Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Anar Kərimov Fransa və Azərbaycan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliği ilə bağlı reallaşdırılan tədbirlər, o cümlədən ölkəmizin Fransada həyata keçirdiyi layihələr barədə məlumat verib.
Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və mədəni infrastrukturun vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı talan və “təmizləmə” həyata keçirib. Bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb.
Dövlət katibi Jan Batist Lömuan qəbula görə təşəkkürünü bildirərək hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. Qonaq eyni zamanda Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub.
Anar Kərimov bu məsələyə dair hazırda danışıqların davam etdiyini bildirərək, müstəqil ekspertlərdən ibarət UNESCO missiyasının, təşkilatın 1954-cü il Haaqa Konvensiyasına və digər BMT sənədlərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində, beynəlxalq hüquqda mədəni mülkiyyət hesab olunan bütün müəssisə və abidələri əhatə etməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Həmçinin, missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik baxımından ərazinin ilk öncə minalardan təmizlənməsi və iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edib.
Nazir eyni zamanda Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən bu məsələ ilə bağlı daha çox xristian abidələrinə dair fikirlərin səsləndirilməsinin və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmamasının Azərbaycanda təəssüflə qarşılandığını vurğulayıb. Qeyd olunub ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə ölkəmizdəki bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən “Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə siyasətinin açıq göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
29 Mart
Şirvanda daha bir həyət abadlaşdırılıb
29 Mart
Gəncənin daxili yollarında təmir işləri yekunlaşıb
29 Mart
Təzə ad düşərli olub
29 Mart
Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var
29 Mart
Ermənistan başqalarının əlində alətə çevrilmişdir
29 Mart
İmperializmin təzahürü
29 Mart
Bakı asan rəqib deyil
29 Mart
Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir
29 Mart
Terror bəşəriyyət üçün təhlükədir
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!