Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə
Hörmətli cənab Prezident!
Ravalpindi şəhərində törədilmiş amansız terror aktı nəticəsində Pakistan Xalq Partiyasının lideri, görkəmli siyasi xadim, ölkənizin keçmiş baş naziri xanım Bənazir Bhuttonun və çoxlu sayda insanın həlak olması xəbəri bizi hədsiz dərəcədə kədərləndirdi.
Bu dəhşətli hadisə terrorizmə qarşı mübarizədə bütün qüvvələrin səfərbər olunması, bəşəriyyət üçün daim təhlükə mənbəyi olan bu bəlaya qarşı birgə səylər göstərilməsi zərurətini bir daha təsdiqləyir.

Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç!
Sizi Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan və Özbəkistan arasındakı ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın mənafeyi naminə, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Koreya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasındakı əlaqələrin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da genişləndirilməsi üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.

Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Danilo Tyurka
Hörmətli cənab Prezident!
Sloveniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Sloveniya münasibətlərində müşahidə olunan ardıcıl inkişaf meyilləri razılıq hissi doğurur. Ümidvaram ki, ikitərəfli əlaqələrimizin, habelə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Yaponiyanın Baş naziri zati-aliləri cənab Yasuo Fukudaya
Hörmətli cənab Baş nazir!
Milli bayramınız - İmperatorun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Yaponiya münasibətləri ardıcıl və dinamik inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə möhkəmlənməsi, əməkdaşlıq sahəsində nailiyyətlərimizin daha da artması üçün səylərimizi bundan sonra da qarşılıqlı şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Yaponiya xalqına sülh və rifah diləyirəm.

Yaponiyanın imperatoru əlahəzrət Akihitoya
Əlahəzrət!
Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Yaponiya arasındakı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə
Hörmətli cənab Prezident!
Mehrabpur şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Əlamətdar və sevinc dolu Qurban bayramı münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədi ilə bu müqəddəs bayram ruhunda birgə əməkdaşlıq edəcəyik.
Qoy Allah-taala gələn illər ərzində Sizə və Azərbaycan xalqına bütün işlərdə yardımçı olsun!

Qətər dövlətinin Əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə al Taniyə
Əlahəzrət!
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Qətər münasibətləri bu gün müvəffəqiyyətlə inkişaf etməkdədir.
Əminəm ki, gündən-günə genişlənən əlaqələrimiz, bir çox sahələri əhatə edən əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına, dostluq münasibətlərimizin daim möhkəmlənməsinə xidmət edəcəkdir.

Niger Respublikasının Prezidenti zati-aliləri cənab Mamadu Tancaya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Niger arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm.

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç!
Qazaxıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, bizim qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin artırılmasına, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.

Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa al Xəlifəyə
Əlahəzrət!
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına sülh və firavanlıq arzulayıram.

İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Paskal Kuşpenə
Hörmətli cənab Prezident!
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq münasibətləri, siyasi, iqtisadi əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya
Hörmətli cənab Prezident!
Ölkənizin paytaxtında törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik.

Keniya Respublikasının Prezidenti zati-aliləri cənab Mvai Kibakiyə
Hörmətli cənab Prezident!
Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Keniya münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.

Burkina-Fasonun Prezidenti zati-aliləri cənab Blayz Kompaoreyə
Hörmətli cənab Prezident!
Burkina-Fasonun milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranan münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm.

Finlandiya Respublikasının Prezidenti, zati-aliləri xanım Tarya Halonenə
Hörmətli xanım Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan-Finlandiya əlaqələrinin hərtərəfli inkişafı yolunda atdığımız addımlar dost ölkələrimiz arasındakı münasibətlərin perspektivinə nikbin baxmağa imkan verir. Ümidvaram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızı daha geniş məcrada davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Tailandın Kralı əlahəzrət Bhumibol Adulyadejə
Əlahəzrət!
Tailandın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin hərtərəfli inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə edərək dost ölkələrimiz arasında əməkdaşlıq sahəsində daha böyük irəliləyişlərə nail olacağıq.

Tailand Krallığının Baş naziri zati-aliləri cənab Surayud Çulanonta
Hörmətli cənab Baş nazir!
Ölkənizin milli bayramı - Kralın Təvəllüd Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm.

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç!
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz "Yedinaya Rossiya" Partiyasının inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu qələbə Sizin yeritdiyiniz, dövlətçiliyin və ölkənin suverenliyinin möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrində demokratik dəyişikliklərə,

"Yedinaya Rossiya" Partiyasının sədri cənab Boris Qrızlova
Hörmətli Boris Vyaçeslavoviç!
Sizi və "Yedinaya Rossiya" Partiyasının bütün üzvlərini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə qələbə münasibətilə ürəkdən təbrik edirəm.
İnanıram ki, həqiqətən, bütün Rusiya cəmiyyətini birləşdirici qüvvə olan Sizin partiyanın fəaliyyəti bundan sonra da strateji proqramın həyata keçirilməsinə - Rusiyanın tərəqqisi naminə siyasi sabitliyin və genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin təmin edilməsinə yönəldiləcəkdir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə Bin Zaid Al Nəhəyana
Əlahəzrət!
Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında möhkəm dostluq münasibətləri mövcuddur. Əminəm ki, belə bir təmələ əsaslanan çoxşaxəli əlaqələrimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş məqamda Sizə möhkəm çansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hökmdarı əlahəzrət Şeyx Məhəmməd Bin Rəşid Al Məktuma
Əlahəzrət!
Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya
Hörmətli cənab Prezident!
Rumıniyanın milli bayramı - Birlik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Rumıniya arasındakı dostluq münasibətləri bu gün müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, əlaqələrimizin əhatə dairəsinin daha da genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə
Hörmətli cənab Prezident!
İsparta şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.