18:59 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanda aksiya iştirakçıları universitet binasını zəbt ediblər
ANA SƏHİFƏ / DÜNYA
15:49 24.02.2021

 

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, nümayişçilər fevralın 24-də Ermənistan Dövlət İqtisad Universitetinin binasına daxil olublar. Polis onlara maneə olmaq istəsə də, kütlə polisin müqavimətini qıraraq universitet binasına daxil ola bilib.

Aksiya iştirakçıları universitetin professor və müəllimlərini, eləcə də, tələbələri etirazlara qoşulmağa və vətəndaş itaətsizliyinə dəvət ediblər.

Müxalifətin “Vətənin xilası hərəkatı”nın üzvü Qeqam Manuunyan əhalini fevralın 25-də Yerevanın müxtəlif ərazilərində kütləvi etiraz aksiyaları təşkil etməyə çağırıb. Bildirib ki, fevralın 26-da ölkədə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtoyürüş keçiriləcək.

Qeyd edək ki, Yerevanda iki gündür davam edən aksiyalar zamanı 100-ə yaxın aktivist həbs olunub. Onların bir çoxu azadlığa buraxılsa da, 20-dən çoxu fəal hələ də həbsdə saxlanılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM