"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirmişdir ki, xalqın sosial rifahının yaxşılaşdırılması dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin öncül istiqamətlərindəndir. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin yaşayış şəraiti ilbəil yaxşılaşır. F.Ələkbərov müsbət dinamikanı təsdiq edən göstəriciləri sadalamışdır. Əgər 2000-ci və 2005-ci illərdə 999 ailə təzə mənzilə köçmüşdüsə, 2006-cı ildə belə ailələrin sayı 700-ə, 2007-ci ildə 962-yə çatmışdır. 2000-2005-ci illərdə əhalinin bu kateqoriyadan olan hissəsinə təmənnasız olaraq təxminən 150 "Oka" avtomobili verilmişdisə, cari ildə 400-dən çox şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə bu markalı nəqliyyat vasitəsi ayrılmışdır. Bundan əlavə, 10 min əlil tam reabilitasiya və sağlamlığın bərpası kursu keçmiş, daha 5 min nəfər sağlamlığını qismən bərpa etmişdir. Mərasimdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əhalinin bu kateqoriyadan olan təbəqəsinə daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O demişdir ki, gələn il Abşeron rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli bina tikiləcəkdir. Həmin binanın təməli artıq qoyulmuşdur. Sonra Abşeron, Quba, Xaçmaz, Qusar və Siyəzən rayonlarından olan 17 nəfər Qarabağ müharibəsi əlilinə təntənəli şəraitdə "Oka" markalı avtomobillərin açarları təqdim edilmişdir.