Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Sudan Respublikasının Prezidenti zati-aliləri cənab Ömər Həsən Əhməd əl-Bəşirə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Sudan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri zati-aliləri cənab Raul Kastro Rusa
Hörmətli cənab Sədr!
Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Kuba dövlətlərarası münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarına
Hörmətli qurultay iştirakçıları!
Əziz gənclər!
Sizi - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər birinizə cansağlığı, səadət və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan gəncliyi ona göstərilən yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmişdir. İctimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində gənclərimizin əldə etdikləri müvəffəqiyyətlər hər bir vətəndaşımızın qəlbində qürur hissi oyadır. Bu yaxınlarda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis olunmasını siz gənclərin azərbaycançılıq məfkurəsi işığında sıx birləşməyə doğru atdığınız mühüm addım kimi qiymətləndirirəm.

Xalq artisti Əminə xanım Dilbaziyə
Hörmətli Əminə xanım!
Sizi - Azərbaycan milli rəqs sənətinin böyük ustadını yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.
Siz xalqımızın qədim rəqs mədəniyyətinin inkişafı naminə istedad və bacarığınızı illər boyu fədakarcasına sərf etmiş sənətkarlardansınız. Klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək Siz əsl sənət inciləri yaratmısınız. Fəaliyyətiniz boyu Sizin repertuar hər zaman öz rəngarəngliyi ilə səciyyələnmişdir.

Dünya azərbaycanlılarına
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il bütün soydaşlarımız ən əziz bayramlarından biri kimi qeyd edirlər. 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir.

Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya
Əlahəzrət!
Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə genişlənməsi, həyata keçirdiyimiz birgə iqtisadi layihələr münasibətlərimizin inkişaf dinamikasını müəyyən edən amillərdəndir. Əminəm ki, dost ölkələrimiz arasında əməkdaşlıq zəminində əldə etdiyimiz nailiyyətlər bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Qətər dövlətinin əmiri əlahəzrət şeyx Həməd bin Xəlifə al Taniyə
Əlahəzrət!
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün Qətər xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan-Qətər münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə addımlar atacağıq.

Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya
Hörmətli cənab Prezident!
Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verir. Aramızda keçirilən səmərəli, məhsuldar görüşləri məmnunluqla xatırlayaraq ikitərəfli münasibətlərimizin möhkəmlənməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini və iki ölkənin dövlət başçıları arasında səmimi dostluq əlaqələrinin rolunu xüsusi olaraq qeyd etmək istərdim. Ölkənizə rəsmi səfərim zamanı imzalanmış "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" münasibətlərimizin dərin olduğunun yaxşı göstəricisidir.

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri xanım Doris Loytharda
Hörmətli xanım Prezident!
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsveçrə arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Qazaxıstan əlaqələri tarixən təşəkkül tapmış möhkəm dostluq ənənələrinə malikdir. Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bəhreynin Kralı əlahəzrət Şeyx Həməd Bin İsa al Xəlifəyə
Əlahəzrət!
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə
Hörmətli cənab Prezident!
Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
Permdə yanğın nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm.

Tailandın Kralı əlahəzrət Bhumibol Adulyadejə
Əlahəzrət!
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah arzulayıram.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə bin Zaid al Nəhəyana
Əlahəzrət!
Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin qorunub saxlanması və hərtərəfli inkişafı üçün bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya
Hörmətli cənab Prezident!
Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir. Bu yaxınlarda ölkənizə səfərim zamanı imzaladığımız Strateji tərəfdaşlıq haqqında bəyannamə, eləcə də digər mühüm sənədlər əməkdaşlığımız üçün geniş perspektivlər açır.

Laos Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Çummali Saynasona
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay əmiri əlahəzrət Şeyx Məhəmməd bin Rəşid al Məktuma
Əlahəzrət!
Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
"Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm, yaralananların hamısının tezliklə sağalmasını arzu edirəm.

İki müqəddəs ocağın xadimi,Səudiyyə Ərəbistanının Kralı əlahəzrət Abdullah bin Əbdüləziz al Səuda
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizdə baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, Səudiyyə Ərəbistanının bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizə və Azərbaycan xalqına müqəddəs və sevinc dolu Qurban bayramı münasibətilə Amerika xalqı adından ən xoş arzularımı çatdırıram.
Ümidvaram ki, bu müqəddəs bayramın ruhuna uyğun olaraq biz bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədilə birgə işləyə bilərik.
Sizə və Azərbaycan xalqına gələcək illərdə xoşbəxtlik və firavanlıq arzulayıram.

Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab Bamir Topiyə
Hörmətli cənab Prezident!
Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Mavritaniya İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Uld Əbdüləzizə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri zati-aliləri cənab Jelko Komşiçə
Hörmətli cənab Sədr!
Ölkənizin milli bayramı - Bosniya və Herseqovinanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da öz inkişafını davam etdirəcəkdir.

Livan Respublikasının Prezidenti zati-aliləri cənab Mişel Süleymana
Hörmətli cənab Prezident!
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və bütün Livan xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.