Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Uğurların mənbəyi
Maral Manafova 40 ildir ki, həyatını, elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlayıb. Müxtəlif illərdə laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb. Bir sıra elmi-nəzəri məqalələrin, "Mədəniyyət tarixi və nəzəriyyəsi", "Beynəlxalq mədəni əlaqələr", "Azərbaycan-ərəb mədəni əlaqələri", "Azərbaycan-Şərqi Asiya ölkələri mədəni əlaqələr", "Mədəniyyət nəzəriyyəsi", "Hindistan mədəniyyəti", "Yaponiya mədəniyyəti" kimi fundamental kitabların müəllifidir. Pedaqoji elmlər namizədi, professordur. Çalışqanlığını, işgüzarlığını və zəhmətsevərliyini nəzərə alaraq 2006-cı ildə universitetdə elm və yaradıcılıq işləri üzrə prorektor təyin edilib.

Repertuar elə qurulmalıdır ki, tamaşaçı bezməsin
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - 80

Əsaslı təmir edilərək tamamilə yenidən qurulmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı payızdan özünün 82-ci mövsümünə start verib. Kollektiv mövsümə noyabr ayında uşaq tamaşaları ilə qədəm qoyub. Bir sıra klassik səhnə əsərləri üzərində işləri başa çatdıran yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirdi. Bununla bərabər, yaradıcı kollektiv özünün 80 illik yubileyini də təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovla söhbətimiz də bu barədədir:

Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEVİN AzərTAc-ın müxbiri ilə söhbəti

Sual: Ramiz müəllim, noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında keçirilən məlum müşavirədə Sizin çıxışınız çox aktual bir mövzuya həsr olunmuşdu. Həmin çıxışınızda və eləcə də dekabrın 8-də "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqalənizdə ictimai-siyasi və humanitar elmlərin ölkəmizdə vəziyyəti nəzərdən keçirilmiş, bütövlükdə Azərbaycan elminin bu gün öz üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirməsi və bunun lazımi səviyyədə olub-olmaması ilə bağlı mühüm problematik məsələlər qaldırılmışdır. Siz xüsusi vurğulamışdınız ki, bu gün dünyada "Azərbaycan modeli" kimi bir anlayış formalaşmaqdadır və dövlətimiz də, onun rəhbəri də bunu müsbət inkişaf yolu olaraq təqdim edir.

Müasir İKT sistemi vergi ödəyicilərinin yaxın köməkçisidir
Müsahibimiz Vergilər Nazirliyi Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədovdur

- Bu günlərdə Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin dövlət orqanlarının internet saytlarında apardığı monitorinqə əsasən, Vergilər Nazirliyinin rəsmi internet saytı informasiya açıqlığına görə birinci yerə layiq görülüb. Bildiyimizə görə, bu, saytınızın ilk uğuru deyil.
- Bəli, bu bizim üçün çox qürurverici hadisədir. Saytımız 2002-ci ildən fəaliyyət göstərir. Onun ilk versiyasını hazırlayarkən çalışmışıq ki, maksimum zəngin tərzdə istifadəyə verək. Məhz bunun nəticəsində elə həmin il "İlin ən uğurlu internet layihəsi" nominasiyası üzrə "Humay" mükafatına layiq görüldük.

Zərurətdən yaranan YAP tarixi missiyalarını ləyaqətlə yerinə yetirir
Əli ƏhmƏdov: "Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyevin ideyalarına inamı və Prezident İlham Əliyevə dərin etimadı YAP-ın cəmiyyətdəki nüfuzunu şərtləndirən başlıca amildir"

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 17 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
Bu gün sıralarında 500 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtidar partiyası və ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi özünün cəmiyyətdəki aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Əqli mülkiyyətin qorunmasında əsas şərtlər
Son illər biliklərin və mədəniyyət funksiyalarının köklü şəkildə dəyişməsi, əqli fəaliyyət nəticələrinin iqtisadiyyatda mühüm amilə çevrilməsi müəllif və digər əqli mülkiyyət hüquqlarına marağı daha da artırıb. Əqli mülkiyyətin qorunması isə milli mədəni irsin, milli özünəməxsusluğun və adət-ənənələrin yaşadılmasının mühüm şərtlərindən biri hesab olunur. Güclü mədəni sənayenin yaradılması, eləcə də vacib iqtisadi alətə çevrilməsi, ölkəmizə sərmayə axınının güclənməsi və onun təhlükəsizliyi əqli mülkiyyəti qoruyan qanunvericiliyin və idarəçilik sisteminin olmasından çox asılıdır. Bu və digər məsələlər barədə suallarımıza Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, əqli mülkiyyət sahəsində tanınmış ekspert Kamran İmanov cavab verir.

Baltik ölkələri ilə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir
Ötən ay Litvanın paytaxtı Vilnüs şəhərində Baltik Assambleyasının (BA) təşkil etdiyi "Baltikyanı dövlətlərin gələcəyi: 2030. Cəmiyyətlər və Ölkələr üçün Keçmiş Təhdidlər və Yeni Çağırışlar" adlı konfrans keçirilib. Tədbirdə BA-dakı Litva, Latviya və Estoniya nümayəndə heyətləri ilə yanaşı, Benelüks (Belçika, Niderland, Lüksemburq) Parlamentlərarası Məşvərətçi Şuranın və Şimal Şurasının (Skandinav ölkələri) nümayəndələri, o cümlədən iştirakçı dövlətlərin Litvada akkreditə olunmuş səfirliklərin və yerli qeyri-hökumət təşkilatların nümayəndələri iştirak ediblər. GUAM Parlament Assambleyası təmsilçiləri də Vilnüsdə keçirilmiş konfransa dəvət olunmuşdu.

Qanunun məcburedici qüvvəsi hərəkətə gətirilməlidir
İnsan xilqəti elə qurulub ki, çox vaxt eşitdiyinə, oxuduğuna deyil, məhz gördüyünə inanır. Təbliğat və təşviqat vasitələri içərisində vizual effektin şəriksiz liderliyi tək müasir informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələ deyil, eyni zamanda ideoloji işin çox zabitəli və qüvvətli bir alətinə çevrilməsi ilə əlaqədardır.
Azərbaycanın orta statistik tamaşaçısının yeganə mövcud televiziyanın istehsal etdiyi məhsulları izləməyə məhkum olduğu dövr keçmişdə qalıb. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti institutlarının formalaşması, ictimai həyatın, cəmiyyətin sosial-siyasi seqmentlərinin təşəkkülü ümumbəşəri nemət olan söz və mətbuat azadlığının bərqərar olmasına, çap və elektron media vasitələri şəbəkəsinin az qala həndəsi silsilə ilə artmasına münbit zəmin yaratmışdır. Belə bir kəmiyyət marafonu isə, heç şübhəsiz, neqativlərsiz ötüşməmişdir; bütün qınaq, məzəmmət, tənqid və təhnizlərin tək ünvanı fəaliyyətlərin ən vacib parametri sayılan keyfiyyət və peşəkarlıq olmuşdur.

Türkdilli Ölkələrin Parlament Assambleyası türk xalqlarının həmrəyliyinə yeni töhfələr verəcək
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə 2008-ci ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) I konfransında qurumun birinci iclasının Bakıda keçirilməsi qərara alınmışdı. Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlament sədrlərinin iştirakı ilə bu iclas keçirildi və uğurla yekunlaşdı. İclasda Assambleyanın Nizamnaməsi, Katibliyinin Əsasnaməsi, təşkilatın büdcəsi təsdiqləndi, baş katib və onun müavinləri seçildilər. Milli Məclisin deputatı, TÖPA-nın üzvü Fəzail İbrahimli ilə söhbətimiz də bu barədədir.

Xalqın Prezident İlham Əliyevə bəslədiyi misilsiz etimad YAP-ın nüfuzunu daha da möhkəmləndirən əsas amildir
Müsahibimiz Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədovdur

- Əli müəllim, ölkəmiz yeni siyasi mövsümün astanasındadır. Oktyabrda parlamentin payız sessiyası başlayacaq, dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Bunlara keçməzdən öncə istərdik 2009-cu ilin geridə qoyduğumuz dövrünün siyasi-iqtisadi yekunları barədə qənaətlərinizi bölüşəsiniz...
- 2009-cu ilin arxada qalan dövrünü dəyərləndirmək istəsək, kifayət qədər ürəkaçan mənzərənin olduğunu görərik. İlk növbədə qeyd edilməlidir ki, bu dövr respublikamızın siyasi həyatı üçün xeyli uğurlu olub. Amma bu uğurlardan danışarkən öncə 2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərinə nəzər yetirməliyik. Çünki məhz ötənilki prezident seçkilərinin yaratdığı xoş ovqat 2009-cu ilin uğurlu siyasi həyatının başlaması üçün etibarlı təməl oldu. Bu mənada Azərbaycan vətəndaşlarının seçkilərdəki yüksək fəallığı və prezidentliyə namizəd cənab İlham Əliyevin seçicilər tərəfindən çox ciddi şəkildə dəstəklənməsi 2009-cu ilin siyasi ab-havasını şərtləndirən başlıca amildir.

Bakı Dövlət Universiteti təhsildə lider statusunu qoruyub saxlamaq əzmindədir
Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti 90 illik yubileyi ərəfəsindədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək 24 aprel 2009-cu il tarixdə "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün də dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.

Elnur Aslanov: "Ermənistana dəqiq və birmənalı şəkildə izah etmək lazımdır ki, onun irrasional və qeyri-konstruktiv mövqeyi heç bir fayda verməyəcəkdir"
Day.Az informasiya portalı avqustun 24-də Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəni öz saytında yerləşdirmişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.

- Rusiya Prezidenti Dmitri Medvedev bu günlərdə Həştərxanda Xəzəryanı əməkdaşlıq məsələlərinə dair müşavirə keçirmişdir. ABŞ "Xəzərin keşikçisi" proqramı çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq etdiyi bir vaxtda Moskva Xəzəryanı regiona aid olmayan ölkələrin hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsinin qadağan olunmasını israr edir. Siz bu faktı necə şərh edərdiniz?
- Azərbaycan regionda sülhün bərqərar olmasının fəal tərəfdarıdır. Biz bir sıra məsələlər üzrə həm Rusiya ilə, həm də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik. Bütün bu məsələlərdə Azərbaycan milli təhlükəsizlik mənafeləri mövqeyindən çıxış edir. Bizim atdığımız bütün addımlar milli mənafelərimizə uyğundur və dövlətimizin milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.

Mətbuatın "reket qəzetlər"dən təmizlənməsi ictimai sifarişdir
Vüqar Rəhimzadə: "Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açır"

Mətbuat obyektiv, jurnalist müstəqil, peşəkar olmalıdır. Ölkədə söz, mətbuat azadlığının inkişafı üçün demokratik şərait yaradılıb. Lakin bəzi qüvvələrin bu imkandan sui-istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Buna görə də 2003-cü ildə yaradılan Mətbuat Şurası KİV-lərdə rast gəlinən neqativ halların aradan qaldırılmasına çalışır. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri də jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, "reket jurnalistika"sına qarşı mübarizədir. Mətbuat Şurası fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, yüksək nəticələr əldə etmişdir.

Yeni tariflər istehlakçıların keyfiyyətli və etibarlı qaz təchizatına xidmət edir
İqtisadi inkişaf naziri, Tarif (Qiymət) Şurasının sədri Şahin MUSTAFAYEV: "Aztəminatlı ailələr üçün sosial yardım məqsədilə dövlətin ayırdığı əlavə vəsait yeni qiymətlərlə təbii qaza ödəniləcək vəsaitdən 4,5 dəfə çoxdur"

Tarif (Qiymət) Şurasının son iclasında müəyyən xidmətlərin tariflərinə yenidən baxılmış, müvafiq dəyərləndirmələr aparılmışdır. Bu barədə qəbul edilən qərarlar, xüsusən də təbii qazın qiymətində edilən dəyişikliklər iqtisadçı ekspertlər tərəfindən məqsədyönlü və düzgün addım sayılaraq, davamlı iqtisadi islahatların tərkib hissəsi kimi səciyyələndirilmişdir. Lakin bu məqamla bağlı ictimai rəydə yanlış təsəvvür yaratmağa cəhdlər olunur, əsassız, qərəzli informasiyalar yayılır və məlum radikal siyasi qruplar tərəfindən məsələ öz mahiyyəti üzrə kontekstdən çıxarılaraq bədxah mövqedən şərh edilir.
Həmsöhbətimiz iqtisadi inkişaf naziri, Tarif (Qiymət) Şurasının sədri Şahin MUSTAFAYEV son qiymət islahatını yaradan amillər və onun doğuracağı real nəticələr barədə suallarımızı cavablandırmışdır.

Sabitliyin, ictimai asayişin və qanunçuluğun qorunması əsas vəzifəmizdir
Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil USUBOVDUR

- Cənab nazir, yaranmasının 91-ci ildönümünü qeyd edən polis orqanları şərəfli tarixə, dövlətə və xalqa layiqli xidmət salnaməsinə malikdir. Həyatının 40 ilindən artıq bir dövrünü bu mühüm dövlət strukturunda xidmət edən şəxs kimi, polisin fəaliyyətində hansı ən əlamətdar məqamları qeyd edərdiniz?
- Polisin fəaliyyətinin ən əlamətdar məqamlarını bütünlüklə əks etdirmək, sözsüz ki, bir müsahibənin mövzusu ola bilməz və nə qədər müfəssəl təsvir etsən də, yenə tam və əhatəli olmayacaqdır. Çünki vəzifəsindən və rütbəsindən, eləcə də xidmət etdiyi ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanın daxili işlər orqanlarının hər bir əməkdaşının fəaliyyəti onun üçün müstəsna əhəmiyyət kəsb edən və əlamətdar hadisələrdən xali deyildir. Həm də bizlər, sadə vətəndaş üçün maraqlı və cəlbedici görünən xidmətimizi heç vaxt əlahiddə tutmur, başqa ixtisaslardan fərqləndirmir, gündəlik funksiyalardan, vəzifə borcundan, peşə andından irəli gələn öhdəliklər kimi qəbul edirik.

Dövlət qulluqçusu xalqın xidmətçisidir, insanların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur

- Bəhram müəllim, rəhbərlik etdiyiniz qurum 2006-cı ildən fəaliyyət göstərir. Və təbii ki, komissiya yaradılarkən onun qarşısında müəyyən vəzifələr qoyulmuşdur. İstərdik öncə bu vəzifələrin yerinə yetirilməsi barədə danışasınız...
- Komissiyanın hansı vəzifələri həyata keçirməsi barədə danışmazdan öncə onun yaranmasını şərtləndirən amilləri qeyd etmək lazımdır. Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyev çox ağır bir dövrdə hakimiyyətə gəlmişdir. Ölkəmiz parçalanmaq üzrə idi, dövlət hakimiyyəti iflic olmuşdu. Dövlət qulluğunda çalışanlar xalqın gözündən düşmüş, dövlət rəhbərliyinə inamsızlıq yaranmışdı.

İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı amillərdir
Müsahibimiz Heydər Əliyev Fondunun icraçı direktoru Anar ƏLƏKBƏROVDUR

- Azərbaycanın hər bölgəsində ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir...
- Bu, təbiidir, çünki müasir Azərbaycanın əldə etdiyi müstəqillik, dövlət quruculuğu, iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı, ölkəmizin dünyada tanınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi 30 ildən artıq dövr insanların yaddaşında vətənə və xalqa xidmət nümunəsi kimi yaşayır.

Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti yaradıcı insanlar üçün tükənməz mövzu mənbəyidir
Tanınmış televiziya rejissoru, əməkdar incəsənət xadimi Vaqif Ağayev də bu qənaətdədir

ABŞ-da telesənədliliyin banisi Edvard Marrou bir zamanlar etiraf edirdi ki, "Ejurnalistika heç vaxt televiziya kimi güclü silaha malik olmayıb". Görkəmli nəzəriyyəçinin fikirləri özünü Azərbaycan reallığında da əyani göstərir. Mavi ekranın cazibə qüvvəsi, sehri, nüfuzetmə gücü milyonların qəlbində əsl maqnit fırtınası yaratmaqla həmişə insanların əqidəcə formalaşmasında, intellektual cəhətdən kamilləşməsində, həyata daha ayıq baxmasında, yaradıcılıq və fəaliyyət imkanlarını genişləndirməsində mühüm rol oynamışdır. İnsanların bir araya gəlməsində, cəmiyyətin inkişafının normal məcraya yönəldilməsində televiziyanın xidmətləri əvəzsizdir. Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı Heydər Əliyev bu həqiqətin reallıqda əks olunmasını həmişə önə çəkirdi. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə KİV-in, o sıradan televiziya və radionun inkişafına, müasir dəyərlərə və texnologiyalara yiyələnməsinə, elektron KİV-in imkanlarından daha səmərəli istifadəyə xüsusi səy göstərmiş, dəstək vermişdir.

"Biz gənclər yaşamalı və bu dünyanı qurmalıyıq"
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva:

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı olmuşdur. Təşkilata Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva başçılıq edir.
Sülalə telləri ilə bağlı olan nüfuzlu və tanınmış siyasətçi nəsillərinə dünyanın hər bir dövlətində rast gəlmək olar. Əliyevlər ailəsi müasir Azərbaycanın aparıcı sosial-siyasi və mədəni sülalələrindən biridir. Əlbəttə, hər bir ölkə üçün yüksək elitanın tanınmış soyadlarını daşıyan üzvlərinin vətəndən kənarda irəli getməsi, müvəffəqiyyət qazanması ictimai diplomatiyanın xeyrinədir, iki ölkənin birlikləri arasında sosial-humanitar əlaqələr yaradılmasına kömək edən qeyri-formal resursları gücləndirir.
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı olmuşdur. Təşkilata Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva başçılıq edir.

"Uşaqların taleyi üçün məsuliyyətin dərəcəsini dövlət müəyyənləşdirir"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova:

2009-cu il Azərbaycanda "Uşaq İli" elan edilmişdir. Bununla əlaqədar nəzərdə tutulmuş tədbirlər və bütövlükdə ölkədə uşaqlara qayğı sahəsində dövlət siyasətinin prioritetləri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynovanın məlumat verməsini xahiş etdik.

Dövlətin dəstəyi kütləvi informasiya vasitələrinin inkişafına yeni təkandır
Əflatun Amaşov: "Bu proses "reket qəzetlər"in iflasını gücləndirəcəkdir"

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Sərəncamla eyni zamanda "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir.

"Siyasi iradə və açıq dialoq səmərəli iqtisadi əməkdaşlığın prioritetlərini müəyyən edir"
Rusiya Federasiyasının ölkəmizdəki Ticarət nümayəndəsi Yuri Şedrin bu qənaətdədir

Rusiya ilə tam 18 ildir ki, beynəlxalq hüququn iki müstəqil subyekti kimi davranırıq. Heç şübhəsiz, coğrafi yaxınlıq, tarixən formalaşmış mədəni-mənəvi dəyərlər və ənənələr, birgə keçdiyimiz yolun ağır sınaq və imtahanları bu qonşuluq münasibətlərinə xoş ovqat, rəvan ahəng qatan, hər şeyə rəğmən soyumağa qoymayan kifayət qədər ciddi sayıla biləcək amillər cərgəsindədir. Bu gün hər iki ölkə nə qədər Qərb siyasi arxitekturasında postsovet dövrünün iki önəmli aktoruna çevrilsə, milli maraqlar zəminində qurulan xarici siyasət yeni "dostlar" axtarışını zəruri etsə də, Azərbaycanla Rusiya ən yaxın müttəfiq olaraq qalmaqdadırlar. Həm siyasi, iqtisadi, həm də mədəni sahədə qurulmuş faydalı əməkdaşlıq münasibətlərinə müsbət dinamika, xoş məram bəxş edən əsas məqam isə iki ölkənin dövlət başçıları səviyyəsində ortaya qoyulan siyasi iradədir.

Avropa azərbaycanlılarının təşkilatlanması prosesində yeni mərhələ
Natiq AĞAMİROV:
"III qurultayını keçirən Avropa Azərbaycanlıları Konqresi fəaliyyət göstərdiyi
son beş ildə milli diaspor quruculuğu prosesinə mühüm töhfələr vermişdir"


Bu gün Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin III qurultayı işinə başlayır. Diaspor hərəkatımızda xüsusi yeri olan bu təşkilatın növbəti qurultayının Avropadakı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacağı gözlənilir. Həmsöhbətimiz - Konqresin prezidenti Natiq Ağamirov hesab edir ki, qurultayda AAK-ın daha çevik və dinamik bir təşkilata çevrilməsi ilə bağlı təkliflər müzakirə ediləcək və qəbul olunacaq qərarlar diaspor hərəkatının daha da genişlənməsinə töhfə verəcək.

Ulu öndər Heydər Əliyevin humanizm məfkurəsi layiqincə yaşadılır
Müsahibimiz Milli Məclisin sədr müavini Bahar Muradovadır

Azərbaycan Respublikası Milli Məclisinin dünən keçirilən plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın parlamentə təqdim etdiyi "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi qəbul edildi. Amnistiya qərarı 9 min məhkuma şamil ediləcək, onlardan 1700-ü cəzaçəkmə yerlərindən azad ediləcəkdir.
Müsahibimiz, Milli Məclisin sədr müavini Bahar Muradova amnistiya qərarının cəmiyyətimizin humanizm ideallarına sadiqliyi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək dedi:

İkili standartlardan çıxış etmək Avropa Şurasının özünün imicinə kölgə salır
Avropa Şurası Parlament Assambleyasının 2009-cu il qış sessiyasında ənənəvi olaraq aktual, Avropa və eləcə də dünya ictimai fikrini düşündürən məsələlər müzakirə mövzusu oldu. Bu sessiya həm də ikili standartların bütün çılpaqlığı ilə nümayiş etdirilməsinin kulminasiya nöqtəsi kimi yadda qaldı.
Milli Məclisin deputatı, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli ilə müsahibəmiz də bu barədədir.
- AŞ PA-nın qış sessiyası təbii ki, ölkəmiz üçün də əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə yadda qaldı. Qurumun ikili standartlardan çıxış etməsi konkret olaraq hansı məqamlarda özünü büruzə verdi?

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.