Azərbaycan Respublikası Dövlət Himni    
          
Ana səhifə
Prezident Administrasiyasında
Parlament
Siyasət
Iqtisadiyyat
Məktublar
Qanunlar
Müsahibələr
Ölkədə
Əlavə
Reklamlar
Mədəniyyət
İdman
Baş redaktordan

       Arxiv

       Axtarış

   Səs vermə

Saytımızda ən çox hansı mövzuları oxuyursunuz?
Prezident 31.52 % (1859)
İqtisadiyyat 26.06 % (1537)
Digər 22.99 % (1356)
Siyasət 16.42 % (968)
Parlament 3.00 % (177)
Səslərin cəmi: 5897

   Yeniliklər
Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".

"Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" çap olunub

Oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədilə "Yeni kitabların biblioqrafik informasiya göstəriciləri" adlı məcmuə çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan yeni nəşrdə təqdim olunan ədəbiyyatlar əlifba sırası və dillər üzrə verilir.
Mədəniyyət telekanalı ilə bağlı müsabiqənin müddəti uzadıla bilər

Ölkədə mədəniyyət telekanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqəyə bu günədək sənəd təqdim edilməyib.
MTRŞ-dən bildiriblər ki, sənəd təqdim edilməsə də, müsabiqə və şərtlərlə maraqlananlar var. Elan edilmiş müddətədək müraciət olmazsa, müsabiqənin vaxtı uzadıla bilər. Qeyd edək ki, avqustun 4-dən mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edilib. Müsabiqəyə sənəd qəbulunun müddəti sentyabrın 4-də başa çatacaq. Əgər müsabiqə baş tutarsa, sentyabrın 5-də MTRŞ müsabiqədə iştirak edən şirkətlərin adlarını açıqlayacaq.

Azərbaycanda güzəştli şərtlərlə 8,3 mindən artıq kompüter satılmışdır

"Xalq kompüteri" layihəsinin icrasına başlandığı vaxtdan cari il sentyabrın 2-dək layihə çərçivəsində vətəndaşlar tərəfindən güzəştli şərtlərlə 8 min 348 kompüter və noutbuk alınmışdır.
Bu barədə AzərTAc-a layihənin işçi qrupundan məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin əvvəlinədək isə 4 mindən artıq kompüter və noutbuk satılmışdır.
İcrasına 2009-cu il aprelin 10-da başlanılmış "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin 2009-cu ilin aprelində start verilmiş pilot fazası çərçivəsində ölkədə 7 min 695 fərdi kompüter, noutbuk və lisenziyalı proqram təminatı satılmışdır.

   Baş redaktordan
Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidirÖlkəmizin BMT Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olubNATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidirHeydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur

Ən uca bayraq
Dövlət Bayrağı Meydanında dalğalanan möhtəşəm üçrəngli bayraq azərbaycanlıların qürur mənbəyidir

Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faciələrlə üz-üzə qalmış, lakin bütün bunlara baxmayaraq, öz qürurunu, ləyaqətini itirməmiş, milli dəyərlərini qorumaqla qüdrətini bir daha sübuta yetirmiş, müstəqillik haqqına sahib olmuşdur. Azərbaycan xalqı XX əsrin əvvəllərində öz müstəqillik arzusuna qovuşsa da, bu, cəmi 23 ay çəkdi. Bu qısa zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həmin dövrə uyğun çox mütərəqqi addımlar atmışdır. Bunlardan ən əsası isə dövlət rəmzlərinin yaradılması olmuşdur.


BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq sənəd Ermənistanın təcavüzkar mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdıracaqdır
Ermənilər dünya ictimaiyyətinin onların təcavüzkar olduğunu getdikcə daha aydın şəkildə dərk etməsini və pisləməyə başlamasını çox böyük narahatçılıqla qarşılayırlar.
Bu istiqamətdə atılan çox əhəmiyyətli addımlardan biri bu yaxınlarda BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı sənəddir.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov demişdir.
Ə.Əhmədov BMT-də müzakirəyə çıxarılacaq bu sənədin bir çox dövlətlər tərəfindən dəstəklənəcəyinə inandığını bildirmişdir. O demişdir ki, biz buna əminik. Çünki Azərbaycanın apardığı diplomatik səylər belə bir inamı ortaya qoymağa əsas verir.  ... »»

NATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidir
NATO Parlament Assambleyasının (PA) prezidenti Con Tanner Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin qurumun payız sessiyasında qaldırılacağına söz vermişdir.
Bu məlumatı AzərTAc-a Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirmişdir. Z.Əsgərov yaz sessiyasında NATO PA-nın prezidenti ilə görüşdüyünü vurğulayaraq demişdir ki, o zaman C.Tannerə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün sənədlər təqdim olunmuşdur. O da bu məsələni NATO PA-nın payız sessiyasında qaldıracağına söz vermişdir.  ... »»

"Vaşinqton Tayms: "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər"
ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms" qəzetinin 3 sentyabr tarixli nömrəsində Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi məsələləri üzrə direktor müavini Qay Billauerin "Azərbaycana biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ bilər" başlıqlı məqaləsi dərc olunmuşdur.
Müəllif qeyd edir ki, Azərbaycan dünyada özünün zəngin neft və qaz ehtiyatlarına görə daha çox tanınsa da, Vaşinqtonun Əfqanıstan probleminə son qoyması üçün həlledici əhəmiyyətə malik bir ölkədir.
Əfqanıstanda hərbi əməliyyatların həyata keçirildiyi zaman ABŞ müntəzəm olaraq Azərbaycanın hava limanlarından istifadə etmiş, 2001-ci il sentyabrın 11-dən etibarən Azərbaycanın hava məkanı üzərindən minlərlə uçuş həyata keçirmişdir.  ... »»

Azərbaycan BMT-də Ermənistana daha bir diplomatik zərbə endirir
Ölkəmizin qurumun Baş Assambleyasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi işğalçı dövlətdə ciddi təşvişə səbəb olub

Azərbaycanın diplomatik müstəvidə təcavüzkar Ermənistanı məğlubiyyətə uğratması beynəlxalq miqyasda, eləcə də işğalçı dövlətin özündə açıq etiraf olunan faktdır. Məhz ölkəmizin diplomatik fəaliyyəti nəticəsində Ermənistanın işğalçı dövlət olduğu, müxtəlif vaxtlarda xalqımıza qarşı soyqırımları həyata keçirdiyi dünya ictimaiyyətinə daha yaxşı məlumdur. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin ehtiva olunduğu bütün beynəlxalq sənədlərdə, qətnamə və qərarlarda Ermənistan Azərbaycan ərazilərini zəbt etmiş ölkə kimi təsvir edilir və ondan təcavüz siyasətinə son qoyması tələb olunur. Ermənistanın işğalçı siyasətinin və onun mahiyyətinin beynəlxalq diqqət mərkəzində qalması üçün həyata keçirilən siyasətin davam etdirilməsi isə sözügedən dövləti dünya ictimaiyyəti qarşısında getdikcə daha pis vəziyyətə salır.  ... »»

Qayğı daha xoş işlərə ruhlandırır
Hörmətli cənab Prezident!
Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Sizin tükənməz qayğı və diqqətiniz sayəsində günü-gündən çiçəklənir, dünya miqyasında geniş şöhrət qazanır. Bütövlükdə ölkəmizdə olduğu kimi, Gəncə bölgəsində də sosial-iqtisadi problemlər uğurla həllini tapır, abadlıq-quruculuq işləri geniş vüsət alır.
Çox xoşdur ki, dünyamiqyaslı işlərlə bərabər daim elmin, mədəniyyətin inkişafına da xüsusi qayğı göstərirsiniz. Elə bu qayğı və diqqətin sayəsində ölkəmizin yeganə aqrar təhsil mərkəzi də son vaxtlar tanınmaz dərəcədə dəyişmişdir. Məhz Sizin təşəbbüsünüzlə bu qocaman təhsil ocağına yüksək status verildi.  ... »»

Azərbaycan uğurlu enerji siyasəti yürüdən ölkə kimi tanınır
İri enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi ötən dövrdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritet istiqamətini təşkil etmişdir. Elmi əsaslarla həyata keçirilən sosial-iqtisadi strategiya inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə gerçəkləşməsinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti islahatların davamlılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.  ... »»

Dövlət aztəminatlı vətəndaşların və pensiyaçıların sosial müdafiəsini gücləndirmək üçün ardıcıl tədbirlər görür
Prezident İlham Əliyevin son sərəncamları bunu bir daha təsdiqləyir

Ötən il olduğu kimi, cari ilin arxada qalan dövrü də Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əhalinin rifahının yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən əhəmiyyətli işlər görülüb.  ... »»

Türkiyəli jurnalistlər Azərbaycanın şanlı bayrağının əbədiyyətə qədər dalğalanmasını diləyirlər
Azərbaycanın Qarsdakı baş konsulluğu jurnalistlər üçün iftar süfrəsi açmışdır.
Qars Jurnalistlər Cəmiyyətinin sədri Yücəl Sezər çıxışında demişdir: "Azərbaycan dünyanın ən yüksək bayrağını səmalarda dalğalandırdı. Biz türklər bu reportajı seyr etdiyimizdə həm qürur hissi keçirdik, həm də çox sevindik. Azərbaycanın şanlı bayrağının əbədiyyətə qədər dalğalanmasını diləyirik".
Baş konsul Ayxan Süleymanov mübarək Ramazan ayında mətbuat nümayəndələri ilə iftar süfrəsi arxasında görüşün əlamətdar olduğunu, diplomatik nümayəndəliyimizin kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. Türkiyə-Azərbaycan əlaqələrinin heç bir siyasi və iqtisadi mənfəətə əsaslanmadığını, ulu öndər Heydər Əliyevin söylədiyi kimi: "bir millət, iki dövlət" prinsipləri üzərində qurulduğunu vurğulayan baş konsul demişdir ki, bu gün dövlətlərimizin başçıları bu istiqamətdə mühüm addımlar atırlar. Qardaş Türkiyə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Azərbaycanın mövqeyini hər zaman dəstəkləmişdir.  ... »»

Sberbank və Azərbaycan Beynəlxalq Bankı əməkdaşlıq barədə memorandum imzaladı
3 sentyabr 2010-cu il tarixində Moskva şəhərində Rusiyanın nəhəng maliyyə-kredit təşkilatı olan Sberbank və Azərbaycan Beynəlxalq Bankı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Bu sənəd hər iki tərəfin vahid mövqeyini ifadə etməklə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi, effektiv istehsal sahələrinin kreditləşdirilməsi, müxtəlif istiqamətləri əhatə edən layihələrin birgə maliyyələşdirilməsi, o cümlədən daşınmaz əmlakla bağlı sahələrin inkişaf etdirilməsi, investisiya proqramlarında iştirak, yeni iş yerlərinin yaradılması və s. işlərdə hər iki böyük bank üçün birgə fəaliyyətə yeni imkanlar açır.  ... »»

Heydər Əliyev Fondunun ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KİV-lərində böyük əks-səda doğurmuşdur
Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır.

Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" kimi nəşrlərinin ardınca "Rossiyskaya qazeta", "Tribuna" qəzetləri də maraqlı məqalələr dərc etmişlər.
Mətbuat səhifələrində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Rossiyskaya qazeta"da "Ulyanovsklu uşaqlara Azərbaycan hədiyyəsi" sərlövhəli material təqdim olunmuşdur. Məqalədə deyilir: "Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskda məktəbin bərpasına 25 milyon rubl sərf edilmişdir. Layihə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi nəzarəti altında həyata keçirilmişdir... Azərbaycanın özündə Fondun dəstəyi ilə əsasən kənd rayonlarında 300-dən çox məktəb təmir və inşa edilmişdir. İndi Heydər Əliyev Fondunun bu strategiyası ilə Rusiya regionlarında da tanış olurlar".  ... »»

Təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir
Sentyabrın 4-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür.
Sonra təhsil işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Konfrans işinə məktəblilərin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır.  ... »»

Kürdəmirdə yeni təhsil ocaqları
Bu, tədrisin keyfiyyətinə də təsir edəcəkdir

Bu il yazın əvvəlindən ölkənin bir çox bölgələri ana təbiət tərəfindən sınağa çəkildi. Aramsız yağan leysan yağışları nəticəsində çaylar daşdı, bir çox əkin sahələri, yaşayış məntəqələri sel suları altında qaldı. Ən böyük zərbə isə Kürqırağı rayonlara dəydi. Belə rayonlardan biri də Kürdəmir oldu. Xatırladaq ki, daşqınlar nəticəsində Kürdəmir rayonunda 700-dən artıq evi və həyətyanı sahəni su basmış, 50 fərdi yaşayış evi uçmuş, 148 ev qəzalı vəziyyətə düşmüş, 29 yaşayış evindən sakinlər köçürülmüşdü.  ... »»

Söz deməyə gərək mənəvi haqqın ola
Son vaxtlar bir sıra qəzet və jurnal səhifələrində çap olunan yazılarda, eləcə də bəzi telekanallarda gedən verilişlərdə sovet dövründə yaşayıb-yaratmış görkəmli yazıçılar yerli-yersiz məhşər ayağına çəkilir, yaradıcılıqları təftiş olunur, onlara necə deyərlər, divan tutulur. Əlbəttə, həmin yazıçıların əsərlərinə müasir dövrün prizmasından baxmaq, gənc nəsli onların yaradıcılığı ilə tanış etmək lazımdır. Ancaq bu zaman obyektivlik prinsipləri unudulmamalıdır, ona riayət edilməlidir.  ... »»

Əməliyyatların ətraf mühitə təsiri yoxlanılır
Bu yaxınlarda bp Azərbaycan şirkəti 2009-cu ildəki fəaliyyətini əks etdirən hesabatı kitab şəklində nəşr etdirib. "Davamlı inkişaf haqqında hesabat" adlanan həmin topluda şirkətin fəaliyyəti bir çox aspektlərdə işıqlandırılıb. Burada ətraf mühitlə bağlı məsələlərə də xüsusi önəm verilib. Bu da təsadüfi deyil. Çünki bp-nin SƏTƏMM prinsiplərində ətraf mühitə qayğı əsas hissələrdən birini təşkil edir. SƏTƏMM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi deməkdir.  ... »»

www.president.az

www.heydar-aliyev.org

www.heydar-aliyev-foundation.org

www.azerbaijan.az

www.meclis.gov.az

www.refugees-idps-committee.gov.az

www.human.gov.az

www.mns.gov.az

Azərbaycan Respublikası, Bakı ş.
Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə

Tel.: (+994 12) 439 49 20, 438 20 87; Faks: (+994 12) 439 43 23
azerbaijan_newspaper@azeronline.com; az_reklam@azeronline.com
2000-2010 ©, "Azərbaycan" Qəzeti  |  Bütün hüquqlar qorunur.