"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Şərq bütün zamanlarda fəlsəfənin, ictimai-siyasi düşüncənin mərkəzi olub. Burada dünyaya gələn məşhur qələm sahibləri, sənət-söz adamları, sərkərdə xaqanlar, tarix içində tarix yaratmaqla yanaşı, Şərqin gücünü, qüdrətini bəşəriyyətə sübut ediblər. Varlıqları məmləkəti sənətin, mədəniyyətin nuruna qərq edən qüdrətli sərkərdə xaqanlar qılıncla qurduqları dövlətlərin tarixini qələmlə yazıblar. Saraylarını ustad şairlərin, təbib filosofların, sənət adamlarının gülzarına çeviriblər.
Bu fakt Mədəniyyət və Turizm Nazirliyinin 2007-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilmişdir
Dekabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin əsaslı təmirdən sonra dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmiş, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 2007-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Nazir Əbülfəs Qarayev hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, ötən bir ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mədəniyyət və turizm sahələrinin dünya standartları səviyyəsinə yüksəldilməsi üçün böyük əhəmiyyət kəsb edən 50-dən çox fərman və sərəncam imzalamışdır.
Akademik Milli Dram Teatrı özünün 135-ci mövsümündə hazırladığı bir sıra yeni səhnə əsərləri ilə tamaşaçı yaddaşında qalmağa müvəffəq oldu. Bəllidir ki, bu teatrın yaradıcı kollektivi arasında çox müqtədir aktyorlarla yanaşı, görkəmli rejissor, rəssam və bəstəkarlar da çalışırlar. Onların birgə əməyi nəticəsində 2007-ci ildə təkcə Azərbaycan dramaturqlarının deyil, xarici ölkə yazıçılarının, xüsusilə də klassiklərin əsərləri tamaşaya qoyulmuş və rəğbətlə qarşılanmışdır.
Müəllim haqqında həmişə yüksək fikirlər deyilib, xoş sözlər söylənilib. Amma gəlin etiraf edək ki, hər müəllim də tələbə yaddaşında əbədi ünvan tapmır. Tələbəlik həyatı başa çatan kimi belələri unudulur. Yaxşı ki, ötən əsrin 70-ci illərində indiki Bakı Dövlət Universitetində çalışan müəllimlərin demək olar ki, əksəriyyəti mənəvi dəyərlərin ucalığında dayanan, təkcə pedaqoji fəaliyyətləri ilə deyil, şəxsiyyətləri ilə nümunə olan insanlar idi. Bu sırada adlarını həmişə fəxrlə çəkdiyimiz,
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhərində ucaldılacaq İstiqlal abidəsinin layihələşdirilməsi ilə bağlı açıq beynəlxalq müsabiqənin müddətini uzatmışdır. Dövlətimizin başçısının "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" sərəncamına əsasən abidənin layihələşdirilməsi üzrə açıq beynəlxalq müsabiqə elan edilmişdi. Müəyyən edilmiş tarixədək baxılmaq üçün Müsabiqə Komissiyasına 34 layihə təqdim olunmuşdur.
Əlimə qələm alıb bu xatirələri yazıya köçürərkən əvvəlcə fikrimdən məşhur bir mahnının sözləri gəlib keçdi: "Ey həyat, sən nə qəribəsən?!" Həqiqətən də, bu belədir, elə bil hər şey dünən baş verib, hər şey təzədir, hər şey hələ yaddaşdadır. Lakin illər keçir, ömrün səhifələri vərəqlənir. Əlli il əvvəl, daha dəqiq desək, 1958-ci il yanvarın 10-da "Bakı" axşam qəzetinin ilk sayı işıq üzü görmüşdür. Beş il sonra, 1 iyun 1963-cü ildən isə "Baku" qəzeti nəşr olunmağa başlamışdır.
AzərTAc xəbər verir ki, dekabrın 18-də bəstəkar, xalq artisti, professor Emin Sabitoğlunun 70 illik yubileyi münasibətilə vaxtilə yaşadığı evin divarında xatirə lövhəsi açılmışdır. İndi bu ünvanda ata və oğulun - Sabit Rəhmanla Emin Sabitoğlunun qranitdən hazırlanmış barelyefləri qoşa dayanmışdır. Mərasimdə çıxış edənlər bildirmişlər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə açılan bu barelyef həm də mərhum bəstəkarın 70 illik yubileyinə bir töhfədir.
Dünyanın ən məşhur lüks markası ESCADA Bakıda yeni yaz-yay 2008 kolleksiyasının möhtəşəm nümayişini keçirdi. 200-dən artıq qonaq toplayan defile böyük əks-səda doğurdu və mübaliğəsiz olaraq moda aləmində ilin ən parlaq hadisəsi sayıla bilər. Kolleksiyanın təqdimatı Hyatt Regency hotelində keçirilmişdir. Defiledə iştirak etmək üçün Moskvadan modellər dəvət olunmuşdur, geyim və aksessuarlar isə Almaniyadan gətirilmişdir.
Ötən bir ildə Lerik görkəmini xeyli dəyişib. Yeni evlər tikilib, yollara asfalt döşənib. Bu yaxınlarda 350 yerlik orta məktəb qapılarını şagirdlərin üzünə açıb, yeni yaşayış evində 16 ailə mənzil alıb, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi üçün yaraşıqlı bina istifadəyə verilib, Dairə Seçki Komissiyası müasir binaya köçüb. Tarix-diyarşünaslıq muzeyi əsaslı təmir edilib... Lerikdəki Uzunömürlülər muzeyi isə 1991-ci ildən fəaliyyətdədir. Bura ağsaqqalların, ağbirçəklərin uzun ömür sürməsindən, onların həyat tərzindən geniş məlumat verən mədəniyyət ocağıdır.
Qara Qarayevin musiqisi, onun Azərbaycan incəsənətindəki mövqeyi barədə düşünərkən, Lev Tolstoyun Nikolay Rerixin yaradıcılığı haqqında söylədiyi fikir yada düşür. "Gur çayda üzən qayıqçı təhlükəsizlik məqsədilə ona lazım olan yerdən daha yüksək nöqtəyə üz tutmalıdır. Mənəviyyat aləmində də belədir: həyatda məğlub olmamaq üçün daha yüksək məqsədlərə can atmaq lazımdır".
Dekabrın 14-də Budapeştin nüfuzlu "Duna Palota" salonunda Qara Qarayevin 90 illik yubileyinə həsr edilmiş simfonik musiqi konserti olmuşdur. Konsertdən əvvəl ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov Azərbaycan klassik musiqisinin bənzərsiz xüsusiyyətləri barədə macar dinləyicilərinə məlumat vermişdir. Konsertdə Dunay simfonik orkestrinə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlzadə dirijorluq edirdi. Bu, tanınmış Azərbaycan dirijorunun Macarıstana ikinci səfəridir.
Xalq artisti, xaricdə "Azərbaycanlı maestro" kimi tanınmış bəstəkar Firəngiz Əlizadə özünün yeni əsəri olan "Qarabağnamə" operası ilə bizi yenidən sevindirmişdir. Dekabrın 15-də Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkarın ustalıqla yazılmış və eyni dərəcədə yüksək sənətkarlıqla tamaşaya qoyulmuş operasına ictimai baxış olmuşdur. Operanın libretto müəllifi filologiya elmləri doktoru professor Nərgiz Paşayevadır.
AzərTAc xəbər verir ki, dekabrın 13-də Birinci beynəlxalq Rostropoviç musiqi festivalı çərçivəsində Muzey Mərkəzində görkəmli musiqiçinin həyat və yaradıcılığından bəhs edən fotosərginin açılışı olmuşdur. Sərgidə Mstislav Rostropoviçin həyatının müxtəlif dövrlərinin əks olunduğu fotoşəkillər nümayiş etdirilir. İlk bölmədə yer almış fotoşəkillər dahi musiqiçinin Bakıda keçən uşaqlıq illərinə həsr olunmuşdur. Burada Rostropoviçin valideynlərinin fotoşəkilləri, Moskva musiqi texnikumunda oxuduğu illəri əks etdirən fotolar da var.
Qazax şəhərində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 290 illiyi münasibətilə Qazax və Şuşa rayon icra hakimiyyətlərinin birgə təşəbbüsü ilə təntənəli yubiley mərasimi keçirilmişdir. İştirakçılar əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərin heykəlini ziyarət etmişlər. Sonra qonaqlar və ictimaiyyətin nümayəndələri Mütəfəkkirlər parkına gələrək Molla Pənah Vaqiflə, Molla Vəli Vidadinin qoşa heykəli önünə gül-çiçək dəstələri qoymuşlar.
Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, musiqiçilərin və gənc sənətçilərin iştirakı ilə Azərbaycan vokal sənətinin inkişafında mühüm rol oynamış dünya şöhrətli müğənni, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor Bülbülün 110 illik yubileyinə həsr olunmuş gecə keçirilmişdir. Teatrın foyesində ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdu.
Ötən əsrin ikinci yarısından milli mətbuatımızın inkişafında zəhməti olanlardan biri də yazıçı-publisist Əli İldırımoğludur. O, jurnalistlik fəaliyyətinə Qubadlı rayonunda çıxan "Avanqard" qəzetində başlamış, sonra dövrün ən populyar və nüfuzlu nəşri sayılan "Kommunist" qəzetinə dəvət edilmiş və 35 il bu mətbu orqanın ayrı-ayrı bölgələrində xüsusi müxbiri vəzifəsində işləmişdir. Onun əmək mövzusunda, neqativ hallara qarşı sərt mövqeli yazıları bu gün də xatırlanır. Yaxın günlərdə ağsaqqal həmkarımızın 80 yaşı tamam oldu. Əlamətdar yubileyi münasibətilə o, respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.
AzərTAc xəbər verir ki, "Üns" teatrı dekabrın 5-də yeni layihə reallaşdırmaqla Bakı tamaşaçısını yenə də təəccübləndirmişdir. Azərbaycan, Portuqaliya, İspaniya, Qazaxıstan, Norveç və digər ölkələri təmsil edən etnik musiqi ifaçıları teatrın səhnəsində dünya etnik musiqisi xəzinəsinin seçmə əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər. Konserti İspaniya musiqiçiləri açmışlar. Simli trio ispan xalq melodiyalarını müasir interpretasiyada təqdim etmişdir.
Azərbaycan musiqisində simfonik muğam janrının banisi, instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarı Fikrət Əmirov dövrünün məşhur sənətkarlarından biri idi. Onun musiqisi ötən əsrin sənət zirvələrini fəth edərək bu unudulmaz və görkəmli bəstəkara dünya şöhrəti gətirmişdi. Fikrət Əmirov hələ 1967-ci ildə yazırdı: "Üzeyir Hacıbəyov mənim sənət müəllimim olub. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışmışam. Yaxın və Orta Şərq professional musiqisi üçün Üzeyir Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
Xalq yazıçısı, Milli Məclisin deputatı Əkrəm Əylisli zəmanəmizin istedadlı qələm sahiblərindən biridir. Hər dəfə onunla rastlaşanda vaxtı ilə oxuduğumuz əsərlərinin mənası, məntiqi yenidən yaddaşımızda oyanır. O, geniş, əhatəli bilgiyə, həyat həqiqətlərini canlı təsvir etmək qabiliyyətinə malik yazıcıdır. Əkrəm Əylisli ilə 70 yaşının tamamı ərəfəsində yenə görüşüb söhbətləşdik.
İtaliyanın paytaxtı Romada yenicə istifadəyə verilən Müasir İncəsənət Kompleksinin konsert zalında "AL KAMANDJATI" - "VİOLİNOÇİ" musiqili dram tamaşasının premyerası olub. Qeyd edək ki, ssenarisi israilli jurnalist Amira Hassa, musiqisi isə Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, professor Firəngiz Əlizadəyə məxsus olan tamaşanın süfeti dünya miqyasında günümüzün ən aktual mövzusundan olan Fələstin-İsrail münaqişəsindən götürülüb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Alüminium" III Beynəlxalq müasir incəsənət biennalisi-festivalı çərçivəsində 19 ölkədən gəlmiş rəssamların növbəti sərgisi Muzey Mərkəzində açılmışdır. Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirmişdir ki, sərgidə təsviri incəsənətin müasir perfomans, videoart, fotoqrafiya, instalyasiya və eləcə də, ənənəvi heykəltəraşlıq və boyakarlıq janrlarında əsərlər nümayiş olunur.
Ədəbiyyatımıza, teatr sənətimizə qiymətli töhfələr verənlərdən biri də əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi Mir Mehdi Seyidzadədir. O, çətin, amma mənalı ömür yaşamışdır. Gərgin əməyi, yaradıcılığı sayəsində tanınmış, nüfuz qazanmışdır. M.Seyidzadənin atası Bakının Əmircan kəndindən idi. Erkən yaşlarından Xəzər dəniz gəmiçilik müəssisəsində əmək fəaliyyətinə başlamışdır. O zamanlar həmkarları ilə onu da Tacikistana göndərmişdilər. Mir Mehdi də Aşqabad şəhərində dünyaya göz açmışdır. O, ibtidai təhsilini İranda, Məşhəd şəhərində almışdır.
Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri ilə təltif edilmiş Ömər Həsən oğlu Eldarov ömrünün ixtiyar çağını yaşayır. O, dörd yaşında olanda valideynləri Dərbənddən Bakıya köçüb. Burada Rəssamlıq Texnikumunu, sonra Leninqradda İ.Repin adına Rəssamlıq İnstitutunu bitirib. İllər keçdikcə sənət aləmində istedadlı tişə ustası kimi tanınıb. Neçə-neçə şəxsiyyətlərin obrazlarını mərmər, tunc, mis, ağac üzərində əbədiləşdirib.
Türk xalqlarının ortaq şifahi ədəbiyyatından, folklorundan və mədəniyyətindən, məhəbbət dastanlarından süzülüb gələn qədim mərasimlərdən biri də xınayaxdı, xına gecəsi mərasimidir. Türk-islam ənənəsində həm sağlamlıq, həm gözəllik, həm gəlin köçən qıza ata evində keçirilən sonuncu mərasim kimi yüksək dəyərləndirilən xınayaxma mərasimi həm də qurbanlıq kimi yozulur. Əsgərin başına xına yaxaraq Vətənə, qoçun alnına və dırnaqlarına xına yaxaraq Allaha, qızların saçına və əllərinə xına yaxaraq ailəsinə qurban deyərmişlər.
Milli teatrımızın tanınan və sevilən nümayəndələrindən biri, epizodik rolların mahir ifaçısı Hacıməmməd Quliyev (Qafqazlı) yazırdı: "XIX əsrin sonlarında Lənkəranda anadan olmuşam. Dörd yaşım olar-olmaz valideynlərim ehtiyac ucbatından, iş tapmaq üçün Bakıya köçdülər. Birinci sinfə getmək vaxtı çatanda çantam, kitab-dəftərim olmadığından, başı açıq, ayağı yalın rus-tatar məktəbinə üz tutdum. Hələ o vaxt anladım ki, tale adamı sınaqlara da çəkər, üzünə də gülər. S.S.Axundovu, A.Şaiqi, H.Mahmudovu,