"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ölkəmizdə son illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirir
Ölkəmizdə uğurla həyata keçirilən hüquqi-demokratik dövlət quruculuğu prosesinin mühüm tərkib hissələrindən biri yerli və regional demokratiyanın inkişafıdır. Yerli demokratiyanın təcəssümü olan bələdiyyələr ötən 8 ildə böyük inkişaf yolu keçmiş və bu instiutut cəmiyyətdə özünü təsdiq etməyə nail olmuşdur. Cəmiyyət həyatının bütün sahələrinin demokratikləşməsində siyasi iradə nümayiş etdirən Azərbaycan hakimiyyəti yerli demokratiyaının inkişafı sahəsində Avropa Şurası və bu təşkilatın Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlıq edir. Ötən illərdə AŞ ölkəmizdə bələdiyyə institutunun güclənməsinə böyük diqqətlə yanaşmış, öz tövsiyələrini vermişdir.
Ölkənin yanacaq-enerji kompleksinin inkişafı sosial tərəqqinin əsasıdır
Azərbaycan iqtisadiyyatında mühüm yer tutan yanacaq-enerji sektorunda aparılan uğurlu islahatlar əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasında mühüm amillərdəndir. Bu baxımdan əhalinin enerji daşıyıcıları ilə, o cümlədən, təbii qazla normal təminatı olduqca əhəmiyyətlidir. Əhalinin və sənayenin qaz təchizatı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı keçirdiyi müşavirələrdə, əhali ilə görüşlərində bu məsələnin strateji önəm daşıdığını iqtisadiyyatın sağlamlaşdırılmasındakı,
Müsahibimiz Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovdur
- Eldar müəllim, 2007-ci il sona çatır. İdman sahəsində uğurlarımız barədə nə deyərdiniz? - Məlumdur ki, hazırda həyatımızın bütün sahələri sürətlə inkişaf edir. İstər iqtisadi, istər mədəni, istər sosial sahələrdə yüksəliş göz önündədir. İdmanımızın inkişafına gəlincə, bu sıçrayışın təməli hələ on il əvvəl, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan qoyulub. İdmanın və olimpiya hərəkatının inkişafına hərtərəfli diqqət və qayğı öz bəhrəsini verməkdədir.
Məlum olduğu kimi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə ölkəmizdə mühüm tədbirlər görülmüş və bu tədbirlərin davamı olaraq bu ilin iyul ayından regional apellyasiya məhkəmələri fəaliyyətə başlamışdır. Müsahibimiz Əli Bayramlı Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov son müddət ərzində bu sahədə görülən işlərdən bəhs edir.
Hər bir xalqın özünəməxsus maddi və mənəvi dəyərləri mövcuddur. Bu dəyər əsrlər boyu yetişir, formalaşır, bütövlük halına gəlir. Fərq ondadır ki, maddi mədəniyyətin yaşı, tarixi, kim tərəfindən yaradıldığı az-çox məlum olsa da, mənəvi mədəniyyətin nə yaşı bilinir, nə yaranma tarixi, nə də kimlər tərəfindən yaradıldığı. Ona görə də xalqın hissi ilə, qanıyla, düşüncəsiylə mayalanmış mənəvi mədəniyyət bütövlükdə mənsub olduğu millətin şəxsiyyət vəsiqəsinə çevrilir, nəsildən nəslə keçərək gələcəyə daşınır. Bu baxımdan biz, doğrudan, bəxti gətirmiş xalqıq ki, bu qədər zəngin mənəvi mədəniyyətə sahibik.
Müsahibimiz rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur
- Cənab nazir, 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Son illər əldə olunan nəticələri necə xarakterizə edərdiniz? - Dövlət başçısının sərəncamı ilə dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü kimi qeyd olunur və hər il rabitə işçiləri fəxri adlara və mükafatlara layiq görülürlər.
Müsahibimiz daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovdur
- Milli Məclisin yol hərəkəti qaydalarının pozulmasına, avtoxuliqanlığa qarşı mübarizənin sərtləşdirilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə etdiyi son dəyişiklik geniş müzakirələrlə müşayiət olunub. Cənab general, bu cəzaların sərtləşdirilməsini zəruri edən səbəblər nə idi? - Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən islahatlar nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində mühüm dəyişikliklər baş verib.
ABŞ dövlət katibinin sabiq birinci müavini Riçard Armitacın AzərTAc-a müsahibəsi
- Cənab Armitac, Dövlət Departamentindən getdikdən sonra Sizdən xəbərimiz yoxdur. İndi nə ilə məşğulsunuz? - Buralardayam. Beynəlxalq konsaltinqlə məşğul olan şirkətim var. "Armitac İnterneşnl" Yaxın Şərqdə, Asiyada işləyir. Tərəfdaşlarımdan biri bu yaxınlarda Azərbaycandan qayıdıbdır. O, Yerevanda və Bakıda olmuşdur. Bakıya üçüncü dəfədir gedirdi. Rəyi budur ki, orada sabit artım müşahidə olunur. Yerevan isə necə var, elə də qalır. Bakı inkişaf edir. İnsanlar daha enerjilidir, addımlarını daha inamla atırlar. Mənə belə gəlir ki, xalqınız neft gəlirlərinin və Bakı-Tbilisi-Ceyhan kəmərinin faydasını görməyə başlayıbdır.
Bu gün dünyada gedən qloballaşma prosesi dərinləşdikcə mövqe və münasibətlərdəki fərqlər də artır. Bu prosesin xalqları və ölkələri bir-birinə yaxınlaşdırdığını, dünyanın bütün qütblərinə yeni müsbət dəyərlər sistemi gətirdiyini etiraf edənlərlə yanaşı, onun milli-mənəvi və əxlaqi keyfiyyətləri sıradan aparacağını iddia edərək müqavimət göstərənlərin də sırası kifayət qədər genişdir. Hətta bir çox tədqiqatçılar sivilizasiyaların dialoqunun məhz insanların minillərdən bəri formalaşmış dini etiqad və inanclarından keçdiyi üçün baş tutmayacağını əsaslandırmağa çalışırlar.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirir. Daxili Qoşunlardakı yeniliklər, aparılan islahatlar, şəxsi heyətin döyüş hazırlığı və digər məsələlərlə bağlı daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir HƏSƏNOVLA söhbət etdik.
Son vaxtlar mətbuat səhifələrində milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, mədəni irsimizin, folklorumuzun, musiqimizin təbliği, habelə müasir dünyanın həmişəyaşar dəyərlərinə yiyələnməklə bağlı mövzulara geniş yer ayrılır. Müəlliflər cəmiyyətdə gedən çoxşaxəli, rəngarəng proseslər kontekstində kütləvi informasiya vasitələrinin, xüsusən, elektron KİV-nin danılmaz xidmətlərini xüsusi vurğulayırlar. Lakin gizli deyil ki, bəzi telekanallar, radiolar öz əzəli funksiyalarına və vəzifələrinə rəğmən cəmiyyətdə birmənalı qarşılanmayan tendesiyaların açıq-saçıq təbliğinə də rəvac verirlər.
Müstəqil Azərbaycan ötən 15 ildə qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınır. Ötən müddətdə respublikamızda dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirilmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim diqqətlə yanaşılmışdır.
2007-ci il 24 sentyabr tarixdən etibarən Dünya Bankının maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçiriləcək "Daşınmaz əmlakın qeydiyyatı Layihəsi"nin icrasına başlandı. Daşınmaz əmlak bazarının dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi inkişafın ən mühüm amillərindən birinə çevrildiyi müasir şəraitdə ölkəmizdə belə bir layihənin həyata keçirilməsi maraq doğurmaya bilməz. Bəs bu layihə ölkəmizə nə verəcək? Belə bir layihənin icrasından nələr əldə ediləcək?
Müsahibimiz layihənin direktoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovdur
Sentyabrın 29-dan oktyabrın 2-dək Sloveniyada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilib. Sessiyanın iclaslarında və digər toplantılarda Avropa ölkələrini düşündürən müxtəlif məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri də iclaslarda fəal iştirak edərək müzakirə olunan məsələlərə münasibət bildirib, təkliflərlə çıxış ediblər. Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə müsahibəmiz də sessiyanın nəticələri ilə bağlı oldu. O dedi:
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, məşhur siyasətçi, politoloq, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məsləhətçisi Zbiqnev Bjezinski Azərbaycan Televiziyasına müsahibə vermişdir. AzərTAc ictimaiyyətin marağını nəzərə alaraq, həmin müsahibənin mətnini oxuculara təqdim edir. - Siz Prezident İlham Əliyevin hakimiyyət dövrünü necə qiymətləndirirsiniz?
Bu ordunun bütün qoşun növlərinin ştat-strukturları NATO standartlarına uyğunlaşdırılıb
Ölkə iqtisadiyyatının sürətli inkişafı, ayrı-ayrı sahələrdə qazanılan böyük uğurlar, Azərbaycanın dünya birliyi üçün maraqlı və gərəkli bir dövlətə çevrilməsi, ordu quruculuğu işinin, ordudakı islahatların intensiv inkişafına da öz müsbət təsirini göstərməkdədir. Azərbaycan Silahlı Qüvvələrindəki yeniliklərlə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ilə müsahibəmizdə də söhbət bundan gedir. - Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətinizin prioritet istiqamətləri barədə nə deyə bilərsiniz?
Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti, ədəbiyyatı məhz Yaxın və Orta Şərq ölkələrində gedən proseslərlə üzvi sintezdə inkişaf edərək təşəkkül tapmışdır. Böyük alim və mütəfəkkirlərimiz öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər. Bu gün demokratik dünyaya inteqrasiya olunan ölkəmiz yeni sistemə məhz tarixən formalaşmış həmin milli-mənəvi dəyərlərlə daxil olur. Belə bir vəziyyətdə, yəni çoxəsrlik mədəniyyətinin təməlində ümumşərq faktoru aparıcı yer tutan müstəqil dövlətimizin dünyanın maraq dairəsində olan regiona diqqətinin artması çox təbiidir.
Xəbər verdiyimiz kimi, ədliyyə orqanlarına qulluğa qəbul üzrə namizədlərlə söhbət mərhələsi də keçirilərək, müsabiqəyə yekun vurulub və bu günlərdə vakant vəzifələrə təyinatlar aparılmışdır. Bununla bağlı müxbirimiz Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Müsabiqə Komissiyasının sədri, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayevdən müsahibə alıb. - Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə ilk dəfədir ki, keçirilmişdir. Bu mühüm tədbir barədə nə deyə bilərsiniz?
Müsahibimiz Əlövsət Quliyev 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsində meliorasiya ixtisası üzrə mühəndis-hidrotexnik təhsili almışdır. 1984-cü ildə "Naxçıvan çökəkliyi torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Naxçıvan Dövlət Universitetinin dosentidir, kafedra müdiri vəzifəsində çalışır. 50-dən çox elmi əsərin, 4 kitabçanın və bir sıra elmi publisistik məqalələrin müəllifidir.
Müsahibimiz "Azərdəmiryolbank" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Roman Əmircanovdur
- İlk növbədə, "Azərdəmiryolbank"ın yaranma tarixi barədə məlumat verməyinizi istərdik. Sizcə, ötən illər ərzində bankın əldə etdiyi və onu digər yerli bank təşkilatlarından fərqləndirən əsas nailiyyətlər hansılardır? - Öncə bildirmək istərdim ki, müasir Azərbaycanın ən qocaman bankı olan "Azərdəmiryolbank" Açıq Səhmdar Cəmiyyəti (ASC) 1989-cu ildə Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi yaranıb və 1992-ci ildə hüquqi statusunu dəyişərək ASC-yə çevrilib. Bankın təsisçiləri 25%+1 səhm paya malik olan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), eləcə də 850-yə yaxın fiziki və hüquqi şəxsdir.
"Svobodnaya Qruziya" qəzeti Gürcüstanda rusdilli mətbuatın bayraqdarı sayılır. AzərTAc-ın Tbilisidəki xüsusi müxbiri qəzetin baş redaktoru, təcrübəli jurnalist Tato LASXİŞVİLİDƏN müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik. - Cənab Lasxişvili, siz uzun müddətdir ki. Gürcüstanda rusdilli mətbuatın bayraqdarı sayılan, 85 illik tarixi olan "Svobodnaya Qruziya" qəzetinə rəhbərlik edirsiniz. Azərbaycan və Gürcüstanın əvvəlki prezidentləri Heydər Əliyev və Eduard Şevardnadzenin,
Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Jurnalistika peşə olaraq insanlara xidmət etmək fürsəti yaradır"
İctimai mövqeyindən və sosial statusundan asılı olmayaraq jurnalistika ilə bağlı insanları birləşdirən ortaq bir tale, yaşam tərzi var. Özünü bu peşədə təsdiqləməyə çalışan hər bir qələm sahibi gərgin, keşməkeşli və maraqlı ömür yolu ilə bəzən ayların, illərin necə gəlib keçdiyini də bilmir. Azərbaycan mediasının sayılıb-seçilən simalarından olan Əflatun Amaşov da ömrün kamillik zirvəsi sayılacaq 50-ci pilləsində də gənclik şövqü, enerjisi ilə çalışır, geridə qalan illərə görə heyfslənmir. Mətbuat Şurasının sədri kimi ağır və çətin bir missiyanı üzərinə götürməsinə rəğmən, daxildən gələn bir tələbatla yazıb-yaratmağa, daha çox informasiya almağa çalışır.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Kərim Kərimov hesab edir ki, bu ehtiyatların həcmi ilə bağlı proqnozların azaldılmasına yönəlmiş qərəzli cəhdlər heç bir səmərə verməyəcək
Tarixi təcrübə sübut etmişdir ki, yalnız güclü siyasi liderlər yetişdirən xalqlar öz milli sərvətlərinə sahib çıxmaq və zəngin təbii resurslarını milli iqtisadiyyatın inkişafına yönəltmək imkanı qazanırlar. Hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın, dövlətin mənafeyi naminə düzgün istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Əks halda, neftin zənginliyi dövlətlərə xoşbəxtlik deyil, yalnız arzuolunmayan problemlər gətirir. Bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yeni neft strategiyasından əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə,
Dünyada onları müxtəlif cür adlandırırlar: xüsusi və ya azad iqtisadi zonalar. Başqa modifikasiyalar da az deyildir. Lakin bəzi fərqlərə baxmayaraq, mahiyyət birdir: iqtisadiyyatın tərəqqisini, sürətli inkişafını hər vasitə ilə təmin etmək. İqtisadi inteqrasiyada və innovasiyalardan sürətlə istifadədə çox mühüm rol oynayan bu iqtisadi fəaliyyət formaları BMT-nin məruzəsində XX əsrin ikinci yarısının nailiyyətlərindən biri adlandırılmışdır.
Avropa İttifaqının TASİS rroqramı çərçivəsində əməkdaşlıq təşkilatın hər bir ölkə ilə əlaqələrinin bir istiqamətini təskil edir. Bu əməkdaşlıq Aİ ilə ölkələr arasındakı sazislərin həyata keçirilməsini dəstəkləmək üçün əsas mexanizmlərdən biri hesab olunur. Çünki TASİS proqramı texniki yardım göstərməklə tərəfdas ölkədə birbasa ehtiyaclara cavab verən yardım üzrə layihələri maliyyələsdirir. Azərbaycan hökuməti də Aİ ilə TASİS proqramı çərçivəsində əməkdaşlığa böyük önəm verir. İndiyədək ölkəmizdə proqram vasitəsilə maliyyələşdirilən və müxtəlif sahələrin inkişafına dəstək verən çoxsaylı layihələr uğurla həyata keçirilmişdir.