24 Fevral 2021 16:43
817
PARLAMENT
A- A+

Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib

 

Fevralın 24-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və bir qrup idmançı ilə xüsusi karantin rejimin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizin Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərdən, bu Qələbənin nəticəsində uzun illər düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsindən və nəticədə ölkəmizin gücünün bütün dünyaya nümayiş etdirilməsindən danışıb.

Qeyd olunub ki, xalqımızın vətənpərvərliyi, Ali Baş Komandanımız Prezident İlham Əliyevin ətrafında sıx birliyi, müharibədə və diplomatik müstəvidə qazanılan uğurlar Vətən müharibəsindən Qələbə ilə çıxmağımızın əsasını təşkil edib.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, habelə qazilərimizin qayğıları daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə şəhid ailələri və qazilərin problemlərinin həlli ilə bağlı “Yaşat” Fondunun təsis edilməsi, habelə icra hakimiyyətlərində onlarla işləmək üçün struktur bölmələrin yaradılması bu qayğının bariz nümunəsidir.

Görüşdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsinin vacibliyinə də toxunulub, idman və gənclər siyasətinin hər zaman ölkə başçısının diqqətində olmasından, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən məmnunluq ifadə olunub.

Qeyd edilib ki, idmana diqqətin artırılması gənc nəslin zərərli vərdişlərdən uzaq olmasını və onların layiqli vətəndaşlar kimi yetişdirilməsini təmin edən mühüm amildir. Söhbət zamanı cəbhədə qazanılmış qələbələrin beynəlxalq idman yarışlarında uğurla davam etdirilməsi və idmançılarımızın ölkəmizi daha yaxşı təmsil etmələri üçün əzmlə çalışmalarının vacibliyi diqqətə çatdırılıb.

Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, arxa cəbhədə fəal xidmət göstərən şəxslərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video