Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

çap versiyası

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.
Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada yaranmış ənənəyə uyğun olaraq əziz bayramlarımızı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili sizinlə - ordu birləşmələrinin nümayəndələri ilə birlikdə qeyd edirik. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Sədr xatırlatmışdır ki, ümummilli liderimiz 1991-ci il sentyabrın 7-də muxtar respublikada ilk milli ordu hissələrinin yaradılmasına başlamış, 1992-ci il oktyabrın 9-da isə Naxçıvanda ilk hərbi parad keçirilmişdir. Bu paradda Azərbaycan dilində ilk hərbi əmr və raport səslənmişdir. Paraddakı çıxışında xalqımızın böyük oğlu demişdir ki, bu hissələr lazımi gücə malikdir və Naxçıvan torpaqlarını müdafiə etməyə qadirdir. Ümummilli liderimizin müəyyənləşdirdiyi ordunun hərtərəfli qayğı ilə əhatə olunması siyasəti ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyi kimi, "xalq-ordu birliyi" ənənəsi də Azərbaycan xalqı tərəfindən yaşadılır.
Xalq və ordu birliyinin nəticəsidir ki, 2009-cu ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrdə aparılan iş və tədbirlər üçün 1 milyon 452 min manatdan artıq vəsait sərf olunmuş, 371 min manatlıq ərzaq və digər tələbat malları alınıb verilmişdir. Ordu birləşmələrinin döyüş hazırlığının artırılması üçün tədbirlər görülmüş, hərbi hissələrdə quruculuq işləri davam etdirilmiş, 2009-cu ildə Culfa rayonundakı hərbi hissədə zabit yaşayış-məişət kompleksi, Sədərək rayonunun Heydərabad qəsəbəsində hərbçi ailələri üçün 10 mənzilli 5 yaşayış binası, Şərur rayonunun Havuş kəndində hərbçi ailəsi üçün ev, Şahbuz rayonundakı hərbi hissədə zabit ailələri üçün 8 mənzilli yaşayış binası, əsgər məişət yaşayış kompleksi, Şərur və Şahbuz rayonlarındakı hərbi hissələr üçün bölük mərkəzi binaları, Naxçıvan şəhərindəki hərbi hissədə çörək zavodu və əşya anbarı istifadəyə verilmişdir.
V.Talıbov vurğulamışdır ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bir mahiyyəti də bundan ibarətdir ki, daxildə həmrəylik yaratmadan xarici ölkələrdə yaşayan həmvətənlərimizlə həmrəylik yaratmaq mümkün deyil. Daxili həmrəyliyin əsas ağırlıq mərkəzi isə "xalq-ordu birliyi"ndən keçir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı burada aparılan quruculuq işlərini yüksək qiymətləndirmişdir.
Ali Məclisin Sədri mərasim iştirakçılarını bayramlar münasibətilə təbrik etmiş, xoş bayram ovqatı arzulamışdır.
Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup zabit, gizir, çavuş və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Zabit Hikmət Qazıyev və əsgər Şamxal Məmmədov şəxsi heyətə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən lent kəsildikdən sonra hərbi hissəyə baxış olmuşdur.
AzərTAc

Geri qayıtmaq

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.