02 Mart 2021 10:24
1224
Səhiyyə
A- A+

Elmi tədqiqat: Alimlər zəncəfil və sarımsağın ömrü uzattığını təsdiqləyirlər

 

Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan soyuqdəymə prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stress və iltihab yaşlaşmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən “Express” nəşriyyatı zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.

Sarımsaq. Tokioda Yakut şirkətinin təşkil etdiyi qocalma problemlərinə həsr olunmuş tədqiqat konfransında təqdim edilən nəticələrə görə, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər ədviyyəli tərəvəzin bağırsaq üçün faydasını sarımsağın tərkibindəki “yaxşı” bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.

Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) “pis” xolesterinin səviyyəsi azalır.

“Express” həmçinin xəbər verir ki, zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.

Zəncəfil və sarımsaq. “Sift Deck Research Page” dərc olunan tədqiqatın nəticələri antioksidan və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.

“Əvvəlki işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stressi azaldan qlutation kimi daxili antioksidanların səviyyəsini artırdığığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir, və bu xüsusiyyətlər qocalma prosesini ləngidir”, - deyə elmi ekspertlər vurğulayır.

Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video