Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

"Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanmış Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsi təsdiq edilsin.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişi təsdiq edilsin.

"Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında" 2009-cu il sentyabrın 28-də Buxarest şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.

"Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" 2009-cu il sentyabrın 28-də Buxarest şəhərində imzalanmış Saziş təsdiq edilsin.

"Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" 2009-cu il sentyabrın 28-də Buxarest şəhərində imzalanmış Saziş təsdiq edilsin.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002-ci il, ¹ 12, maddə 693; 2003-cü il, ¹ 1, maddə 16; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹ 8, maddə 597, ¹ 11, maddə 884; 2005-ci il, ¹ 6, maddələr 463, 475, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 5, maddə 386, ¹ 6, maddə 479, ¹ 8, maddə 657,

Quba şəhərində "Soyqırım memorial kompleksi"nin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırım nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

"Avropanın memarlıq irsinin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatı ilə birlikdə təsdiq edilsin.

"Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 846-IIIQ nömrəli qanununun 2-ci bəndində "yanvarın 1-dən" sözləri "sentyabrın 1-dən" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Dövlət Neft Fondu işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 dekabr 1999-cu il tarixində ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Ötən 10 il ərzində Dövlət Neft Fondu beynəlxalq səviyyədə tanınmış quruma çevrilərək Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarının səmərəli və şəffaf idarəedilməsini uğurla həyata keçirir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

F.İ.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Fikrət İsmayıl oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin.

Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri əsasən təmin edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2010-cu il Pul Siyasətinin Əsas İstiqamətləri barədə BƏYANATI
2009-cu il dünya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə səciyyəvi olmuşdur. Bu şəraitdə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox ölkələrdə əlahiddə maliyyə stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir. Bununla belə, qlobal iqtisadiyyatın bərpası hələ də ləng, qeyri-sabit və qeyri-bərabər gedir, əhəmiyyətli risklər hələ də qalmaqdadır.
Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaratmışdır. Lakin ölkə başçısı İlham Əliyev cənabları tərəfindən son illər uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək öz müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir.

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 57; 2001-ci il, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹ 8, maddə 695) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində "gömrük işini" sözlərindən sonra ", miqrasiya sahəsində idarəetməni" sözləri əlavə edilsin.

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 923-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹3 (I kitab), maddə 147) aşağıdakı dəyişikliklər edilsin:

"Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
2007-ci il iyunun 30-da Gömrük Əməkdaşlığı Şurasının iclasında "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya tövsiyə edilmiş dəyişikliklər təsdiq edilsin.

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 900-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 900-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisini sürətləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Tibb Universitetinə çoxprofilli tədris-terapevtik klinikasının tikintisinin davam etdirilməsi üçün 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə qərara alıram:
1. 2010-cu ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılsın.

Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2010-cu ilin yanvar ayında görkəmli neftçi-alim, Azərbaycan SSR dövlət mükafatları laureatı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin anadan olmasının 80 ili tamam olur.
Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz-kondensat yatağı - "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf edilmişdir.

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə
Bu Əsasnamə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
1. Miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq- mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.