18:19 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiyanın idman naziri MDB ölkələrinin səfirləri ilə görüşüb
ANA SƏHİFƏ / İDMAN
13:47 17.02.2021

 

Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin Moskvada MDB ölkələrinin səfirləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Oleq Matıtsın qeyd edib ki, bu il Müstəqil Dövlətlər Birliyinin yaradılmasından 30 il keçir. İdman sahəsində əməkdaşlığın bu ölkələrin qarşılıqlı fəaliyyətinin çox mühüm tərkib hissəsi olduğunu vurğulayan nazir bildirib ki, hazırda MDB məkanında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın perspektivli formaları müzakirə edilir. O deyib: “Bizim fikrimizcə, ortamüddətli perspektiv üçün birgə planlar hazırlamağın vaxtı yetişib. Bakıdan olan tərəfdaşlarımıza idman sahəsində əməkdaşlıq üçün analoji proqramlar hazırlamaq imkanını nəzərdən keçirmələrini təklif edirəm”.

O.Matıtsin bu il sentyabrın 4-dən 11-dək Kazanda keçiriləcək Birinci MDB ölkələri Oyunlarına hazırlıq barədə də məlumat verib.

Səfir Polad Bülbüloğlu görüş iştirakçılarını MDB-nin yubileyi münasibətilə təbrik edib və MDB ölkələrinin qarşısında duran ümumi məsələlərin həllində onlara yeni uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycan iri idman yarışlarının keçirilməsi üçün beynəlxalq məkana çevrilib. P.Bülbüloğlu deyib: “Azərbaycan iri idman yarışlarının, o cümlədən Formula-1 üzrə Avropa Qran-Prisi, idmanın müxtəlif növləri üzrə dünya çempionatları kimi tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ildə Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu Oyunlar çox uğurlu keçib, xüsusən açılış və bağlanış mərasimləri son dərəcə yaddaqalan olub. Bunun sayəsində Azərbaycanda inkişaf etmiş idman infrastrukturu yaranıb, respublikanın əhalisi, xüsusən gənclər arasında idmana maraq artmaqda davam edir”.

Səfir Azərbaycan ilə Rusiya arasında idman sahəsində əməkdaşlıq məsələsinə də toxunaraq xatırladıb ki, 2018-ci ilin sentyabr ayında Soçidə ölkələrimizin hökumətləri arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkənin idman federasiyaları və olimpiya komitələri arasında sıx qarşılıqlı əlaqə yaranıb.

P.Bülbüloğlu Birinci MDB ölkələri Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM