Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Cəbhədən cəbhəyə
Çarpışmanın həlledici məqamında sərkərdə önə çıxır

Hər bir dava-dalaş, müharibə sülhlə qurtarır. Başqa yol da yoxdur. Çünki əbədi olaraq vuruşmaq, öldürüb dağıtmaq mümkün deyil. Gec-tez insanlar yaşamaq qayğısına qalmalı - bundan ötrü isə əkib-biçməli, qurub-yaratmalı, nəsil artırmalıdırlar. Təəssüf ki, bəzən dinc şəraitdə bir-birini anlamayan tərəflər, mübahisəli məsələdə razılığa gələ bilməyənlər zora, silaha əl atmalı olurlar. Hətta haqlı tərəf belə öz ədalətini gücsüz qəbul etdirə bilmir. Buradan da "sülh istəyirsənsə, müharibəyə hazır olmalısan" zərb-məsəli yaranıb.

ANS-in divanı
Yaxud qaşınmayan yerdən qan çıxarmaq şakəri

Hər bir telekanal maraqlı verilişlər hazırlamağa, tamaşaçılarının sayını artırmağa çalışır. Ölkədə çoxlu özəl telekanalın fəaliyyət göstərdiyi, peyk antenası vasitəsilə dünyanın müxtəlif ölkələrinə məxsus yüzlərlə kanala baxmağın mümkün olduğu zamanda başqalarından fərqli, yaxşı proqram hazırlamaq böyük zəhmət və istedad tələb edir. Əks təqdirdə, tamaşaçı auditoriyasını itirmək çox asandır. Mavi ekran qarşısında əyləşən hər bir şəxs yerindən qalxmadan belə, pultun düyməsini basmaqla üzünü "başqa səmtə" çevirir.

Geriyə doğru irəli?
Görəsən belə bir paradoksal hal mümkündürmü

Tələbə yoldaşım Əli ciddi və çalışqan oğlan idi. İmkanı olsa da heç vaxt imtahanları tapşırtmazdı, oxuyub qiymət alardı. Özü də qrupumuzun yaxşı oxuyanları sırasında idi. "Elmi ateizm" fənnindən "zaçot"umuz çətin alındı. Müəllimimiz fənninin imtahana salınmasını istəsə də, buna nail ola bilməmişdi. Odur ki, acığını bizdən çıxırdı. Düz iki gün bizi (hələ dekanımız Şirməmməd müəllim bundan xəbər tutub müdaxilə etməsəydi, kim bilir, daha neçə gün uzanacaqdı) çək-çevirə saldı.

Bir söz eşitmə!Qulağım bağlaram
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.