Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Milli Məclisin payız sessiyası başa çatdı
Dekabrın 29-da Milli Məclisin 2009-cu ildə sonuncu plenar iclası keçirildi. Deputatlar əvvəlcə iclasın gündəliyindəki məsələlərə münasibət bildirdilər.

İclasın gündəliyi təsdiq olunduqdan sonra parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Arif Rəhimzadə bildirdi ki, bu Əsasnamə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi qaydasını müəyyən edir. Dövlət reyestri - Azərbaycan Respublikası bələdiyyələri barədə sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir. Qanuna uyğun olaraq ölkəmizdə mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələr Dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Xalqımızın fikir və söz birliyini əməl birliyinə çevirmək əzmindən güc alan, milli mənəvi bütövləşmə arzusunu təcəssüm etdirən Həmrəylik Günündə hər birinizi ürəkdən salamlayırıq.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr gününün dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd edilməyə başlanması xalqımızın milli amallar uğrunda birləşməsi hərəkatının təməlini qoymuşdur. Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Milli mənəvi bütövlüyümüzün, dil, əqidə, əməl birliyimizin yaradılması istiqamətində görülən işlər Azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim etmişdir.

Vitse-spiker Bahar Muradova Füzuli rayonunda seçicilərlə görüşüb
Milli Məclis Sədrinin müavini Bahar Muradova dekabrın 25-dən 27-dək Füzuli rayonunda olmuşdur. Vitse-spiker səfəri çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə bir sıra görüşlər keçirmişdir.
Öncə seçicilərlə birlikdə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, ulu öndərə ehtiram bildirilmiş, abidəsi önünə tər çiçək dəstələri düzülmüşdür.

"Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi qəbul edildi
Milli Məclisin dünən keçirilən plenar iclası deputatların Avropa Parlamentinin Azərbaycanla əlaqədar dekabrın 17-də qəbul etdiyi qətnaməyə etirazları ilə başladı. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov belə bir qətnamənin qəbulunu Avropa Parlamentinin ölkəmizə qarşı ədalətsiz mövqeyi kimi qiymətləndirdi. AP-nin bir dəfə də olsun 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzü yada salmadığını diqqətə çatdıran Valeh Ələsgərov qurumun ölkəmizə dair qəbul etdiyi ədalətsiz qətnaməyə parlamentin münasibət bildirməsini vacib saydı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AP-nin qətnaməsində birtərəfli mövqenin ortaya qoyulmasından təəssüfləndiyini bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə müraciəti
Hörmətli həmkarlar!
Avropa Parlamentinin bu il dekabrın 17-də Azərbaycana dair qəbul etdiyi qətnamə bizim ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurmuşdur.
Azərbaycan Respublikası ölkəmizdə ümumbəşəri dəyərlərin bərqərar edilməsi işində nüfuzlu beynəlxalq təşkilatlar ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Avropa İttifaqı, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir. 2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən "Avropa qonşuluq siyasəti"nə daxil edilməsi qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın daha da genişlənməsinə təkan vermişdir. Qonşuluq siyasəti çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanmış və Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir.

Milli Məclisin deputatları Özbəkistan Ali Məclisinə keçiriləcək seçkiləri müşahidə edəcəklər
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Aydın Abbasov, Çingiz Əsədullayev və Əkrəm Abdullayev Özbəkistan Respublikası Ali Məclisinə keçirilən seçkiləri müşahidə etmək üçün dekabrın 24-dən 28-dək Özbəkistanda olacaqlar.

Milli Məclisdə görüş
Dekabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisinin sədr müavini, Milli Məclis və Rusiya Federal Məclisi ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın həmsədri Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səmimilik şəraitində keçən söhbət zamanı spiker bu səfərin və Bakıda keçirilmiş parlamentlərarası komissiyanın 8-ci iclasının əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə etdi. Bildirildi ki, Azərbaycanla Rusiya strateji tərəfdaşdır. Azərbaycanın ticarət dövriyyəsində Rusiya birinci yerdə durur.

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası komissiyanın 8-ci iclası keçirilmişdir
Dekabrın 22-də Bakıda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlıq üzrə ikitərəfli parlamentlərarası komissiyasının 8-ci iclası keçirilmişdir.
Milli Məclis Sədrinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Valeh Ələsgərov bildirmişdir ki, iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur.
V.Ələsgərov əvvəlki iclaslar kimi, 8-ci iclasın da səmərəli olacağına əminliyini ifadə etmiş və demişdir ki, bu tədbir ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir.

Milli Məclisin nümayəndə heyəti Misirdə səfərdədir
Azərbaycanın Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən bildirmişlər ki, Milli Məclis (MM) Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Misirdə səfərdədir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvü, deputat Gövhər Baxşəliyeva və parlamentin beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Aynur Adurova daxildirlər.
Səfər çərçivəsində cari il dekabrın 19-da Azərbaycanın parlament nümayəndə heyəti Misirin Qalyubiyyə vilayətinin Qanatır Əl-Xeyriyyə şəhərində yerləşən Azərbaycan-Misir dostluq parkında ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoymuşdur. Z.Əsgərov şəhərin meri Nəqva Əl-Aşiri ilə görüşündə ulu öndərimizin hələ SSRİ rəhbərliyində olduğu dövrdə Misirə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Söhbət zamanı, həmçinin hər iki ölkədə təhsil sahəsində həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılmışdır.

Milli Məclisin mətbuat xidmətinin məlumatı
Son vaxtlar bir sıra müxalifət yönümlü mətbuatda ölkənin qanunvericilik orqanında əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlara qarşı qarayaxma kampaniyasına başlanılıb.
Belə ki, sentyabrın 30-da Milli Məclisdə qəbul olunmuş "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə mütərəqqi bir qanun bəzi müxalifətçilər və onlara xidmət edən mətbu orqanlar tərəfindən az qala cəmiyyət qarşısında cinayət kimi dəyərləndirilir, sənədin bir sıra məqamları ətrafında əsassız ajiotaj yaradılır. Onlar məsələnin məğzinə varmadan rəsmi dövlət orqanlarını və dövlət məmurlarını saxtakarlıqda ittiham edir, guya Milli Məclis tərəfindən qəbul edilmiş qanunun mətni ilə mətbuatda dərc olunan mətn arasında kəskin fərqlər olduğu barədə əsassız fikirlər söyləyirlər.

Parlament nümayəndələri İslam Konfransı təşkilatına üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak edəcəklər
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Gövhər Baxşəliyeva İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak etmək üçün dekabrın 18-də Misirin paytaxtı Qahirəyə səfərə yola düşəcəklər. İKT Pİ-nin Nizamnaməsinə və Qaydalara yenidən baxılması vasitəsilə bu qurumda islahatlar üzrə Xüsusi Komitənin 2-ci iclası iki səviyyədə təşkil edilib. Tədbirdə öncə ekspertlərin görüşü olacaq. Daha sonra müzakirələr Misir parlamentinin spikeri Əhməd Fəthi Sorurun sədrliyi ilə parlament rəhbərləri səviyyəsində davam etdiriləcək.

Sığorta fəaliyyətinin yeni sahəsi müəyyənləşdirilir
Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə təklif olunan məsələlər barədə məlumat verdi.
Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Musa Quliyev, Əli Hüseynov, Rövşən Rzayev, İqbal Ağazadə, Zahid Oruc, Aynur Quliyeva ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "Dağlıq Qarabağ Respublikası"na 8 milyon dollar yardım ayırması haqqında qərarına etiraz edərək bu addımın beynəlxalq hüququn bütün normalarına, habelə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş ABŞ hökumətinin yürütdüyü siyasətə zidd olduğunu bildirdilər. Qeyd olundu ki, separatçı rejimə yardım edilməsi barədə qərar işğalçı Ermənistanın qəsbkarlıq siyasətini dəstəkləyən addımdır və bu, Azərbaycan ictimaiyyətinin münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinə - ABŞ-a olan etimadını azaldır. Deputatlar bu məsələ ilə bağlı Azərbaycan Milli Məclisi tərəfindən ABŞ Konqresinə müraciət qəbul olunmasını təklif etdilər.

Azərbaycan-Koreya əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir
Dekabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikası Milli Məclisinin Koreya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
Sədr demişdir ki, belə səfərlər ölkələrimiz arasında əlaqələrin inkişafına töhfəsini verir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanmış, Azərbaycan-Koreya və Koreya-Azərbaycan biznes forumları keçirilmişdir. Koreyanın bir neçə iri şirkəti Azərbaycanda bu gün uğurla fəaliyyət göstərir. Hyundai, Samsung, LG şirkətlərini buna misal göstərmək olar. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Bu, yaxın gələcəkdə iqtisadi əlaqələrimizin daha da inkişaf edəcəyinə əminlik yaradır. Ölkələrimiz arasında tranzit əlaqələri tarixi köklərə əsaslanır. Belə ki, Koreyadan başlayan qədim və böyük "İpək yolu" Azərbaycandan keçməklə Şərqlə Qərbi birləşdirir.

Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciəti
Hörmətli həmkarlar!
Bu günlərdə ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul edilməsi barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki qanunsuz rejimin simasında separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.

Milli Məclisdə görüş
Dekabrın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ölkəmizdə səfərdə olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRHK) seçki öncəsi missiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Arif Rəhimzadə Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinin səmərəli təşkili, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Komitə sədri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinin də yüksək səviyyədə aparıldığını missiya üzvlərinin diqqətinə çatdırdı.

Bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi
Dekabrın 4-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası aparan Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsinin davam etdirildiyini bildirdi. Xatırladaq ki, layihədə Ailə, Əmək, İnzibati Xətalar, Cinayət məcəllələrinə və "Uşaq hüquqları haqqında" qanuna uşaqların hüquqları, 15 yaşına çatmamış uşaqların işə cəlb edilmələrinə görə sanksiyaların tətbiqi ilə bağlı bir sıra əlavələrin və dəyişikliklərin edilməsi təklif olunurdu.

Dinamik inkişafın maliyyə-büdcə təminatı
2010-cu ilin dövlət büdcəsi Azərbaycanın gələn il də davamlı inkişaf və tərəqqi yolunda olacağından xəbər verir

Hər bir dövlətin iqtisadi inkişaf potensialı və cəmiyyətin tərəqqisinə xidmət edən məqsədyönlü tədbirlər sistemini gerçəkləşdirmək qüdrəti, ilk növbədə, onun ali maliyyə sənədi olan büdcə qanununda real təcəssümünü tapır. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Fəaliyyətində sosial məsuliyyət prinsipini, aşkarlığı, məqsədyönlüyü rəhbər tutan hökumətlər bir qayda olaraq dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışırlar. Büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri olan sosial infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində, həmçinin dövlətin perspektiv inkişafına hesablanan mühüm dövlət proqramlarının, fərman və sərəncamların realizəsi üçün zəruri maliyyə vəsaitləri əksini tapır.

Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirilmişdir
Dekabrın 2-də Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirilmişdir.
Dinləmələrdə BMT-nin, Avropa Şurasının, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, qadınlara qarşı zorakılıqla mübarizə bütün dünyada ən aktual məsələlərdən biridir. Azərbaycan rəsmi olaraq 2006-cı ildən Avropa Şurasının və BMT-nin bu istiqamətdə həyata keçirdikləri kampaniyaya qoşulmuşdur.

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər
Azərbaycan parlamentinin nümayəndə heyəti dekabrın 2-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB Parlamentlərarası Assambleyasının 33-cü geniş iclasında və Tavriya sarayının 220 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Fəzail Ağamalı və Ərəstun Cavadov daxildirlər.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN APARATINDA 2009-cu İLİN DEKABR AYINDA VƏTƏNDAŞLARIN QƏBULU
CƏDVƏLİ

Qəbul günləri
Ziyafət Abbas oğlu ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini - Təhlükəsizlik
və müdafiə komitəsinin sədri 23

2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq edildi
Milli Məclisin iclasında

Noyabrın 26-da Milli Məclisin növbəti iclası olmuşdur. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələri bir neçə gün ərzində parlamentdə geniş müzakirə edilib. Müzakirələrdə çıxış edən deputatlar layihə barədə fikir və təkliflərini bildirmişlər. Azərbaycan iqtisadiyyatında dinamik inkişaf davam edir. Bu ilin 10 ayı ərzində ÜDM-in artımı 8,5 faiz olmuşdur. Bu, dünyada ən yüksək göstəricilərdən biri, MDB-də isə birincidir.

Azərbaycanla Avropa Şurası arasında əlaqələr genişlənir
Azərbaycan Avropa Şurası ilə əlaqələrinin daha da inkişaf etdirilməsinə çalışır. Eyni zamanda əlaqələrin bundan sonra da genişləndirilməsinə səy göstərir. Bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti ilə noyabrın 25-də parlamentdə keçirdiyi görüşündə səsləndirdi. Spiker bildirdi ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Bununla yanaşı digər öhdəliklərin də yerinə yetirilməsi üzərində iş aparılır.

Parlament nümayəndə heyəti Moskvada səfərdədir
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşmüşdür.
Elə həmin gün nümayəndə heyətimiz Moskvanın Domodedovo hava limanından tədbirin keçiriləcəyi "Prezident hotel" mehmanxanasına gəldi.

Milli Məclisin nümayəndə heyəti Moskvaya səfər edəcək
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etmək üçün noyabrın 22-dən 24-dək Moskvada səfərdə olacaq.
Bu barədə noyabrın 21-də keçirdiyi brifinqdə Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib. Onun bildirdiyinə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Asəf Hacıyev, Mübariz Qurbanlı, Jalə Əliyeva, İmamverdi İsmayılov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirilmişdir
Noyabrın 20-də Milli Məclisin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş xüsusi iclası keçirilmişdir.
Qeyd edək ki, 1989-cu ildən bugünədək 193 ölkə tərəfindən ratifikasiya olunmuş bu konvensiya, demək olar, bütün dünyada qəbul edilmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edilmişdir. Əminəm ki, bugünkü xüsusi iclas da ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən işlərə öz töhfəsini verəcəkdir. Məsələnin aktuallığı və əhəmiyyəti nəzərə alınaraq iclasa uşaq hüquqları ilə əlaqəli olan təşkilatların rəhbərləri, yerli və xarici qeyri-hökumət qurumlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən təmsilçiləri dəvət edilmişlər.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.