20:28 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb

ANA SƏHİFƏ / SİYASƏT
00:54 28.02.2021

 

Yaponiyanın “fnn.jp” portalı ermənilərin 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, reportajda portalın müxbirinin Azərbaycanın işğal altında olmuş şəhər və kəndlərində ermənilər tərəfindən törədilən vandalizm aktları barədə geniş məlumatı əksini tapıb. Reportajın əvvəlində münaqişənin tarixi barədə məlumat verən müxbir ötən ilin sentyabr-noyabr ayları ərzində davam etmiş müharibədən bəhs edir. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının dayandığı vurğulanır. 

Azad edilmiş şəhər və kəndlərdə ermənilərin bütün tikililəri dağıtdığı, evlərin qapı-pəncərələrini, damlarını sökərək apardığı, yaşayış və sosial obyektləri yandırdığı yapon tamaşaçılara təqdim olunur.

Qeyd edilir ki, azad edilmiş ərazilərə gələn azərbaycanlılar burada yalnız dağıdılmış və yandırılmış yaşayış məskənləri ilə qarşılaşırlar. Ermənilər yalnız evləri yandırmaqla kifayətlənməyib, buradakı qiymətli ağacları da kəsib aparıblar. Həmçinin ermənilər tərəfindən basdırılmış minaların xəritələrinin Azərbaycan tərəfinə verilməməsi ərazidə hərəkətə ciddi təhlükə yaradır.

Reportajda hazırda Ermənistanda baş verən hadisələrə də toxunulur, ölkədə siyasi sabitliyin hələ də gərgin qaldığı, hakimiyyət uğrunda mübarizənin qızışdığı qeyd edilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM