"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış sosial-iqtisadi inkişaf strategiyasının yeni mərhələdə uğurla davam etdirilməsi hərtərəfli tərəqqimizə gətirib çıxarmışdır. Ölkəmizdə siyasi və iqtisadi sabitlik daha da möhkəmlənmiş, əhalinin maddi rifah halı yüksəlmiş, regional və qlobal layihələrin gerçəkləşdirilməsi üçün perspektiv imkanlar açılmışdır. Prezident İlham Əliyev iqtisadiyyatmızın daha sürətli inkişaf modelinin nəzəri və praktik əsaslarını müəyyən etmiş, regionlarımızın, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.
Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.
Ulu öndər Heydər Əliyevin siyasətinin əsas prinsiplərindən olan dövlət gənclər siyasəti artıq 4 ildir ki, respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Respublika Prezidenti ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşması, müstəqilliyimizin qorunub saxlanılmasında iki məsələni ön plana çəkir: ordunu möhkəmləndirmək və təhsilin keyfiyyətini artırmaq. Hər ikisinin də özəyi gənclikdir. Ordu vətənin qoruyucusu, xalqın dinclik və əmin-amanlığının təminatçısı, sərhədlərimizin toxunulmazlığının qarantı, təhsil isə daha xoşbəxt, daha firəvan gələcəyimizin qurucuları olan gənc nəslin inkişaf modelidir.
Hər bir demokratik dövlətdə həyata keçirilən mütərəqqi islahatlar mahiyyət etibarilə məhz insanların mənafeyinə xidmət edir. Son 13 ildə Azərbaycanda da uğurla gerçəkləşdirilən, beynəlxalq təcrübəyə əsaslanan məhkəmə-hüquq islahatlarının qayəsində vətəndaşların konstitusion hüquq və azadlıqlarının maksimal müdafiəsi məsələsi dayanır. Bu islahatlar insanpərvərlik, şəxsiyyətə inam və hörmət, vətəndaş taleyinə həssas münasibət, humanizm kimi ümumbəşəri prinsiplərə əsaslanır.
dekabrın 30-da Azərbaycanın Çindəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir. Səfirlikdən verilən məlumata görə, mərasimdə Azərbaycanın müstəqil dövlət olaraq bütün sahələrdə əldə etdiyi uğurlardan danışılmış, milli dövlətçiliyin möhkəmləndirilməsində, suveren dövlət təsisatlarının formalaşdırılmasında və bütün dünya azərbaycanlılarının milli birliyinin yaranmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd olunmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində bu ölkədə yaşayan Azərbaycan və türk diasporu nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, əvvəlcə səfir M.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bayram münasibətilə soydaşlarımıza ünvanlanmış müraciətini oxumuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Qazaxıstanda yaşayan həmyerlimiz, Astanada çıxan "Turan-Ekspress" qəzetinin təsisçisi və baş redaktoru Vidadi Salahov redaksiyamızın qonağı oldu. Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız kimi, Vidadi Salahovun da baxışlarının dərinliyindəki həsrəti sezməmək mümkün deyildi. Günündən-güzəranından, qürbətdə necə dolanmağından, necə yaşamağından asılı olmayaraq, bu ifadə vətəndən uzaqda olanların hamısının gözlərində yuva salır. Vətən həsrətindən, vətən sevgisindən müqəddəs nə ola bilər ki!..
Siyasətin artıq yüz illərdir hökm etdiyi tələblərdən biri də dövlətlərarası münasibətlərdə hər bir ölkənin məhz öz maraqlarını və mənafeyini güdməsidir. Lakin Azərbaycan-Türkiyə münasibətləri 80-90 il öncə olduğu kimi, bu gün də belə prinsiplərdə tam istisna təşkil edir. Hər iki dövlət əməkdaşlıqda ən ümdə məram kimi nə qazanmalıyam sualına cavab axtarmır, əksinə, qardaş ölkəmə necə xeyir verməliyəm məqsədini gerçəkləşdirir. Bəli, türk milləti - Anadoluya, yaxud da Azərbaycana məxsusluğundan asılı olmayaraq, xarakteri, qətiyyəti, hünəri, intellekti ilə daim necə fərqlənmişdirsə, eləcə də siyasəti və dostluğu ilə də tam başqa bir səmimiyyət sahibidir.
Şamaxı tarixlər şahididir. Minillik bir dövrdə dövlət paytaxtı olan bu qədim şəhər eniş də görüb, yoxuş da. Dəfələrlə yenidən qurulub, abadlaşıb, var-dövlətə çatıb, Şərqin adla deyilən möhtəşəm şəhərləri sırasına çıxıb. Sorağına uzaq elli səyyahlar, tacirlər yol basıblar. Haqqında mədhiyyələr yazılıb, möhtəşəmliyi salnamələrə həkk edilib. Ancaq hər əsrdə qismətinə bir dağıdıcı zəlzələ düşüb, yerlə yeksan olub. Şamaxı sonuncu dəfə keçən əsrin 70-ci illərində inkişaf gördü, var-dövlətə, tərəqqiyə qovuşdu.
2007-ci il başa çatır. Arxada qalan il ərzində Füzuli rayonunun sosial- iqtisadi həyatında irəliləyişlər olmuşdur. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" na uyğun olaraq, rayonda əhalinin sosial rifahının yüksəldilməsi, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində xeyli iş görülmüşdür. Dövlət Proqramına əlavələr edilməsi haqqında Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamı isə bütün füzulililərin böyük sevincinə səbəb olmuşdur.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ölkəmizdə son illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirir
Ölkəmizdə uğurla həyata keçirilən hüquqi-demokratik dövlət quruculuğu prosesinin mühüm tərkib hissələrindən biri yerli və regional demokratiyanın inkişafıdır. Yerli demokratiyanın təcəssümü olan bələdiyyələr ötən 8 ildə böyük inkişaf yolu keçmiş və bu instiutut cəmiyyətdə özünü təsdiq etməyə nail olmuşdur. Cəmiyyət həyatının bütün sahələrinin demokratikləşməsində siyasi iradə nümayiş etdirən Azərbaycan hakimiyyəti yerli demokratiyaının inkişafı sahəsində Avropa Şurası və bu təşkilatın Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlıq edir. Ötən illərdə AŞ ölkəmizdə bələdiyyə institutunun güclənməsinə böyük diqqətlə yanaşmış, öz tövsiyələrini vermişdir.
Bakıda keçirilmiş Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dünyasının inteqrasiyası istiqamətində əhəmiyyətli addım oldu
Dünyanı ağuşuna almış müasir qloballaşma şəraitində inteqrasiya prosesləri qaçılmaz olmuşdur. Bəşəriyyətin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılığının artması getdikcə həyatın bütün sahələrində özünü göstərir. Bu proses müsbət nəticələrlə yanaşı, təəssüf ki, mənfi fəsadlar da törətməkdədir. Ayrı-ayrı xalqların yeni siyasi şəraitdə təhdidlərə qarşı mübarizəni gücləndirmək üçün səyləri artırması müşahidə edilir. Artıq ingilisdilli xalqlar, fransızdilli xalqlar, ərəb dövlətləri bir araya gələrək problemlərinin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Tarix boyu da eyni etnik, mədəni, mənəvi köklərə malik xalqların mürəkkəb tarixi mərhələlərdə bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırması cəhdlərinə rast gəlinmişdir.
Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Dekabrın 28-də Xəzər Universitetində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə "Xocalı çağırır qisasa bizi!" mövzusunda anma mərasimi keçirilmişdir. DAK-ın Azərbaycan nümayəndəliyi gənclər təşkilatının sədri Rəşad Xasayev bildirmişdir ki, 16 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş İttifaqın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda vəhşilik törətmişlər. Nəticədə 613 nəfər öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmiş, 230 ailə başçısını itirmiş, 1.275 nəfər isə girov götürülmüşdür.
Ermənistan 2008-ci il fevralın 19-da keçiriləcək prezident seçkilərinə hazırlaşır. Ölkənin baş naziri Serj Sarkisyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi ilə görüşdə bəyan etmişdir ki, Ermənistanın hakimiyyət orqanları bu seçkilərin ən yüksək səviyyədə təşkil edilməsində və keçirilməsində çox maraqlıdır. Elə etmək lazımdır ki, seçkilərin obyektivliyi və şəffaflığı heç kəsdə azacıq da olsa şübhə oyatmasın.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti 2007-ci ildə nazirliyin fəaliyyətinin yekunlarına dair məlumat yaymışdır. Məlumatda deyilir: - Beynəlxalq münasibətlər sisteminin inkişafı və bununla əlaqədar, ümumilikdə beynəlxalq təhlükəsizlik və ayrıca olaraq milli təhlükəsizlik konsepsiyasının yenidən qiymətləndirilməsi, regional və qlobal səviyyədə güclənən inteqrasiya prosesləri, o cümlədən dövlətin iqtisadi inkişafının yüksək sürəti və səviyyəsi, dövlətçiliyin güclənməsi Azərbaycanın milli maraqlarına və dövlətin regionda aparıcı mövqeyinin möhkəmləndirilməsinə əsaslanan fəal xarici siyasət aparılmasını şərtləndirmişdir.
XX əsrdə xalqımızın ən böyük nailiyyəti müstəqil Azərbaycan Respublikasının yaranıb möhkəmlənməsidir. 1993-cü ildən böyük siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasi, hüquqi və sosial-iqtisadi islahatlar ölkəni dinamik inkişaf yoluna çıxarmışdır. 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin respublika Prezidenti seçilməsi ilə ümummilli lider Heydər Əliyevin başladığı işləri davam etdirmək üçün zəmin yarandı.
Ermənistan hakimiyyətinin prezidentliyə namizədi Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qaldıqlarını gizlədə bilmir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan diplomatiyasının uğurları və həm siyasi, həm də beynəlxalq hüquq baxımından əsaslı mövqeyi Ermənistan rəhbərliyini reallığı dərk və etiraf etməyə məcbur edir. Artıq təcavüzkar ölkənin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxslər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması zəruriliyi barədə danışır, aqressiv ritorikadan geri çəkilməyə başlayırlar. Bu, Ermənistan siyasətində realist mövqe tərəfdarlarının təsir imkanlarının artdığını göstərir.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkdakı "Bakı Sarayı" ziyafət salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə toplantı keçirmişdir. Nümayəndəliyin əməkdaşı Lalə Mehdiyeva demişdir ki, ABŞ-ın qərb ərazisindəki müxtəlif ştatlarda yaşayan yüzlərlə azərbaycanlının iştirak etdiyi toplantı Birləşmiş Ştatlar və Azərbaycan Respublikasının dövlət himnlərinin sədaları altında açılmışdır. Sonra Prezident İlham Əliyevin bayram münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
2007-ci il başa çatır. Tezliklə ötən il adlanacaq 2007-ci ildə saatlarla sadalana biləcək və səhifələrlə yazıla biləcək hadisələr baş verib, qərarlar qəbul edilib və xeyli özüllər qoyulub. Ancaq biz bu yazıda bütövlükdə ölkənin iqtisadi və siyasi həyatının təməl prinsiplərini müəyyənləşdirən və onların mahiyyətini dəyişən məqamlara toxunacağıq. Elə məqamlara ki, əgər o iqtisadidirsə siyasi üstquruma, siyasidirsə iqtisadi bazisə təsir edir, bir-birini formalaşdırır.
İşğalçı dövlətin prezidentliyinə ən real namizəd sayılan Serj Sarkisyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması vacibliyi ilə bağlı fikirləri bunu bir daha göstərir
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqımızın milli mənafeyinə uyğun həlli 2007-cı ildə də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalmışdır. Rəsmi Bakı real situasiyanı düzgün dəyərləndirərək münaqişənin həlli prosesinə təsir amillərini gücləndirmək siyasətinə üstünlük vermişdir və nəticədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur.
AzərTAc xəbər verir ki, dekabrın 27-də Prezident Kitabxanasında ölkəmizdə işgüzar səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüş keçirilmişdir. Kitabxananın direktoru Mayıl Əhmədov bu elm xəzinəsinin yaradılması və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, kitabxananın yaradılmasından məqsəd Azərbaycan Prezidenti İcra Aparatının, İşlər İdarəsinin, mərkəzi və yerli icra orqanlarının əməkdaşlarına, eləcə də humanitar elmlər sahəsində çalışan tədqiqatçılara kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdir.
Tarix boyu fərqli ictimai-iqtisadi formasiyaları öz taleyində yaşamış bəşər övladı demokratik quruluşda ali idealların təntənəsini tapmış, məhz belə bir sivil cəmiyyətdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, sosial ədalətin, ən başlıcası, qanunun aliliyinin mümkünlüyünə qəti əmin olmuşdur. Hazırkı mərhələdə bu və digər dövlətin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı ilk növbədə onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, onu sürətli tərəqqi yoluna çıxarmış, davamlı və tarazlı inkişafı təmin etmişdir. Son 4 ildə respublikamızda həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi və Azərbaycanın sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu inkişaf strategiyası iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması,
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də geniş qeyd ediləcəkdir. ABŞ: dekabrın 27-də Nyu-York şəhərindəki "Baku Palace" restoranında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən təntənəli mərasim keçiriləcəkdir. Tədbirdə azərbaycanlı və digər millətlərin diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş və dünya azərbaycanlılarının həmrəyliyini əks etdirən sənədli film nümayiş olunacaq və ziyafət veriləcəkdir.