Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Parlamentin payız sessiyası başa çatdı

Dekabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son iclası keçirildi. İclası açan parlament sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti ilə bağlı məsələnin olduğunu bildirdi. Milli Məclisin deputatı Jalə Əliyeva müraciətin mətnini oxudu (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar və həmvətənlər!
Xalqımızı dil, əqidə və əməl birliyinə söykənən milli-mənəvi bütövləşməyə çağırış günündə hamınızı ürəkdən salamlayırıq. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə on altı il əvvəl 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir
Dekabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Nəqə ilə görüşmüşdür. Milli Məclisin spikeri demişdir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox ölkələrlə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə önəm verir. Ölkəmiz Misir Ərəb Respublikası ilə də hərtərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərini xatırladan Milli Məclisin Sədri dedi ki, bu səfər zamanı imzalanmış sənədlər münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

"Təhsil haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

Dekabrın 28-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası olmuşdur. İclasda "Təhsil haqqında" qanun layihəsi müzakirə edilmişdir. Layihənin müzakirəsinə keçməzdən əvvəl Azərbaycan-Böyük Britaniya Parlamentlərarası dostluq qrupunun rəhbəri Çingiz Əsədullayevin məlumatı dinlənilmişdir. Qrupun rəhbəri demişdir ki, dekabrın 13-18-də qrupun üzvləri Londonda səfərdə olublar. Səfər çərçivəsində Böyük Britaniyanın Xarici İşlər Nazirliyində rəsmi şəxslərlə, o cümlədən Şotlandiyanın Baş naziri, QHT nümayəndələri və jurnalistlərlə görüşmüş, İngiltərə parlamentinin dostluq qrupu ilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi barədə fikir mübadiləsi aparmışlar.

"Deputatın fəaliyyət gücü onun seçiciləri ilə sıx əlaqəsindən qaynaqlanır"
Milli Məclis Sədrinin müavini Bahar Muradova seçiciləri ilə görüşdü

Ölkəmizin sosial-iqtisadi həyatında mühüm inkişaf mərhələsi olan 2007-ci il artıq tarixə çevrilməkdədir. İllərin ayrıcında dönüb geri baxır, yaddaqalan hadisələri xatırlayırıq. Yeni ildə görəcəyimiz işlərin proqramını da məhz köhnə ilin nəticələri üzərində qururuq. Köhnə ilin sonunda, yeni ilin astanasında Milli Məclis Sədrinin müavini, 84 saylı Füzuli seçki dairəsindən deputat seçilmiş Bahar Muradova öz seçiciləri ilə görüşmək, onların gün-güzəranı, qayğıları ilə yerindəcə tanış olmaq üçün Füzuliyə gəlmişdir. Görüşə başlamazdan əvvəl Bahar Muradova Füzuli rayonunun rəhbərləri, ictimaiyyət nümayəndələri ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi önünə tər qızıl güllər qoydu.

"Təhsil haqqında" qanun layihəsi daimi komissiyaların birgə iclasında müzakirə olunmuşdur
Dünən Milli Məclisin daimi komissiyalarının birgə iclası keçirilmişdir. İclasda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunmuşdur.
Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev demişdir ki, layihə bu ilin mayında Milli Məclisin rəhbəri Oqtay Əsədovun sədrliyi ilə keçirilən daimi komissiyaların birgə iclasında geniş müzakirə olunmuşdur. Bundan sonra sənəd əlaqədar təşkilatlara göndərilmişdir. Komissiyaya və işçi qrupuna qanun layihəsi ilə əlaqədar 500-dən çox təklif daxil olmuş və onların əksəriyyəti nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilmişdir.

Sığorta fəaliyyətinin hüquqi bazası gücləndirilir
Dekabrın 25-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası olmuşdur. Deputatlar əvvəlcə iclasın gündəliyi və cari məsələlərlə bağlı fikirlərini bildirdilər. "Təhsil haqqında" qanun layihəsinin gündəliyə salınmasını təsdiq edən deputatlar bu məsələ ilə bağlı təkliflərini söylədilər. Cari məsələlərin müzakirəsi zamanı həmçinin işıq, qaz və su ilə bağlı problemlərə də toxunuldu. Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı fəaliyyətinin xalqımızın maraqlarına zidd olduğu da diqqətə çatdırıldı.

Milli Məclisin Sədri Oqtay Əsədov beşinci çağırış RF Dövlət Dumasının birinci iclasında iştirak etmişdir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya parlamentinin aşağı palatasının dəvəti ilə dekabrın 24-də fəxri qonaq qismində beşinci çağırış RF Federal Məclisi Dövlət Dumasının birinci təntənəli iclasında iştirak etmişdir.
Dövlət Dumasının birinci iclasını ənənəyə görə, yeni çağırışın ən qocaman deputatı, Rusiya Kommunist Partiyasının üzvü, Nobel mükafatı laureatı Jores Alferov açaraq, deputatlara yaxın 4 ildə uğurlar arzulamışdır.

Milli Məclisin Sədri Oqtay Əsədov Moskvaya gedəcəkdir
AzərTAc xəbər verir ki, dekabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov Moskvaya gedəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfərdən məqsəd Rusiya Federasiyası V çağırış Dövlət Dumasının birinci iclasında iştirak etməkdir.
Səfər çərçivəsində Oqtay Əsədovun Federasiya Şurasında və Dövlət Dumasında bir sıra tədbirlərdə iştirakı da gözlənilir.

Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələdə uğurla inkişaf edir

Dekabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov Belarusun müdafiə naziri Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanla Belarus arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyən parlamentin sədri Oqtay Əsədov qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını bildirdi. Dövlətlərimiz arasında ən müxtəlif sahələri əhatə edən sənədlərin imzalandığına diqqəti çəkən parlamentin sədri perspektiv əməkdaşlıq üçün yeni imkanların da açıldığını qeyd etdi.

Milli Məclisin nümayəndə heyəti Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Zahid Orucov Özbəkistanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak etmək üçün dekabrın 20-də Daşkənd şəhərinə yola düşəcəklər.
Parlament nümayəndə heyəti burada seçki prosesini izləyəcək, bununla bağlı təəssüratlarını bölüşəcəklər.
Səfər dekabrın 24-də başa çatacaq.

Sərnişin və yük daşımalarında vahid norma və qaydalar müəyyənləşdiriləcək

Dekabrın 18-də Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə çıxarılan məsələlər barədə məlumat verdi.
Gündəliyin müzakirəsindən öncə deputatlar cari məsələlərə toxundular. Ermənistanda bu günlərdə "Azərbaycan günləri" adı altında keçirilən tədbirə bir qrup şəxsin qatılmasına mənfi münasibət bildirən deputat Zahid Oruc bu kimi halların qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini vacib saydı.

"Damazlıq heyvandarlıq haqqında" qanun layihəsi ikinci oxunuşa hazırdır
Bu barədə dekabrın 17-də Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iclasında məlumat verilmişdir. Komissiyanın sədri Eldar İbrahimov demişdir ki, qanun layihəsi heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə edilməsinin hüquqi, iqtisadi əsaslarını müəyyən edəcək, damazlıq heyvandarlıq subyektləri arasında münasibətləri tənzimləyəcəkdir.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov demişdir ki, layihənin parlamentdə birinci oxunuş müzakirəsi zamanı səslənmiş irad və təkliflərin böyük əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır.

"Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında" qanun layihəsi hazırlanmışdır
Dekabrın 17-də Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Nizami Cəfərov gündəlikdəki məsələ - "Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında" qanun layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, yaradıcı şəxslər və birliklər Azərbaycan mədəniyyətində və incəsənətində xüsusi rol oynayırlar. Onların fəaliyyətinin nizamlanması üçün belə bir qanunun yaradılmasına böyük ehtiyac vardır. Sənəd yaradıcı şəxslərin və yaradıcılıq ittifaqlarının statusunu, hüquqlarını,

Rəqabət Məcəlləsi əsaslı surətdə təkmilləşdirilmişdir
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının iclasında Rəqabət Məcəlləsi ikinci oxunuşda müzakirə edilmişdir. Komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən, iqtisadiyyatımız gücləndikdən sonra belə bir məcəllənin hazırlanması zərurəti yaranmşdır. Azad bazar münasibətlərinin bir istiqamətini təşkil edən sağlam rəqabət iqtisadiyyatın inkişafına müsbət təsir edən əsas amillərdəndir. Azərbaycanda böyük quruculuq işləri gedir və bütün sahələrdə dinamik inkişaf vardır. Dünyanın ən aparıcı şirkətləri ölkəmizə investisiya qoyurlar.

Milli Məclisin nümayəndə heyəti LİNKS təşkilatının tədbirlərində iştitrak edəcəkdir
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Rövşən Rzayev, Siyavuş Novruzov, Çingiz Əsədullayev, Nizami Xudiyev, Fuad Muradov, Nizami İsgəndərov, Ülvi Quliyev, Mirkazım Kazımov, Rafael Cəbrayılov, İlyas İsmayılov, İkram İsrafilov və Əli Məsimli LİNKS təşkilatının təşkil etdiyi tədbirlərdə iştitrak etmək üçün dekabrın 13-də Londona yola düşəcəklər.

Azərbaycan-Türkiyə-ABŞ əməkdaşlığına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Asim Mollazadə "Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onun Avrasiya üçün əhəmiyyəti" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 9-da Vaşinqtona yola düşəcəklər.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkil etdiyi bu tədbirdə Azərbaycan, Türkiyə və ABŞ-ın Avrasiyanın başlıca geosiyasi məsələlərinə münasibəti, Avrasiyada üçtərəfli əməkdaşlıq üçün mövcud imkanlar, enerji təhlükəsizliyi və digər məsələlər müzakirə ediləcək.

İ.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Bəzi qanunlara əlavə və dəyişikliklər edildi

Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. Deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Deputatların fikirlərinə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov gələn il Azərbaycan parlamentinin yaradılmasının 90 illiyinin təntənəli şəkildə qeyd ediləcəyini bildirdi. Qeyd etdi ki, bununla bağlı yaxın vaxtlarda Milli Məclisdə ayrıca komissiya da yaradılacaq. Əhalinin sovet dövründən qalmış əmanətlərinin qaytarılması ilə bağlı məsələyə gəldikdə isə spiker dedi ki, bununla əlaqədar müvafiq komissiya yaradılıb.

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi təsdiq edildi

Noyabrın 30-da Milli Məclisin növbəti iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə və büdcə zərfinə daxil olan digər məsələlərə baxıldı. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin əsas maliyyə sənədi parlamentin 4 iclasında geniş müzakirə olunmuşdur. Müzakirələrdə 77 deputat çıxış etmiş, səmərəli təkliflər vermişlər. Hökumət həmin təklifləri nəzərdən keçirmişdir.

Deputat köməkçiləri məsləhət alır
Ölkəmizdə demokratiya yolunda daha bir addım atıldı. Cari ilin yanvar ayında seçicilərlə əlaqə-ünsiyyətin möhkəmləndirilməsi məqsədilə Milli Məclisin deputatlarına köməkçilər ayrıldı. Əlbəttə, bu, tamamilə yeni bir fəaliyyət sahəsidir. Köməkçilərin iş üsulu necə olmalıdır? Onlar deputatla seçicilər, həmçinin dövlət orqanları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün nə kimi işlər görməlidirlər?
Bu sahədə fəaliyyətin nizama salınmasında yardımçı olmaq üçün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan Respublikasının Milli Məclisi ilə anlaşma memorandumunu bağlayıb.

İslam Konfransı Təşkilatına üzv dövlətlər Ermənistanla münasibətlərinə yenidən baxmalıdırlar

Noyabrın 27-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İranın "İmam Xomeyni İmdad Komitəsi" Beynəlxalq Humanitar Təşkilatının rəhbəri Hüseyn Ənvarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları səmimi salamlayan birinci vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, qonşu və dost ölkə olan İranla əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar və imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin möhkəmlənməsi üçün hüquqi baza yaratmış və münasibətlərimiz yeni müstəviyə qədəm qoymuşdur.

Tehranda Asiya Parlamentləri Assosiasiyasına üzv ölkələrin parlament rəhbərlərinin görüşü keçirilmişdir
Noyabrın 17-20-də Tehranda Asiya Parlamentləri Assosiasiyasına üzv ölkələrin parlament rəhbərlərinin növbəti görüşü keçirilmişdir. İclasda Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və ölkəmizin İrandakı səfiri Abbasəli Həsənov təmsil etmişlər. İran Prezidenti Mahmud Əhmədinejad iclasda nitq söyləmişdir.

Avropa Şurası Parlament Assambleyasının daimi Komitəsinin iclasında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının daimi Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 22-də Slovakiyanın Bratislava şəhərinə yola düşəcəkdir.
İclasda Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, radioaktiv tullantılar və ətraf mühitin mühafizəsi, gender bərabərliyi, Balkanlardakı münaqişə zonalarında uşaqların vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Azərbaycan Türkiyə qardaşlığı əbədidir

Noyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Osman Arslan ilə görüşmüşdür.
Milli Məclisin Sədri müstəqil Azərbaycanın qardaş Türkiyə ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirmiş və demişdir ki, dövlətlərimizin başçılarının görüşləri və qarşılıqlı səfərləri münasibətlərimizin daha yüksək inkişafına yeni impuls vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bu gün dünyada iki elə dövlət tapmaq çətindir ki, onlar arasındakı münasibət Türkiyə-Azərbaycan münasibətləri səviyyəsində olsun.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.