24 Yanvar 2021 00:15
1079
Mədəniyyət
A- A+

Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri birgə konsert proqramları hazırlayacaqlar

 

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Bilkent Simfonik Orkestrinin müdiri Aydın Mecid və musiqi direktoru Nüsrət İspir arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Ramil Qasımov artıq bir neçə mötəbər konsert zalının və musiqi kollektivlərinin rəhbərləri ilə ənənəvi hal alan görüşlərin böyük əhəmiyyətini vurğulayıb. Görüşdə qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dil, din, mədəniyyət, adət və ənənələrin ortaq olması Azərbaycan və Türkiyəni həmişə bir-birinə doğma edib və hər iki ölkə bir-birilərinə daim maddi və mənəvi dəstək, kömək olmaqla qardaşlıqlarının əbədi olduğunu sübut etmişlər.

Ramil Qasımov əminliklə bildirib ki, pandemiya bitdikdən sonra Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestrinin birgə həyata keçirəcəyi layihələr sayəsində mədəni münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq.

Sonda videokonfransa yekun vuran Ramil Qasımov mədəniyyət xadimlərinə təşəkkürünü bildirib və gələcəkdə yeni layihələrlə bağlı görüşlərin keçirilməsinin münasibətlərimizə yeni mühüm töhfələr bəxş edəcəyini deyib.

Qeyd edək ki, Türkiyə və 12 ölkənin seçmə sənətçilərindən ibarət Bilkent Simfonik Orkestri bu xüsusiyyətlərinə görə Türkiyənin ilk özəl, akademik, beynəlxalq sənət cəmiyyəti hesab olunur. Bilkent Simfonik Orkestri qurulduğu 1993-cü ildən bugünə kimi dünyanın məşhur dirijor və solistləri ilə birgə konsertlər verib, bir çox beynəlxalq səviyyəli festivallarda iştirak edib. Həmçinin müxtəlif qurumlar, təşkilatlar və xüsusən qeyri-hökumət təşkilatları ilə olan geniş əməkdaşlığına görə “Ümumdünya Qardaşlıq və Dünyada Sülhə Töhfə” mükafatının sahibidir. UNICEF tərəfindən 2009-cu ildə “Türkiyə yaxşı niyyət elçisi” elan edilib. Bilkent Simfonik Orkestri 2006-cı ildə Azərbaycanda Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video