"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi təsis edildiÖlkəmizdə fəaliyyət göstərən QHT-lər sırasına daha bir ictimai birlik - "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlq Mərkəzi" qoşuldu. Dekabrın 30-da Bakı Əyləncə Mərkəzində ictimai birliyin təqdimetmə mərasimində birliyin təsisçiləri İlham İsmayılov, Akif Kərimov və Asəf Abbasov qurumun yaranması zərurətindən bəhs etdilər. İ.İsmayılov bildirdi ki, birliyi yaratmaqda əsas məqsəd Azərbaycandan kənarda yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsinə və inkişafına kömək göstərməkdir.Qarabağ müharibəsi əlillərinə avtomobillər hədiyyə edilmişdirAbşeron rayonunda və ölkəmizin şimal bölgəsində yaşayan Qarabağ müharibəsi əlilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gözəl hədiyyə almışlar. AzərTAc-ın müxbiri xəbər verir ki, dekabrın 30-da Xırdalanda onlara "Oka" markalı avtomobillərin açarları təqdim olunmuşdur. Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra mərasim iştirakçıları Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.Azərbaycan nefti ən baha qiymətə satılmışdırDövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nefti ən baha qiymətə satılmışdır. "Azəri Layt" markalı neftin 1 bareli birjalarda 96 dollar 16 sentə alınmışdır. Bu, indiyədək ən yüksək göstəricidir. Azərbaycan neftinin noyabr ayı üzrə orta qiyməti isə 92 dollar olmuşdu.Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılışı olmuşdurBişkek şəhərində Azərbaycanın Qırğızıstandakı səfirliyi binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev, dövlət başçısının müşaviri Bolat Şəmşiyev, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənmişdir.
Azərbaycan xalqının ən böyük istedadı özünü söz demək sahəsində büruzə verib. Bizim bir çox görkəmli söz ustadlarımız, xüsusən satiraçılarımız yaşadıqları dövrdə elə möhtəşəm əsərlər yaradıblar ki, bu gün də öz qüvvət və təravətini saxlayır və indiki gedişlə sonrakı əsrlərdə də aktuallığını qoruyacaq. Çünki belə şeir və felyetonlar (yəqin ki, başa düşdünüz ki, söhbət mollanəsrəddinçilərin yaradıcılığından gedir) millətin mental xüsusiyyətlərini özündə əks etdirən böyük psixoloji tutuma malikdir. Psixologiya isə dəyişikliklərə ən gec uğrayan sahələrdən sayılır.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 30-da Bakıda Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmək üçün əraziyə gəldi. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi: "Cənab Ali Baş Komandan, şəxsi heyət Dövlət bayrağı meydanının təməlqoyma mərasiminə hazırdır".
Dekabrın 30-da Bakının Nərimanov rayonu ərazisində, Nəsib bəy Yusifbəyli küçəsində yeni salınan yol istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Dövlətimizin başçısı yeni yolun planı və burada hərəkətin təşkilinin sxemi ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək dedi ki, cənab Prezident, Sizin şəxsi təşəbbüsünüz və tapşırığınızla bu ərazidə müasir standartlara uyğun salınmış təxminən 1,5 kilometrlik yolun ümumi eni 16 metr, hərəkət hissəsi isə 15 metrdir.
Dekabrın 29-da Bakının Azadlıq meydanında Səhiyyə Nazirliyinin aldığı yeni təcili tibbi yardım avtomobilləri və tibbi avadanlıq nümayiş etdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev yeni abtomobillər və avadanlıqla tanış olmuşdur. Dövlətimizin başçısı 2007-ci il 20 fevral tarixli "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılmış 12 milyon manat vəsait hesabına Almaniyadan 150 ədəd "Mercedes" markalı təcili tibbi yardım avtomobili alınmışdır.
Dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində Azərbaycanda sahibkarlığın inkişafında mühüm mərhələ olan "bir pəncərə" sisteminin təqdimat mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə departamentin binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu. "Bir pəncərə" sisteminin tətbiqi proseduru ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi.
Dekabrın 28-də Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin əsaslı təmir-bərpa işlərindən sonra açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Muzeyin direktoru, MEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Baş nazirin müavini Abid Şərifov, "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyev, inşaatçılar və paytaxt sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı muzeyin binası önündə səmimiyyətlə qarşıladılar, onlara gül dəstələri təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev humanizm prinsipindən çıxış edərək 2007-ci il dekabrın 28-də 119 məhkumun əfv olunması haqqında fərman imzalamışdır. Fərman əsasında 114 şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, 2 məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 3 şəxs isə digər cəzalardan azad edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda, Heydər Əliyev adına Sarayda aparılan əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı şəkildə təmir edilən və yenidən qurulan çoxsaylı monumental binalardan biri olan bu sarayda işlərə aprel ayından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yenidənqurma işlərini "Azəraqrartikinti" və "Pim Proje" Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirir.
Dekabrın 28-də Milli parkda, Muzey Mərkəzinin qarşısında tamamilə yenidən qurulmuş "Ağ" musiqili fəvvarə işə salınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə onun tapşırığı əsasında burada görülən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, fəvvarənin layihəsi İtaliyada hazırlanıb və mütəxəssislər də oradan gəlmişlər. Belə bir musiqili fəvvarə dünyada yeganədir və layihənin müəlliflik hüququ Azərbaycana məxsusdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Prezident sarayında Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Mehmet Mehdi Eker Türkiyə və Azərbaycanın kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığın uğurla həyata keçirildiyini və bir sıra istiqamətlərdə konkret sazişlərin olduğunu bildirdi. O, bu sahədə birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu dedi.
- Əziz dostlar! Yeni il ərəfəsində bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Həm ilin idman yekunları müzakirə edilir, həm də biz görüşürük, birlikdə oluruq. Dünən Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısında ilin yekunları haqqında geniş müzakirələr aparılmışdır. Bütövlükdə, Azərbaycan idmançıları bu ili uğurla başa vurdular. Beynəlxalq yarışlarda həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə 452 medal qazanılmışdır. Beləliklə, Azərbaycanın idman imkanları daha da geniş şəkildə dünyaya təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Prezident sarayında Misirin Beynəlxalq Əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Prezident İlham Əliyev Azərbaycan-Misir ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini bildirdi. Misirə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində bu səfərin əhəmiyyətini vurğuladı və ölkələrarası münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolunu yüksək dəyərləndirdi.
Dekabrın 27-də Bakıda, Heydər Əliyev prospektində ilk yerüstü piyada keçidinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısının "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının təsdiq edilməsi haqqında" Sərəncamına əsasən paytaxtda görülən işləri xatırladaraq dedi ki, dünyanın nəqliyyat problemi ilə üzləşən əksər böyük şəhərlərində belə keçidlər mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Prezident sarayında İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain Quidettinin etimadnaməsini qəbul etmişdir. Alain Quidetti Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu. Milli geyimli oğlan və qızlar sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar. Prezident İlham Əliyev əvvəlcə teatr binasının ətrafını gəzdi, abadlıq və yaşıllaşdırma işləri ilə tanış oldu. Dövlətimizin başçısı açılış mərasiminə toplaşan inşaatçıları, teatrın əməkdaşlarını salamlayaraq dedi ki, gözəl iş görmüsünüz.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da paytaxtın Əziz Əliyev küçəsinin və Neftçilər prospektinin kəsişməsində (Kukla Teatrı ilə üzbəüz) yerləşən bağda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva istirahət guşəsini gəzdilər. Məlumat verildi ki, burada müasir üslubda fəvvarə quraşdırılmış, əraziyə xaricdən gətirilmiş üzlük plitələr döşənmiş, oturacaqlar qoyulmuş və müasir standartlara uyğun işıqlandırma sistemi yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dekabrın 25-də Prezident sarayında Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda 2007-ci ildə ölkəmizin iqtisadi və ictimai-siyasi həyatında əldə edilmiş nailiyyətlərin yekunları, xarici və daxili siyasətinin mühim istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, 2008-ci ildə iqtisadi, sosial və digər sahələrdə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Əziz həmvətənlər! Hörmətli soydaşlarımız! Sizə xalqımızın ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümummilli bayram kimi təntənə ilə qeyd edilir. Onun əsas məzmununu xalqımızın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Prezident sarayında İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdullah Vureykəti qəbul etmişdir. Abdullah Vureykət İordaniya Kralı II Abdullahın salamlarını və Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini, ən səmimi arzularını çatdırdı. Dövlətimizin başçısı İordaniya Kralının salamlarına və təbrikinə görə təşəkkür etdi və onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Prezident sarayında İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm və təhsil üzrə müşaviri İsmayıl Serageldini qəbul etmişdir. Azərbaycana səfərindən məmnunluğunu bildirən İsmayıl Serageldin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan arasında elm, təhsil sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə İsgəndəriyyə kitabxanasının töhfə verməyə hazır olduğunu bildirdi.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Prezident sarayında Moldovanın "Kanal-4" televiziyasına müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir. - Hörmətli cənab Prezident, Sizin ölkəniz Avropaya inteqrasiya etmək əzmində olduğunu sözün tam mənasında yetərincə qətiyyətlə bəyan etmişdir. Lütfən deyin, bu baxımdan Azərbaycanın hansı uğurlarından danışmaq olar, Azərbaycan Avropaya nə dərəcədə yaxınlaşmışdır?
Əli Bayramlı Müalicə-Diaqnostika Mərkəzinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar! Əziz bacılar və qardaşlar! Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün bu gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Təxminən ilyarım bundan əvvəl biz bu gözəl binanın təməl daşını birlikdə qoyduq və bu gün onun açılışında iştirak edirik. Çox şadam ki, qısa müddət ərzində Əli Bayramlıda çox gözəl və müasir tibb ocağı yaradılmışdır. Mən indi mərkəzlə tanış oldum və gördüm ki, burada ən yüksək səviyyəli avadanlıq quraşdırılıb, bu bina çox yüksək keyfiyyətlə tikilibdir.
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.Türkiyə Prezidenti Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik etmiş, dost və qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulamışdır. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmişdir. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.
Dekabrın 24-də Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, onu doğum günü münasibətilə təbrik etmiş, Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır. Azərbaycan Prezidenti Süleyman Dəmirələ xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Əli Bayramlı şəhərində olmuşdur. Dövlətimizin başçısı əvvəlcə Əli Bayramlı Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılışı mərasimində iştirak etmişdir. Mərkəzin qarşısına toplaşan minlərlə sakin Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar. Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Müdafiə Sənayesi Nazirliyinin Əli Bayramlıda yerləşən "Telemexanika" zavodunda olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətindəki büstü önünə gül dəstələri qoydular. Sonra dövlətimizin başçısı zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxdı. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət və qayğını əks etdirən, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı maraqlı fotoşəkillər toplanmışdır.