Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident
Parlament
Siyasət
İqtisadiyyat
Digər
[Nəticələrə bax]

   Yeniliklər
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildi

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər.
İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.

Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdir

Abşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Azərbaycan nefti ən baha qiymətə satılmışdır

Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir.
Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.

Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdur

Bişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.

   Baş redaktordan
Yaxud sözünü o kəslərə de ki, səni eşitməsin

Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
Dekabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2007-ci il 27 noyabr tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK 13 saylı Əzizbəyov birinci, 14 saylı Əzizbəyov ikinci, 29 saylı Səbail, 45 saylı Abşeron, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 71 saylı Masallı kənd, 111 saylı Zaqatala-Balakən və 115 saylı Şəki kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar çıxarmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Bakının Suraxanı rayonundakı 2 nömrəli uşaq evində olmuşlar

AzərTAc xəbər verir ki, dekabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evində olmuş, onlara bayram sovqatı paylamışlar.
Komitənin sədri Hicran Hüseynova ölkədə uşaqların inkişafı üçün zəruri şərait yaradıldığını qeyd etmiş, onların müdafiəsi istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırmış, bu sahədə AQUPDK-nın fəaliyyətindən danışmışdır.

Bakı Yeni ili qeyri-adi təntənə ilə qarşılayır

AzərTAc xəbər verir ki, Bakıda yeni 2008-ci ilin tam fərqli qarşılanması üçün artıq bütün təşkilati işlər yekunlaşdırılmışdır.
Dekabrın 31-də dünya azərbaycanlıları yeni təqvim ilinin gəlişi ilə yanaşı, həm də həmrəylik gününü qeyd edəcəklər. Başqa sözlə, həmin gün Azərbaycan iki bayramın təntənəsini yaşayacaqdır. Sakinlər və şəhərimizin qonaqları Bakının baş meydanında möhtəşəm diskotekanın şahidi olacaqlar.

Respublikanın hüquq-mühafizə orqanları baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması istiqamətində son vaxtlar bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirmişdir
Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin AzərTAc-a daxil olmuş birgə məlumatında deyilir ki, ölkənin hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması istiqamətində son vaxtlar bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir.

Geoloq-alimlər ili uğurla yola salırlar
Azərbaycan Milli Elmlər Akademiyası Yer elmləri bölməsinin və Geologiya İnstitutu Elmi Şurasının ümumi yığıncağı keçirilib. Geologiya İnstitutunun 2007-ci ilə dair hesabatına həsr olunmuş tədbirdə MEA-nın vitse-prezidenti, institutun direktoru akademik Akif Əlizadə geniş məruzə ilə çıxış edib. O, gələn ay institutun 70 yaşının tamam olacağını bildirib, qazanılmış uğurlardan danışıb və geologiya elminin yükünü çiyinlərində şərəflə daşımış alimləri yada salıb.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 28-də saat 13.30-dan 14.00-dək Daşkəsən rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən, saat 22.30-dan 22.45-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən, dekabrın 29-da fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Ədliyyə Nazirliyi ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan etmişdir
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində ədliyyə fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, nazirliyin fəaliyyətinin qanunvericilik bazası və strukturu tamamilə yeniləşmiş, yeni qurumlar, o cümlədən regional ədliyyə şöbələri yaradılmışdır.
Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsində peşəkar kadr korpusunun formalaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq işə qəbulun yüksək tələblər səviyyəsində, şəffaf prosedurlarla aparılması üzrə tədbirlər davam etdirilir.

Bakı Kitab Klubu jurnalistləri mükafatlandırıb
Bakı Kitab Klubu hər ilin sonunda kitabın təbliğində fəal iştirak edən jurnalistləri mükafatlandırır. Bu ilin yekunlarına həsr olunmuş yığıncaqda klubun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elxan Rzayev kitab yayımında kütləvi informasiya vasitələrinin rolundan danışıb və qalibləri elan edib.
"Paritet" qəzetindən Nərmin Muradova, APA agentliyindən Ülkər Qasımova, "Mədəniyyət" qəzetindən Sabutay Nağıyev və redaksiyamızın əməkdaşı Bariz

Daim qayğı əhatəsindəyik
Dövlət başçısına minnətdarlıq edirlər

Həmkarlarım mütləq mənimlə razılaşarlar ki, dünyanın heç bir ölkəsində mədəniyyət xadimlərinə, incəsənət işçilərinə bizim respublikada olduğu qədər diqqət və qayğı göstərilmir. Açıq deyəcəyəm, bəzən bu diqqət və qayğı o qədər müntəzəm olur ki, özümüz də heyrətlənirik.
Bu il mənim 80 yaşım tamam oldu. Xalqımdan, dövlətimdən çox razıyam. Təbriklərin sayı-hesabı bilinmədi. Dövlət başçımız, cənab Prezident İlham Əliyev mənim musiqi mədəniyyətinin inkişafındakı əməyimi yüksək qiymətləndirərək vətənin ən yüksək mükafatına - "İstiqlal" ordeninə layiq gördü.

Əsl bayram hədiyyəsi
Dövlət başçısına minnətdarlıq edirlər

Qurban bayramının doğurduğu sevincin təəssüratlarını yaşadığımız anlarda ölkə Prezidenti cənab İlham Əliyev fərəhimizi bir daha artırdı. 25 dekabr 2007-ci ildə verdiyi fərmana əsasən Prezidentin fərdi təqaüdlərinin 50 faiz artırılması nəzərdə tutuldu. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezidentin bu addımı bizə qol-qanad verdi. Bu, əsl bayram hədiyyəsidir. Söhbət maddi təminatdan getmir. Ölkə başçısının diqqət və həssaslığı bizi heyrətə gətirir. Ürək nə qədər geniş olmalı və həssas duyğularla yaşamalısan ki, qayğıların, gərgin işin bolluğunda vaxt tapıb təqaüdçülər haqqında düşünəsən.

"Zəngilanın səsi" qəzetinin 75 illiyinə həsr olunmuş tədbir
AzərTAc xəbər verir ki, dekabrın 25-də Zəngilan Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Zəngilanın səsi" qəzetinin 75 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Tanınmış jurnalistlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Valid Sənani çıxış edərək ölkə Prezidenti İlham Əliyevin ölkəmizdə azad, demokratik mətbuatın inkişafına daim böyük önəm verdiyini vurğulamışlar.

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir
AzərTAc xəbər verir ki, dekabrın 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
"Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Səhər tezdən şəhər sakinləri yarmarkaya gələrək bayram süfrəsi üçün həvəslə təzə və keyfiyyətli məhsullar alırdılar. Onlar bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıq edirdilər.

"AvroMed" uşaqları sevindirdi
Xeyriyyəçilik ənənələri ilə ictimaiyyətin diqqət mərkəzində olan "AvroMed" Bakının Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin uşaqlarını da sevindirdi. Bayramlar ərəfəsində uşaq internat evində olan şirkət nümayəndələrinin uşaqlarla olan təması maraqlı təəssürat yaratdı.
Tədbir internat evinin həyətində ağac əkməklə başlandı. Heydər Əliyev Fondunun "Hərəyə bir ağac əkək" devizi ilə həyata keçirdiyi missiyanın davamı kimi təqdir olunan ağac əkmək mərasimi "AvroMed" nümayəndələrinin xoş məramından xəbər verirdi.

Azərbaycanda meyvəçiliyə dair ilk mükəmməl dərslik
Zaur Həsənovun və Cəbrayıl Əliyevin MBM nəşriyyatında işıq üzü görmüş "Meyvəçilik" kitabı bu mövzuda Azərbaycan dilində ilk məkəmməl dərslikdir. Kitabın təqdimatına keçməzdən əvvəl müəllifləri haqqında bir neçə söz demək istərdim. 85 yaşında dünyasını dəyişmiş kənd təsərrüfatı elmləri namizədi Cəbrayıl Əliyev 67 il Azərbaycan Kənd Təsərrüfaı İnstitutunda (indiki Kənd Təsərrüfatı Akademiyasında) çalışmış, meyvəçilik, subtropik bitkiçilik və bəzək bağçılığı fənlərini tədris etmiş, hazırladığı dərsliklərə və dərs vəsaitlərinə görə professor adına layiq görülmüşdür.

2008 siçan ilidir, həm də... kartof ili elan edilib
Orta əsrlər nücum elmi-salnamə və falnamələri fələklər, onların insan taleyi ilə əlaqəsi haqqında ulularımızın təsəvvürləri barədə geniş məlumat verir. Həmin məlumatlardan görünür ki, yüz illər boyu ilahiyyata dərin etiqad bəsləmiş və buna görə də saf mənəvi dayaqlar əsasında yaşayıb-yaratmış nəsillər göylərin Yerdəkilərə təsirinə, Yer üzünün bütün işlərinin ilahi bir qanunauyğunluqla idarə olunduğuna həmişə inanıblar.

"Azercell - Telecom" TÜSİAB V futzal turnirinin qalibi oldu
Bakı Əl Oyunları Sarayında keçirilən ənənəvi TÜSİAB V futzal turniri sona çatdı.
TÜSİAB üzvləri arasında birlik, bərabərlik və dostluq tellərini daha da möhkəmləndirmək, onların asudə vaxtlarını səmərəli keçirmək və Azərbaycanda futbolu inkişaf etdirmək məqsədilə keçirilən turnir bu dəfə TÜSİAB Cəmiyyətinin yaranmasının 13-cü ildönümünə həsr edilib.
Bu il turnirdə TÜSİAB üzvü olan 11 şirkət iştirak edirdi:

Xaçmazda Əziz Əliyevin büstü və xatirə muzeyi açılmışdır
AzərTAc xəbər verir ki, dekabrın 28-də Xaçmazda görkəmli alim və ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin büstü və xatirə muzeyi açılmışdır.
Muzeydə Əziz Əliyevin yazdığı kitablar, elmi monoqrafiyalar, həyat və yaradıcılığını əks etdirən eksponatlar toplanmışdır.
Açılış mərasimində Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya Federasiyasının Dağıstan Respublikasından qonaqlar - Dərbənd Şəhər İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov,

Akademik Yusif Məmmədəliyev adına mükafatın yeni laureatları
Azərbaycan Respublikası Bilik, Maarifçilik Mədəniyyət və İnformasiya Mərkəzi ənənəyə görə hər il elm, mədəniyyət, təhsil, incəsənət və xeyriyyəçilik sahəsində fəqlənənləri akademik Yusif Məmmədəliyev adına mükafatla təltif edir.
Türk dünyasının tanınmış maarifçisi və xeyriyyəçisi İhsan Doğramaçı görkəmli ictimai xadim və alimin adını daşıyan mükafata layiq görülmüşdür.
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, respublikanın xalq artisti Sərvər Qəniyev,

Paytaxtın bəzi prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin və sürücülərin nəzərinə çatdırır ki, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Azadlıq meydanında keçiriləcək tədbirlə əlaqədar dekabrın 31-i saat 18.00-dan Neftçilər, Azərbaycan, Azadlıq, Bülbül prospektləri, Üzeyir Hacıbəyov, Yusif Səfərov, Rəsul Rza küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.
İdarədən AzərTAc-a daxil olunmuş məlumatda bildirilir ki, bununla əlaqədar nəqliyyat vasitələrini idarə edərkən alternativ yollardan istifadə olunması tövsiyə edilir.

Milli mətbuatımızın tarixində məktəb yaradan ustad
Azərbaycan milli mətbuatının 30 ildən çox bir dövrünün inkişafı və ideya-məzmun cəhətdən formalaşması ümummilli lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev müasir mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmiş, onun böyük qayğıkeşi və himayədarı olmuşdur. Bu bir həqiqətdir ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra məhz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti, doğma xalqına sonsuz məhəbbəti sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanın özü ilə bərabər, onun milli mətbuatı da əsl inkişaf mərhələsini yaşamışdır.

TQDK-da ilin yekunları müzakirə olundu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2007-2008-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə və yeni ildə qarşıda duran vəzifələrə həsr olunmuş brifinq keçirilmişdir.
Brifinqdə çıxış edən TQDK-nın sədri, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın üzvü Məleykə Abbaszadə vurğuladı ki, builki qəbul kampaniyası əvvəlki illərdən iştirakçılarının rekord sayda olması ilə fərqlənib. Belə ki, ali məktəblərə imtahanlarda iştirak etmək üçün 106831 abituriyent ərizə vermişdir.

"Fortepiano şairi" Fərhad Bədəlbəyli haqqında miniatür kitab belə adlanır

Dekabrın 27-də Miniatür Kitab Muzeyində Azərbaycan və SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 60 illik yubileyi ilə əlaqədar tanınmış sənətkarın yaradıcılıq portretini əks etdirən "Fortepiano şairi" miniatür kitabın təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda musiqi xadimləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar dekabrın 31-də paytaxtın Neftçilər prospektindən Azadlıq meydanı istiqamətinə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaqdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov AzərTAc-a bildirmişdir ki, həmin gün avtomobillərin hərəkəti başqa istiqamətlərə dəyişdiriləcəkdir.

Rabitə xidmətlərinin 74,3 faizi əhaliyə göstərilib
Rabitə müəssisələri ilin on bir ayında hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 638,7 milyon manatlıq xidmət göstəriblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən rabitə xidmətləri 22,9 faiz artıb. Xidmətlərin 74,3 faizi əhaliyə göstərilib. Əldə olunan gəlirin 70,5 faizi mobil telefon rabitəsindən yaranıb.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 21,9, Quba-Xaçmaz iqtisadi rayonunda 29,9, Dağlıq Şirvan iqtisadi rayonunda 25,8, Şəki-Zaqatala iqtisadi rayonunda 26,2, Aran iqtisadi rayonunda 24,7,

Narkotik qaçaqmalçılığının qarşısı alınmışdır
Gömrük orqanları əsas vəzifələrindən biri kimi qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DGK mətbuat xidmətinin məlumatına görə, hələ iyul ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı-Urumçi aviareysi ilə uçan Ukrayna vətəndaşı Krasnyuk İrina Aleksandrovnaya məxsus çemodanın astarının altından 3 kiloqram 115 qram heroin aşkar edilmişdi.

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.