Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər. Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir. "Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar"."Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunubOxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilərÖlkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır. Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır. İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.
Vyanada Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə konsert təşkil ediləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin verdiyi məlumata görə, tədbirin sentyabrın 19-da keçirilməsi nəzərdə tutulur. Konsert Vyanada ucaldılmış bəstəkarın heykəlinin önündə baş tutacaq. Konsertdə Dövlət Kamera Orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, tarzən Ramiz Quliyev, Azər Zeynalov, eləcə də Fəridə Məmmədova və gənc dirijor Əyyub Quliyev çıxış edəcəklər. Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin unudulmaz əsərləri səslənəcək.
Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində, müsəlman və Qərb sivilizasiyasının təmas məkanında yerləşir. Ona görə də bu ulu diyar zaman-zaman ən müxtəlif hadisələrin burulğanında fəal iştirak etmişdir. Tarixçilər Şəmkirin hələ VII əsrin birinci yarısında Azərbaycanda önəmli şəhərlərdən biri olduğunu bildirirlər. Onikinci yüzillikdə isə onun çiçəklənmə dövrü yaşadığı, monqol işğalçılarına qarşı inadlı müqavimət apardığı qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin, Regionların İnkişafı ictimai birliyinin Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdikləri mətbuat konfransında da tariximizin açılmamış səhifələri barədə geniş məlumat verilmişdir. Ərəb tarixçiləri, orta əsr yazarları, səyyahlar və alimlər Şəmkirin səfalı təbiətindən, coğrafi mövqeyindən, burada vaxtilə "başı göylərə dəyən" minarə-qüllədən məftunluqla söhbət açdılar. XIX əsrin tanınmış fırça və tişə ustaları - Monpere, Qaqarin və başqaları, nə yaxşı ki, Şəmkir qülləsinin rəsmini çəkiblər. Baxdıqca, Arran memarlıq məktəbinin şah əsərlərindən olan, fəqət, gəlib bizə çatmayan bu nadir memarlıq incisi haqqında aydın təsəvvür yaranır.
Bu uşaq necə də yaşlı görünür, yaşından ağıllı, başlı görünür, məşəqqətli yol keçən qocalar kimi, taleyi tikanlı, daşlı görünür... ...Bu uşaq davanın hər üzün görüb, topun, tankın, avtomatın, süngüsün görüb, ölümlə yüz kərə üz-üzə gəlib. Düşmənə nifrəti sonsuzdur, sanmıram qisas günü onsuzdur, Allah!..
Milli sərvətlərimizin saxlanc yeri dövlət qayğısının əhatəsindədir
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mənəvi, çox qiymətli, əvəzolunmaz tarixi sənədlərinin qorunub gələcək nəsillərə çatdırılması üçün arxiv sənədləri təşkilatları haqqında söylədiyi fikirlər bütün dövrlər üçün aktualdır: "Azərbaycan Respublikasnın arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzidir". Qiymətli arxiv sənədlərinə xalqımızın daim ehtiyacı olub və bu gün də belədir. Dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə, eləcə də xarici ölkələrdən gəlmiş elm adamlarının tədqiqat işlərinin aparılmasında, informasiya, monoqrafiya və dərsliklərin çap etdirilməsində arxiv xidməti təşkilatlarının daşıdığı missiya misilsizdir. Xalqımızın qədim tarixi köklərə malik olması barədə zaman-zaman yazılmış kitablar, ərazilərini əks etdirən xəritələr, əlbəttə, şəxsi fondlarda deyil, arxivlərdə daha etibarlı şəkildə qorunub saxlanır və külliyyatı nəşr etdirilir.
Azərbaycanda mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək rəsmi şəkildə sənəd təqdim edilməyib. MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciətlər olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adını açıqlayacaq.
XXI əsrdə yaşayaraq orqanizmimizi çirklənmiş ətraf mühitdən, gərgin iş rejimindən xilas etmək praktiki olaraq mümkün deyil. Bizi əhatə edən kompüter, avtomobil və metal konstruksiyalar kimi ümumi əşyalar orqanizmimizdəki bioelektrik sahəyə təsir göstərir və zaman keçdikcə orqanizmimizin özünü sağaltma qabiliyyətini azaldır. Bu, immun sistemini zəiflədir və nəticədə orqanizmimizdə xəstəliklərə qarşı həssaslıq yaranır. İtirilən enerjinin bərpa edilməsi üçün xüsusi olaraq Amezcua Bio Diski istehsal edilmişdir. Bu diskin tərkibində qida və içki məhsullarına ötürülə biləcək müsbət enerji aşkar edilmişdir. Suyu diskin üzərinə tökdükdə, yaxud qidalandığımız məhsulları onun üzərinə qoyduqda diskin tərkibindəki enerji tezlikləri həmin suya, yaxud qida məhsullarına ötürülür və nəticədə həmin məhsullardan istifadə edən şəxs özünü daha gümrah, enerjili hiss edir.
Kənddə işin qızğın çağıdır. Bir tərəfdən əkin-biçin sarıdan təsərrüfat ilinə yekun vurulur, bir yandan da sahələr şumlanır, gələn ilin bol məhsulunun təməli qoyulur. İlkin nəticələr necədir? Yeni ildə məhsuldarlığın daha da yüksəldilməsi üçün hansı tədbirlər görülməlidir? Bu günlərdə Tovuz rayonunda keçirilən zona müşavirəsində bu barədə geniş söhbət getdi. Tədbirdə Ağstafa, Gədəbəy, Şəmkir, Qazax və Tovuz rayonlarındakı toxum müfəttişliklərinin, bitki mühafizəsi və baytarlıq idarələrinin, aqrokimya laboratoriyalarının əməkdaşları, texniki nəzarət işçiləri, aqroservislərin nümayəndələri, toxumçular və fermerlər iştirak edirdilər. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov tədbiri açaraq əhalinin rifahının daha da yaxşılaşdırılması, ölkədə məhsul bolluğunun yaradılması sahəsində dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə ardıcıl şəkildə görülən tədbirlərdən danışdı.
Hərdən bu böyük şəhərin səs-küyündən, qayğılarından baş götürüb harasa getmək istəyəndə yada Beyləqan düşür. Bir az rahat, bir az narahat yolları, bir-birinə oxşayan kəndləri, şəhərləri adlayıb, bizi hər dəfə təəccübləndirən, bəzən qorxudan, bəzən sevindirən Kürdən, Arazdan keçib Beyləqanı, Haramını görmək istəyirsən. Beyləqan qışda soyuq, yayda istidir və sanki göydən od-alov yağdığı bir vaxtda sərin, rahat, sakit bir guşə tapa bilmək böyük xoşbəxtlikdir və hamı kimi sən də bu xoşbəxtliyi yaşamaq istəyəcəksən... Beyləqana çathaçatda əfsanəvi Cərcis peyğəmbərin dəfn olunduğu böyük, qədim bir qəbiristanlıq yerləşir. Bura təkcə ruhların rahatlıq tapdığı, ümidlərin, inamların, talelərin vaxtlı-vaxtsız qırıldığı bir yer deyil - həm də müxtəlif tarixlərin, yolların, talelərin kəsişdiyi insan mənzərələri, sanki həm də ayrı-ayrı kəndlərin, şəhərlərin, rayonların işğal tarixi, anım yerləridir...
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 3-dən 5-dək ölkəmizdə ilk dəfə "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi həyata keçiriləcəkdir. Layihə 27 sentyabr - Dünya Turizm Günü ilə bağlı keçiriləcək silsilə tədbirlərdən sayılır. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, ölkəmizdə Dünya Turizm Günü 2001-ci ildən etibarən təntənəli şəkildə qeyd edilir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə əsasən, ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədi ilə həyata keçiriləcək turizm layihəsi çərçivəsində Qubadan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutu açılacaqdır.
Bakının Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin ən istedadlı və bacarıqlı dərnək üzvləri Ukraynanın Krım vilayətində yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzində keçirilən IX Beynəlxalq uşaq festivalında iştirak etmişdir. Bakıdakı mərkəzin direktoru Lalə Qətinin verdiyi məlumata görə, kollektiv "Ümid və xeyirxahlıq" Ukrayna Fondunun təşkilatçılığı, Ukrayna Gənclər Nazirliyinin dəstəyi ilə "Dünyanı yaxşılığa doğru dəyişək" devizi altında keçirilən festivala dəvət almışdır. 55 ölkənin uşaq kollektivlərinin iştirak etdiyi festivalda Azərbaycanı məhz bu mərkəz təmsil etmişdir. Festivalın təşkilində əsas məqsəd dünyanı sülhə səsləmək və müharibə törədilən ölkələrdə əzab çəkən uşaqların harayına səs verib bu müharibələrin qarşısını almaq, uşaq hüquqlarını müdafiə etmək, bütün dünyada ekologiyanı qorumaq və sairə olmuşdur.
Gözəl təbiətə, zəngin fauna və floraya malik olan Yardımlı rayonu turistlər üçün çox maraqlıdır. Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, hazırda Yardımlının ərazisində dövlət qeydiyyatından keçmiş 92 ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi yerləşir. Gələn qonaqları bu abidələrlə tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci kilometrində 50 metr hündürlükdən axan "Təkdam" şəlaləsi turistləri daha çox cəlb edir. Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, istirahətini mənalı keçirir.
Bəşər sivilizasiyasının ilkinliyini bu gün də sinəsində qoruyub saxlayan çoxlu sayda tarixi abidələr, maddi əsaslar var ki, onlardan biri də mağaralardır. Azərbaycanın zəngin fauna və florası imkan verib ki, vətənimiz ilk insan məskənlərindən biri olsun. Bunun da əsas səbəblərindən biri insanların yaşaması üçün iqlim şəraitinin münasib və mülayim olmasıdır. Bizə qədərki nəsillər özlərinin varlığını bir sıra maddi-mədəniyyət abidələri yaratmaqla təsdiqləyiblər. Həmin abidələr sırasında memarlıq nümunələri mühüm yer tutur. Memarlıq ilk növbədə insanın yaşayış tarixidir desək, daha doğru olardı. O, hələ ibtidai insanların məskunlaşdıqları təbii mağaralardan başlayaraq bugünümüzə qədər inkişaf yolu keçib. Azərbaycan ərazilərində mağaraların sayı kifayət qədərdir. Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Zəngilan, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət, Füzuli rayonunda (Azıx) aşkar edilmiş mağaraların yaşı minilliklərə qədər gedir. Demək, mağaralar ilk insan məskəni olduğundan, onun yaranmasında zehni və fiziki əmək sərf edilib. Ona görə də onlar memarlıq nümunələri sayılır.
İnsan dünyaya göz açandan musiqi ilə dostlaşır. Musiqi onu bütün həyatı boyu müşayiət edir. Ana laylasını eşidəndə oxumaq istəyi baş qaldırır. Körpə uşaq anasının laylası altında rahatlıq tapır və yuxuya gedir. Bəzən də elə olur ki, anasının laylasını özünün körpə zümzüməsi ilə müşayiət edir. Hərdən körpə böyüyəndən sonra da oxumaq həvəsini itirmir. Elə bir adam tapmaq olmaz ki, oxumağa meyilli olmasın... Səsi olan da, olmayan da oxuya bilməsə də, zümzümə etməyi xoşlayır. Və bu oxumaq həvəsi onu hətta müğənniliyə də aparır. Hamı nə vaxtsa səs tellərinin açılacağı xəyalı ilə yaşayır, müxtəlif "səsaçan vasitələrin" tətbiqinə çalışır. Səsi olan xanəndələr qida rasionlarında səsə ziyanlı yeməklərdən boyun qaçırırlar. Deyilənlərə görə, sənət aləmində səsinin gözəlliyinə, diapazon genişliyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yemirmiş. Deyirmiş ki, düyü səs tellərini qurudur, oxumağa əngəl törədir. Xan əmi rütubətli havada müəyyən muğamları oxumaqdan vaz keçirmiş. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinski danışırdı ki, Tərtər rayonunda çal-çağır, şənlik məclislərinin birində Xan əmidən "Çahargah" muğamı oxumasını xahiş edibmiş. Firudinin sözünə həmişə hörmətlə yanaşan Xan əmi bu dəfə Firudinin təklifinə əməl etməyib deyib ki, "Firi bala, rütubətli hava həmin muğamın oxunması üçün məsləhət deyil. Ona görə ki, səs telləri rütubətli havada çevikliyini itirir və xanəndənin "sözünə baxmır".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Li Ci-Han ilə görüşmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında klassik musiqi sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, turist mübadiləsi, infoturların təşkili, qədim abidələrin bərpası və digər məsələlər müzakirə edilmişdir. Koreya Respublikasının mədəniyyət və turizm nazirləri Azərbaycanla tanış olmaq məqsədilə ölkəmizə dəvət edilmişlər.
Heydər Əliyev Sarayı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda analoqu olmayan yeni LED ekran almışdır. Sarayın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ekranın ölçüsü 50 kvadratmetrdir və keyfiyyətinə görə çox üstündür. Avropadan xüsusi sifarişlə gətirilən yeni ekran tamaşaçıların rahatlığı üçün alınmışdır. LED ekrandan ilk dəfə sentyabrın 8-də istifadə olunacaqdır. Həmin gün sarayın təşkilatçılığı ilə Ramazan bayramına və mövsümün açılışına həsr olunmuş "Bakının payız günləri" adlı konsert təşkil ediləcəkdir.
Türkiyə və İslam Mədəniyyətinin İstanbul Muzeyi müqəddəs Qurani-Kərimin 1400 illiyinə həsr olunmuş nadir sərgi keçirəcəkdir. AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sərgidə 250-dən artıq artefakt, o cümlədən 250 min səhifəlik Dəməşq sənədlərinin nadir nüsxələri nümayiş olunacaqdır. Bundan əlavə, sərgidə ilk dəfə olaraq dəri üzərində əl ilə yazılmış Qurani-Kərim göstəriləcəkdir. Sərgi sentyabrın 5-də - Qədr gecəsində açılacaq və dekabrın 1-dək davam edəcəkdir. Sərginin ilk günündə ziyarətçilərə 50-dək eksponat nümayiş olunacaqdır. Onların arasında 875-876-cı illərin Quranı da mövcuddur.
Şair-jurnalist Məmməd Əfşanın yeni kitabı "Haqqın divanı" adlanır. Əsərdə böyük türk xaqanı, orta əsrlər dünyasının yenilməz cahangiri Əmir Teymurun yaratdığı böyük bir imperiyanı ədalətlə idarə etməsindən, oğlu Miranşahın bəd əməllərə qurşanmasından, nəticədə, onun və tərəfdarlarının hökmdar tərəfindən cəzalandırılmasından bəhs olunur. Böyük Əmir hakimiyyəti dövründə çaparlara, qasidlərə yüksək səlahiyyət vermişdi. Bunun müqabilində onlardan tələb edirdi ki, ölkədə baş verən hadisələr barədə onu vaxtlı-vaxtında məlumatlandırsınlar. Onlar öhdələrinə düşən bu vəzifəni ləyaqətlə yerinə yetirirdilər. Əmir də onlara inanırdı. Bir dəfə bu inamdan istifadə edən qasid növbəti hərbi səfərdən qayıdan Böyük Əmirə oğlu Miranşahın və onun başına toplaşanların Azərbaycanda törətdikləri bəd əməllərdən danışır.
Avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə maestronun xatirəsi anılmışdır. Dövlət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək cənazəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Moskvadan gətirilərək Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin məzarını ziyarət etmiş, üzərinə təzə-tər güllər düzmüşlər. Xalq artistinin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında dövlətimizin başçısının qızları - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, habelə SSRİ xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da var idi.
Kitabla ünsiyyət quran və onu sevən insan cəmiyyətin aparıcı simalarından birinə çevrilir. Təqribən 4500 yaşı olan kitabın meydana gəlməsi, müxtəlif forma və məzmunda günümüzə qədər çatması təkcə onun bədii dilindən deyil, texniki tərtibatından da asılı olub. Kitabın forması ilə məzmunu bir-birini tamamlayanda uzunömürlü və səmərəli, əhəmiyyətli sayılıb. Bunun üçün kitabın ərsəyə gəlməsinin xüsusiyyətlərini bilmək vacibdir. Müasir dünya texnika və texnologiyalar əsridir. Texnika və texnologiyaların dəyişməsi ilə yeni ömür qazanan sənətlərdən biri də kitabşünaslıqdır. Kitabdakı hər hansı elementdən biri ora yad ünsür kimi pərçimlənirsə, o, təkcə mütəxəssislərin deyil, sadə oxucunun da zövqünü korlayır və psixoloji gərginliyə səbəb olur.
"İstənilən hər hansı bir cəhd insan dühasının ilahiliyinin ilkin təsdiqidir. Uğur isə axırda gəlir".
Aleksandr Düma "Qafqaz səfəri"
Həyat bir yoldur - həm keçmişə, həm də gələcəyə aparan yol. Sabahı daha yaxşı görmək üçün yəqin ki, hərdən bu yolla geriyə də səyahət etmək lazımdır. Yol bələdçimiz isə bu dəfə Aleksandr Dümanın "Qafqaz səfəri" əsəridir. Söhbət Ata Dümadan gedir. Tarixi sənədlər göstərir ki, o, 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olmuşdur. Səyahətinə Sankt-Peterburqdan başlayan Aleksandr Düma Moskva, Nijni-Novqorod, Saratov, Həştərxan, Qızlar, Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa-Şəki və Tiflisdən keçərək Potiyə, oradan İstanbula, daha sonra isə Marselə getmişdir. Səfərdən qayıtdıqdan sonra yazıçı Rusiya və Azərbaycanla bağlı "Qafqaz səfəri", "Qar yığını" və "Sultanetta" adlı əsərlərini qələmə almışdır. Bu səfər ona o qədər təsir göstərmişdir ki, Ata Düma Fransada "Qafqaz" adlı qəzet də nəşr etməyə başlamışdır.
Ötən əsrin sonlarında ölkəmizdə baş verən qeyri-müəyyənlik tarixə dönsə də, hələ üzərinə arxivin tozu tökülməyib. Çünki o vaxtdan başlayan mübarizə bu gün də davam etməkdədi. Uzun illər azadlıq həsrəti ilə yaşayan xalqımız dövlət müstəqilliyini qazandıqdan sonra qəribə mənzərələrlə üzləşdi. Mənəviyyatla mənəviyyatsızlıq üz-üzə dayandı. Ənənəyə, adətə, milli mentalitetə bağlı insanlar "köhnə"liyin rəmzinə çevrildilər. Əməli dəqiq bəlli olmayan "yenilikçi"lər müasirliyin təmsilçisi kimi meydanda ad (at yox - F.X.) oynatdılar. Kimliyin göstəricisi müxtəlif rənglərlə bəlli oldu. Çaşqın vəziyyətdə qalan insanları bu müəmmalı ovqatdan məhz ulu öndər Heydər Əliyev xilas etdi. Doqquz il öncə - 13 avqust 2001-ci ildə unudulmaz Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi məşhur bəyanat həyatın bu sahəsinə elə bir işıq saldı ki, qaranlıqlar yoxa çıxdı. Xalqa aydın oldu ki, bu millətin, vətənin, torpağın yiyəsi olduğu kimi, onun mənəviyyatının, əxlaqının keşikçisi də var. Bu missiyanı öz üzərinə götürən Heydər Əliyev açıq şəkildə bildirdi; heç bir kəsin haqqı yoxdur ki, mənəviyyatımızı bu dərəcədə kəskinliklə baltalasın!
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi ədəbi tariximizin üç min il əvvəlki ədəbiyyatını gələcəklə qovuşduran dünyadır
Azərbaycan ədəbiyyatından söz düşəndə göz önündə, istər-istəməz, kökü tarixin minillik qatlarına uzanan, əzəmətli bir sənət nümunəsi canlanır. Bu həmin nümunədir ki, onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi nümunələrlə yanaşı, sözün əsl mənasında böyük ədəbiyyat daxildir.
Uşaqlar təkcə bizim gələcəyimiz deyil, həm də ailənin bütövlüyü, uzunömürlülüyü deməkdir. Ailə xoşbəxtliyinin açarı sayılan balacalara diqqət və qayğı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Vətənin bu canlı çiçəkləri arasında xüsusi qayğıya ehtiyacı olanlar da az deyil. Onlara qayğı təkcə dövlət strukturları deyil, özəl və qeyri-hökumət təşkilatları tərəfindən də göstərilir. Cəmiyyətin və ictimaiyyətin əsas vəzifələrindən biri də təbii ki, uşaq və yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsində yaxından iştirakdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Dövlət Dəstəyi Şurası və "Qaradağ Sement" ASC-nin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan, əsasən məcburi köçkün uşaqlara yay istirahəti müddətində 3 aylıq kursun keçirilməsi də məhz həmin diqqət və qayğının göstəricilərindəndir. Kursda iştirak edən uşaqların arasında incəsənətin müxtəlif sahələri üzrə istedadı olanlar az deyil. Onlardan Yusif Cəfərov, Əbülfəs Abdullayev, Rüfət Əlizadə, İsmayıl Əhmədzadənin və digərlərinin rəssamlığa olan maraq və qabiliyyətləri istər kətan, istərsə də kağız üzərində çəkdikləri təbiət mənzərələri, natürmortda da özünün təsdiqini tapır.
Şəxsiyyətin böyüklüyü həmişə onun xalqına göstərdiyi xidmətlə ölçülür. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sərhədləri aşaraq dünya miqyasına çıxmışdır. Bu səbəbdən də ölkəmizin birinci xanımını təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində rəğbətlə qarşılayır, onun gördüyü hər bir işin yaratdığı xoş təəssüratlardan məhəbbətlə söz açırlar. Azərbaycandan başlanan xeyirxahlığın yolları o qədər çoxşaxəlidir ki, ən inkişaf etmiş, qüdrətli dövlətlərin bir çoxunda belə, bu azərbaycanlı xanımın təşəbbüsü ilə həyata keçirilən maraqlı, dəyərli işlərin silinməz izləri var. Mehriban xanım yorulmadan çalışır, yeni layihələr üzərində fikirləşir, mədəni-humanitar sahədə təkcə öz xalqına deyil, bütün millətlərə dəyərli töhfələr verir. Ölkənin birinci xanımı nəinki Azərbaycanda, regional miqyasda, hətta qlobal miqyasda böyük layihələr həyata keçirir.
Yazıçı-jurnalist Məzahir Süleymanzadə bu dəfə oxucularla görüşə "Jurnalist ömrünün naxışları" ilə gəlib. Bu, "Güllələnmiş qəzet"dən sonra müəllifin 2010-cu ildə işıq üzü görən ikinci kitabıdır. Sevindirici haldır ki, yeni kitabın nəşr olunması ilə müəllifin Mətbuat Şurasının Ali media mükafatına layiq görülməsi eyni vaxtda təsadüf edib. "Jurnalist ömrünün naxışları"nda M.Süleymanzadənin indiyədək işlədiyi redaksiyalar haqqında fikirləri, çiyin-çiyinə çalışdığı qələm dostları barədə düşüncələri, sənət yollarında rast gəldiyi hadisələr, müxtəlif illərdə mətbuatda dərc olunmuş yazıları özünə yer alıb. "Ömür yolunun harasında olduğumu bilmirəm. Bircə onu bilirəm ki, mən bu ömrü jurnalist kimi yaşamışam. Jurnalist ömrü necə olur? Düşünürəm ki, kitabı oxuyanlar bu suala cavab tapa biləcəklər.