18 Yanvar 2021 17:42
646
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan: Türkiyə atdığı addımlarla dünyada zülm və istismar üzərinə qurulmuş “nizamı” dərindən sarsıdır

 

Şərqi Aralıq dənizindən Qarabağ məsələsinə qədər məsələlərdə qəti əzmimizi bütün dünyaya göstərdik. Türkiyə atdığı addımlarla dünyada zülm və istismar üzərinə qurulan və əsrlərdir davam edən “nizamı” dərindən sarsıdır. Artıq bölgəmizdə masaüstü xəritələr tətbiq etmək, təbii sərvətlərin asanlıqla talan edilməsi məqsədilə daxili münaqişələr yaratmaq və terrorçuluğu alovlandırmaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) doqquz vilayət üzrə VII toplantısında bildirib.

2023-cü ildə keçiriləcək seçkilər barədə danışan Prezident Ərdoğan deyib: “AKP indiyə qədər 15 fərqli, ümumi, yerli, prezident və referendum seçkilərinə qatılıb, hər birindən də qalib çıxmağı bacarıb. Dövlətimizin atacağı növbəti addımlar baxımından hər seçim vacibdir, lakin 2023-cü il seçkiləri ölkəmiz üçün tarixi dönüş nöqtəsi olacaq”.

Türkiyə Prezidenti bildirib ki, ölkə iqtisadiyyatında sürətli inkişaf üçün bütün lazımi islahatlar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video