Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.
Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

Babək rayonunun ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Babək rayonu ərazisində yerləşən hərbi hissənin yeni əsgər yataqxanası, tədris hissəsi və məişət kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova raport verdikdən sonra çıxış edərək muxtar respublikada aparılan ordu quruculuğundan danışmışdır.

ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir.

Bakı şəhərində yeni "Akademkitab" kitab evi açılmışdır

Dekabrın 30-da Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm" redaksiya-nəşriyyat və poliqrafiya mərkəzinin yeni "Akademkitab" kitab evi açılmışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, uzun illər fəaliyyət göstərmiş bu kitab evi bir müddət bağlı qalmışdır. Hazırda akademiyanın sərəncamına verilmiş kitab evi Azərbaycanda kitabların təbliği və əhali arasında yayılması, milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsi istiqamətində öz keçmiş ənənəsini yenidən bərpa edəcəkdir.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 30-da Bakının 8-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin yeni "Azadlıq prospekti" stansiyasının açılışı olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat verdilər ki, son illərdə paytaxtın yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı Metropoliteni stansiyalarının şəbəkəsinin genişləndirilməsi və mövcud stansiyaların yenidən qurulması mühüm əhəmiyyətə malikdir. Artıq istismara hazır olan "Azadlıq prospekti" stansiyası Azərbaycanın müstəqilliyi dövründə Bakı metrosunda istismara verilən ikinci stansiyadır. Hazırda 22 stansiya istismardadır.

Azərbaycan Prezidenti İlham Əliyev metronun "28 May" stansiyasının ikinci çıxışının açılışında iştirak etmişdir
Dekabrın 30-da Salatın Əsgərova küçəsi və Azadlıq prospektinin kəsişməsində Bakı metrosunun "28 May" stansiyasının ikinci çıxışı istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.
Prezident İlham Əliyev Bakı metrosu xətlərinin perspektiv inkişaf sxemini və metropolitenin texnoloji korpusunu əks etdirən stendlərlə tanış oldu.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metronun "28 May" stansiyasının strukturu və görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, "28 May" stansiyasının ikinci çıxışı kompleksinə müasir memarlıq üslubunda inşa olunmuş vestibül, sərnişinləri buradan piyada tunelinə və əksinə daşıyan üç eskalator, həmçinin yeraltı piyada keçidi daxildir.

Dövlət Neft Fondunun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dekabrın 29-da Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə yaradılan Dövlət Neft Fondu ötən müddətdə Azərbaycan iqtisadiyyatının inkişafında, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı Səməd Vurğun və "Muğam" bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 28-də Bakıdakı Səməd Vurğun və "Muğam" bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olmuşlar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə bu istirahət guşələrində aparılan yenidənqurma tədbirləri barədə ətraflı məlumat verdi.
Bildirildi ki, görkəmli şairin adını daşıyan bağ Azərbaycan Prezidentinin Bakı şəhərində parkların və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən abadlaşdırılmışdır. Burada əhalinin istirahəti üçün ən müasir şərait yaradılmışdır.

Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 28-də Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşıladılar.
Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Əhalinin sağlamlığının etibarlı qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Son illərdə ölkədə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr ilk növbədə insanların sağlamlığının qorunması işinə xidmət edir. Ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində də böyük işlər görülür və bu sahədə mühüm layihələr həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın "Vesti" telekanalına müsahibəsi
Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına müsahibə vermişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.

- Cənab Prezident, 2009-cu il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün hansı əsas və mühüm hadisələrlə əlamətdar olmuşdur?
- 2009-cu il adi il olmamışdır. Qlobal maliyyə böhranının nəticələrini bütün ölkələr bu və ya digər dərəcədə öz üzərlərində hiss etmişlər. O cümlədən, Azərbaycan da. Biz bu mürəkkəb vəziyyətdən minimum itki ilə çıxmağa nail olmuşuq. Bütövlükdə iqtisadiyyat dinamik inkişaf etmişdir. 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Zənnimcə, maliyyə böhranı şəraitində bu, çox yaxşı göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz artmışdır. İnflyasiya 2 faizdən az olmuşdur. Əhalinin gəlirləri xeyli artmışdır. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam etdirmişdir.

Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir
Dekabrın 25-də Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, ölkəmizdə sayca 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, kompleks "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"na əsasən inşa olunmuşdur.
Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılmışdır. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.

Milli Olimpiya Komitəsi 2009-cu ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 25-də Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycanın idman həyatına, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrə, ölkəmizdə idmana dövlət qayğısına həsr olunmuş sərgiyə baxdı.

Milli Olimpiya Komitəsi 2009-cu ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
2009-cu il başa çatır və biz ənənəvi olaraq ilin sonunda görüşürük. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Həm bir-birimizi görürük, eyni zamanda, ilin yekunları haqqında danışırıq və hər il yeni idmançılarımızın yeni uğurlarını qeyd edirik. Biz keçən il Olimpiya oyunlarının uğurlarına sevinirdik və bunu qeyd edirdik.
2009-cu il Olimpiya oyunlarından keçən birinci ildir. Adətən, Olimpiya oyunlarından sonra idmançılarda müəyyən mənada arxayınçılıq meyilləri güclənir və bu da təbiidir. Eyni zamanda, istirahətə daha da çox üstünlük verilir. Buna baxmayaraq, 2009-cu ildə idmançılarımız çox gözəl nəticələr göstərmişlər. Bütün beynəlxalq yarışlarda 600-dən çox medal qazanılmışdır ki, onların təxminən yarısı qızıl medallardır. Dörd idmançımız Olimpiya idman növləri üzrə dünya çempionatlarında birinci yerləri tuta bilmişlər. Bu da çox böyük göstəricidir.

Hövsan aerasiya stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 25-də əsaslı şəkildə yenidən qurulmuş Hövsan aerasiya stansiyasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısına məlumat verdi ki, Bakının çirkab sularının 60 faizi Hövsan aerasiya stansiyasında təmizlənərək dənizə axıdılır. Uzun illər istismarda olan avadanlığın köhnəlməsi və Xəzərin ekoloji təmizliyinə diqqətin artırılması stansiyanın yenidən qurulması zərurətini yaratmışdır. Dövlətimizin başçısının tapşırığına əsasən 2007-ci ilin sonlarından stansiyanın tamamilə yenidən qurulması prosesinə başlanmışdır. Stansiyanın ərazisində yeni qurğular tikilmiş, avadanlıq tamamilə təzələnmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yenidən qurulan bu stansiya nəhəng infrastruktur layihələrindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Suraxanı rayonundakı keçmiş "Binə" ticarət mərkəzinin yerində aparılan yaşıllaşdırma işləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də paytaxtın Suraxanı rayonundakı keçmiş "Binə" ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olmuşlar.
Azərbaycanı yaşıl diyara çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, xüsusilə neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, insanların təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək baxımından dövlətimizin başçısının göstərişi ilə bir sıra ardıcıl tədbirlər həyata keçirilir.

Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 24-də Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya gül dəstələri təqdim olundu.

Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.

Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.

Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.

Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Ukrayna Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirmişdir.

Prezident İlham Əliyev Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişlər.
Son illərdə Abşeron rayonunda aparılan genişmiqyaslı quruculuq işləri bu ilin 9 ayında da davam etdirilib. Rayon icra hakimiyyəti üçün inşa olunan yeni inzibati bina da bu prosesin tərkib hissəsidir.
Böyük iqtisadi və sənaye potensialına malik olan Abşeron rayonunda son illərdə aparılan abadlıq işləri Xırdalan şəhəri də daxil olmaqla qəsəbə və kəndlərin inkişafında mühüm rol oynayır. Prospekt və küçələr boyunca yerləşən binaların və parkların müasir, zövqoxşayan forma və üslubda bərpası, yenidən qurulması işi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir
Cari il dekabrın 23-ü müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olacaqdır. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək qarşıdakı beş ildə onların yerlərdəki problemlərinin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs vermişlər.
Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülmüş, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq müşahidəçilər dəvət edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yeni binası istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 21-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısını Hesablama Palatasının işçiləri və inşaatçılar hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verildi ki, layihəsi klassik üslubda hazırlanmış və inşa olunmuş bina beşmərtəbəlidir və bir il altı aya tikilmişdir.
Binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsi hazırlanarkən nəzərə alınmaqla həm müasirliyə riayət olunmuş, həm də paytaxtın tarixi-memarlıq ənənələri qorunub saxlanmışdır.

Prezidentin mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir.
Prezident İlham Əliyev Mixeil Saakaşvilini doğum günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Mixeil Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" televiziya kanalına müsahibə vermişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın "Vesti" televiziya kanalına müsahibə vermişdir.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, ölkəmizin 2009-cu ildə əldə etdiyi iqtisadi uğurlar, Azərbaycanın energetika sahəsində gördüyü işlər və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab vermişdir.

Rusiyanın Həştərxan vilayəti Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır
Dekabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
A.Rasizadə Azərbaycan və Rusiya arasında qədim tarixi olan hərtərəfli əlaqələri diqqətə çatdıraraq demişdir ki, məqsədimiz bütün sahələrdə əməkdaşlığımızı genişləndirməkdir. Ticarət sahəsində Rusiyanın bölgələri ilə yaxşı əlaqələr qurulmuşdur. Həştərxan vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri əməkdaşlığımızın genişləndirilməsinə yeni təkan verəcəkdir. Biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə hərtərəfli imkan yaratmaq lazımdır.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından altı il keçir. Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin vəfatından ötən illər ərzində görkəmli dövlət xadiminin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış Böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

Bakının Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki tunelin açılış mərasimi olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılış mərasimində iştirak etmişdir.
Dövlət başçısını inşaatçılar və nəqliyyat işçiləri hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, ölkədə aparılan geniş iqtisadi quruculuq tədbirləri sırasına nəqliyyat infrastrukturları da daxildir. Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlara əsasən hazırda Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsi uğurla həyata keçirilir.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.