. İyul ayının 22-də "Əkinçi" adlı ilk müstəqil Azərbaycan qəzetinin birinci nömrəsini çap etdi. Bu işin çətinliyi sevincindən qat-qat çox idi. Əvvəla, çar üsuli-idarəsinin hökm sürdüyü XIX əsrdə azad və müstəqil söz söyləmək qeyri-mümkün idi! İkincisi, qəzeti yazmaqdan, çap etməkdən və oxucuya çatdırmaqdan ibarət olan xüsusi şəbəkə formalaşmamışdı.
Bu, "reket qəzet"lər adlandırılan qərəzli mətbu nəşrlərdir
Meyvə ağacı üçün ən xoşagəlməz təhlükə onu içindən yeyən qurddur. O qurd ki, hələ çiçək vaxtı özünə yer eləyir, sonra meyvə böyüdükcə onun şirəsindən bəhrələnərək şişir, barı məhv edəndən sonra ağacın özünə daraşır. Hətta bəzən ağacın müəyyən qol-budağını da qurudur. Belə həyasızlaşmış qurdlarla mübarizə çətin olur. Çünki ağacın içində özünə daldalanmağa yer tapdığından müxtəlif dərmanlar ona təsir etmir. Yalnız qidasının yolunu kəsməklə axırına çıxmaq mümkün olur.
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!