Ermənistan həlli çətin olan problemlərlə baş-başa qalıb
Ermənistanda iki aydan çoxdur davam edən siyasi böhran gündən-günə daha da kəskinləşir. Bu həm də sosial-iqtisadi müstəvidə vəziyyətin pisləşməsinə səbəb olub. Müharibədəki məğlubiyyət və pandemiya fonunda əhalinin maddi rifahının pisləşməsi, iqtisadiyyatın tənəzzülü Ermənistana sonu görünməyən ağır günlər vəd edir. Proseslərin gedişatı göstərir ki, bu dövlətin üzləşdiyi problemlərdən xilas ola bilməsi mümkünsüzdür.
10 noyabr kapitulyasiyasından sonra müxalifət partiyaları baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə də, hələ ki heç bir nəticəyə nail ola bilməyiblər. Erməni politoloqlarının fikrincə, bu ondan xəbər verir ki, hələlik Ermənistanda baş naziri istefaya məcbur edə biləcək qüvvə mövcud deyil.
Paşinyan hakimiyyətdən getmək fikrində olmasa da, etiraz aksiyalarından sonra 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini müxalifətə təklif edib. Müxalifət isə seçkilərin ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini deyir. Yerevandakı Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan mətbuata açıqlamasında deyir ki, növbədənkənar seçkilər məsələsində müxalifət daxilində kəskin fikir ayrılıqları mövcuddur və bu da təəccüblü deyil. Çünki ölkədə siyasi böhran müxalifət partiyaları arasındakı münasibətlərə də təsir edir...
A.İsgəndəryan bildirib ki, müxalif siyasi partiyaları birləşdirən yalnız Paşinyanın hakimiyyətinin davam etməsidir: “Onlar vahid proqram ətrafında yox, Paşinyana qarşı birləşiblər. Ona görə də müxalifət koalisiyasının daxilində Ermənistan üçün tipik olan rəqabət meydana çıxır. Serj Sarkisyan Nikol Paşinyana parlaq Konstitusiya və “Seçkilər haqda qanun” qoyub gedib, bu konstitusiya və qanun hakim qüvvənin maraqlarına xidmət edir. Əgər hansısa qüvvə hansısa formada hakimiyyətə gəlirsə və parlamentdə çoxluğa malik olarsa, o zaman hüquqi yollarla onu hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil”.
A.İsgəndəryanın fikrincə, müxalifət başa düşür ki, növbədənkənar seçkilərdə qalib gəlməsi sual altındadır. Hətta seçkiləri udsalar belə, müxalifət partiyaları birləşə bilməyəcəklər. Ona görə də küçə etirazlarını belə təşkil edə bilməyən zəif müxalifət hakimiyyətə növbədənkənar seçkilərin qeyri-mümkünlüyü barədə mesajlar verir. Belə bir vəziyyətdə Paşinyan müxalifətin imtinasını bəhanə edərək seçkilərə getmək istəmir, ya da seçkinin elə indi keçirilməsini və təxminən 40 faiz səs toplayaraq hakimiyyətini gücləndirmək istəyir. Politoloq onu da bildirir ki, Paşinyanı dəstəkləyənlər əhalinin siyasi çaxnaşmalardan yorulmuş hissəsidir. Ermənistan əhalisi ikinci inqilab istəmir. Paşinyanın qatı əleydarlarıının sayı isə onu devirmək üçün yetərsizdir.
Bu arada qarşıdakı dövr ərzində Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənilir ki, bunun da digər problemlərə səbəb olacağı, o cümlədən iqtisadi cinayətlərin miqyasının artacağına gətirib çıxaracağı istisna edilmir. Ermənistanda, ilk növbədə, mülkiyyətlə bağlı cinayətlərin sayının daha da artacağı gözlənilir və belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlb olunma ehtimalının kifayət qədər böyük olacağı artıq erməni sosioloqları tərəfindən səsləndirilir.
“İravnuk” qəzeti yazır ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə, artıb. Korrupsiya ilə bağlı mübarizə tədbirləri heç vaxt kağız üzərindən əməli işə keçməyib.
Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər.
Göründüyü kimi, Ermənistanda problemlərin miqyası kifayət qədər genişdir və cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu vəziyyəti düzgün dəyərləndirən ekspertlər bildirirlər ki, buna səbəb yalnız və yalnız Ermənistanın işğalçılıq siyasətinin qurbanı olması, ölkənin uzun müddət hərbi xunta tərəfindən idarə edilməsidir. Beləliklə, Ermənistan işğalçı siyasətin miras qoyduğu problemlərlə baş-başa qalıb və bundan qurtulması çox müşkül məsələdir.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!