Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Gənc idmançı mühüm yarışlara hazırlaşır
Yola saldığımız 2007-ci il Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Onlar müxtəlif beynəlxalq yarışlarda 452 medal qazanmışlar. Ölkəmizin idman şərəfini layiqincə qoruyanlardan biri də universal döyüş üzrə dünya birinciliyinin mükafatçısı, Avropa çempionu Bəhruz Kazımovdur.
Dünyaya göz açdığı Ağdam şəhəri erməni faşistləri tərəfindən işğal olunandan sonra kiçik Bəhruz ailəsi ilə birlikdə Oğuz rayonunda məskunlaşmaq məcburiyyətində qaldı.

Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı idmançı və məşqçilərinin adını açıqlamışdır
AzərTAc xəbər verir ki, ölkə kubokunun sahibləri "ABU" və "DİN" komandaları ilin yekunlarına əsasən ölkənin ən yaxşı komandaları seçilmişlər.
Türkiyənin "Trabzonspor bələdiyyəsi" klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Oleq Georgiyevski kişilər, Marina Tankatskaya isə (ABU) qadınlar arasında 2007-ci ildə Azərbaycanın ən yaxşı həndbolçuları elan olunmuşlar. "Təhsil" komandasının çalışdırıcısı Konstantin Ruvinski və Hikmət Abdullayev (DİN) ilin ən yaxşı məşqçiləri hesab edilmişlər.

İdman uğurları ilə yadda qalan il
Müsahibimiz Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovdur

- Eldar müəllim, 2007-ci il sona çatır. İdman sahəsində uğurlarımız barədə nə deyərdiniz?
- Məlumdur ki, hazırda həyatımızın bütün sahələri sürətlə inkişaf edir. İstər iqtisadi, istər mədəni, istər sosial sahələrdə yüksəliş göz önündədir. İdmanımızın inkişafına gəlincə, bu sıçrayışın təməli hələ on il əvvəl, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan qoyulub. İdmanın və olimpiya hərəkatının inkişafına hərtərəfli diqqət və qayğı öz bəhrəsini verməkdədir.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2007-ci ilin laureatlarını elan etmişdir
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) kütləvi informasiya vasitələrinin redaksiyaları, televiziya tamaşaçıları, radio dinləyiciləri və idman azarkeşləri arasında hər il keçirdiyi ənənəvi rəy sorğusunun nəticələrini elan etmişdir.
Kütləvi informasiya vasitələri arasında 2007-ci ilin idman laureatlarını müəyyən etmək üçün keçirilən sorğuda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı İlqar Cəfərov "İlin fotomüxbiri" nominasiyasında qalib elan olunmuşdur.

Şəkidə Prezident Kuboku uğrunda milli oyunlar başa çatmışdır
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində dekabrın 21-dən 24-dək keçirilən Prezident Kuboku uğrunda çövkən və digər milli oyunlar üzrə yarışlara yekun vurulmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 24-də bu münasibətlə mərkəzdə keçirilən mərasimdə əvvəlcə sür papaq oyunu üzrə yarışın final görüşü olmuşdur. Balakən və Zaqatala komandaları qarşılaşmışlar.

Şəkidə Prezident kuboku uğrunda atüstü milli oyunlar keçirilir
Xəbər verildiyi kimi, Azərbaycan xalqının at belində oynanılan milli oyunlarının qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması və kütləviliyin artırılması məqsədi ilə dekabrın 21-də Şəki rayonundakı respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda çövkən və digər milli oyunlar üzrə yarışlara start verilmişdir.

Badminton yarışı başa çatdı
"Azercell Telekom" BM-in korporativ abonentləri arasında keçirdiyi qadın badminton yarışı başa çatdı. 30-a yaxın şirkətin iştirak etdiyi yarışın final mərhələsi "Start" idman kompleksində baş tutdu.
Finalda "Deloitte" və BP şirkətlərinin nümayəndələri olan Ajar Aşımova və Səbinə Həsənova qarşılaşdılar. Rəqibini çətinlik çəkmədən, 2:0 hesabı ilə məğlub edən BP şirkətinin nümayəndəsi Səbinə Həsənova baş mükafata - qızıl medala və mobil telefona sahib oldu.

Bu ilin ən yaxşı paralimpiyaçıları məlumdur
Milli Paralimpiya Komitəsi 2007-ci ilin 10 ən yaxşı paralimpiyaçısının adını açıqlamışdır. Braziliyanın San-Paulu şəhərində cüdo üzrə dünya çempionatının qızıl medalını qazanaraq Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Ramin İbrahimov (66 kq) və İlham Zəkiyev (100 kq) ilin ən yaxşı paralimpiyaçıları seçilmişlər.

Yığma komandamız beynəlxalq turnirin qalibi adını qazanmışdır
Azərbaycan milli yığması Bakı İdman Sarayında keçirilən pankration üzrə beynəlxalq turnirdə komanda birinciliyində 1-ci yeri tutmuşdur.
Rusiya komandası 2-ci, İran millisi isə 3-cü mükafata layiq görülmüşlər.
Azərbaycan idmançıları şəxsi birincilikdə də rəqiblərini üstələmiş, 45 kq, 55 kq, 85 kq və 95 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanmışlar.
Yarışda Azərbaycan, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Tacikistanın müxtəlif yaş qruplarından olan 40-a yaxın idmançısı mübarizə aparmışdır.

Azərbaycan akrobatları gümüş medal qazandılar
Ayla Mahmudova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü Minskdə (Belarus) keçirilən akrobatika gimnastikası üzrə beynəlxalq turnirdə gümüş medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, akrobatlarımız seçim mərhələsini keçərək finala çıxmış, qarışıq komrozisiyada orijinal rroqram nümayiş etdirərək ikinci yeri tutmuşlar. Birinci yeri hazırkı dünya çemrionları Belarusun qadın cütlüyü, üçüncünü isə Rusiya idmançıları qazanıblar.

Anna Qurbanovanın yeni nailiyyəti
Omskda (Rusiya) başa catmış bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan gimnastı Anna Qurbanova iki bürünc medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Anna Qurbanova birinci bürünc medala iplə hərəkətlərin finalındakı çıxışına görə layiq görülmüşdür - 17.925 xal. Finalda halqa ilə kompozisiyanı yerinə yetirəndən sonra da gimnastımız üçüncü yeri tutmuşdur. Çoxnövçülükdə şəxsi hesabda isə Qurbanova beşinci yerlə kifayətlənməli olmuşdur.

Azərbaycan şahmatçıları Sankt-Peterburqda 3 medal qazandılar

Sankt-Peterburqda məşhur rus şahmatçısı Mixail Çiqorinin xatirəsinə həsr olunmuş yarışlar başa çatmışdır. Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Rauf Məmmədov və 15 yaşlı beynəlxalq usta Eltac Səfərli təmsil etmişlər.
Fərəhli haldır ki, şahmatçılarımız növbəti dəfə yüksək ustalıqlarını nümayiş etdirərək yarışlarda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.

Aliyə Qarayevanın növbəti uğuru
Azərbaycan gimnastı Aliyə Qarayeva Pekində keçirilən olimpiyaqabağı test turnirində yaxşı nəticə göstərmişdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Qarayeva təsnifat çoxnövçülük yarışlarında 16 iştirakçı arasında 3-cü yeri tutaraq (68.775 xal), finala vəsiqə qazanmışdır. O, yarışların həlledici mərhələsində proqramın 4 növü üzrə topladığı xalların ümumi sayına görə rəqiblərindən bir bal artıq qazanaraq 3-cü pilləyə sahib olmuşdur. Aliyə ayrı-ayrı növlərdə - halqa ilə kompozisiyaya görə ikinci, ip, gürz və lentlə hərəkətlərə görə isə üçüncü nəticəni göstərmişdir.

Azərbaycan boksçusu Əli İsmayılov Argentina idmançısı Alehandro Alvarerzə nokautla qalib gəlib wbo Latıno kəmərini özündə saxlamışdır
Bütün görüşlərdə Azərbaycan idmançıları qələbə qazanmışlar

AzərTAc xəbər verir ki, dekabrın 8-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkarlar arasında beynəlxalq boks turniri keçirilmişdir.
Turnirin açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Argentina idmançıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. İncəsənət ustalarının ifasında Böyük Azərbaycanlı haqqında mahnılar səslənmişdir.

Azərbaycan boksçusu Əli İsmayılov sahibi olduğu WBOLATINO kəmərini qorumaq uğrunda Bakıda rinqə çıxacaqdır
AzərTAc xəbər verir ki, dekabrın 8-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri başlanacaqdır.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin təşkilatçısı "Qarant Servis" MMC, baş sponsoru "Volvo" şirkətidir. Turnir çərçivəsində üç kikboksinq və üç boks döyüşü keçirilməsi nəzərdə tutulmuşdur.

Milli Olimpiya komandaları üçün təlim-məşq mərkəzində süni örtüklü meydança istifadəyə verilmişdir
Dekabrın 4-də Gənclər və İdman Nazirliyinin Milli Olimpiya komandaları üçün təlim-məşq mərkəzində süni örtüklü meydança istifadəyə verilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, süni örtüklü bu stadion gənclərimizin futbolla ciddi məşğul olmasına təkan verəcəkdir.

Azərbaycan gimnastı İtaliyada keçirilən beynəlxalq çempionatda dörd gümüş medal qazanmışdır
Azərbaycan gimnastı Anna Qurbanova İtaliyada keçirilən "Spoleto Cup" beynəlxalq turnirində dörd gümüş medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, çoxnövçülükdə ilk çıxışından sonra ikinci nəticəni göstərmiş A.Qurbanova Belarusun nümayəndəsi Mariya Yuşkeviçi qabaqlamışdır. O, bu uğurunu halqa, gürz və lentlə hərəkətlər üzrə finallarda da təkrarlamışdır.

Beşqat dünya çempionu gənclərə örnəkdir

Son illər ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, idmanda da böyük sıçrayış baş vermiş, müxtəlif səviyyəli beynəlxalq yarışlarda uğurlu nəticələr əldə olunmuşdur.
Ümummilli lider Heydər Əliyev çıxışlarının birində demişdir: "İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Bizim idmanımızın səviyyəsi qalxdıqca onunla bərabər Azərbaycan xalqının, Azərbaycanın mədəniyyəti də yüksəlir".

Xüsusi olimpiyaçıların Basketbol Həftəsi başa çatdı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları zalında Xüsusi Olimpiya proqramı üzrə Avropa Basketbol Həftəsi çərçivəsində keçirilən basketbol turniri başa çatıb. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş yarışlarda ona qədər komanda iştirak edib.
Yarışların birinci divizionunda Bakının Əzizbəyov rayonundakı 16 nömrəli xüsusi internat məktəbinin, ikinci divizionunda Sumqayıt Şəhər Regional Proqramının kollektivləri birinci,

Gimnastlarımızın yeni uğurları

Dinarə Gimatovanın gümüş medalı, Zeynəb Cavadlının növbəti qələbəsi, Şakir Şıxəliyevin ilk dəfə Azərbaycan çempionu adını qazanması və Dəvəçi akrobatlarının debütü ötən həftənin diqqətəlayiq gimnastika xəbərləridir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Gimatova Kazanda uğurlu çıxışından sonra Zaqrebdə keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Xorvatiyada təşkil olunan yarışlarda Dinarə rusiyalı Avropa və dünya çempionu Vera Sesinadan sonra ikinci yeri tutmuşdur. Üçüncü yeri isə Ulyana Trofimova (Özbəkistan) tutub.

İdman rəqsləri üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilmişdir
AzərTAc xəbər verir ki, noyabrın 25-də "Olimp" İdman Kompleksində idman rəqsləri üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilmişdir.
Azərbaycan İdman Rəqsləri Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışdan məqsəd idman rəqslərini təbliğ və inkişaf etdirmək, şəhər yığma komandasına namizədlər seçmək və idmançıların ustalıq səviyyəsini artırmaqdır.
Şəxsi komanda xarakterli yarışda 1988-1990-cı il təvəllüdlü yeniyetmə və gənclər iştirak etmişlər.

Dünya çempionu

Bu günlərdə Rusiyanın Tolyatti şəhərində pauerliftinq üzrə dünya çempionatı keçirilmişdir. Yarışlarda Rusiya, Ukrayna, Almaniya, ABŞ və digər ölkələrdən gəlmiş idmançılar güclərini sınamışlar.
İştirakçılar arasında Azərbaycan idmançıları da var idi.
Gəncə pəhləvanı Sərxan Əliyev uğurla çıxış edərək 73 kiloqram çəkili idmançılar arasında dünya çempionu olmuşdur.

Lənkəranlı dünya çempionu

1991-ci ildə Xəzər sahillərində - Lənkəranda doğulub. Göy gözlərinə sanki dəniz sularının rəngi hopub. Boy-buxunu ilə yaşıdlarından heç də fərqlənmir. Bəstəboy oğlandır.
İlkin Ağayevlə Lənkəran Şəhər Gənclər və İdman İdarəsində görüşdük. Məşqçisi Əlizadə Əsədovla birlikdə gəlmişdi. Yeri gəlmişkən, İlkinin uğurlarında böyük zəhməti olan Ə.Əsədov əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, beynəlxalq dərəcəli hakimdir.

Marius Vizer: Azərbaycanda cüdo inkişaf yolundadır
AzərTAc xəbər verir ki, noyabrın 22-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşmüşdür.
Görüşdə Azərbaycanda cüdo idman növünün inkişafı, gələcəkdə ölkəmizdə beynəlxalq yarışların keçirilməsi perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır.
F.Ələkbərov demişdir ki, Pekində keçiriləcək 2008-ci il Yay Olimpiya Oyunlarından sonra biz Azərbaycanda cüdo üzrə dünya və ya Avropa çempionatlarından birinin keçirilməsini nəzərdə tutmuşuq.

Xüsusi olimpiyaçıların Basketbol Həftəsi başlanır
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları zalında Xüsusi Olimpiya proqramı üzrə Avropa Basketbol Həftəsi çərçivəsində basketbol turniri başlanır. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş yarışlarda Sumqayıt şəhər əqli və fiziki qüsurlu uşaqlar üçün internat məktəbinin, Əzizbəyov rayonundakı 16 nömrəli xüsusi, 1 və 2 nömrəli yardımçı internat məktəblərinin, 3 nömrəli internat evinin, nitqi qüsurlu uşaqlar üçün xüsusi internat məktəbinin, Sabunçu rayonundakı 11 nömrəli yardımçı internat məktəbinin Nizami rayonundakı 3 nömrəli və Nəsimi rayonundakı 11 nömrəli yardımçı məktəblərin idmançıları iştirak edəcəklər.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.