Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Bakı-Tbilisi-Ərzurum xətti ilə Azərbaycan qazının nəqli davam edir
Bakı-Tbilisi-Ərzurum xətti ilə Azərbaycan qazının ölkəmizə, Gürcüstana və Türkiyəyə nəqli işləri rəvan gedir.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri bir sistem kimi yola salmağa hazırlaşdığımız 2007-ci ildə işə salınıb. Onun Azərbaycandan və Gürcüstandan keçən hissəsi - Cənubi Qafqaz Boru Kəməri (CQBK) hələ keçən ilin sonundan hazır idi. CQBK "Şahdəniz" qazını bu ilin mart ayından Azərbaycanın və Gürcüstanın qaz qəbuletmə məntəqələrinə çatdırmağa başlayıb. İyul ayında isə qaz BOTAŞ-ın nəql sistemlərinə də daxil edilib.

Bu il bitkiçilik məhsulları bol olub
Bu il ölkəmizin tarla və zəmilərindən, bağ və bostanlarından bol məhsul götürülüb. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda məhsul yığımının əsasən başa çatdığı bildirilir.
Dekabrın 1-i vəziyyətinə 739,4 min hektar taxıl sahəsinin hər hektarından orta hesabla 27,1 sentner olmaqla cəmi 2004 min ton dənli və paxlalı məhsul götürülüb. Buraya 34,3 min hektar qarğıdalı sahəsindən toplanmış 157,9 min ton məhsul da daxildir. Qarğıdalı sahələrinin məhsuldarlığı 2006-cı ilə nisbətən 0,4 sentner artıb.

Ziğ şosesi-Zığ-Hövsan-Hava Limanı istiqamətində tikilən yolun betonlanmasına başlandı

Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən yol-nəqliyyat şəbəkəsi olmayan dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu gün Azərbaycanda iqtisadiyyatın bütün strateji əhəmiyyətli sahələrində pozitiv inkişaf və tərəqqi mövcuddur. 2006-cı il fevral ayının 2-də ölkə başçısı "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamaqla yol-nəqliyyat sisteminin əsaslı yenidən qurulmasına ciddi imkanlar yaratmış oldu.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır
Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bayram günlərində istehlakçıların elektrik enerjisi ilə təminatında problem olmayacaq
"Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə istinadən ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı adi günlərə nisbətən elektrik enerjisinə olan təlabatın artmasına baxmayaraq, heç bir problem olmayacaq. Həmin gün artan tələbat gərginliyi nəzərə alınaraq bütün ehtiyat qüvvələr əvvəlcədən səfərbər edilib.

Sosial-iqtisadi inkişafın güzgüsü Salyan Yeni ilə yeni nailiyyətlərlə qədəm qoyur
Ələt-Astara magistral avtomobil yolu ilə üzü cənuba doğru gedərkən Kür çayı üstündəki körpünü keçən kimi adamın gözləri qarşısında gözəl bir mənzərə açlılır. Burada ilk növbədə nəzəri cəlb edən yolun hər iki tərəfində salınmış yeni tikililərdir. Salyan şəhərinin başlandığını bildirən göstərici orijinal layihə əsasında ucaldılmışdır.
Bir az ondan kənarda salınan Olimpiya İdman Kompleksi isə şəhərciyi xatırladır. Çox yox, 5-6 il bundan öncə ağlımıza da gəlməzdi ki, əyalətlərdə belə obyektlər tikilə bilər.

Bayram büsatı
Şəkidə ənənəvi mənzərədir

Mötəbər bir məclisdə mötəbər bir rayon rəhbəri sual etdi:
- Xeyir ola, Şəkidə nə çox bayram tədbiri keçirilir?
Bu sual qısqanclıqla verilsə də, gerçəklikdən doğurdu. Şəki tarixən həm də öz ənənələri ilə tanınıb. Hər dövr, hər zəmanə bu ənənələrə yeni kolorit bəxş edib, onlara təzə-tər çalarlar qatıb.
Bu günün Şəkisi isə köhnə ənənələrə təravət gətirməklə kifayətlənmir, yenilərini yaradır. "İpək bayramı", "Sənətkar günü" son vaxtlar həyata vəsiqə alan, kütləviliyi ilə fərqlənən belə ənənələrdəndir.

Ölkə enerji sisteminə 780 meqavat əlavə güc daxil olacaq
Xəbər verdiyimiz kimi, bu günlərdə ölkə Prezidenti tərəfindən Əli Bayramlıda "Cənub" Elektrik Stansiyasının təməli qoyulmuşdur.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni tikiləcək stansiyada buxar-qaz turbinləri, qaz kompressoru, inzibati bina, hovuz, avtodayanacaq və yanğınsöndürmə məntəqəsi tikiləcək. Bundan başqa, stansiyanın ərazisində 220, 330 və 110 kilovoltluq yardımçı yarımstansiyalar, sutəmizləyici qurğu, su, mazut, dizel yanacağı çənləri, mazut emaledici qurğu, yağboşaltma nasos stansiyası, yüksəldici transformator və idarəetmə binası inşa olunacaq.

"Neft daşları" və "Bahar" yataqlarını birləşdirən qaz kəməri istifadəyə verilib
ARDNŞ 2008-ci ildə qaz hasilatını 8 milyard kubmetrə çatdırmaq niyyətindədir.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin məlumatına görə, bunun üçün hazırlanmış xüsusi proqram çərçivəsində yeni kəmərlərin çəkilməsi, yataqlarda qazma işlərinin sürətləndirilməsi işləri aparılır.
Bu günlərdə ARDNŞ-in "Qaz proqramı" çərçivəsində "Neft daşları" və "Bahar" yataqlarını birləşdirən 66,6 kilometrlik qaz kəməri istifadəyə verilib. Kəmərin çəkilişinə "İsrafil Hüseynov" borudüzən gəmisi cəlb edilib. Kəmər vasitəsilə sutkada "Günəşli" yatağında hasil olunan 8 milyon kubmetr qaz sahilə nəql ediləcək.

"AzPROMO" Rusiyada nümayəndəliyini açmaq istəyir
Azərbaycan İxracın və İnvestisiyanın Təşviqi Fondu ("AzPROMO") gələn ilin sonunacan Rusiyanın Cənub Federal ərazisində öz nümayəndəliyini açmaq niyyətindədir.
Bu barədə jurnalistlərə məlumat verən fondun prezidenti Emil Məcidovun sözlərinə görə, yeni nümayəndəliyin konkret yeri Azərbaycan şirkətlərinin təklifi əsasında müəyyənləşəcək. "Bizə 10 şirkətin dəstəyi lazımdır ki, bu niyyətimizi reallaşdıraq", - deyə E.Məcidov bildirib.

Qeyri-leqal işçi qüvvəsi cəlb edən müəssisələr ciddi cəzalanacaq
Azərbaycanda işləmək üçün icazəsi olmayan xarici ölkə vətəndaşlarını, yaxud vətəndaşlığı olmayan şəxsləri işə cəlb edən müəssisələr hər belə fakta görə 33-38,5 min manat civarında cərimələnəcək.
Bu barədə APA agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlüyə istinadən məlumat yayıb. Bundan əlavə, həmçinin N.Şükürlünün sözlərinə görə, əmək kitabçasız işçi işlətdiyinə görə işəgötürən 550-1500 manat məbləğində cərimələnəcək.

Kartof əkən təsərrüfatlar məhsuldarlığı yüksəldib
Dövlət Statistika Komitəsi "Cins əkinlərin vəziyyətinə dair birdəfəlik müşahidənin yekunları"nı açıqlayıb.
Yekunlar komitənin "Ərzaq təhlükəsizliyi üzrə informasiya sistemi" bülletenində dərc olunub. Burada cins kartof sortlarının əkin vəziyyəti barədə də ətraflı məlumat verilir. Belə ki, kartofçuluq ölkənin kənd təsərrüfatının mühüm əhəmiyyət kəsb edən və geniş yayılmış formalarından biridir. Sorğu zamanı suvarılan əkin sahələri olan təsərrüfatların 31 faizi,

İçməli su problemi həllini tapır
Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində diqqəti ekologiya, ətraf mühitin mühafizəsi və içməli su problemlərinə yönəldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: " Bu bizim sağlamlığımız, gənc nəslin sağlamlığı məsələsidir, hər bir ölkənin inkişafını göstərən amildir. Ona görə də bu sahə həmişə diqqət mərkəzində olmalıdır."

Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur
Dekabrın 28-də Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
İsmət Abasov müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda çətin vəziyyət və tənəzzülün yaranması, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat vermişdir.

Azərbaycan Respublikası Milli Bankının 2008-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiya və radikal islahatlar proqramı ölkə qarşısında duran sürətli inkişaf və yenidənqurma kimi başlıca hədəflərin reallaşmasında böyük nəticələr əldə olunmasına imkan vermişdir.
Dünya liderliyi səviyyəsində iqtisadi artım dinamikası, neft strategiyasının uğurla reallaşdırılması, ölkənin maliyyə potensialının güclənməsi və dövlət tərəfindən geniş masştablı inkişaf proqramlarının dəstəklənməsi,

Vergidən yayınanlara qarşı mübarizə tədbirləri gücləndiriləcək
Vergilər Nazirliyində 2007-ci ilin ötən dövründə həyata keçirilmiş operativ nəzarət tədbirləri ilə bağlı brifinq keçirilmişdir. Brifinqdə Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev və idarə rəisinin birinci müavini Habil Məmmədov çıxış etmişlər.
İ.Əmirəliyev qeyd etmişdir ki, bu il dekabrın 25-nə qədər keçirilmiş operativ nəzarət tədbirləri zamanı ölkə üzrə 29429 obyektdə nöqsan aşkar olunmuş, həmin obyektlərdə 8276 min manat məbləğində inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilmişdir.

Rabitə xidmətlərinin 74,3 faizi əhaliyə göstərilib
Rabitə müəssisələri ilin on bir ayında hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 638,7 milyon manatlıq xidmət göstəriblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən rabitə xidmətləri 22,9 faiz artıb. Xidmətlərin 74,3 faizi əhaliyə göstərilib. Əldə olunan gəlirin 70,5 faizi mobil telefon rabitəsindən yaranıb.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 21,9, Quba-Xaçmaz iqtisadi rayonunda 29,9, Dağlıq Şirvan iqtisadi rayonunda 25,8, Şəki-Zaqatala iqtisadi rayonunda 26,2, Aran iqtisadi rayonunda 24,7,

Bakı-Naxçıvan aviareysinə biletin qiyməti 40 manat olacaqdır
Yeni ildən Bakı-Naxçıvan-Bakı aviareysi ilə hərəkət edən sərnişin təyyarələrinə biletin faktiki satış qiyməti 40 manat olacaqdır.
AzərTAc xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat vermişdir.
H.Babayev bildirmişdir ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, biletin qiymətinin müəyyən hissəsi Maliyyə Nazirliyi tərəfindən "Azərbaycan Hava Yolları" Dövlət Konserninə subsidiya kimi ödəniləcəkdir.

Azərbaycanın yeni neft-kimya kompleksi layihəsi üzrə işlər uğurla davam etdirilir
Fransanın "SOCIETE GENERALE" Bankı "Azərikimya" Dövlət Şirkəti tərəfindən elan olunmuş beynəlxalq maliyyə məsləhətçisinin seçilməsi üzrə tenderin qalibi olmuşdur.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə neft-kimya və kimya sənayesinin perspektiv inkişafı ilə əlaqədar "Azərikimya" Dövlət Şirkətinin qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq, yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya kompleksinin yaradılması üzrə işlər Azərbaycanın elmi-texniki potensialının və istehsalatın yüksək səviyyəli mütəxəssislərinin cəlb olunması ilə müvəffəqiyyətlə davam etdirilir.

Oğuz rayonunda Qalaçay çayı üzərində yeni körpü istifadəyə verilmişdir
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, Oğuz, Şamaxı və İsmayıllı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, Oğuz rayonunun Qalaçay çayı üzərində inşa edilən körpünün tikintisi başa çatmışdır. Filfili kəndini rayon mərkəzi ilə birləşdirən, smeta dəyəri 3,6 milyon manat olan 18 aşırımlı bu körpünün uzunluğu 313, eni isə 10 metrdir. Tikinti işlərini "Xırdalan Körpü Tikinti" MMC- nin kollektivi həyata keçirmişdir.

Gələn ildən ipoteka kreditləşməsinin yeni mexanizmi tətbiq olunacaq
2008-ci ildən Azərbaycanda ipoteka kreditləşməsi mexanizminin təkmilləşdiriləcəyi planlaşdırılır. Bu məqsədlə Azərbaycan Milli Bankı (AMB) alman modelini tətbiq etməyi nəzərdə tutur.
Jurnalistlərə bu barədə məlumat verən AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, dünyada ipoteka kreditləşməsinin iki modeli mövcuddur. "Onlardan biri Azərbaycanda tətbiq olunandır. Amma alman modeli də var. Bu zaman ipoteka kreditləşməsi əsasən əhalinin pul əmanətləri hesabına həyata keçirilir.

On bir ayda əhalinin gəlirləri 39,7 faiz çoxalıb
Cari ilin on bir ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 39,7 faiz artıb.
Beləliklə, əhalinin gəlirləri 12360,5 milyon manata çatıb. Onun adambaşına həcmi isə 38,1 faiz artıb və 1461,6 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən aldığımız bu xəbərdə həmçinin deyilir: "Gəlirlərin 64,1 faizi əhali tərəfindən son istehlaka, 10,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 25,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib".

Avstriyalı iş adamları ölkəmizə daha çox maraq göstərməyə başlayıblar
Avstriyalı iş adamlarının Azərbaycana marağı artır. Bunu ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov APA agentliyinə bildirib.
Səfirin sözlərinə görə, Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələr getdikcə genişlənir. "Avstriyanın biznes dairələrində Azərbaycana maraq artır. Avstriyanın iqtisadiyyat və əmək naziri Marten Bartenştaynın Bakıya səfərinin bu marağın artmasında böyük rolu olmuşdur. Əsas var deyək ki, gələcəkdə bu maraq daha da artacaq. Gələn il iki ölkənin biznes strukturlarının qarşılıqlı səfərləri gözlənilir.

bp-nin sosial sərmayə proqramları davam edir
bp 2007-ci ildə ölkəmizdə 10,8 milyon dollar həcmində sosial sərmayə proqramı həyata keçirməyi planlaşdırmışdır.
Şirkət bu sərmayələri əməliyyatçılıq etdiyi layihələrdəki tərəfdarları ilə birlikdə yönəldir. Belə ki, göstərilən məbləğin 2,2 milyon dolları "Azəri-Çıraq-Günəşli", 2,5 milyon dolları "Şahdəniz", 4,1 milyon dolları Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələri tərəfindən yatırılır. bp-nin bütövlükdə özünün Azərbaycanın rayonlarında yatırdığı sosial sərmayələri də var ki, bu da cari ildə 2 milyon dollar təşkil edəcək.

İnkişaf göz qabağındadır
Bir ildə Sabirabadda 40 müəssisə fəaliyyətə başlayıb

Ölkəmizin paytaxtı Bakıda da, respublikanın ən ucqar nöqtələrində də inkişaf, yüksəliş, nəzərə çarpan yeniliklər diqqət çəkir. Respublikamızın hər yerində olduğu kimi, Sabirabad rayonunda da həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər, sahibkarlığın inkişafına yaradılan münbit şərait nəticəsində rayonun sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş vermişdir.
Rayon sakinlərinin faydalı məşğulluğunun təmin edilməsi, həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.