Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Azərbaycan Mətbuat Şurasının idarə heyəti 2009-cu ilin yekun iclasını keçirmişdir
Dekabrın 30-da Azərbaycan Mətbuat Şurası (MŞ) idarə heyətinin 2009-cu ildə son iclası keçirilmişdir.
İclasda Mətbuat Şurasının 2009-cu ildəki fəaliyyətinə dair hesabat, qurumun şikayətlər və "reket jurnalistika"ya qarşı mübarizə komissiyalarının rəyi əsasında MŞ-ın qərarlarının verilməsi və şura sıralarına qəbul məsələləri müzakirə olunmuşdur.

Ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir
Dekabrın 30-da Qəbələ rayonunda qeydiyyat şöbəsi və dövlət notariat kontoru üçün yeni inşa olunmuş inzibati bina istifadəyə verilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə və digər orqanların rəhbərləri, hakimlər, ədliyyə işçiləri, bələdiyyə üzvləri və KİV nümayəndələri iştirak etmişlər.

İctimai Komitənin tərkibi yenidən formalaşdırılmışdır
Azərbaycanda ədliyyə sisteminin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının müdafiəsi və saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşılaşdırılması, bu sahədə müasir infrastrukturun yaradılması üzrə məqsədyönlü tədbirlər davam etdirilir, penitensiar fəaliyyətə ictimai nəzarət daha da gücləndirilir.
Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, penitensiar sistemdə ictimai nəzarəti təmin etmək məqsədi ilə yaradılan və 2006-cı ildən səmərəli fəaliyyət göstərən İctimai Komitənin növbəti tərkibinin birillik səlahiyyət müddəti başa çatmışdır.

Ədliyyə Nazirliyi növbəti açıq müsabiqə elan edir
Ədliyyə Nazirliyi şəffaf prosedurlarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrların qulluğa qəbul edilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, hazırkı müsabiqə üzrə vakant vəzifələr, əsasən, məhkəmə icraçıları xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir.

Dünya azərbaycanlılarının lideri
Ulu öndər Heydər Əliyevin yaratdığı milli birlik Prezident İlham Əliyevin sayəsində daha da möhkəmlənir və sarsılmaz olur

Tarix zaman-zaman Azərbaycan xalqını ağır sınaqlara çəksə də, xalqımız öz mənliyini, milliliyini itirməyib, dünya sivilizasiyasına dəyərli töhfələr verərək daha da zənginləşdirib. Təkcə Gülüstan və Türkmənçay müqavilələrindən sonra müxtəlif dövrlərdə azərbaycanlılar düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələniblər. Xüsusən sovet əsarətindən sonra soydaşlarımızın bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb.
Mühacirət həyatı sürən azərbaycanlılar həmişə milli dəyərlərini qoruyub, Vətən arzusu ilə yaşayıblar. Yalnız Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın özlərinin həm siyasi, həm mənəvi potensiallarını Vətən uğrunda birləşdirmələrinə, səfərbər etmələrinə imkan yarandı.

Təbii qazdan istifadəyə görə əhalinin borcları silindi
Yüksək inkişaf səviyyəsində olan iqtisadiyyatın ortaya qoyduğu nəticələr cəmiyyətin sosial ehtiyaclarının təmininə yönəlməyibsə, onda o, özünəqaralı bir sistem kimi qalır. Burada əsas məsələ iqtisadi sahədə əldə olunan gəlirlərin effektiv şəkildə sosial sahəyə yönəldilməsi ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial siyasət məhz bu məqsədə xidmət etmişdir. Bu siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual səviyyədən danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.

Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir
Heydər Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.
Dekabrın 30-da fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərildi.

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Heydər Əliyev Fondu Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli və xüsusi internat məktəblərində "Uşaq ili" çərçivəsində sonuncu tədbir olan Yeni il şənliyi keçirilmişdir.
Bayram süfrəsi arxasında keçirilən mərasimdə iştirak edən rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, Şaxta baba, Qar qız və musiqiçilər Yeni ilin sevincini uşaqlarla birgə yaşamışlar.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

Azərbaycanın inkişafı xarici qonaqları heyran edir
Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf, insanların maddi-rifah halının yüksəlişi, qazanılan uğurlar, xalq və hakimiyyət arasında mövcud birlik, eləcə də bu qəbildən olan digər amillər ölkəmizin sərhədlərindən kənarda da böyük diqqətlə izlənməkdədir. Azərbaycana xarici aləmdə diqqət təkcə dövlətlər və təşkilatlar yox, sıravi insanlar səviyyəsində də günü-gündən çoxalmaqdadır. Bu diqqət və marağın nəticəsidir ki, ildən-ilə ölkəmizə gələn xaricilərin sayı artmaqda davam edir.

Uşaqlar mükafatlandırıldı
Dekabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə il ərzində fərqlənən istedadlı uşaqlar mükafatlandırılmışlar.
Müsabiqələrdə müxtəlif nominasiyalar üzrə 11 məktəbli qalib adını qazanmışdır.
Tədbirin əhəmiyyətindən danışan komitənin sədri Hicran Hüseynova bildirmişdir ki, müsabiqələrin keçirilməsi uşaqların istedadlarını üzə çıxarmaqla yanaşı, onların Avropa təhsilinə inteqrasiyasını da təmin edir. Hər il olduğu kimi, bu dəfə də müsabiqələrdə 11 məktəbli yüksək yerə layiq görülmüşdür. Onlar il ərzində müxtəlif sahələr üzrə, o cümlədən idman, elm olimpiadası, musiqi, rəsm və incəsənətin digər növləri üzrə fərqlənmişlər.

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 29-da saat 14.15-dən 14.20-dək və 23.30-dan 23.40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino, saat 15.35-dən 15.58-dək və dekabrın 30-da saat 1.20-dən 1.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Asiyanın ən böyük radioteleskopu Şanxayda qurulur
Çinin Şanxay şəhərində hündürlüyü 70, diametri 65 metr olan radioteleskopun inşasına başlanılıb. Gələn il istismara veriləcək yeni avadanlıq böyüklüyünə görə dünyada dördüncü, Asiyada isə birinci olacaq.
Çin astronomları radioteleskopdan ilk növbədə Ayın fəthi proqramı çərçivəsində istifadə etməyi düşünürlər. Xatırladaq ki, çinlilər 2007-ci ildən Yerin təbii peykini dərindən öyrənməyə başlayıb, planetimizə ən yaxın bu səma cisminin orbitinə kosmik aparat çıxarmağı bacarıblar. Proqrama əsasən, növbəti ildə Aya daha bir peyk - "Çane-2" kosmik aparatı göndəriləcək. Bu peyk əlavə modulları vasitəsilə Aydan Yerə süxur nümunələri göndərəcək. Zond 2012-ci ildə Çinin Aya endirməyə planlaşdırdığı mobil, hərəkət edən cihazın - lunoxodun qəbuluna hazırlıq işləri də görəcək.

Gələcəyə hesablanmış nəcib missiya
2009-cu il respublikamızda uşaq hüquqlarının qorunması sahəsində mühüm tədbirlərlə yadda qaldı

Uşaqlarla təmasda olanda çox vaxt böyük fransız yazıçısı Viktor Hüqonun bir fikrini xatırlayıram: "Dünyanın ən həzin musiqisi körpə qığıltısıdır". Fəqət, böyük müdrikliklə deyilmiş bu kəlam belə, uşaqların mənəvi dünyamızdakı yerini tam mahiyyəti ilə ifadə etməkdə acizdir. Onların hər birimiz üçün nə demək olduğunu sözün qüdrəti ilə canlandırmaq həqiqətən də çətindir. Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar həyatımızın mənası, ailəmizin sevinci, fərəhidir. Hər bir evin ən böyük ziynəti, dəyərli sərvəti onlardır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır
Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir. Poçt Xidməti rəsmisinin sözlərinə görə, marka amerikalı azərbaycanlılar tərəfindən hazırlanmışdır. Bu markanın alıcıları arasında başqa millətlərin nümayəndələri də çoxdur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Çində də qeyd olunmuşdur
Dekabrın 30-da Azərbaycanın Çindəki səfirliyinin və onun nəzdində fəaliyyət göstərən "Şuşa" Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki oxunmuşdur.

Cari ilin əvvəlindən bəri Azərbaycana bir milyon 300 min nəfərdən çox turist gəlmişdir
Cari ilin əvvəlindən bəri Azərbaycana bir milyon 300 min nəfərdən çox turist gəlmişdir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Nazir bildirmişdir ki, keçən illə müqayisədə bu il turistlərin sayında azalma yoxdur. Biz hələlik turistlərin sayında heç nə itirməmişik, lakin böyük artım da qeydə alınmamışdır. Bu təbiidir, dünya turizm sənayesi böyük böhran içindədir və yalnız indi yavaş-yavaş vəziyyətdən çıxır.

Zərdab daha da abadlaşır
Son illər Zərdab rayonunda xeyli abadlıq-quruculuq işləri görülüb. Yeni təhsil, mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, əsaslı təmir edilməsi, yolların abadlaşdırılması, bir sözlə, müasir infrastruktur yaradılması Zərdabın inkişafını şərtləndirən amillərdir. Əlbəttə, bu inkişafın davamlılığında dövlət qayğısı mühüm əhəmiyyət kəsb edir. Bu qayğını zərdablılar yüksək qiymətləndirir, özləri də öhdələrinə düşən işin qulpundan ürəklə yapışırlar.

Seyid Yusifli kəndinə təbii qaz verildi
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bərdə rayonundakı Seyid Yusifli kəndinin sakinlərinin sevinci hədsizdir. Uzun illərin fasiləsindən sonra kəndə təbii qaz verilməsi bərpa edilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev regionların sosial-iqtisadi inkişafına artan dövlət qayğısından ətraflı danışmışdır.

Yeni il yeni mənzillərdə
Yeni il ərəfəsində Ağstafa rayonunun səfalı guşələrindən birində Qarabağ əlilləri və şəhid ailələri üçün dördmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Bu, son vaxtlarda şəhid ailələri və Qarabağ əlilləri üçün ucaldılan üçüncü yaşayış binasıdır.
Yeni binanın sakinlərinə orderləri rayon icra hakimiyyətinin başçısı Elxan Usubov və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rüfət Mürşüdov təqdim etmişlər.

Ayrılığın sahilləri
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 19-cu ildönümü qeyd olunsa da, bu kövrək bayramın 20 illik bir tarixçəsi var. Unudulması mümkün olmayan bu tarixin nəyə və hansı hadisələrə söykənməsi bu günün gəncliyi, gələcək nəsillər üçün vacibdir.
Kədərini dəmir relslərə taqqıltı ilə çırpan qatar Araz boyu ilan kimi qıvrıla-qıvrıla irəli sürünürdü. 1989-cu ilin payızı idi. Vaqonun kupesinin pəncərəsindən qatarın artıq alışdığımız taqqıltısında gurlayan dağ çayının səsini eşitmək belə, mümkün deyildi. Dörd yaşlı oğlum tikanlı məftillərə baxıb soruşdu ki, ata, bunlar nə üçündür. Adətən, onun bütün suallarına sualla cavab verdiyimdən, bu dəfə də bir az gözlədim və sualını təkrar özünə qaytardım. O dinmədi, başını qaşıyaraq Arazla aramızdan keçən tikanlı sərhəd məftillərinə baxdı, baxdı və dilləndi: "Ata, bunu ona görə çəkiblər ki, mal-qara keçməsin".

Uzaq Şimalda qərarlaşmış azərbaycanlı
Kola yarımadasının ən qədim ali məktəblərindən biri olan Murmansk Dövlət Pedaqoji Universiteti bu yaxınlarda özünün 70 illiyini təntənəli surətdə qeyd etmişdir. Bakıda dünyaya göz açmış azərbaycanlı, fəlsəfə və sosiologiya kafedrasının professoru Cəlal Əhməd oğlu Rzayev 35 ildir ki, həmin universitetdə müəllimlik edir.

Ukraynalı soydaşlarımız vətənimizin adını uca tuturlar
Ötən 18 ilə nəzər salsaq, görərik ki, 1991-ci ildə ulu öndərin irəliyə atdığı dahiyanə addım dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şüurunda, düşüncə və təfəkküründə nə qədər qlobal dəyişiklik yaradıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı çıxarılmış tarixi qərar Ukraynada məskunlaşan 500 minlik azərbaycanlının da həyatında ciddi dönüşə səbəb olmuş, uzun illər pərakəndə halında yaşayan soydaşlarımızın milli diaspor ətrafında birləşmələrı üçün əsaslı zəmin yaratmışdır.

Naxçıvan inkişaf edir, çiçəklənir
Üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin səkkizinci sessiyasından qeydlər

Dekabrın 28-də üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, cari il muxtar respublikada sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin daha da dərinləşməsi dövrü kimi yadda qalacaqdır. Bu, elan olunmuş nizam-intizam ilinin mahiyyətindən irəli gəlib. Nizam-intizam anlayışına geniş şəkildə yanaşılmış, o, təkcə əmək intizamının gücləndirilməsi kimi başa düşülməmiş, hər bir işçinin ona tapşırılan sahədə məsuliyyətinin gücləndirilməsi, işə və onun nəticəsinə şüurlu münasibət, idarəetmə və icra mədəniyyətinin artırılması kimi dərk edilmiş və tətbiq olunmuşdur.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.