Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Azərbaycan ən böyük sevgiyə layiqdir
Hörmətli redaksiya!
Mən Azərbaycandakı dostlarımla bir neçə ildir ki, sıx əməkdaşlıq edirəm və Tacikistanda ölkənizlə bağlı çıxışlarım olub. "Babək", "Nəsimi", "Dədə Qorqud" filmlərini və "Heydər Əliyev: müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu" kitabını tacik dilinə tərcümə etmişəm. Bütün bunlar haqqında "Azərbaycan" qəzeti geniş yazdığı üçün Sizə və kollektivinizə öz dərin minnətdarlığımı bildirirəm. Mən həqiqətən də, Azərbaycana, Bakıya bağlıyam. Çox vaxt da bu gözəl şəhər və oradakı dostlarım üçün darıxıram.

Tolerant ölkənin mərkəzi şəhəri
Bakı yeni dünyaya açılan geniş bir pəncərədir. Bu gün onun dialoq paytaxtına çevrilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin böyük əhəmiyyəti var. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş fəaliyyəti beynəlxalq arenada da yüksək dəyərləndirilir. Bakının İslam mədəniyyətinin paytaxtı elan edildiyi bir il ərzində ölkəmizdə üç beynəlxalq musiqi festivalı keçirildi. İlin əvvəlində muğam festivalından start götürən bu beynəlxalq tədbirin paytaxtda yanan işığının şöləsi Qəbələyə qədər uzandı. Beləliklə, Bakıda başlanan mədəni tədbirlərin sorağı bölgələrdən eşidilməyə başladı.

Mədəniyyət və Turizm Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Dekabrın 29-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ilin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.
Nazir Əbülfəs Qarayev hesabat məruzəsində vurğulamışdır ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-dən 23-dək Liviyanın Tripoli şəhərində "İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə "islam mədəniyyətinin paytaxtı" elan edilmişdir.

Tolerant ölkənin mərkəzi şəhəri
İSESKO-nun dəstəyi ilə 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra il boyunca bu mərasim müxtəlif tədbirlərlə qeyd edildi. Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil olundu.
Beynəlxalq muğam festivalı, Mərakeş, Qətər və İordaniya mədəniyyət günləri, Şərq-Qərb beynəlxalq kino festivalı, Şərq-Qərb rəqs festivalı, milli kitabxana direktorlarının II konfransı, İslam mətbəxi I beynəlxalq kulinariya festivalı, Bakı beynəlxalq sərgi yarmarkası, "Şərq və Qərb: orta mənəvi dəyərlər. Elmi-mədəni əlaqələr" mövzusunda beynəlxalq İbn Ərəbi simpoziumu və başqa tədbirlər keçirildi.

Azərbaycan rəqslərinin şahzadəsi
Əminə xanım Qazaxda tanınmış Dilbozlar nəslinin qızıdır. Amma qardaşının xəstəliyi ilə əlaqədar Bakıya köçüblər. Əminə uşaqlıqdan təbiət vurğunuydu. Buna görə də hər il təbiətin oyanan vaxtı Qazağa - yaylağa köçərdilər. Bu oyanışı əvvəldən-axıra qədər müşahidə edərdi. Ala-torandan çadırda tapılmazdı. Çəmənlikdə, güllərin arasında, kolların dibində olardı. Saatlarla küləyin çəməndəki otlara çəkdiyi sığala tamaşa edərdi. Çiçəklərin, güllərin rəngi ona vurğunluq gətirirdi. Bir kolun dibində neçə rəngdə çiçək olarmış. Şırıltı ilə axan çayın zümzüməsini də çox sevirdi. Quşların süzməsi, qanad çalması baxışlarının arxasınca aparırdı. Bütün bunlar hələlik nadinc qızın maraq dünyasından başqa bir şey deyildi.

Cari ildə Bakı İslam Mədəniyyətinin paytaxtı oldu
Tolerant ölkənin mərkəzi şəhəri

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus möhtəşəm rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə müşahidə edilib. Bütün bunlar da xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu sübut edir. Əsrlərcə Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi mehriban yaşayıblar. Hətta sovet dövründə belə Bakı "beynəlmiləl tərbiyənin beşiyi" adlandırılırdı. Bu, sadəcə epitet deyildi. Bakıda həqiqətən müxtəlif dinlərə məxsus insanlar yaşamaqdadır.

Ömrün musiqi naxışları
Azərbaycan qadınları arasında ilk dəfə bəstəkar kimi fəaliyyət göstərərək milli musiqimizin inkişafında xüsusi xidmətlərilə seçilən Ağabacı Rzayevadan sonra bu sahədə çox tanınmış sənətkar xanımlar olub. Maraqlıdır ki, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın bu şücaəti musiqi aləmində əsl hadisəyə çevrildi. Dünyada opera yazan ilk qadın bəstəkarın Azərbaycanda yetişməsi həqiqətən də böyük fəxarətdir. Sonrakı illərdə Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Elmira Nəzirova, Elza İbrahimova və başqaları müasir düşüncə tərzi və milli köklərə bağlı musiqi əsərləri yaratdılar. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərinin qadın olması da yaradıcı xanımların məsuliyyətindən, bu sahəyə verdikləri yeni töhfələrdən, sənət əsərlərinin miqyasından, keyfiyyətindən, bəşər mədəniyyətinin tərkib hissəsinə çevrilməsindən xəbər verir. Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadənin bir-birindən maraqlı və məzmunlu əsərləri bu gün də dünya musiqisevərlərini heyrətdə saxlamaqdadır.

Ötənlərə boylananda
Həmişə onu müxtəlif tədbirlərdə görərik. Çiynində çanta, əlində fotoaparat. Tanışları ilə də təbəssümlə salamlaşar. Kiməsə mane olmasın deyə səsini çox astaca çıxarar. İllərdir belə tanıyırıq fotomüxbir Rafiq Salmanovu. Son illər yeni bir istedadının da şahidi olmuşuq. İştirak etdiyi tədbirlərin həm yazarıdı, həm də şəkil çəkəni.
Bu yaxınlarda biləndə ki 60 yaşı tamamlanır, həmkarımızı təbrik etmək üçün onunla söhbət etməli olduq. Bioqrafiyasına bələdləşdikcə heyrətləndik. Rafiq Salmanov həqiqətən maraqlı bir şəxsiyyətdir. Qeyri-adi həyatı, mənalı ömür yolu olub.

Uğurların mənbəyi
Maral Manafova 40 ildir ki, həyatını, elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlayıb. Müxtəlif illərdə laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb. Bir sıra elmi-nəzəri məqalələrin, "Mədəniyyət tarixi və nəzəriyyəsi", "Beynəlxalq mədəni əlaqələr", "Azərbaycan-ərəb mədəni əlaqələri", "Azərbaycan-Şərqi Asiya ölkələri mədəni əlaqələr", "Mədəniyyət nəzəriyyəsi", "Hindistan mədəniyyəti", "Yaponiya mədəniyyəti" kimi fundamental kitabların müəllifidir. Pedaqoji elmlər namizədi, professordur. Çalışqanlığını, işgüzarlığını və zəhmətsevərliyini nəzərə alaraq 2006-cı ildə universitetdə elm və yaradıcılıq işləri üzrə prorektor təyin edilib.

Bəxtəbəxtdi ömrümüzün naxışı
"Şöhrət" ordenli, Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, bir sıra beynəlxalq və respublika mükafatları laueratı şair Məmməd Aslanın 70 yaşı tamam olur. Bu münasibətlə şairin yaradıcılıq yoluna nəzər saldıq. Gəldiyimiz nəticə bu oldu ki, Məmməd Aslan həqiqətən ovxarlı qələm sahibidir. Doğma dilimizin gözəlliklərindən arı kimi şirə çəkərək zərgər sığalında suyu pak, mayası halal misralar yoğurub. Oxuduqca, duyduqca sözlərin ahəngindəki mənalar, kəlmələrin şirinliyi, sözə ayıq-sayıq bələdçilik "hər biçimi möcüzə olan" misralar qolumuzdan yapışaraq bizi haralara qədər aparmır...

Böyük ədibə həsr olunmuş simpozium keçirilmişdir
Naxçıvan Dövlət Universitetində "Cəlil Məmmədquluzadə və demokratik ədəbi-ictimai fikir" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumu AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti birgə təşkil etmişdilər.
Simpoziumu giriş sözü ilə açan NDU-nun rektoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin milli ədəbiyyatın və mətbuatın inkişafındakı əvəzsiz xidmətlərindən, onun dünya ədəbiyyatının nadir inciləri sayıla biləcək bədii-publisistik nümunələrindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında 6 fevral 2009-cu il tarixli sərəncamını görkəmli yazıçı və ictimai xadim, böyük demokrat ədibin fəaliyyətinə, ədəbi irsinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Mirzə Cəlilin böyük azərbaycançılıq ideyalarının öyrənilməsinin və təbliğinin müstəqil Azərbaycanın bugünkü inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etdi.

Cabbarlışünaslığa dəyərli töhfə
Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının 110 illik yubiley tədbirləri çərçivəsində tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının bəhrəsi olan "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabının təqditmat mərasimi olmuşdur.
Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir. Mərasim dramaturqun ev muzeyində keçirilmişdir. Tədbirə alimlər, araşdırıcılar, ali məktəb tələbələri, müəllimlər, mügənnilər, aktyorlar, ictimaiyyətin nümayəndələri, bir sözlə, cabbarlısevərlər toplaşmışdılar.

Görkəmli xanəndə anıldı
Musiqimizin nadir səs sahiblərindən, təkrarolunmaz ifaçılarından biri olan unudulmaz xanəndə Mütəllim Mütəllimovun 110 illik yubileyidir. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Muğam Teatrında təntənəli mərasim keçirildi.
Teatrın direktoru Arif Qazıyev sənətkarın həyat və yaradıcılığı barədə geniş söhbət açdı. Akademik Vasim Məmmədəliyev, xalq artistləri Arif Babayev, Habil Əliyev və Alim Qasımov M.Mütəllimovun sənəti ilə yanaşı, klassik Azərbaycan ədəbiyyatının da bilicisi olduğunu bildirdilər.

"Qarant Sığorta" şirkəti Milli Kitab Mükafatı çərçivəsində ən yaxşı hekayə müsabiqəsinə əsərlər qəbul edir
"Qarant Sığorta" şirkəti təqdimatı M.F.Axundov adına Milli kitabxanada keçirilmiş Milli Kitab Mükafatı çərçivəsində sığortaya həsr olunmuş ən yaxşı hekayə üzrə müsabiqə elan edir.
Müsabiqə çərçivəsində hər bir şəxs sığortaya həsr olunmuş hekayəsini Milli Kitab Mükafatının təşkilat komitəsinə təqdim edə bilər. Hekayəni, www.qarant.az və www.mkm.az saytlarında təqdim etmək olar.

Görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında publisist Rəhilə Gülgünün "Xəbərin rəngi" kitabının təqdimatı keçirildi. Qeyd edək ki, bu kitab Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilib.Yeni nəşr görkəmli jurnalist, ictimai xadim, pedaqoq Nəsir İmanquliyevin ömür yolundan, yaradıcı əməyindən, mətbuat tariximizdə örnək olan xidmətlərindən bəhs edir.
Mərasimi giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. O, gözəl insanlıq təcəssümü olan Nəsir İmanquliyev haqqında qısa məlumat verdi.

Cavidi olduğu kimi təqdim edək
Böyük Azərbaycan şairi və mütəfəkkiri, dahi dramaturq Hüseyn Cavidin repressiyaya uğradığı və buzlu Sibir cəhənnəminə sürgün edildiyi 1937-ci ildə Azərbaycan radiosunun cəmi 11 yaşı var idi. Böyük sənətkarın bəraət aldığı 1956-cı ildə isə Azərbaycan televiziyası efir məkanına çıxdı. Deməli, Cavid irsi üzərindən qadağaların götürülməsi ilə bir sırada televiziyanın da fəaliyyətə başlaması, bütün ömrünü, yaradıcılığını xalqının, Vətəninin səadəti uğrunda sərf etmiş bir sənətkarın əsərlərini nəsillərə örnək olacaq ömür yolunun daha geniş auditoriyada təbliği üçün o zamana qədər görünməmiş texniki-informativ imkanlar meydana çıxmış oldu.

Repertuar elə qurulmalıdır ki, tamaşaçı bezməsin
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - 80

Əsaslı təmir edilərək tamamilə yenidən qurulmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı payızdan özünün 82-ci mövsümünə start verib. Kollektiv mövsümə noyabr ayında uşaq tamaşaları ilə qədəm qoyub. Bir sıra klassik səhnə əsərləri üzərində işləri başa çatdıran yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirdi. Bununla bərabər, yaradıcı kollektiv özünün 80 illik yubileyini də təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovla söhbətimiz də bu barədədir:

İstedadlı alim, bacarıqlı elm təşkilatçısı
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Məcid oğlu Fərzəliyev neft kimyası və üzvi kimya sahələrində görkəmli alimlərdən biridir. Onun aşqarların kimyası və texnologiyası, aşqarların təsir mexanizminin öyrənilməsi sahəsindəki uğurları kimya elminə dəyərli töhfədir.
Vaqif Fərzəliyevin sıravi aspirantlıqdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamət üzrə ixtisaslaşmış institut direktoru və AMEA-nın akademik-katibi vəzifələrinədək keçdiyi həyat yolu bütün ziyalılar üçün səciyyəvidir.

Şəkidə xalq şairi Zəlimxan Yaqubun 60 illiyi geniş qeyd olunmuşdur
Şəkidə xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Şəhər rəhbərliyinin, ziyalıların, elm və incəsənət nümayəndələrinin, poeziya həvəskarlarının qatıldıqları tədbirin əvvəlində şairin yaradıcılığına həsr olunmuş "Dədələr yurdu" filmi nümayiş etdirilmişdir.

Azərbaycanda kosmik elmin inkişafına böyük töhfələr verən alim
Şəxsiyyəti, yüksək elmi potensialı, ziyalılığı, yalnız ictimai-təşkilatçılıq fəaliyyəti ilə deyil, həm də gözəl ünsiyyəti, səmimiyyəti ilə seçilən, Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərdən biri də Arif Şəfaət oğlu Mehdiyevdir. O, 1934-cü il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirərək, radiorabitə və radioyayım mühəndisi ixtisasına yiyələnmiş və Azərbaycan EA-nın Fizika İnstitutuna işləməyə göndərilmişdir.

Xalq sənətinə məhəbbət mədəniyyətə xidmətdir
Bu amalla yaşayanların məqsədində həmişə əmanətə sədaqət hissləri də duyulur. Uzaq keçmişimizdən, dədə-babalarımızdan, ulu nənələrimizdən yadigar qalan nə varsa - istər maddi, istərsə mənəvi dəyərlər olsun, onları qorumaq, hifz etmək, yaşatmaq, gələcək nəsillərə çatdırmaq, dünyaya nümayiş etdirmək həm vətənpərvərlik borcumuzdur, həm də tariximizə, soykökümüzə, milli mənsubiyyətimizə dərindən bağlılıq, Vətən, millət sevgisidir.

Malıbəyli kənd teatrı əsrə bərabər yaşını tamam etdi
XIX əsrin 70-ci illərindən etibarən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan olmaqla yanaşı, bu sənətin sonrakı inkişafını da şərtləndirən əsas amillər sırasında yer alırdı. Elə bunun nəticəsi idi ki, qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Xüsusən də Şuşada tez-tez qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını oynayırdılar.

Dünya musiqiçiləri Bakıya toplaşdı
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Rostropoviç fondunun birgə təşkilatçılığı ilə dekabrın 8-dən 14-dək Azərbaycanın paytaxtı Bakı şəhərində III Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirildi. Dünya şöhrətli musiqiçinin Vətəni Bakıda Avropanın tanınmış, məşhur incəsənət ustaları bir araya gəlib möhtəşəm konsert proqramı ilə musiqisevərlərə yeni orijinal əsərlər bəxş etdilər. Doğrudur, elə musiqi əsərləri var ki, onlar dəfələrlə ifa edilmişdir. Amma Bakı konfransında ifaçılar məhz bu "köhnə" əsərləri yeni üslubda tamaşaçılara təqdim etdilər.

Onun mülayim xarakterinin qətiyyətli tərəfi də var
Deyirlər ki, yubileyləri keçirməyin ən yaxşı yolu diqqəti həll olunmamış problemlərə yönəltməkdir. Bu, ayrı-ayrı sahələr, müxtəlif müəssisə və təşkilatlar kimi, bilavasitə insanların özlərinə, onların əlamətdar günlərinə də aiddir. Elə buna görə də həmin mülahizələrə əsaslanaraq müəllim həmkarım Akif Rüstəmovun davranışının, xasiyyət və rəftarının səciyyəvi bir əlamətini yada salmaq istəyirəm. Həm də xatırladıram ki, bunu məndən qabaq da görənlər və göstərənlər olub. Məsələn, haqqında yazılmış məqalələrin birində Vətənin layiqli övladı olması, ona öz imkanları daxilində sədaqətlə xidmət etməsi, iki oğlunun hərbi xidmətə eyni vaxtda, birlikdə göndərməsi göstərilib, digər yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən də ətraflı söhbət açılıb.

Jurnalistikamızın vicdan səsi
Dekabrın 17-də mətbuatımızın ağsaqqalı, peşəkar jurnalistlərin bir neçə nəslinin həyat və sənət müəllimi, görkəmli pedaqoq və tədqiqatçı alim, əməkdar jurnalist, "Qızıl qələm" və H.B.Zərdabi mükafatları laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi mətbuat tarixi kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynovun 85 yaşı tamam olur.
1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılış qrupunun məzunları arasında Şirməmməd Hüseynov da var idi. Təhsil illərində universitet qəzetində redaktor müavini, "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri kimi fəaliyyəti onun jurnalistikadan ayrılmayacağı ehtimalını təsdiqləyirdi.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.