01 Mart 2021 13:48
736
A- A+

Şəhid anası: Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq

 

Vətən müharibəsi qəhrəmanlarından olan Elçin Zalov döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. O, Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zalov Elçin İslam oğlu 1995-ci il iyunun 6-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Elçin yaşa dolduqca şəhid əmisinin qəhrəmanlıq xatirələri ilə böyüyüb. Elə kiçik yaşlarından arzusu hərbçi olmaq olub.

Şəhidin atası İslam Zalov deyib ki, Elçin vətənpərvərliyi ilə seçilirdi. Əmisi birinci Qarabağ müharibəsində şəhid olub. O, əmisinin qisasını almaq üçün söz vermişdi.

Ermənilərə qarşı böyük nifrət bəsləyən Elçin həqiqi hərbi xidmətdə olarkən ön cəbhədə Vətənin keşiyini çəkir. Hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirmək istəsə də, bu istəyi baş tutmur, mülki işdə çalışmağa başlayır. İyul hadisələrindən sonra Elçin hərbi çağırışa könüllü olaraq müraciət edir. Vətən müharibəsində isə ilk çağırışda ordu sıralarına qoşulur.

Şəhidimizin atası bildirib ki, vəzifəsi qumbaraatan olan Elçinin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Bir çox tapşırıqların icrasını uğurla yerinə yetirib, düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə düşmənə ağır zərbələr vurub. Oktyabr ayının 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid anası Şəhla Nəcəfova deyib ki, övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azad olunması uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular.

“Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq. Həyatı qiymətləndirməyi bacaran insanlar ölümü də hər zaman dəyərləndirirlər. Bütün insanlar vaxtı gəldikdə bu dünyadan köçür, lakin şəhidlər haqqında “öldü” demirik. Biz hər birimiz öləcəyik, lakin şəhidlərimiz hər zaman yaşayacaqlar. Onlar Vətəni qorudular, torpaqlarımızı azad etdilər, valideynlərini, sevdiklərini nə qədər əziz, uca tuturdularsa, Vətəni də bir o qədər uca bildilər”, - deyə şəhid anası vurğulayıb.

“Şirin xatirədək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər”, - deyən şəhid anası əlavə edib ki, şəhidlərimiz həyatı sevərək yaşayıb, sevilərək şəhid oldular.

Qeyd edək ki, şəhid Elçin Zalov doğma kəndi olan Dünyamalılarda torpağa tapşırılıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə Elçin ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video