Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Ərəb şeyxi "Real Madrid" klubu üçün 1 milyard avro ödəyəcək
İngiltərənin "Mançester Siti" klubunun rəhbəri şeyx Mənsur ibn Zaid al Nəhəyyan İspaniyanın "Real" klubunu almaq istəyir. "AS" qəzeti şeyxin kral klubu üçün 1 milyard avro ödəyəcəyini yazır.
Şeyx gələn ay klubun prezidenti Florentino Pereslə görüşəcək.
O, "Real"ı alacağı təqdirdə "Mançester Siti"dən imtina etməli olacaq. UEFA-nın reqlamentinə görə, bir şəxs eyni vaxtda iki klubun sahibi ola bilməz.

Bakıda ən böyük stadionun tikintisinə başlanacaq
Böyükşor qəsəbəsində yeni stadion tikiləcək. Gənclər və idman naziri Azad Rəhimovun dediyinə görə, arena 60 minlik tamaşaçı tutumuna malik olacaq.
Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdiriləcək idman qurğusu ölkənin ən böyük stadionu olacaq. Hazırda tikinti işlərinin aparılacağı ərazidə neftlə çirklənmiş torpaqların rekultivasiyası aparılır.

Gənc gimnastımız bürünc medal qazandı
Azərbaycanın gənc gimnastı Səbinə Hümmətova Rusiyanın Stavropol diyarının açıq birinciliyində bürünc medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, Bakı Gimnastika Məktəbinin yetirməsi 1999-cu il təvəllüdlü idmançılar arasında mübarizədə üçüncü yeri tutmuşdur. Yeni il ərəfəsində Səbinə Rusiyada keçiriləcək daha bir turnirdə iştirak edəcəkdir.

Cüdo üzrə ölkə çempionatına yekun vuruldu
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilər və qadınlar arasında keçirilən yarışda təxminən 350 idmançı qüvvəsini sınamışdır. Çempionat Sumqayıt Paralimpiya Kompleksində keçirilmişdir.
Müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşmişdir:
Kişilər arasında İlqar Müşkiyev (60 kq), Namiq Sultanov (66 kq), Orxan Dünyamalıyev (73 kq), Elxan Rəcəbli (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov (100 kq), Fariz Ramizzadə (+100 kq) birinci yerə çıxmışlar.

Milli futbolçumuzun Hollandiya klubuna transferi dəqiqləşdi
Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyan və milli komandamızın əsas oyunçularından biri olan Vaqif Cavadov yeni kluba transfer olunacaq. Futbolçu yanvar ayında Hollandiyaya yola düşərək yerli "Tvente" klubu ilə 2 illik müqavilə bağlayacaq. Klubun rəsmi saytının verdiyi məlumata görə, müqavilə yanvarın 5-də imzalanacaq. Buna görə hollandlar "Qarabağ"a 500 min dollar transfer haqqı ödəmişlər.
Xatırladaq ki, "Tvente" bu ilin yayında Avropa Liqası turniri çərçivəsində "Qarabağ"la qarşılaşmışdı. Hollandiyadakı matç 3:1 hesabı ilə "Tvente"nin xeyrinə nəticələnmiş, Bakıda keçirilən oyunda isə hesab açılmamışdı.

Taekvondo üzrə ölkə çempionatında qaliblər məlum oldu
"Sərhədçi" İdman Olimpiya Mərkəzində taekvondo üzrə Azərbaycan çempionatı davam edir.Yarışda müxtəlif çəki dərəcələrində qaliblər müəyyənləşmişdir.
Böyüklərin yarışında Samir Aydınov (54 kq), Vasif Qurbanov (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq), Aydın Bəhməlov (87 kq-dan yuxarı) rəqiblərindən üstün olmuşlar.

Şahmatçımız turnirdə İspaniya nümayəndəsinə qalib gəldi
İspaniyada keçirilən beynəlxalq şahmat turniri davam edir. Yarışda 5-ci turun oyunları keçirilmişdir. Azərbaycan şahmatçısı Azər Mirzəyev ağ fiqurlarla İspaniya nümayəndəsi, beynəlxalq usta Daniel Alsina Leal üzərində qələbə qazanmışdır.
Təmsilçimiz bu qələbə sayəsində 5 mümkün xaldan 3-nü yığaraq turnir cədvəlində bir pillə irəliləməyə müvəffəq olmuşdur. İndi Azər Mirzəyev 5-ci yerdə qərarlaşmışdır.

Həkimlər özbəkistanlı boksçunun həyatını xilas etməyə çalışırlar
Rusiyalı peşəkar boksçu Aleksandr Baxtin və özbək təmsilçisi Nəsircan Rozimatov arasında döyüş keçirilmişdir. Görüşün 9-cu raundunda rusiyalı boksçu rəqibini nokauta salaraq qələbə qazanmışdır.
Rəqibin zərbəsindən sonra huşunu itirən Rozimatovu yaxınlıqdakı xəstəxanalardan birinə çatdırmışlar. Özbəkistan boksçusu hazırda koma vəziyyətindədir. Həkimlər onun beyninə yığılmış qan laxtalarını təmizləməyə çalışırlar.

Premyer Liqada XVII turun oyunları keçirildi
Dekabrın 26-da keçirilmiş iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulmuşdur. İlin son oyunlarında heç-heçə qeydə alınmışdır: "Simurq"-"Neftçi" və "Turan"-"Olimpik-Şüvəlan" görüşlərində hesab açılmamışdır.
Beləliklə, 17 turdan sonra 36 xal toplamış "İnter" turnir cədvəlində birinci yeri tutur. Hərəyə 35 xal toplamış "Qarabağ" və "Xəzər-Lənkəran" ikinci-üçüncü yerləri bölüşdürürlər.

2009-cu il Azərbaycan idmançıları üçün çox uğurlu olmuşdur
Dünən respublikanın gənclər və idman naziri Azad Rəhimov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirmişdir. Nazir bildirmişdir ki, bu il ilk dəfə olaraq dörd idmançımız olimpiya növlərində dünya çempionu adını qazanmışdır.
Cari ildə ölkəmizdə 84 idman növü üzrə 449 respublika yarışları keçirilmiş, həmin yarışlarda yüz minə yaxın idmançı iştirak etmişdir. İdmançılarımız 180 dünya, 228 Avropa çempionatı və birinciliklərində ölkəmizi təmsil etmişlər. Uğurlardan danışan nazir Ermənistanda cüdo üzrə gənclər arasında Avropa çempionatı, güləşçilərimizin dünya kuboku, dünya və Avropa çempionatlarındakı nailiyyətləri, bədii gimnastika üzrə Avropa çempionatı, avarçəkmə üzrə yığma komandamızın dünya və Avropa çempionatlarındakı nəticələrini xüsusi qeyd etdi. Bundan əlavə 358 beynəlxalq turnirdə 4296 nəfər qüvvəsini sınamışdır. Bu il Azərbaycan idmançıları 619 medal qazanmışlar. Bu da ötən illə müqayisədə 69 medal çoxdur.

Şahmatçılarımız Prezident İlham Əliyevin onlara qayğısından çox məmnundurlar
Ölkəmizdə inkişafına yüksək səviyyədə diqqət yetirilən sahələrdən biri də idmandır. Bunun nəticəsidir ki, Azərbaycan idmançılarının qazandıqları uğurların sayı günü-gündən artır, həmçinin ölkədə sözügedən sahənin daha sürətli inkişafını təmin etmək məqsədilə müasir standartlara uyğun maddi texniki bazanın yaradılması işləri genişləndirilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu il ərzində Azərbaycanda 5 Olimpiya İdman Kompleksi istifadəyə verilib və onların açılışında şəxsən Prezident İlham Əliyev özü iştirak edib.

Boksçu məğlubiyyəti qəbul edə bilmir
ABŞ boksçusu Roy Cons həmkarı Denni Qrinə məğlub olduğu döyüşlə bağlı təşkilatçılara etiraz məktubu göndərmişdir.
Roy Consun iddiasına görə, Denni Qrin qarşılaşmadan öncə əllərinə sarıdığı tənzifə xüsusi maddə sürtmüşdür. Məktubda tənzifdəki maddənin sonradan quruyaraq bərkidiyi və bununla da Qrinin zərbələrinin gücünün artdığı bildirilmişdir.

"Birlik kuboku" üçüncü dəfə Azərbaycana gələcək
"Bakı" klubunun rəhbərliyi buna əmindir

Dünən Unibank Premyer Liqasında XVII turun oyunlarının başa çatması ilə komandalar qış fasiləsinə çıxdı. Hazırda ilk altılıqda "İnter", "Xəzər-Lənkəran", "Qarabağ", "Neftçi", "Bakı" və "Simurq" qərarlaşmışdır.
Yeni ildə start götürəcək ilk turnirə ölkə çempionu "Bakı" qatılacaq. Yanvarın 16-dan 26-dək Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq ənənəvi "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turnirinin ilkin mərhələsində futbolçularımız Tacikistan, Finlandiya və Qazaxıstan təmsilçiləri - "Vaxş", "HİK" və "Aktobe" ilə üz-üzə gələcək.

İrəvanda Azərbaycan idmanının uğurundan danışılır
Ermənistan mətbuatı cari ilin 10 ən böyük idman hadisəsinin siyahısını açıqlamışdır. Azərbaycan cüdoçularının İrəvan zəfəri də ilin hadisələri sırasında yer almışdır.
Yığmamızın iştirak etdiyi gənclər arasında Avropa çempionatı Ermənistanda ilin 4-cü ən əhəmiyyətli hadisəsi kimi qeyd edilmişdir.
Xatırladaq ki, Azərbaycanın cüdo yığması İrəvanda keçirilən Avropa birinciliyində 5 medal qazanmışdır. Təmsilçimiz Elmar Qasımov himnimizi İrəvanda səsləndirmişdir.

Futbol üzrə milli yığma komandamızın qarşılaşacağı komandalar məlum oldu
Azərbaycanın futbol üzrə yığma komandası gələn il ilk məşq toplanışını fevralın 22-dən martın 1-dək İordaniyada keçirəcəkdir.
AFFA-dan verilən məlumata görə, Berti Foqtsun yetirmələri fevralın 25-də İordaniya yığma komandası ilə yoldaşlıq matçında qarşılaşacaqlar.

Taekvondo üzrə ölkə çempionatı keçirilir
"Sərhədçi" İdman Olimpiya Mərkəzində taekvondo üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatı başlanmışdır.
Açılış mərasimində çıxış edən Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev ölkəmizdə taekvondonun ənənələrindən, idmançıların qazandığı nailiyyətlərdən danışmışdır. O, taekvondoçularımızın Bakıda keçirilmiş sonuncu dünya kuboku turnirində uğurlu çıxışını xatırlatmışdır.

YOK Xirosima və Naqasaki 2020-ci il Olimpiadasını birgə təşkil etmək təklifini qəbul etmədi
Yaponiya Olimpiya Komitəsinin (YOK) prezidenti Tsunekadzu Takeda hər iki şəhərə olimpiadanın təşkili üçün ayrıca ərizə verməyi təklif etmişdir.
Bu barədə YOK-un əməkdaşlıq şöbəsinin direktoru Yasuxiro Nakomori açıqlama vermişdir. O bildirmişdir ki, Xirosima 1994-cü ildə Asiya Oyunları təşkil etmişdir. Amma Yay Olimpiya Oyunlarını təşkil etmək Naqasaki üçün çətin olacaq.

Futbol üzrə ölkə çempionatının növbəti turunun ilk oyunları keçirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start verilmişdir. "İnter" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etməklə aktivindəki xalların sayını 36-ya çatdıraraq liderliyə yüksəlmişdir.
Turun əsas qarşılaşması isə Ağdamda keçirilmişdir. "Qarabağ"la son ölkə çempionu "Bakı"nın görüşü diqqət mərkəzində idi. Oyunda hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmamışdır. XVII turda keçirilmiş digər matçların nəticələri isə belədir:

İlin ən yaxşı idmançılarının adları açıqlandı
"Buta Palas"da keçirilmiş təntənəli mərasimdə ən yaxşı idmançıların, məşqçilərin, komandaların və digər nominasiyalar üzrə qaliblərin adları açıqlanmışdır.
Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlanmışdır.
Respublika Prezidenti İlham Əliyevin idman mütəxəssislərinə fəxri adların və fərdi təqaüdlərin verilməsi barədə sərəncamları oxunmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında qeyd etmişdir ki, idmançılarımız 2009-cu ildə 619 medal qazanmışlar, onların 174-ü Olimpiya idman növlərində əldə edilmişdir. Bu il ölkənin idman həyatı parlaq qələbələrlə yadda qalmışdır. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar, bir sıra olimpiya komplekslərinin və idman mərkəzlərinin istifadəyə verilməsi, ölkədə 30-dan çox beynəlxalq yarışın keçirilməsi - bütün bunlar dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına daimi diqqətinin və qayğısının nəticəsidir.

İspaniyada beynəlxalq şahmat turniri davam edir
İspaniyada keçirilən beynəlxalq şahmat turnirində 4 tur oynanılmışdır. Azərbaycan şahmatçısı Azər Mirzəyevin turnirdə çıxışı davam edir. Sonuncu turda həmyerlimiz qara fiqurlarla ispaniyalı beynəlxalq usta Roi Reynaldo ilə heç-heçə etmişdir.
Şahmatçımız hazırda 2 xalla 6-cı yerdəki mövqeyini saxlamışdır.
Yarış cədvəlinə yenə də Peru təmsilçisi Julio Qranda (4 xal) başçılıq edir.
On şahmatçının iştirak etdiyi yarışa dekabrın 29-da yekun vurulacaq.

Gələcəyimiz üçün əl-ələ
Dünən Hyundai Auto Azerbaijan "Gələcəyimiz üçün əl-ələ" layihəsinə həsr olunmuş mətbuat konfransı keçirdi.
Bu layihənin ilk aksiyası "Uşaqlarımız üçün əl-ələ" adlanır və valideynlərini avtomobil qəzalarında itirmiş uşaqlara yardım məqsədini güdür.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən alınan məlumatlara görə, 2009-cu ilin sadəcə 10 ayı ərzində ölkəmizdə 750 nəfər həyatını yol-nəqliyyat hadisələri zamanı itirmişdir.

"Bakı"nın "Birlik kuboku" turnirində rəqibləri məlum oldu
"Bakı" futbol klubunun "MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik kuboku" turnirində rəqibləri müəyyənləşdi. Son Azərbaycan çempionu "Bakı" Finlandiyanın HİK, Qazaxıstanın "Aktobe" və Tacikistanın "Vaxş" klubları B qrupunda yer almışdır.
Püşkatmanın nəticəsinə görə komandalar qruplara bu şəkildə bölünmüşlər:

Güllə atıcıları beynəlxalq turnirdə uğurlu çıxış etdilər
Azərbaycanın ən titullu güllə atıcısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov Lüksemburqda təşkil olunmuş beynəlxalq turnirdə qüvvələrini sınamışlar. İlin son yarışında həmvətənlərimizin çıxışları uğurlu olmuşdur.
10 metrlik məsafədən pnevmatik tapançadan atəş üzrə keçirilən yarışda Aşumova ardıcıl 3 gün atəş xəttinə çıxaraq iki medal qazanmışdır. Afina Olimpiadasının bürünc mükafatçısı ilk gündə 400 mümkün xaldan 378-ni toplayaraq 2-ci yeri tutmuşdur. Növbəti gündə idmançımız daha çox xal toplamasına baxmayaraq (383 xal), bürünc medalla kifayətlənmişdir. Son gündə isə Aşumova 376 xalla 5-ci pillədə qərarlaşmışdır.
Gənclər arasında mübarizə aparan Ruslan Lunyov da iki dəfə fəxri kürsüyə yüksəlmişdir. Hərçənd turnirin birinci günü onun üçün heç də uğurlu olmamışdı.

"F1 Azerbaijan Team" Formula 1 dünya çempionatında
"F1 Azerbaijan Team" 2009-cu il Formula 1 dünya çempionatında ümumi nəticələr üzrə 3-cü yerə layiq görülmüşdür.
Son yarış Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilmişdir.
Formula 1-in təşkilatçısı Nicolo Senjermano və Şarca bələdiyyəsinin idman üzrə müşaviri Azərbaycan Motorlu Qayıqlar Federasiyasının vitse-prezidenti Şahin Talıbovu diplomlarla təltif edərək ölkəmizin gələcək yarışlarda da daha böyük uğurlara imza atacağını bildirmişlər.

İlin ən güclü tennisçisinin adı açıqlandı
Beynəlxalq Tennis Federasiyası ilin ən yaxşı tennisçisinin adını açıqlamışdır. Bu isveçrəli Roje Federerdir.
Məşhur tennisçi bu mövsüm karyerasında ilk dəfə Fransa açıq çempionatının qalibi olmuşdur. O, "Böyük dəbilqə" seriyalı turnirlərdə rekorda imza atmışdır. Tennisçi, eyni zamanda 2009-cu ili dünya reytinqində birinci pillədə bitirmişdir.
Qadınlar arasında isə ən yaxşı tennisçi adına amerikalı Serena Uilyams layiq görülmüşdür. Bu, Serena üçün karyerasında ikinci mükafatdır.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.