Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Dəniz şəhəri "ömrünün" 61-ci ilini qarşılayır
Yeni il axşamı evlərdə süfrələr açılıb xoş diləklər söylənəndə bir çox ailə başçıları öz isti ocaqlarından çox-çox uzaqlarda, dənizdə olacaqlar. Əlbəttə, onlar da yeni ili qarşılayacaqlar. Səliqəli və abad yataqxana otaqlarında, dəniz şəhərinin müasir fəhlə yeməkxanalarında, "Çay evi"ndə...
Axşamtərəfi mədənlərdə bir günlük işlərini başa çatdıranlar dəstə-dəstə bir yerə toplaşacaqlar. Amma dəniz elə dənizdir, estakada da - estakada!

Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən Dövlət Neft Fondunun yaranmasından 10 il ötür
Dekabrın 29-da 10 illik yubileyini qeyd edən və ötən dövrdə beynəlxalq səviyyədə tanınmış təşkilata çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir.
Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir.

BTC fasiləsiz və təhlükəsiz işləyir
2006-cı ilin yayında tam sistem kimi istifadəyə verildiyi vaxtdan bəri BTC bir iş günü belə itirməyib. 20 milyondan çox adam-iş saatı yerinə yetirilib. Bu, əməyin təhlükəsizliyi üzrə ən yaxşı göstərici hesab olunur.
İndiyədək Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə 791 milyon bareldən, yaxud 106 milyon tondan çox neft nəql olunub. BTC ilə hər gün təxminən 850 min barel neft ixrac edilir. Kəmər vasitəsilə ən yüksək gündəlik ixrac göstəricisi 1006505 barel olub.

Çəkilən zəhmət bəhrəsini verir
Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artması Şamaxı rayonunda da aqrar sektorun inkişafına təkan verib.

Son iki ildə rayon üzrə kənd əməkçilərinə 46 min 115 hektar əkin sahəsinə görə 1 milyon 844 min 639 manat dövlət yardımı göstərilib.
Rayon ərazisinin 112522 hektarı kənd təsərrüfatına yararlıdır. Bunun 37947 hektarını əkin yeri, 940 hektarını çoxillik əkinlər, 73635 hektarını biçənək və örüş yerləri təşkil edir. Yeri gəlmişkən, bu il təsərrüfatlarda dənli və dənli - paxlalı bitkilərin yığımı yüksək səviyyədə başa çatıb.

Sənaye məhsulları istehsalı 8 faizdən çox artıb
Dövlət Statistika Komitəsinin cari ilin 11 ayı ərzində ölkə üzrə iqtisadi və sosial sahələrdə baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər barədə hesabatı dinamik inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldiyini bir daha təsdiqləyir.
DSK-nın məlumatında bildirilir ki, bu dövrdə sosial-iqtisadi tərəqqinin əsas keyfiyyət göstəricisi olan ÜDM istehsalı 9 faiz (müqayisəli qiymətlərlə 3,3 milyard manat) artaraq 29,7 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalında 10,5, xidmət sahələrində 6,7 faiz çoxalmışdır. ÜDM-in 50,6 faizi sənayedə, 8,1 faizi tikintidə, 5,8 faizi aqrar sektor, ovçuluq və meşə təsərrüfatında, 6,2 faizi nəqliyyatda, 7,8 faizi ticarət və xidmətdə, 2 faizi rabitədə, 11,9 faizi digər sahələrdə istehsal olunmuşdur. 11 ayda adambaşına 3360,7 manatlıq (4181 dollarlıq), yaxud keçən ildəkindən 7,6 faiz çox ÜDM düşmüşdür.

Ümumi daxili məhsul istehsalı 9 faiz artmışdır
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 9 faiz və ya müqayisəli qiymətlərlə 3,3 milyard manat artaraq 2009-cu ilin on bir ayı ərzində 29,7 milyard manata çatmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM-in 50,6 faizi sənaye sahələrində, 8,1 faizi tikinti kompleksində, 5,8 faizi aqrar sahədə, ovçuluq və meşə təsərrüfatında, 6,2 faizi nəqliyyatda, 7,8 faizi ticarət və pullu xidmət sahələrində, 2 faizi rabitədə, 11,9 faizi digər sahələrdə istehsal olunmuşdur.

Qlobal iqtisadiyyata inteqrasiyada neft amili
Qloballaşma prosesi Müstəqil Dövlətlər Birliyi ölkələri və digər keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına və iqtisadi siyasətinə getdikcə daha çox təsir göstərir. Danılmaz faktdır ki, MDB ölkələri qloballaşan dünyada neft istehsalı və ixracı sahəsində yeni regiona çevrilib. Başqa sözlə, MDB dünya enerji bazarının əsas iştirakçılarından biri hesab edilir. Bəs ümumdünya neft hasilatının neçə faizi MDB-nin, o cümlədən Azərbaycanın payına düşür? Neft hasilatının ildən-ilə artması Azərbaycana nələri vəd edir?

Əhalinin banklardakı əmanətlərinin məbləği 18,4 faiz artmışdır
Noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artaraq 2,1 milyard manata çatmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, milli valyuta ilə vəsait qoyuluşu 824,9 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1 milyard 300,7 milyon manat olmuşdur.

Aqrar sahədə artım davam edir
Cari ilin on bir ayında kənd təsərrüfatında ümumi məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, dekabrın 1-dək qarğıdalı da daxil olmaqla 2 milyon 988,3 min ton taxıl, 979,1 min ton kartof, 1 milyon 161,7 min ton tərəvəz, 28,3 min ton pambıq, 704,5 min ton meyvə və giləmeyvə, 410 min ton bostan məhsulları, 123,3 min ton üzüm, 174,5 min ton şəkər çuğunduru, 2,6 min ton tütün, 374,3 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 278,8 min ton ət, 1 milyon 307,7 min ton süd, 1 milyard 80,5 milyon ədəd yumurta və 14,9 min ton yun istehsal olunmuşdur.

BTC ilə ixrac olunan neftin 1000-ci tankerə yüklənməsinə başlanıb
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunan neftin Ceyhan limanında 1000-ci tankerə yüklənməsinə başlanıb.
"Britiş Kestrel" adlı həmin tanker neftlə doldurulduqdan sonra Rotterdam şəhərinə yola düşəcək.
Bu məlumatı BTC-nin əməliyyatçısı olan bp şirkətindən almışıq. Məlumatda, həmçinin bildirilir ki, Ceyhan terminalında 999-cu tankerlə eyni vaxtda yüklənən 1000-ci tankerə təxminən 600 min barel xam neft vurulacaq.

"The Washinqton Times": "Azərbaycan sürətlə Xəzər regionunun Küveytinə çevrilir"
Dünyanın nüfuzlu iqtisadi proqnoz institutları və nəşrləri 2010-cu ildə də Azərbaycanda iqtisadi artımın yüksək olacağını bildirirlər

Məlum olduğu kimi, ötən ilin ortalarından başlayan qlobal maliyyə böhranı və bunun ardınca yaşanan iqtisadi tənəzzül dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrini iflic vəziyyətinə salmışdır.
Amma ölkəmizdə yaradılan hüquqi baza, aparılan iqtisadi islahatlar, həyata keçirilən iqtisadi strategiya nəticəsində Azərbaycan dünya maliyyə və iqtisadi böhranından demək olar ki, yan keçmiş və belə bir şəraitdə iqtisadi artıma nail ola bilmişdir. Cari ilin 10 ayında ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsal artımının 8,3 faiz olması bunu bir daha təsdiqləyir.

"Gələn il neftin qiyməti 70-80 dollar civarında olacaq"
Gələn ilin dövlət büdcəsi ölkənin sabit inkişafına hesablanmışdır.
2010-cu il üçün neftin qiymətinin 45 dollar götürülməsi büdcənin ehtiyatlı hazırlandığından xəbər verir.
Beynəlxalq təşkilatların, yerli və nüfuzlu ekspertlərin sözlərinə görə, gələn il üçün neftin qiyməti 70-80 dollar arasında olacaqdır. Belə olan halda, ölkəmiz xeyli əlavə gəlir əldə edəcəkdir. Bu vəsaitlərin sosial məsələlərə ayrılması əhalinin həyat səviyyəsini daha da yüksəldəcəkdir.

11 ayda adambaşına orta hesabla 2 min 245 manatdan çox gəlir düşüb
Bu ilin 11 ayında əhalinin gəlirləri 7,6 faiz artaraq 19,8 milyard manata çatmış, onun adambaşına düşən həcmi isə 2245,8 manat təşkil edərək əvvəlki ildəkindən 6,2 faiz çox olmuşdur.
Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 296 manat təşkil etmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi və tikinti sahələrində orta aylıq əməkhaqqı daha yüksək olmuşdur.

İstehsal təyinatlı müəssisələrin inşasına daha çox vəsait yönəldilir
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 444,4 milyon manat investisiya yönəldilmişdir.
Tikinti-quraşdırma sahələrində istifadə edilmiş sərmayələrin həcmi ümumi investisiyanın 69,2 faizini təşkil edərək 4 milyard 461,8 milyon manat olmuşdur. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 3 milyard 808 milyon, qeyri-dövlət müəssisələri 2 milyard 642,4 milyon manat vəsait sərf etmişlər. İstehsal təyinatlı obyektlərin inşasında 4 milyard 851,9 milyon, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1 milyard 592,5 milyon manatlıq investisiyadan istifadə edilmişdir.

Yük daşınmasında artım var
Bu ilin 11 ayında nəqliyyat müəssisələri və fərdi sahibkarlar tərəfindən göstərilmiş nəqliyyat xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artmışdır.
Yük daşınmasında 3, yük dövriyyəsində isə 10,4 faiz artım müşahidə olunmuşdur. Nəqliyyat vasitələri ilə daşınmış 170,4 milyon ton yükün 48,4 faizi avtomobil, 33,5 faizi boru kəməri, 11 faizi dəmiryolu, 7,1 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.

Naxçıvanda ağacəkmə kampaniyası davam edir
Qışın soyuq nəfəsinin duyulmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasında ağacəkmə kampaniyası davam edir.
Keçirilən son iməciliklərdə bağlara, yaşıllıq zolaqlarına 14 minə yaxın ting əkilib. Əkilən ağacların böyük əksəriyyəti meyvə tingləridir.
İməcilikdə Kəngərli rayonunun sakinləri xüsusilə fərqləniblər. Rayon sakinləri 5,5 min meyvə tingi əkiblər. Tinglərin 1500-ü Naxçıvan-Sədərək magistral avtomobil yolunun Böyükdüz kəndi ərazisindəki yeni yaşıllıq zolaqlarında basdırılıb. İndiyədək əkin dövriyyəsindən kənarda qalan 3 hektar sahədə yeni meyvə bağı salınıb. Ərazi suvarma suyu ilə təmin olunur. Rayon icra hakimiyyətinin arxasında salınan 11 hektarlıq bağda da 2 minə yaxın ting əkilib. Üstəlik Qarabağlar kəndində yeni salınan 2 hektarlıq bağda əkin kampaniyası başa çatdırılıb.

Hasilatı artırmaq üçün Xəzərdə yeni üsuldan istifadə olunacaq
"Dərinsulu Günəşli"nin işlənməsi "Əsrin müqaviləsi"nin üçüncü - sonuncu mərhələsini əhatə edir. Bu yataqdan ilkin neft keçən ilin aprel ayında alınıb.
Hazırda yataqda 17 quyu istismar olunur. Bunların 9-u hasilat, 8-i suvurma quyusudur. Orta gündəlik hasilat 116,4 min barel təşkil edir.
"Dərinsulu Günəşli"dən uzanan yataqdaxili xətlər "Azəri" layihəsi üçün inşa edilmiş iki ədəd 30 düymlük sualtı kəmərə birləşir. Yataqdan çıxarılan neft bu "yol"la Səngəçal terminalına çatdırılır. "Dərinsulu Günəşli"nin səmt qazı isə sualtı borularla "Azəri"dəki 28 düymlük qaz kəmərinə qovuşur və Səngəçala ötürülür.

Su Təsərrüfatı və Kanalizasiya İnvestisiya Proqramı üzrə birinci tranş layihəsi üçün kredit sazişi imzalanmışdır
Dekabrın 17-də Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında Su Təsərrüfatı və Kanalizasiya İnvestisiya Proqramı çərçivəsində 75 milyon ABŞ dolları məbləğində birinci tranş üçün kredit sazisi imzalanmışdır.
Ümumi məbləği 600 milyon ABŞ dolları olan bu layihə investisiya qoyuluşuna daha çox ehtiyac duyulan regional səhələri əhatə edəcəkdir. Saziş 8 il müddətinə imzalanmışdır və çoxtranşlı maliyyə mexanizmi vasitəsi ilə həyata keçiriləcəkdir. AİB tərəfdən ayrılmış vəsait güzəşt müddəti 4 il olmaqla 24 illiyə verilmişdir və faiz dərəcəsi LİBOR borcvermə mexanizminə uyğun olaraq təyin edilir.

Yararsız ərzaq satışdan çıxarılmışdır
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 220 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, satışdan çıxarılaraq məhv edilmişdir.

Azərbaycan və Türkiyə arasında qazın qiyməti ilə bağlı yaxınlaşma var
Türkiyənin Azərbaycandan aldığı təbii qazın qiyməti ilə əlaqədar tərəflərin mövqelərində müəyyən yaxınlaşmalar var.
APA agentliyinin ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə istinadən yaydığı məlumatda bildirilir ki, qiymətdən başqa, həmçinin sazişin şərtləri və onun imzalanması ilə bağlı ilkin yaxınlaşmalar mövcuddur. Hər iki tərəfdən olan mütəxəssislər bu istiqamətdə işlərini davam etdirirlər.
Bu arada Türkiyə Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin müdiri Mehməd Fatih Ceylan "Trend Capital" agentliyinə bildirib ki, onun təmsil etdiyi qurum problemin tezliklə çözüləcəyinə inanır. "Mən çox inanıram ki, qiymət məsələsi tezliklə həll ediləcək və bu, ikitərəfli münasibətlərin möhkəmlənməsində yeni addım olacaq".

bp Azərbaycanda ixtisaslı işçilərin 84 faizi yerli vətəndaşlardır
Hazırda bp Azərbaycan şirkətində ixtisaslı daimi işçilərin 84 faizini yerli mütəxəssislər təşkil edir. Onların bir çoxu şirkətdə rəhbər vəzifələri tutur.
Bu ilin sentyabrında Azərbaycanın tarixinə "Əsrin müqaviləsi" adı ilə düşmüş "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi haqqında sazişin 15 illiyi təntənə ilə qeyd edildi. Bu əlamətdar hadisə münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bp-nin bir sıra əməkdaşları da mükafatlandırıldılar.

Yeni ili yeni mənzillərdə qarşılayacaqlar
Biləsuvar şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilən 16 mənzilli binanın tikintisi başa çatmışdır.
Smeta dəyəri 500 min manat olan binada əhalinin güzəştli kateqoriyasına aid olan insanların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Bina istilik sistemi, nasosxana və ayrıca güc transformatoru ilə təmin edilmişdir. Hazırda 1 hektara yaxın həyətyanı sahə abadlaşdırılır. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin 2010-cu ili yeni mənzillərdə qarşılayacağı gözlənilir.

Kosmik sənayenin yaradılması və inkişafı ilə bağlı dövlət proqramı icra edilir
Azərbaycanın 2011-2012-ci illərdə Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini əhatə edəcək 2 telekommunikasiya peykinin buraxılması planlaşdırılır.
Beynəlxalq peyk bazarına daxil olmaqla ölkəmizdə televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiqləri üçün xidmətlər təmin ediləcək. Hazırda dövlət başçısının sərəncamına əsasən, kosmik sənayenin yaradılması və inkişafı ilə bağlı dövlət proqramının icrası istiqamətində tədbirlər görülür.

Bakı şəhəri və Abşeron yarımadasında rəqəmsal yayıma başlanmışdır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, Bakı şəhəri və Abşeron yarımadasında 10 televiziya kanalı ilə rəqəmsal yayıma başlanılmışdır.
Ölkədə rəqəmsal yerüstü televiziya yayımının sınaq fazası keçirilmiş və artıq 4 televiziya verilişi proqramı ilə Bakıda tətbiq edilmişdir.

Ölkə əhalisi əsas ərzaq məhsulları ilə yerli istehsal hesabına təmin olunur
Kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində göstərilən qayğı, regionlarda yeni, müasir tələblərə cavab verən emal müəssisələrinin yaradılması, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına təmin etmək siyasəti mühüm nəticələr verir.
Ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş Dövlət Proqramı sahənin inkişafını daha da sürətləndirib. Xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi istehsala güclü təkan verib. Ötən il istehsal taxılçılıqda 21,4, kartofçuluqda 40,1, tərəvəzdə 17,4, bostan məhsullarında 14,3, meyvə və giləmeyvədə 24,6, üzümçülükdə 78,1 faiz artıb.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.