26 Fevral 2021 00:39
719
SİYASƏT
A- A+

Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının (FWO) baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə M.Cabbarov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.

Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor K.Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Qeyd edilib ki, FWO Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.

Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakına dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video