18:55 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gün ərzində 30-50 qram çərəz qəbul edilməsi orqanizm üçün faydalıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:59 03.02.2021

 

Orqanizmdə asan və rahat həzm edilən çərəzlər rasionda yer alan xeyirli qidalardandır. Faydalı maddələrlə zəngin olmaqla yanaşı, çərəzlər enerji və zülal mənbəyidir. Qoz, fındıq və digər çərəzlər tərkibində olan müxtəlif vitamin və mikroelementlərlə yaddaşı gücləndirir, eyni zamanda əqli fəaliyyətə müsbət təsir göstərir. lakin onların allergik və qıcıqlandırıcı təsirləri nəzərə alınaraq gün ərzində 30-50 qram arasında qəbul olunmalıdır.

Qida dəyərləri yüksək olduğundan gündəlik vitamin tələbatını bir ovuc çərəzlə də əvəz etmək mümkündür. Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Qida bişdikcə tərkibində olan bir sıra vitaminlər, o cümlədən S vitamini 50, A vitamini 70 faiz azalır. Həmin vitaminləri çərəzlər vasitəsilə daha çox miqdarda qəbul edilir”.

Həkim-terapevtin dediyinə görə, qoz, fındıq, püstə kimi çərəzlər qanda xolesterolun səviyyəsini tənzimləyir, böyrəyin fəaliyyətinə müsbət təsir göstərir: “Dəriyə faydasına görə bəzi kosmetoloji məhsulların hazırlanmasında da onlardan alınan yağlardan istifadə olunur. Qozun tərkibində olan Omeqa-3 yağ turşuları diabeti, yüksək qan təzyiqini və depressiyanı aradan qaldırmağa kömək edir. Qoz istehlakı ürək xəstəlikləri riskini azaldır, beyinin işini gücləndirir. Ürək-damar sistemi üçün çox əhəmiyyətlidir”.

Araşdırmalara görə, bir çox qidalardan fərqli olaraq çərəzlərin tərkibində olan faydalı maddələr bir neçə il qala bilir. Qəbul edilən bir ovuc çərəz günə gümrah və sağlam başlamağa səbəb olur.

Lakin mütəxəssislər çərəzlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edirlər. Onun gündəlik qəbulu zamanı allergik təsirlərini də unutmaq olmaz.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM