"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Rusiya prezidentliyinə namizədlərlə bağlı aylardır davam edən söz-söhbətlər, nəhayət, qurtardı. Dmitri Medvedyev Putinin real varisi kimi nəzərdən keçirilən birinci adam idi. Nəticədə belə də oldu. Onun namizədliyini təkcə hakim "Vahid Rusiya" partiyası yox, həm də "Ədalətli Rusiya", Aqrar Partiya və "Vətəndaş qüvvəsi" irəli sürmüşdür. Yəni o, təkcə iqtidarın yox, həm də siyasi qüvvələrin geniş spektrinin nümayəndələrinin namizədidir.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) məlumatına görə, rusiyalılar Qazaxıstanı bütün MDB məkanında Rusiyaya ən yaxın ölkə kimi qəbul edirlər. Bu Mərkəzi Asiya respublikasının milli liderinə etibarın səviyyəsi isə digər dövlət başçılarının reytinqini üstələyir. ÜİRÖM-in apardığı sorğuda Birlik ölkələri Rusiyaya münasibətdə yaxınlıq və tərəfdaşlığın etibarlılığı meyarına görə qiymətləndirilmişdir.
2007-ci ildə Rusiya əhalisinin əməkhaqqı 15 faiz artmışdır. İqtisadi inkişaf naziri Elvira Nəbibullina bildirmişdir ki, "2007-ci ilin yekunlarına görə, real əməkhaqqı artımı 15 faiz, əhalinin real gəlirlərinin artımı 12,5 faiz təşkil edəcək". Gəlirləri yaşayış minimumundan aşağı olan əhalinin nisbəti son iki ildə 18,4 faizdən 14,4 faizə enmişdir. Yüksək və aşağı gəlirli əhali qrupları arasında fərqin aradan qaldırılmasında müsbət dinamikanın olmaması bu mənzərəni korlayır.
İndi xaricdə də Rusiya bankının uşaqlıqdan tanış loqotipinə rast gəlmək olar. Məsələn, Rusiya bank sektorunun flaqmanının - Əmanət Bankının artıq Qazaxıstanda bütöv ofis şəbəkəsi var. Bank yaxın vaxtlarda Ukraynada da ofislər açacaq. Təkcə yaxın yox, həm də uzaq xaricdə ofislər açmaq planlaşdırılır. RF Əmanət Bankının yeni başçısı, sabiq iqtisadi inkişaf və ticarət naziri German Qref artıq bankı beynəlxalq bazarlara çıxarmaq niyyətində olduğunu bildirmişdir. Onun dediyinə görə, bu müəssisənin qarşısında əhalinin əmanətlərini qayğı ilə saxlayan və fəal surətdə artıran ən sabit bank imicini qoruyub saxlamaq vəzifəsi durur:
"Levada" mərkəzinin apardığı tədqiqat göstərir ki, son bir il ərzində insan hüquqları görünməmiş dərəcədə rusiyalıların gözündən düşmüşdür. Səbəb nədir: Rusiyada insan hüquqları sahəsində vəziyyət düzəlib, yoxsa insanlar artıq bu hüquqlardan faydalanmağa ümid etmirlər? Bəlkə onlar əvvəlki idealları gerçəkləşmədiyinə görə məyus olmuş və ümidlərinin həyata keçməyəcəyini anlamışlar? Heç demə, Rusiya Konstitusiyasında əksini tapmış bəzi hüquqlar indi xalqa o qədər də lazım deyil.
2007-ci il təqvim ili ilə bərabər Rus Dili İli də başa çatır. Moskvada, A.S.Puşkin adına Rus Dili və Ədəbiyyatı İnstitutunda İlin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Əsas yekun isə "Rus dünyası" fondunun yaradılmasıdır. Fondun icraçı direktoru, tanınmış politoloq Vyaçeslav Nikonov konfransda çıxış edərkən demişdir: "Fond ona görə yaradılmışdır ki, Rus Dili İli bu gün qurtarmasın. "Rus dünyası" təkcə təşkilatın adı deyil, həm də Prezident Putinin təklif etdiyi nümunədir.
Dekabr mağaza sahibləri üçün ən "çörəkli" vaxtdır. Bu ayda ticarət şəbəkələri illik dövriyyəsinin 70 faizi qədər alver edir! Qışın əvvəlində rəqabət yüz dəfələrlə kəskinləşir. Müştərini səxavətli endirimlərlə və müxtəlif aksiyalarla ələ alırlar. Mağazalar, salonlar və ticarət şirkətləri Yeni il ərəfəsində lotereyalar keçirir və misli görünməmiş hədiyyə-sürprizlər vəd edirlər. Yeni il ajiotajı alıcıları rəflərdən hər şeyi süpürüb aparmağa sövq edir.
Hədiyyənin məbləğinə gəlincə, rusiyalıların üçdə biri keçən il olduğundan daha çox xərcləməyə hazırdır. Orta bayramqabağı büdcə adambaşına təxminən 480 avro təşkil edəcək. Elə də pis deyil, hərçənd Böyük Britaniya (549 avro), yaxud İrlandiya (720 avro) sakinlərinin bayrama xərclədiklərindən xeyli azdır. Hollandiyada isə yerli sakinlər Yeni ilə adambaşına orta hesabla cəmi 182 avro xərcləməyə hazırdırlar. Cürbəcür dəstlər artıq hətta mühafizəkarlar və Yeni ilə bir-iki saat qalmış mağazalara hücum çəkənlər üçün aktual deyil.
Rusiya öz neft-qaz sahəsində köklü dəyişikliklər aparmalı, kəşfiyyat və hasilata sərmayə qoyuluşunu artırmalı, enerji ehtiyatlarından daha qənaətlə istifadə etməlidir. Yoxsa Rusiyanın neft ehtiyatları 22 il ərzində tamamilə tükənəcək. Belə bir proqnoz nüfuzlu Alman İqtisadiyyat İnstitutunun (DIW) məruzəsində yer alır. "Sarsaqlıq və təhrif" - rusiyalı ekspertlərin almanların qəmli proqnozlarına yekdil reaksiyası belə oldu.
Yollarda tıxaclar bütün iri şəhərlərin sakinlərinə tanış problemdir. Bu gün Moskvada təxminən 2,5 milyon avtomobil var. Hər gün tıxaclarda təxminən 200 min maşın dayanır. Paytaxtda hər bir avtomobil sahibi hər ay vaxtının təqribən 15 saatını tıxaclarda keçirir. ABŞ-da bu rəqəm artıq 27 saata çatmışdır. Rusiyada avtomobil parkı sürətlə genişləndiyinə görə nəqliyyat kollapsı, çox güman, qaçılmaz olacaq.
Rusiyada keçirilmiş parlament seçkilərinin nəticələri tamamilə gözlənilən oldu. Sosioloqların və politoloqların proqnozları bütövlükdə təsdiqləndi - Dumaya dörd partiya daxil oldu. Bir tərəfdən, yaxşı ki, ölkədə birpartiyalı sistem formalaşmadı. Belə bir təhlükə isə tamamilə real idi, çünki "Vahid Rusiya"dan çox, Putinə səs verirdilər. Digər tərəfdən, hələlik demək olmaz ki, Rusiyada heç olmasa partiyayarımlıq sistem formalaşmışdır.
MDB ölkələrindən gəlmiş müşahidəçilər Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərin demokratik, azad və şəffaf olduğunu bildirmişlər. Bu barədə Birlikdən olan beynəlxalq müşahidəçilərin seçkilərə hazırlığın və onların keçirilməsinin müşahidəsinin nəticələrinə dair məruzəsində məlumat verilir. Sənəddə deyilir: "MDB-dən olan beynəlxalq müşahidəçilər hesab edirlər ki, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına 2007-ci il dekabrın 2-də keçirilmiş seçkilər ölkədə qüvvədə olan seçki qanunvericiliyinin normalarına,
RF hökumətinin qərarına uyğun olaraq, dövlət xəzinəsindən Rusiyanın üç dövlət korporasiyasına - İnkişaf Bankına, Mənzil-Kommunal Təsərrüfatı Fonduna (MKTF) və Nanotexnologiyalar Korporasiyasına 550 milyard rubl köçürülmüşdür. Doğrudur, bu inkişaf təsisatlarının vəsaitləri tezliklə konkret layihələrə qoyulmayacaq. Pulun korporasiyalara köçürülməsi prosesini iki əsas səbəbə görə gələn ilə keçirməməyi qərara almışlar.
Əhalinin kompyuter savadının artırılması Rusiyada informasiya cəmiyyətinin yaradılması çərçivəsində əsas vəzifələrdən biridir. Bu barədə "RİA Novosti"də keçirilmiş mətbuat konfransında RF İctimai Palatasının informasiya cəmiyyətinin inkişafı məsələləri üzrə işçi qrupunun rəhbəri Yelena Dyakova məlumat vermişdir. Dyakova demişdir: "2000-ci ildə ölkədə bütün dövlət xidmətləri elektron formaya keçirilməlidir. Bu isə o deməkdir ki, elektron dövlət formatında yaşamalıyıq və yaşayacağıq.
"RİA Novosti"nin orijinal xarici məqalələrin rus dilinə tərcüməsinin nəşrində ixtisaslaşan "İnoSMİ" internet layihəsi (www.inosmi.ru) "Mədəniyyət və kütləvi kommunikasiyalar" nominasiyasında "Runet-2007 mükafatı"nın laureatı olmuşdur. Rusiya Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin təsis etdiyi milli "Runet-2007 mükafatı" internet şəbəkəsinin Rusiya seqmentinin inkişafına töhfəyə görə verilir.
Moskvada "Sürətli neytronlarla işləyən reaktorların tətbiqi ilə qapalı dövrə əsasında atom energetikasının inkişafı" mövzusunda ikinci beynəlxalq elmi-texniki konfrans öz işini başa çatdırmışdır. İki yüz rusiyalı və əcnəbi alim (Fransa, ABŞ, Hindistan, Yaponiya, Çin nümayəndələri) növbəti dəfə sürətlə inkişaf edən atom energetikasının əsas məsələlərini müzakirə etmişdir. Atom sahəsinin peşəkarları hesab edirlər ki, bu problemə müasir baxış üç aksioma əsaslanır.
Eyni dildə danışan, amma müxtəlif ölkələrdə yaşayan insanların görüşməsi hadisədir. Onların həm də ümumi maraqları, birgə işi olanda isə ikiqat sevinirlər. Xaricdəki rus teatrlarının Moskvada, "Na Strastnom" teatr mərkəzində (bu, RF Teatr Xadimləri İttifaqının səhnəsidir) qastrolları bir qayda olaraq məhz belə bir ruhda keçir. Teatr Xadimləri İttifaqının sədri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin rus teatrları ilə əməkdaşlıqdan danışır.
Moskva metropoliteninin hədiyyəsi olan "Çil toyuq" vitrajı Paris metrosunun "Madlen" stansiyasını bəzəyəcək. "Metrogiprotrans"ın nümayəndəsinin "RİA Novosti"yə verdiyi məlumata görə, bu, təxminən 2008-ci ilin mayında olacaq. "Çil toyuq" bədii kompozisiyasının qurulması Moskva metropoliteninin Paris Nəqliyyat İdarəsinin hədiyyəsinə cavab aksiyasıdır.
Moskvada Rusiya musiqi sənayesinin "Rekord-2007" mükafatının təqdim edilməsi mərasiminin gedişində əsərləri ən çox satılan musiqi ifaçılarının adları açıqlanmışdır. Mükafat musiqi parçalarının leqal satışları və radioda rotasiyası əsasında təqdim olunur. Mükafatın təsisçisi - "İnterMedia" informasiya agentliyinin baş direktoru Yevgeni Safronov demişdir:
Rusiyada qışın əvvəli avtomobil sənayesində yeniliklərlə zəngindir. Bir-birinin ardınca üç əcnəbi avtomobilyığma müəssisəsi açılır. Yaxın üç il ərzində daha on analoji layihə işə düşəcək. Hazırda Rusiyada dünya avtomobil sənayesinin praktik olaraq bütün əsas oyunçuları fəaliyyət göstərirlər. Ölkədə avtomobilqayırmanın inkişafına cavabdeh olan Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin son iki il ərzində həyata keçirdiyi sənaye siyasətinin ilk nəticəsi belədir.
Beləliklə, dördüncü çağırış Dövlət Duması (Rusiya parlamentinin aşağı palatası) özünün son iclasını keçirdi. Deputatlar son iclasda "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanun layihələrini nəzərdən keçirdilər, həmçinin 2014-cü ildə Soçidə 22-ci Qış Olimpiya oyunlarının və 11-ci Paralimpiya Qış oyunlarının keçirilməsinə dair qanun qəbul etdilər.
Noyabrın ortalarında Romada keçirilmiş 20-ci Ümumdünya energetika konqresində (WEC) Rusiya nümayəndələri əmin etdilər ki, onlar Avropanın uzun illər üçün enerji ehtiyatları təchizatını prioritet istiqamət kimi seçmişlər. Məsələn, "Qazprom" 2015-ci ildə Avropa qaz bazarında payını indiki 26 faizdən 33 faizədək artırmaq niyyətindədir. Deyəsən, AB-nin daxili energetika bazarını qorumaq təşəbbüsü Rusiyanı elə də narahat etmir.
Beynəlxalq kosmonavtikanın haqqını danmaq olmaz. Bu il yanvarın 30-da baş vermiş və "Dənizdən start" proqramının ürəyini - "Odissey" üzən platformasını eybəcər hala salmış dəhşətli fəlakətdən sonra kompleksin doqquz ay ərzində bərpa olunması faktının özü hər cür ehtirama layiqdir. Bədbəxtlik onda deyil ki, qəzadan sonra ağır ərəb rabitə peykinin dənizdən kosmosa buraxılması artıq bir neçə dəfə təxirə salınır. Günahkar - dənizdə qasırğa öz-özünə sakitləşəcək. Başlıcası odur ki, istər buraxılış sisteminin, istərsə də raket sisteminin son testi bütün kompleksin starta tam hazır olduğunu təsdiqlədi.
RF Dövlət Şurası Rəyasət Heyətinin Krasnoyarskda keçirilmiş iclasında Prezident Rusiyada nəqliyyat infrastrukturunun bərbadlığından, o cümlədən yolların vəziyyətindən ətraflı danışdı. Bu da təsadüfi deyil: ölkədə yükdaşımaların 77 faizi və sərnişin daşımalarının 60 faizi avtomobil nəqliyyatının payına düşür. Özü də maliyyələşmənin ildən-ilə artmasına baxmayaraq, yol təsərrüfatı Rusiya iqtisadiyyatının ən problemli sahələrindən biri olaraq qalır.
Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Anatoli Perminov və Hindistan Kosmik Tədqiqatlar Təşkilatının sədri Madhavan Nair Ayın birgə tədqiqi haqqında saziş imzalamışlar. Bir müddət əvvəl S.A.Lavoçkin adına Rusiya Elm-İstehsalat Birliyinin (EİB) baş direktoru Georgi Polişşuk "RİA Novosti"yə bildirmişdi ki, Rusiya Hindistan ilə birlikdə Aya pilotsuz kosmik aparat göndərmək imkanını nəzərdən keçirir.